Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası



Yüklə 80,67 Kb.
Pdf görüntüsü
tarix13.04.2017
ölçüsü80,67 Kb.
#13837

 

33

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 



№3    

Sosial-siyasi elmlər seriyası 

 

  2010 

 

 

 

 

ŞƏXSİN SAĞLAM ƏTRAF MÜHİTDƏ YAŞAMAQ HÜQUQUNUN 

POZULMASI NƏTİCƏSINDƏ ONA DƏYMİŞ ZİYANIN ÖDƏNİLMƏSİ 

 

A.S.TALIBOV  

Bakı Dövlət Universiteti 

azad_talibov@mail.ru 

 

Təqdim olunan məqalə müasir dünyada ən çox müzakirə edilən  ətraf təbii mühitin 

çirkləndirilməsinin insan orqanizminə vurduğu ziyanın qüvvədə olan qanunvericilikdə və məh-

kəmə  təcrübəsində hesablanılmasının mövcud qaydaları  və onun inkişafının bəzi perspek-

tivlərinə həsr edilmişdir. Müəllifin fikrinə görə, bu sahədə hər bir şəxsin onun ekoloji maraq-

larının həyata keçirilməsi ilə əlaqədar olan hüquqları və şəxsin pozulmuş və ya pozulmaqda 

davam edən ekoloji maraqlarının müdafiəsinə yönələn hüquqları vardır. Məqalədə daha geniş 

yer şəxsin sağlam ətraf mühitdən istifadə hüququnun pozulması nəticəsində ona dəymiş maddi 

və mənəvi ziyanın kompensasiyası məsələlərinə verilmişdir. 

    


 Ətraf mühitin insanın təsiri nəticəsində  nə  dərəcədə  dəyişilməsi və  bunun 

nəticəsində insanın da digər canlılarla birgə üzləşə biləcəyi problemlər qlobal səviy-

yədə ən çox müzakirə olunan mövzulardandır. Ərazisində yaşadığımız Bakı şəhərinin 

ekoloji vəziyyətinin beynəlxalq miqyasda nə dərəcədə olması çoxdan sirr deyil. Mə-

sələn, dunyanın  ən məşhur jurnallarından sayılan “Forbes” jurnalının 2008-ci ildə 

verdiyi məlumata əsasən, Bakı şəhəri Yer kürəsinin ən çirkli şəhəri kimi qeyd olun-

muşdur. Əlavə etmək lazımdır ki, Bakı, Moskva və Alma-Ata şəhərləri istisna olmaq-

la digər keçmiş sovet məkanı şəhərləri bu siyahıya düşməmişlər. Avropanın da heç bir 

şəhəri bu siyahıda yoxdur (1). 

Blacksmith Institutunun (ABŞ) apardığı tədqiqatların nəticələrinə görə Sumqa-

yıt şəhəri də oradakı sənaye komlekslərinin fəaliyyəti nəticəsində dünyanın ən çirkli 

şəhərlərindən birinə çevrilmişdir (2). Dünyada son illər həmçinin ekoloji cəhətdən ən 

təmiz və  ən çirkli ölkələrin də siyahıları tutulur. Məsələn Blacksmith İnstitutunun 

2007-ci ildə  dərc etdiyi tədqiqatlara görə dünyanın ekoloji cəhətdən  ən çirkli ölkə-

lərinin siyahısına Azərbaycan, Çin, Hindistan, Peru, Rusiya, Ukrayna və Zambiya 

daxil edilmişdir (3). Yel və Kolumbiya Universitetlərinin( ABŞ) ekspertlərinin apar-

dıqları  tədqiqatların nəticəsinə  əsasən ekoloji göstəricilərə görə dünyanın  ən təmiz 

ölkələri: İsveçrə, İsveç, Norveç, Finlyandiya, Kosta Rika, Avstriya, Yeni Zelandiya, 

Latviya, Kolumbiya, Fransa, İslandiya, Kanada və s.-dir (4). 

Yuxarıda göstərilən statistik məlumatlar şəxsin sağlam ətraf mühitdə yaşamaq 

hüququnun Azərbaycan vətəndaşları üçün nə  dərəcədə    əhəmiyyətli olmasını sübut 

edir. Azərbaycan Respublikası Konstitutsiaysının 39-cu maddəsi sağlam ətraf mühit-

də yaşamaq hüququ adlanır. Qeyd olunan normaya ğörə, hər kəsin sağlam ətraf mü-

hitdə yaşamaq hüququ vardır. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat 

toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurul-


 

34

muş zərərin əvəzini almaq hüququ vardır (5). 



Hər bir şəxs ətraf mühitlə təmasda olması prossesində bir sıra hüquqlara malik 

olur ki, bunların da həm Beynəlxalq əhəmiyyətli Konvensiyalarda, həm də müxtəlif 

dövlətlərin milli qanunvericiliyində öz əksini tapmış olur.  Zənnimizcə, qeyd olunan 

hüquqa aid olan bütün hüquqları 2 növdə  fəqləndirmək olar: şəxsin ekoloji ma-



raqlarının həyata keçirilməsi ilə  əlaqədar olan hüquqlar və  şəxsin pozulmuş  və ya 

pozulmaqda davam edən ekoloji maraqlarının müdafiəsinə yönələn hüquqlar. Şəxsin 

ekoloji maraqlarının həyata keçirilməsi ilə  əlaqədar olan hüquqlara aşağıdakı 

hüquqları aid etmək olar: 

1)  şəxsin onun sağlamlığı  və  həyatı üçün əlverişli olan ətraf təbii mühitdən 



istifadə etmək hüququnu; 

 2) şəxsin müəyyən edilmiş qaydada ətraf mühiti dəyişdirmək hüququnu ; 

 3) şəxsin ətraf mühitin vəziyyəti barədə informasiya almaq hüququnu

Şəxsin ekoloji maraqlarının həyata keçirilməsi ilə  əlaqədar olan hüquqlarla 

yanaşı həmçinin şəxsin pozulmuş və ya pozulmaqda davam edən ekoloji maraqlarının 

müdafiəsinə yönələn hüquqları da vardır. Belə hüquqlara aiddir: 

1) dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən  ətraf təbii mühitin 

çirkləndirilməsinə yönələn konkret fəaliyyət növünə  və ya müntəzəm olaraq davam 

edən bu cür hərəkətlərə son qoymağı tələb etmək; 

2)  ətraf təbii mühitin çirkləndirilməsi nəticəsində ona dəymiş maddi ziyanın 

əvəzinin ödənilməsini tələb etmək; 

3)  ətraf təbii mühitin çirkləndirilməsi 

II

ə  əlaqədar ona dəymiş  mənəvi 



(psixoloji) ziyanın kompensasiyasını tələb etmək hüququ.  

Sırf mülki hüquq nöqteyi-nəzərindən yuxarıda sadalanan üç hüquq mülki 

hüquqların müdafiə vasitələrinə aid edilir. Lakin bizim məqsədimiz şəxsin ətraf təbii 

mühitlə  təmasda olma prosesində malik olub həyata keçirə biləcəyi bütün səlahiy-

yətləri bir-bir nəzərdən keçirməkdir. Bu səbəbdən də biz mülki hüquqların mümkün 

olan müdafiə vasitələrini də subyektiv hüququn məzmununda nəzərdən keçiririk.  

Beləliklə, qeyd etdiyimiz səlahiyyətlərdən (hüquqlardan) biri də dövlət orqan-

larından, hüquqi və fiziki şəxslərdən  ətraf təbii mühitin çirkləndirilməsinə yönələn 

konkret fəaliyyət növünə və ya müntəzəm olaraq davam edən bu cür hərəkətlərə son 

qoymağı tələb etmək hüququdur. Azərbaycan Respublikasının “Ətraf mühitin mühafi-

zəsi haqqında” 8 iyun 1999-cu il tarixli Qanunun 6-cı maddəsində göstərildiyi kimi, 

fiziki şəxslər  ətraf mühitin mühafizəsinə dair dövlət hakimiyyəti orqanlarına və  təş-

kilatlarına müraciət etmək,  həmçinin ictimai ekoloji ekspertiza haqqında təkliflər 

vermək hüququna malikdirlər (6).  

Məlumdur ki, müasir dövrdə ətraf mühitin mühafizəsi sahəsində bir sıra ictimai 

birliklər də fəaliyyət göstərirlər. Göstərilən təşkilatların da məhz bu sahədə geniş hü-

quqları vardır. “Ətraf mühitin mühafizəsi haqqında” 8 iyun 1999-cu il tarixli Qa-

nunun 7-cı maddəsinin 6 və 7-ci bəndlərinə  əsasən, ictimai birliklər inzibati və 

məhkəmə qaydasında ekoloji cəhətdən zərərli müəssisələrin, tikililərin və qurğuların 

yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi, o cümlədən ətraf 

mühitə  və insanların sağlamlığına mənfi təsir göstərən təsərrüfat fəaliyyətinin məh-

dudlaşdırılması, müvəqqəti və daimi dayandırılmasını  tələb etmək hüququna, həm-

çinin təqsirkar təşkilatların, vəzifəli  şəxslərin və  vətəndaşların məsuliyyətə  cəlb 

edilməsi barədə məsələlər qaldırmaq hüququna malikdirlər.  

Əfsuslar olsun ki, Azərbaycan Respublikasında  şəxsin sağlam  ətraf mühitdə 


 

35

yaşamaq hüququnun pozulması  nəticəsində ona dəymiş ziyanın ödənilməsi ilə  əla-



qədar məhkəmə təcrübəsi hələ də yoxdur. Zənnimizcə, bunun əsas səbəblərindən biri 

insanların sağlam  ətraf mühitdə yaşamaq hüququnun nədən ibarət olmasını kifayət 

qədər dərk etməmələri və bu hüququn pozulduğu halda onların hansı müdafiə 

vasitələrindən istifadə edə bilməsi imkanlarını bilməmələrindədir. Baxmayaraq ki

Azərbaycan Respublikası  “Ətraf mühitə dair informasiya aşkarlığı, ictimaiyyətın bu 

sahədə qərarlar qəbul olunmasında iştirakı və ədalət mühakiməsinin aşkarlığı barədə” 

25 iyun 1998-ci il tarixli Aarxus Konvensiyasına 1999-cu ildən qoşulmuşdur, lakin bu 

sahədə problemlər yenə  də qalır. Göstərilən Konvensiyanın 1-ci maddəsinə  əsasən: 

“İndiki və  gələcək nəslin nümayəndəsi olan hər bir insanın, onun sağlamlığı üçün 

əlverişli olan ətraf mühitdə yaşamaq hüququnun müdafiəsinin təmin edilməsi üçün 

konvensiyanın iştirakçıları olan tərəflər bu konvensiyanın  şərtlərinə uyğun olaraq, 

ətraf mühitə dair informasiyanın aşkarlığına, ictimaiyyətin bu sahədə  qərarlar qəbul 

olunmasında iştirakına və bu sahədə  ədalət mühakiməsinin aşkarlığı barədə  təminat 

verirlər” (7). Çində adı gedən Konvensiyanın şərtlərinin cəmiyyətdə çox geniş tətbiqi 

nəinki onların məhkəmə təcrübələrindən məlumdur, bu həmçinin əhali təbəqələrinin 

ekoloji problemlərlə əlaqədar kifayət qədər məlumatlandırılması və ictimaiyyətin bu 

sahədə  qərarlar qəbul olunmasında bizim ictimaiyyətdan fərqli olaraq daha aktiv 

olmasında da özünü biruzə verir. Məsələn, 

T

Gansu Economic Daily”  2007-ci ildən 



etibarən “Əhalinin ekoloji hüquqlarının müdafiəsi” bölməsini yaratmış  və  hər həftə 

vətəndaşların ekoloji hüquqlarının müdafiəsi ilə  əlaqədar Çinin məhkəmə  təcrübə-

sinin materiallarını müvafiq hüquqi kommentariyalarla birgə dərc edir

T

 (8). 

Şəxs sağlam  ətraf mühitdə yaşamaq hüququnun pozulması  nəticəsində ona 

dəymiş ziyanın ödənilməsini tələb edə bilər. Bu kimi  məhkəmə işlərində ətraf mühitə 

təhlükəli təsir edən fəaliyətlə məşğul olan  həm hüquqi şəxslər, həm də fiziki şəxslər 

cavabdeh ola bilərlər. Göstərilən hüququn təmin edilməsi 2 müxtəlif formada: qeyri-

yurisdiksiya formasında, yəni könüllü formada, həmçinin yurisdiksiya formasında, 

yəni məhkəmə qaydasında təmin edilə bilər. Fiziki şəxsə dəymiş maddi zərər həm real 

zərər, həm də əldən çıxmış fayda formasında olur. Bu halda real zərər - zərər çəkən 

şəxsin müalicəsinə, dava-dərmanına və s. çəkilən xərclərdə əks oluna bilər. Daha də-

qiq desək, Mülki Məcəllənin 1118-ci maddəsinin 1-ci bəndində göstərildiyi kimi, 

şəxsin sağlamlığının pozulması ilə bağlı  əlavə  çəkdiyi xərclərin, o cümlədən müa-

licəyə,  əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının 

qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, 

başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin  əvəzi ödənilir, bu şərtlə ki, zərərçə-

kənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq 

hüququnun olmadığı müəyyənləşdirilsin.  Əldən çıxmış faydanın müəyyən olunması 

Mülki qanunvericilikdə istifadə olunan “itirilmiş qazancın” hesablanılması qaydasına 

əsaslanır. Mülki Məcəllənin 1119-cu maddəsində göstərildiyi kimi, zərərçəkənin itir-

diyi və  əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlam-

lığının başqa  şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən  əvvəlki 

orta aylıq qazancından (gəlirindən) faizlər  şəklində müəyyənləşdirilir. Bu faizlər 

zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək 

qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəl-

məlidir. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm  əsas iş yerində, 

həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənil-

məsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Zərərçəkənin orta aylıq qa-


 

36

zancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gə-



lirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək 

zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazancı (gəliri) sağ-

lamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi 

məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır (9). 

Şəxsin sağlam  ətraf mühitdə yaşamaq hüququnun pozulması  nəticəsində ona 

dəymiş ziyan yalnız maddı ziyan formasında deyil, həmçinin qeyri-maddi ( mənəvi) 

ziyan formasında da biruzə verə bilər. Bu halda belə ziyanla üzləşmiş  şəxs mənəvi 

ziyanın kompensasiyasını  tələb etmək hüququna malik olur. Bəzi müəlliflər qeyd 

edirlər ki, şəxsin sağlam  ətraf mühitdə yaşamaq hüququnun pozulması  nəticəsində 

onun sağlamlığına ziyan dəyərsə, o, yalnız mənəvi ziyanın kompensasiyasını  tələb 

edə bilər və bu onun yeganə imkanı ola bilər (10, 11). Zənnimizcə, bu fikirlə razılaş-

maq qəti olmaz. Çünki şəxsin sağlam  ətraf mühitdə yaşamaq hüququnun pozulması 

nəticəsində onun sağlamlığına həm maddı ziyan, həm də qeyri-maddi (mənəvi)  ziyan 

dəyə bilər. Bəzən bunlardan hər ikisi, bəzən də yalnız biri məhkəmədə iddia 

predmetini təşkil edə bilər. Bu kimi məhkəmə  işlərində maddi ziyanın kompensa-

siyasından fərqli olaraq, mənəvi ziyanın kompensasiyası qanunvericilik səviyyəsində 

həll olunmamış bir sıra problemlərlə üzləşir. Bu sahədə mövcud olan əsas problem, 

qüvvədə olan milli qanunvericilikdə  mənəvi ziyanın anlayışının verilməməsindədir. 

İkinci problem isə  mənəvi ziyanın kompensasiyası ilə  əlaqədar olan işlərdə 

məhkəmələr tərəfindən rəhbər tutulmalı  əsas meyarlar barədə mülki və digər hüquq 

sahələrində konkret normaların olmamasındadır. Baxmayaraq ki, Azərbaycan məhkə-

mələri son 10-15 il ərzində  mənəvi ziyanın kompensasiyası ilə  əlaqədar işləri həll 

etməklə müəyyən təcrübə qazanmışlar. Ancaq yenə də bir sıra hallarda mənəvi ziya-

nın kompensasiyası barədə məhkəmə qərarı yalnız hakimin fərdi qənaətlərinə əsasla-

nır. Zənnimizcə, ümumi hüquq sisteminin qüvvədə olduğu ABŞ, Böyük Britaniyadan 

fərqli olaraq, məhkəmə presedentlərinin tətbiq olunmadığı bir dövlətdə bu müsbət 

nəticələr verə bilməz. Qeyd olunan dövlətlərdə  məhkəmələrin bu sahədə yüz ildən 

artıq təcrübəsi vardır. Bütün məhkəmə presedentləri isə sonrakı oxşar presedentlərin 

həllində  tətbiq olunmaq üçün mənbə rolunu oynayır. Bundan əlavə, Azərbaycan 

qanunvericisi bilavasitə bu sahəni tənzimləyən qanunlarda mənəvi ziyanın kompen-

sasiyasını göstərmir. Məsələn, Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizə-

si haqqında” 8 iyun 1999-cu il tarixli Qanunun XIII fəslində birbaşa mənəvi ziyanın 

kompensasiyası  nəzərdə tutulmamışdır. Mənəvi ziyanın kompensasiyası barədə nor-

manı yalnız Azərbaycan Respublikasının “Ətraf mühitə dair informasiya almaq 

haqqında” 12 mart 2002-ci il tarixli Qanunun 11-ci maddəsinin 2-ci bəndi nəzərdə 

tutulmuşdur. Həmin normaya əsasən,  ətraf mühitə dair qeyri-dəqiq və ya əsassız 

imtina cavabı alanlar onlara dəyən maddi və mənəvi zərərin ödənilməsini tələb etmək 

hüququna malikdirlər. Bu normanın həmin sahədəki təcrübədə və qanunvericilikdə nə 

qədər  əhəmiyyətli olmasını  dərk etmək çətin deyil. Bununla belə bu norma,  gös-

tərilən sahədəki məhkəmə  təcrübəsi üçün kifayət olmayıb yalnız  ətraf mühitə dair 

qeyri-dəqiq informasıyanın verilməsi və ya bu cür informasiyanı verməkdən imtina-

nın nəticəsində  dəymiş  mənəvi ziyanın kompensasiyası hallarında tətbiq edilə bilər. 

Zənnimizcə, Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” 8 

iyun 1999-cu il tarixli Qanununun 79-cu maddəsinin 5-ci bəndinə aşağıdakı redaksi-

yada cümlə  əlavə edilməlidir: ”Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin 

pozulması ilə əlaqədar vətəndaşlara dəymiş mənəvi ziyan məhkəmənin qərarına əsa-



 

37

sən kompensasiya olunmalıdır. Kompensasiya məbləği müəyyən olunarkən Mülki 



qanunvericilik normaları  və bu xarakterdən olan məhkəmə  təcrübəsi nəzərə alın-

malıdır”. 

Belə məhkəmə mübahisələrində həm maddi, həm də mənəvi ziyanın kompen-

sasiyası üçün aşağıdakı şərtlərin olması vacibdir: hüquqazidd əməl, ziyan və ya zərər 

vurulması, ziyanvuranın hüquqazidd əməli ilə  zərərçəkən  şəxsin üzləşdiyi maddi və 

ya mənəvi ziyan arasında səbəbli əlaqə,  ziyan vuran şəxsin təqsiri. 

Ukrayna müəllifi S. V. Vasilyev qeyd edir ki, bu kimi məhkəmə işlərində insan 

orqanizmində yaranan bəzi spesifik xəstəliklərə dair səbəbli əlaqəni müəyyən etmək 

üçün aşağıdakı problemləri həll etmək lazımdır: xəstəlik törədən və ya sağlamlığı 

başqa cür pozan ziyanlı  əşyanı  və onun təsirinin tibbi aspektlərini; onun insan or-

qanizminə daxil olmasının mümkün olan yollarını  və anını; bu əşyanın hər hansı 

emissiya mənbəyinə  məxsusluğunu müəyyət etmək lazımdır (11). Bəzən bu kimi 

məhkəmə  işlərində konkret ərazidə yerləşən müəyyən obyektlərin fəaliyyətinin 

məsələn, müəssisələrin insan orqanizmi və onun sağlamlığı üçün nə dərəcədə təhlükə 

kəsb etməsi faktı ilə yaxın  ərazidə yaşayan insanların sağlamlığında yaranan bəzi 

xroniki xəstəliklər və ya digər mənfi nəticələr arasında səbəbli əlaqənin olması faktını 

sübuta yetirmək çox çətin olur. Bunun sübuta yetirilməsi, Rusiya müəllifi M.İ.Va-

silyevanın qeyd etdiyi kimi, xüsusən insan sağlamlığına vurulmuş ekoloji ziyanın 

zaman nöqteyi-nəzərdən uzanması hallarında daha da çətinləşir (12). Məlumdur ki, 

ekoloji problemlərin mənfi nəticələri bir qayda olaraq, insan orqanizmində tədricən

yəni müəyyən vaxtdan sonra biruzə verir. Bu kimi problemlər bəzən ekoloji prob-

lemin baş verdiyi vaxt yetkin yaşında olan insanların səhhətində deyil, böyüməkdə 

olan və ya konkret ekoloji problemin baş verməsindən sonra doğulmuş insanların 

səhhətində biruzə verə bilər. On ildir ki geridə qoyduğumuz XX əsr bəşər tarixində 

bir sıra müsbət yenilikləri ilə yanaşı, həmçinin bəzi neqativ hadisələri ilə  də yadda 

qalmışdır. Bu, xüsüsən insanın  ətraf mühiti, insanların həyat və sağlamlığını  və 

ekosistemin digər növlərini həm məqsədyönlü şəkildə, bəzən isə ağılasığmaz  şəkildə 

sarsıtması halları ilə müşayiət olunmuşdur. Məsələn, Yaponiyanın Hirosima və 

Naqasaki  şəhərlərinin 1945-ci ilin avqustun 6-ı  və 9-u nüvə silahı ilə bombardman 

edilməsi, o cümlədən Ukraynanın Çernobıl şəhərində 1986-cı ilin aprelin 26-da atom 

elektrik stansiyasında partlayışın baş verməsi bu misallara aiddir. Yaponiyanın 

Hirosima və Naqasaki şəhərlərinin 1945-ci ilin avqustun 6-ı  və 9-u (2 gün ərzində) 

nüvə silahı ilə bombardman edilməsi nəticəsində 170 000-dən çox əhali həlak olmuş, 

hadisədən bir neçə ay sonra isə həmin hadisə zamanı təhlükəli zonada yaşamış və sağ 

qalmış  əhalidə  qızdırma, xroniki yorğunluq, diareya, saçların tökülməsi, depressiya, 

daimi ürək bulantıları  və s. sindromlar aşkar olunmuşdu. Sonralar həkimlər bu 

sindromları “şüalanma xəstəliyinin” və ya “ciddi şüa sindromu”nun əlamətlərinə aid 

edilmişdir. Tədqiqatçıların qənaətlərinə görə, göstərilən xəstəlik öz növbəsində insan 

orqanizminin müxtəlif cür viruslara qarşı mübarizə qabiliyyətini kəskin zəiflədir. 

Həmin hadisələrdən 50 il keçəndən sonra da Naqasaki şəhərində sağ qalanlar arasında 

məhz  şüalanmanın təsiri nəticəsində leykemiya xəstəliyinin xüsusilə genişlənməsi 

məlum olmuşdur. Bu xəstəliyin həmin hadisələrin baş verdiyi zaman daha çox gənc 

olmuş şəxslər arasında yayılması faktı da sübuta yetirilmişdi (13). 

Eyni faktlar Ukraynada da aşkar edilmişdir.  İsrail və Ukrayna alimlərinin 

keçirdiyi birgə tədqiqat əsasında məlum olmuşdur ki, Çernobıl qəzasının nəticələrinin 

aradan qaldırılmasında iştirak etmiş  şəxslərin ailələrində sonradan doğulmuş  uşaq-



 

38

larda bəzi genetik mutasiya problemləri yaranmış, hansı ki, onların barmaqlarında 



əlavə naxışların yaranmasında da biruzə verir (14). 

Əgər ətraf mühitə ziyan vuran obyekt mülki qanunvericiliklə müəyyən edilmiş 

yüksək təhlükə  mənbəyinə aid edilə bilərsə, onda təqsir ziyan vuran şəxsin mülki 

hüquqi məsuliyyətə cəlb olunması üçün heç bir əhəmiyyət kəsb etmir. Yəni bu halda 

təqsirsiz delikt məsuliyyəti yaranır.  

 

T



ƏDƏBİYYAT 

1.

 



T

Tiffany M. Luck “The world’s dirties cities” -http://www. forbes. com/2008/02/26/ pollu-

tion-baku-oil-logistics-cx_tl_0226dirtycities.html. 

2.

 



THT

http://www.blacksmithinstitute.org/wwpp2007/final

TH

 report 2007.pdf.  



3.

 

T



Pollution- http://en.wikipedia.org/wiki/Pollution 

4.

 



T

Top 20 World’s cleanest countries.- http:// iipalbanjary.net/net/top-20worlds-cleanestcountries/ 

5.

 

T



Azərbaycan Respublikasının Konstitutsiyası. Bakı: Hüquq ədəbiyyatı, 2002, 709. 

6.

 



T

Azərbaycan Respublikasının “Ətraf  mühitin mühafizəsi haqqında” 8 iyun 1999-cu il 

tarixli Qanunu 

7.

 



T

http://www.unece.org/env/pp/documents/cep43e.pdf 

8.

 

T



Cases of Citizens Defending Environmental Rights: Tianjin Company Sued for Water 

Pollution Damages Filed Under 

H

CLAPV Cases



H

 By 


H

Greenlaw


H

 · April 15, 2009-http: 

//www. Greenlaw.orq.cn/blog/p=956. 

9.

 



T

Azərbaycan Respublikasının Mülki Məcəlləsi.Bakı. Digesta, 2000 

10.

 

T



И.П.Манкевич Право граждан на блогоприятную окружающую среду (гражданско-

правовой  аспект).  Автореферат  диссертации  на  соискание  ученой  степени  канди-

дата юридических наук.  Cпециальность 12.00.03 – Гражданское право; Предприни-

мательское  право;  Семейное  право;  Международное  частное  право / Белорусской 

государственный Экономичесий университет. Минск: 2002, 18 с.  

11.


 

T

С.В.Васильев  “



HT

Д

TH



оказывание  и  доказательства 

HT

в  делах  о  возмещении  вреда



TH

 

HT



причи-

ненного  здоровью  граждан

TH

  неблагоприятным 



HT

воздействием  природной  среды

TH

  в 


гражданском процессе 

HT

Украины



TH

”- 


HT

Государство и право

TH

-2000, № 10, с.79-84. 



12.

 

T



М.И.Васильева  “Правовые  проблемы  возмещения  вреда 

HT

причиняемого  здо-



ровью

TH

  



HT

граждан


TH

 

HT



неблагоприятным  воздействием  окружающ

T

ей



T

  сред


TH

е”- 


HT

Государство 

и право

TH

-2008, № 10, с.26-36.  



13.

 

T



Lindsey Anhalt”The atomic bomb-A study of aftermath, December 2000-http: // 

artsci.wustl.edu/~copeland/ atomicbomb. html 

14.

 

T



H.Sh.Weinberg and others “High mutation rate in Chernobyl children”-The Royal 

Society. Doi10.1998/rspb.2001.1650 



 

T

ВОЗМЕЩЕНИЯ  ВРЕДА 

HT

ПРИЧИНЯЕМОГО ЗДОРОВЬЮ

TH

  

HT

ГРАЖДАН

TH

   



В

T

СЛЕДСТВИИ

T

 

HT



НАРУШЕНИЯ ПРАВА ЖИТЬ В БЛАГОПРИЯТНОЙ 

ОКРУЖАЮЩЕЙ СРЕДЕ

TH

   



 

T

А.С.ТАЛЫБОВ 



 

T

РЕЗЮМЕ  



 

HT

Д



THHT

анная  статья

TH

   


HT

посвящена

TH

  

HT



 

H

одной  из  наиболее  обсуждаемых  вопросов  относи-



тельно

TH

  



T

возмещени

T

я 

T



вреда

TH

 



HT

причиненного  здоровью  граждан

TH

  неблагоприятным 



HT

воздей-


ствием природной среды

TH

 и 



T

перспективам 

T

его 



T

развития 

HTT

в действующем законодательстве 



и судебной практике

TH

. П



T

о мнению 

T

автора, 


HT

каждое лицо

TH

  

HT



владеет

TH

  права



T

ми 

T

связанными с 



осуществлением экологических интересов, и права

T

ми 



T

связанными с защитой нарушен-



 

39

ных    экологических  прав.  В  статье  большое  место  уделяется  вопроса



T

м  к


T

омпенсации 

морального вреда и возмещении материального ущерба 

HT

причиненного здоровью граж-



дан

TH

 неблагоприятным 



HT

воздействием природной среды

TH



 



 

COMPENSATION FOR THE HARM CAUSED TO THE HEALTH OF CITIZENS 

AS A RESULT OF VIOLATION OF THE RIGHT TO LIVE IN THE SUPPORTIVE 

ENVIRONMENT

 

 

A.S.TALIBOV  

 

SUMMARY 

 

This article deals with one of the most debated issues concerning compensation for the 

harm caused to the health of citizens from the impact of the environment and its prospects for 

development in the existing legislation and judicial practice. The author believes that every 

person has rights associated with the implementation of environmental interests, and rights 

related to the protection of violated environmental rights. The paper focuses on the illustration 

of non-pecuniary damage and pecuniary damage to the health of citizens from the impact of 

the environment. 



       

 

Yüklə 80,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin