Barbiturat narkomaniyası



Yüklə 444 b.
tarix16.02.2017
ölçüsü444 b.
#9071


Barbiturat narkomaniyası

  • Sedativ-hipnotik maddələrdən istifadə nəticəsində yaranan psixi və davranış pozuntuları


Tarix və epidemiologiya

  • Barbitur turşunun olk törəməsi – barbital (veronal) 1903 ildə əldə edilib.

  • Sonraki illərdə onun prolonqu yaradılıb – fenobarbital.

  • Fenobarbitalın təsiri 12-24 saat davam edir.

  • Daha sonra barbamil (amital, amobarbital) istehsal edilib. Onun təsir müddəti 6-12 saata bərabərdir.

  • Ən qıssa təsirli etaminal-natriydir (pentobarbital, nembutal).

  • Bu preparatlar tibbi məqsəd üçün istifadə edilir: sedativ, tranqvilizator, yuxu törədici təsirlərinə görə, qıcolmaya qarşı və anesteziya üçün. Barbituratların 2000-dən artıq törəmələri təbabətdə istifadə edilir. Lakin qeyri tibbi məqsədlə onlardan istifadə edən şəxslər eyforiya və “həzz alma” halları hiss etmək üçün bu maddələri gizli (qanuna zidd) yollarla alırlar. Narkomanların arasında ən yayılmış barbituratlar: sekobarbital (jarqon adları “qırmızılar” “qırmızı şeytanlar”); amital-natriy (“sarılar”, “sarı pəncəklər”); barbamilin və sekobarbitalın kombinasiyası (“qırmızı və mavi”, “göyqurşağı”). Bunlardan başqa noksiron və bromuraldan sui-istifadə asılılıqın yaranmasına səbəb olur. Son illərdə barbituratlardan sui-istifadəsi və asılılıqın yayılması bir-qədər azalıb.



  • Barbituratların istifadəsi əsasən iki üsulla mümkün olur: 1- peroral qəbulu (tablet formada) və 2- venadaxili inyeksiya üsulu ilə. Əhalidə barbituratlardan asılılıqın yaranmasında üç növ ayırılır: 1) epizodik intoksikasiya – bu növ narkomaniya yeniyetmələrdə və gənc adamlarda müşahidə olunur. Onlar qəsdən (“keif” almaq üçün) barbituratlardan istifadə edirlər. Lakin maddənin effekti gözləməkdən asılıdır, yəni onu qəbul edən şəxsin arzuladıqı və təsəvvir etdiyi effekti törədəcək. Məsələn, bəzilərdə eyforiya yaranır, bəziləri isə yuxulu olur. Əgər isə qəbu edən şəxsin xəbəri olmur maddənin xüsusiyyətindən, o effekti hiss etməyə də bilər. Adətən eyforiya hazz edici təsir bağışlayır; 2) venadaxili inyeksiya – bu ən təhlükəli formadır, ondan adtən orta yaşlı, müxtəliif narkotiklərdən bələd və təcrübəsi olan gənclər istifadə edirlər, hansılar ki, maddəni qeri leqal yollarla əldə edirlər; 3) xroniki intiksikasiya – bu orta yaşlı, cəmiyyətin orta sinfinə aid olan şəxslər üçün daha xasdır. Onlar uzun müddət yuxusuzluqa yahud təşvişə görə həkimlərdən barbiturat təyinatı alırlar. Öxləri dozanı artıraraq, dərmandan asılı olurlar. Lakin bu miqdarda dərmanı almaq üçün, onlar eyni zamanda bir-neçə həkimlərə müraciyyət edirlər.



Etiologiya və patogenez

  • Barbituratlardan sui-istifadə asılılıqın yaranmasına səbəb olur. Asılılıq əsasən eyforik əhvalın biruzə verməsi nəticəsində əmələ gəlir. Lakin yuxusuzluqdan əziyyət çekən bəzi şəslərdə də asılılıq yarana bilər. Bu preparatlar stress problemlərə və panik ataklara düçar olan xəstələrə də təyin edilir və onlarda xoş təsurat, relaksasiya və eyforiya baş verən halda barbituratlara meyllik əmələ gələ bilər. Asılılıqın ilk simptomu xəstənin “öz-başına” dozanın artırmasıdır.

  • Barbituratlar lipofillik xüsusiyyətə görə (lipidlərdə asanlıqla əriyirər və onlarla qarışırlar) hematoensefalik çəpəri keçirlər. Barbituratlar QAYT (qamma-aminoyağ turşusunun) reseptorları ilə qarşılıqlı əlaqəyə qoşulurlar və xlrun ionların çoxlu miqdarda membranlardan keçməsini (hüceyrədən xaricini) təşkil edirlər. Nəticədə neyronlarda tormozlanma prosessi artır. Bunun nəticəsində (barbituratın yüksək dozasından) koma və ölüm baş verə bilər. Sonra qara cigərdə mikrosomal fermentərin fəaliyyətini artırırlar və nəticədə barbituratların, etanolun və digər maddlərin metabolizmi artır (həmən prosess tolerantlıqın artmasına səbəb olur). MSS-nin tənəffüs mərkəzi tormozlana bilər, xüsusiyyətlə barbituratlarla birgə alkohol və opiatların istifadəsi nəticəsində.



Asılı olmayan şəxslərdə sərxoşluqun klinikası Barbituratlardan sərxoşluqun birinci fazası

  • Ümumiyyətlə barbituratların təsiri ilk anlarda alkohol sərxoşluqun yüngül dərəcəsinə bənzəyir. Bəzən onu peroral üsulla qəbul edən şəxs heçnə hiss etmir. Ancaq iki ya üç terapevtik dozadan sonra eyforiya yahud relaksasiya əmələ gəlir. Venadaxili inyeksiyadan sonra xoşa gələn yuxulu hal əmələ gəlir – “rush” (İng.). Bu hal “iynənin ucunda” yaranır, yəni inyeksiyanı dərhal edərkən. Xəstə “başının daxilində zərbə” hiss edir. Bu hal xəstəyə xoş gəlir, rauşnarkoza bənzəyir, düşüncənin keyləşməsi ilə xarakterizə olunur. Hərəkətlər ləng, koordinasiya nadəqiq olur, gözünün qabağındakı mənzərə “axır”, bəzən fotopsiyalar və akoazmlar əmələ gəlir. Göz bəbəkləri genişlənmişdir, selikli qişalarda və bədənin yuxarı hissəsində hiperemiya müşahidə olunur. Əzələ tonusu o qədər zəifdir ki, xəstə inyeksiyadan sonra yerində qalır (ayaqüstə inyeksiyanı edsə, yerə yıxılacaq). Ətraf mühitədən xəbəri olmur, öz haqqında isə sonra söyləyir ki, “tamam bayılmışdım” (yəni özünü dərk etmirdi). Bu faza bir-neçə saniyyə davam edir.



Barbituratlardan sərxoşluqun ikinci fazası

  • Bu fazada səbəbsiz şənlik və aktivlik müşahidə olunur. Xəstəyə helə gəlir ki, o maraqlı bir işə məşquldur, lakin onun fəaliyyəti heç bir nəticə vermir, hədda hərəkətləri məqsədəuyqun deyil. Dərk etmə qabiliyyətin və təfəkkürün potensialı azalmışdır. Diqqəti və nitqin mövzusu artıq dərəcədə dəyişgəndir. Nitqi çoxsözlüdir, bərkdən danışır, atalar sözü işlədir, zarafat və lətifələr söyləyir. Şən əhvalda olur, lakin emosional labillik əhvalinin şənlikdən qəzəbliyə dömyəsinə səbəb olur. Qavrama katatim xasiyyət daşıyır: xəstəyə aid olmayan söhbətlər onun diqqətini cəlb edir və xəstə ona xüsusi məna verir, gah müsbət, tərifedici, gah mənfi, onu təhkiredici. Xasiyyətçə təmkinli, utancaq şəxs sərxoş halda yad adamlarla söhbət edir, onlarla sərbəsd danışır, uyqunsuz suallar verir, kobut şəkildə zarafat edir, qucaqlaşmaq istəyir yahud birdən konfliktləşir. Belə affektləşmə narkomanların arasında davaya səbəb ola bilər.

  • Bu fazada lateral nistaqm, diplopiya, dizartriya, dizmetriya, hərəkətlərin koordinasiyasinin pozulması, tarazlıqın saxlamasında çətinliklər müəyyən edilir. Göz bəbəkləri genişləşmişdir, fotoreaksiya zəifdir, hipersalivasiya, hipotoniya və bradikardiya əmələ gəlir. Xəstənin dilində gəhveyi təbəqə var və bu təbəqə bir-neçə gün davam edir. İkinci faza 2-3 saat davam edir.



Barbituratlardan sərxoşluqun üçüncü fazası

  • Bu dövrdə dərin yuxu əmələ gəlir. Xəstəni oyadmaq mümkün deyil. Bradikardiya, dəri naxiyələrin solqunluqu, əzələ və arterial hipotenziya müəyyən edilir. Lakin əgər xəstə gündüz yuxuya gedir, o 3-4 saatdan sonra daha yata bilmir, gecəni də oyaq qalır.



Barbituratlardan sərxoşluqun dördüncü fazası

  • Oyanandan sonra zəiflik, “əzginlik” halı yaranır. Koqnitiv funksiyalar (dərk etmə qabiliyyəti, diqqətin konsentrasiyası) zəifdir. Vətər reflekslər zəifdir, lateral nistaqm, əllərin tremoru müəyyən edilir. Baş ağrıları, ürək bulanma və qusma baş verir. İştaha olmur, lakin susuzluq hiss edilir. Böyük dozadan sonra adi isti suyun içilməsi sərxoşluq əlamətlərini törədir: əhval ruhiyyə, aktivlik artır.



Barbituratlardan asılı olan şəxslərdə sərxoşluqun klinikası

  • Məlumdur ki, sedativ və yuxutörədən maddələrin təsirində iki faza müəyyən edilir: oyanma və davamiyyətli tormozlanma fazası. Xəstəliyin ilk dövründə oyanma fazası daha gözəçarpan, şiddətli olur, nəinki sonraki dövrdə. Oyanma fazanı xəstə özü (təsadüfən yahud bilərkən, özünə təlqin etməklə yahud yuxudan iradəli imtina etməklə) artırır. Yuxusuzluqa qarşı barbituratlardan epizodik şəkildə 12 ay ərzində istifadə edən xəstələrdə (ya da 3-6 ay sistematik istifadənin nəticəsində) tolerantlıq 4-5 dəfə artır, eyforiya, gumrahlıq halı əmələ gəlir. Xəstələr özündə iştahanın və cinsi oyanmanın artmasını qeyd edirlər, təfəkkürün sürətlənməsini. Xəstələr dərk etmirdi ki bu sərxoluq halıdır və onlar belə hala yenə də düşmək arzulayırlar. Bu arzunu onlar “iş qabiliyyətinin artırmaq ehtiyacı” ilə əsaslandırırlar. Belə motivasiya cəmiyyətdə mənfi münasibət törədmir və beləliklə xəstə narkotizasiyanı davam etdirirdi. Asılılıq inkişaf etdikcə, sərxoşluqun klinikası da dəişir. Hərəkətlərin koordinasiyası yaxşılaşır, yuxu fazası yaranmır. Dozanın artırması keçmişdə kimi sedasiya törədmir, lakin koma baş verə bilər.



Yüklə 444 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin