Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası



Yüklə 270,23 Kb.
Pdf görüntüsü
tarix07.09.2017
ölçüsü270,23 Kb.
#29206

 

79 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2013 

 

 

 

 

U

OT 94"19/…" 

 

XX

 

ƏSRİN 80-ci İLLƏRİNDƏ İRAQ-ABŞ MÜNASİBƏTLƏRİ 

 

G.

İ.QARAYEVA 

Bakı Dövlət Universiteti 

qarayeva1947@hotmail.com 

 

Altı günlük ərəb-İsrail savaşı nəticəsində İraqla ABŞ arasında diplomatik münasibətlər 

kəsildi.  İraq-İran  savaşı  zamanı  bu  münasibətlər  bərpa  olundu.  1982-ci  ilin  fevralında  ABŞ 

İraqı beynəxalq terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxardı. 1984-cü ildə İraq-ABŞ 

münasibətləri inkişaf edərək yeni mərhələyə qədəm qoydu. 26 noyabr 1984-cü ildə İraqla ABŞ 

arasında  diplomatik  münasibətlər  yenidən  bərpa  olundu.  Bu  münasibətlə  Tariq  Əziz 

Vaşinqtona rəsmi səfər etdi. Savaşın gedişində ABŞ Iraqa hər cür hərbi yardım göstərdi. 1988-

ci ilin avqustunda 

İranla İraq arasında savaşın dayandırılması haqqında razılıq əldə edildi.  

 

Açar 

sözlər: savaş, sülh, Tariq Əziz, münasibətlər 

 

XX 


əsrin 80-ci illərində ABŞ-İraq münasibətləri inkişafa yeni mərhələyə 

yüksəlmişdi ki, buna səbəb olan amillərdən biri də İraqın İranla münasibətləri 

idi



Məlum  olduğu  kimi,  İran-İraq  arasındakı  ziddiyyət  1980-ci  ildə  iki  ölkə 



arasında  hərbi  toqquşma  ilə  nəticələndi.  Buna  səbəb  isə  iki  dövlət  arasında 

sərhədlərin  dəqiq  müəyyənləşməməsi  və  bir-birinin  daxili  işlərinə  qarışması 

olmuşdur.  

İran-İraq  savaşı  başlayan  andan  Vaşinqton  özünün  ciddi  neytralitetini 

elan

  etdi. 


İsrail  məsələsində  sərt  mövqedən  çıxış  edən  İraqla  Amerikanın  elə 

bir


 

münasibəti yox idi (1, 778). İki ölkə arasındakı əlaqələr Altı günlük savaşın 

gedişində  ABŞ-ın  İsraili  dəstəkləməsinə  görə  kəsilmişdi.  Bununla  belə,  Va-

şinqton-Bağdad  əlaqələri  Xomeyninin  hakimiyyətə  gəlməsindən  doqquz  ay 

sonra

 

yenidən janlanmağa başlamışdı. Savaş başlayandan bir il sonra isə ABŞ 



tərəfi  Amerika-İraq  münasibətlərinin  normallaşdırılmasının  əleyhinə  olmadı-

ğını bildirdi. Bundan sonra, yəni 80-ci illərin əvvəllərindən etibarən ABŞ-İraq 

münasibətləri sürətlə yaxınlaşmağa başladı. Buna səbəb isə İranda fundamental 

recim


 

yaratmış V.Xomeyniyə qarşı İraqdan istifadə etmək istəyi idi. Çünki İran 

dünya

  neft 


ehtiyatlarının  yarıdan  çoxunu  ödəyən  və  zəngin  neft  ehtiyatlarına 

malik


  olan  Fars 

körfəzində  Amerikanın  geostrateji  maraqları  üçün  ciddi 

təhlükə  törədirdi.  Amerikanın  senat  komitəsi  elan  etmişdir  ki,  ABŞ-la  İraq 

arasında  «kəşfiyyat  xarakterli»  əlaqələrin  1984-cü  ildə  yaranmasına  bax-



 

80 


mayaraq

əslində  bu  münasibətlər  iki  il  əvvəl  İranın  İraq  savaşında  üstünlük 



qazanmasından sonra başlamışdır (2, 39). 

Hətta  İsrailin  İraqın  Atom  reaktorlarını  bombalaması  belə  bu  müsbət 

irəliləyişə  mane  ola  bilmədi.  1982-ci  ilin  fevralında  ABŞ  İraqı  beynəxalq 

terrorizmi

 

dəstəkləyən  dövlətlər  siyahısından  çıxardı  və  bu  ölkəyə  Amerika 



mallarının eksportunu müəyyən edən məhdudiyyət aradan qaldırıldı. Həmin il 

ABŞ  açıq  şəkildə  bildirdi  ki,  İraqın  tərəfində  durmağa  hazırdır.  MKİ-nin 

keçmiş  əməliyyat  şöbəsinin  rəisi  Edvard  Cuçneviç  bu  münasibətlə  bağlı 

demişdir: «Düşmənimin düşməni bizim dostumuzdur» (2, 39). Rus tədqiqatçısı 

P

.P.Lvov 


Vaşinqton-Bağdad  münasibətlərinə  toxunaraq  qeyd  edirdi  ki,  Va-

şinqton nəinki Səddamın hərbi vəziyyətdən istifadə edərək, siyasi müxalifətə, 

kürdlərə,  şiələrə  qarşı  tətbiq  etdiyi  cəza  tədbirlərinə,  həmçinin  kütləvi  qırğın 

silahı istehsal edən İraq elmi mərkəzlərinin kimyəvi və bioloji korporasiyaları 

ilə fəal əməkdaşlığına da göz yumur (3, 6). 

Savaşın başlanmasının üç ili ərzində iri dövlətlər İraqa xeyli sayda silah 

sat

mışdılar. Bu müddət ərzində İraqa ən çox silah satan ölkə Fransa olmuşdur. 



Sa

vaş  başlayandan  –  1980-ci  ilin  sentyabrından-1983-cü  ilin  mayına  qədər 

Fransa

 

İraqa 41,1 mlrd. frank məbləğində silah satmışdı (4, 8). İraqı silahla təc-



hiz

 

edən ikinci ölkə Misir, Fars Körfəzi Ölkələri və Amerika Birləşmiş Ştatları-



dır. Maraq doğuran сəhət budur ki, ABŞ-ın İraqla diplomatik münasibətlərinin 

kəsilməsinə baxmayraq, onun monopoliyaları bu müddətdə 90 hərbi vertalyot 

və  digər  silahların  satılması  ilə  əlaqədar  Bağdadla  saziş  bağlamışdılar  (4,  9). 

ABŞ-ın İraqa silah satmasına baxmayaraq, Vaşinqton Fransanın Bağdada silah 

və hərbi təchizat satmasını tam bəyəndiyini bildirdi. 1983-cüildə ABŞ kənd tə-

sərrüfatı, sənaye malları və ərzaq alınması üçün İraqa 1 mlrd. dollar həcmində 

kredit

 

ayırdı  (5,  349).  1983-1990-cı  illər  üçün  Vaşinqtonun  İraqa  ayırdığı  5 



mlrd

. kredit 

xalqını yedirtməyə və silahlanmaya xərcləməli idi (6, 65). 

İraq-İran savaşı iri dövlətlərin mənafeyinə xidmət edirdi. Bu savaş ABŞ-ın 

«

Həyati  əhəmiyyətli»  ərazi  adlandırdığı  Fars  Körfəzində  öz  silahlı  qüvvələrini 



yerləşdirməyə  imkan  verirdi.  Qərb  ölkələrinə  və  ABŞ-a  neft  daşınması  üçün 

təhlükə  olduğunu  əsas  götürərək,  Vaşinqton  Körfəzi  nəzarət  altında  saxlamaq 

üçün

 

İngiltərənin,  Fransanın,  Avstraliyanın  hərbi-dəniz  qüvvələrinin  vahid  ko-



mandanlığını  yaratmışdı.  Amerika  girovları  probleminin  hələ  həll  olunmaması 

ilə əlaqədar olaraq İranın beynəlxalq vəziyyəti kifayət qədər mürəkkəb idi. 

İraq-İran  hərbi  münaqişəsinə  qarşı  yönəlmiş  hər  hansı  bir  aksiya 

Birləşmiş  Ştatların  məsələyə  müdaxiləsinə  əsas verirdi.  Məsələn,  İranın Hör-

müz

 

boğazını bir və ya iki 500 min ton gücündə tankerlərdən istifadə etməklə 



Fars

 

Körfəzini  mühasirəyə  alacağını  bildirdikdə,  Pentaqon  əlavə  olaraq,  Fars 



Körfəzinə «Enterprayz» və iki min dəniz piyadası göndərmişdi (4, 9). Buraya 

həmçinin İngiltərənin HDQ döyüş əməliyyat qrupu da göndərildi. Vaşinqton, 

London

 

və  Paris  Körfəzdə  hərbi  əməliyyatların  mümkünlüyü  haqqqında 



danışıqlara qoşuldular. Belə vəziyyət, regionda gərginliyi daha da artırdı.  

 

81 


İraq-İran  münaqişəsi  ərəblərarası  münasibətlərə  də  mənfi  təsir  göstərdi. 

Suriya


 

və Liviya İranı, Misir Səudi Ərəbistanı, Urdun isə İraqı müdafiə edirdi. 

Belə parçalanma İsrail və ABŞ üçün əlverişli şərait yaradırdı.  

Hələ 1983-cüilin oktyabrında ABŞ Hörmüz boğazı vasitəsilə azad gəmi-

çiliyi

 qorumaq 



adı altında 2000 nəfərlik dəniz piyadalarından ibarət operativ-

desant


 

bölməsini təcili olaraq Hind okeanına göndərmişdi. Dörd ay keçdikdən 

sonra

 1984-cüilin 



fevralında bilavasitə Fars körfəzi yaxınlığında «Miduey» təy-

yarə gəmisi və daha beş Amerika hərbi gəmisi, Körfəzin özündə isə ABŞ Hərbi 

Dəniz Donanmasının beş döyüş gəmisi var idi (7, 425). Bundan əlavə olaraq, 

Səudi Ərəbistanında ABŞ AVAK sistemi ilə təhciz edilmiş təyyarələr vasitəsilə 

regionda

 bütün 


təyyarələri müşahidə edirdi. 26 fevralda Amerika eskadra mina 

gəmisi  İranın  kəşfiyyat  təyyarəsinə  xəbərdarlıq,  İran  hərbi  gəmisinə  isə 

işıqlandırıcı raketlərlə atəş açdı. Bu onunla əsaslandırılırdı ki, həm gəmi, həm 

də təyyarə Amerika esminesinə lap çox yaxınlaşmışdılar (7, 425-426). 

ABŞ-İraq münasibətlrinin yaxşılaşması istiqamətində prezident Reyqanın 

xüsusi


 

nümayəndəsi D.Ramsfeldin Bağdada iki səfəri də əhəmiyyətli oldu. 20 

dekabr

  1983-cü



ildə  ABŞ  prezidentinin  Yaxın  Şərq  üzrə  köməkçisi  olan 

D

.Ramsfeld saat 



yarım Bağdadda S.Hüseynlə danışıqlar aparmışdır, sonradan 

Amerika


 gizli 

sənədlərindən məlum olmuşdur ki, diktatoru regionda ekspansi-

ya

nı genişləndirməyə təhrik etmişdir (3, 6). Donald Ramsfeld Bağdadda Səd-



dam

 

Hüseynlə görüşündən sonra, Vaşinqton öz müttəfiqlərinin İrana silah sat-



ma

masına nail olacağı barədə İraqa söz verdi. Eyni zamanda, ABŞ İraqı Qırmı-

zı Dənizlə birləşdirən neft kəmərinin çəkilməsinə dair Bağdadın razılığını aldı. 

Bu

 



məqsədlə, ABŞ-ın İraq İdxal Bankı 500 mln. dollar maliyyə ayırdı (8, 102). 

1984-cü 


ildə  İraq-ABŞ  münasibətləri  inkişaf  edərək  yeni  mərhələyə 

qədəm qoydu. Belə ki, 1984-cüilin oktyabrında Bağdadda ABŞ-ın İnformasiya 

Agentliyi

 

yenidən  fəaliyyətə  başladı.  Səddam  Hüseyn  ABŞ  ilə  diplomatik 



münasibətlərin  bərpa  olunmasına  hazır  olduğunu  bəyan  etdikdən  sonra  26 

noyabr


  1984-cü

ildə  bu  əlaqələr  yenidən  bərpa  olundu.  Bu  münasibətlə  Tariq 

Əziz Vaşinqtona rəsmi səfər etdi. İyulun əvvəllərindən Körfəzdə savaşa ABŞ-

ın  müdaxiləsi  gücləndi.  ABŞ-ın  hərbi  gəmiləri  Bəhreynə  Amerika  eskadrası 

üçün

  yanacaq 



gətirməyə  gedən  tankeri  müşayiət  etməyə  başladılar.  1984-

cüilin  avqustunda  Fars 

körfəzi  və  Ərəbistan  dənizi  rayonunda  11,5  min 

Amerika


 

dənizçisi və əsgəri var idi. 

Beləliklə, Fars körfəzi sularında gərginliyin zəiflədilməsi gözlənilmirdi. 

Bu

 



isə o demək idi ki, bu rayonda hücuma məruz qalmış gəmilərin sayı getdik-

c

ə  artacaqdır.  1986-cı  ilin  iyunun  ortalarında  hərbi  münaqişə  çərçivəsindən 



çıxmağa başladı. İki ölkə arasındakı silahlı münaqişənin miqyasının genişlən-

məsi  Fars  körfəzi  rayonunda  təhlükəsizliyi  zərbəyə  məruz  qoyurdu.  İranın 

hərbi  dəniz  qüvvələrinin  Küveytə  məxsus  yeddi  kateri  tutması  buna  misal 

olaraq


 

göstərilə bilər. 



 

82 


İraq-İran  savaşının  gedişində  ABŞ  Bağdadı  müdafiə  etdiyini  nümayiş 

etdirmək üçün Vaşinqton rəsmilərini regiona müxtəlif səfərlərə göndərirdi. Bu 

mənada,  1986-cı  ilin  aprelində  ABŞ-ın  prezidenti  Сorj  Buşun  regiona  səfəri 

xüsusi


 qeyd ed

ilə bilər. Həmin səfərdə o, birmənalı şəkildə savaşda İranın qələ-

bə çalmasının ABŞ-ın maraqlarına zidd olacağını bəyan etdi (5, 357). Bununla 

belə, Vaşinqtonun İraqı müdafiə etməsi heç də ABŞ-ın İraqla strateji müttəfiq 

olajağını söyləməyə əsas vermirdi. Çünki ABŞ üçün regionda Səudi Ərəbista-

nının liderliyi ilə İran-İraq-Səudi Ərəbistanı strateji üçbucağının formalaşdırıl-

ması daha məqsədəuyğun idi. Burada, Vaşinqtonun məqsədi sözügedən üçbu-

ca

ğın  vasitəsilə  İranın  savaşda,  eləcədə  ondan  sonrakı  dövrdə  uğurunun 



qarşısını  almaq  idi.  Bu  nədən  irəli  gəlirdi?  İraqdan  fərqli  olaraq  İran  savaşın 

gedişində  regionun  digər  dövlətlərinə  –  Küveyt  və  Bəhreynə  də  təjavüz 

edəjəyini gizlətmirdi. Savaşda İranın qələbə çalması regionda onun hegemon-

lu

ğuna gətirib çıxara bilərdi. Digər tərəfdən, İran xariji dövlətlərdən İsrail vasi-



təsilə silah alırdı ki, bu özü də savaşın gedişində əsas diqqəti çəkən amillərdən 

biri


  idi.  Eyni  zamanda, 

İsrail  İraqın  güclənməsindən  ehtiyat  edərək,  İrana 

yardım edirdi. ABŞ isə neytral mövqe elan etməsinə baxmayaraq, ikili standart 

siyasəti yeridirdi və İrana da silah satırdı. Bu İrangeyt hadisəsi isə 1986-cı ilin 

noyabrında  bütün  dünyaya  məlum  oldu.  Düzdür,  Reyqan  İrana  hər  cür,  ilk 

növbədə,  hərbi  yardımı  kəsmək  məcburiyyətində  qaldı  (9,  539).  ABŞ-ın  bu 

mövqeyi

,  faktiki  olaraq, 



ərəb birliyinə təkan verdi. Həmin  dövr hadisələrinin 

gedişindəki  ssenarinin  təhlili  belə  bir  qənaətə  gəlməyə  əsas  verir  ki,  ABŞ 

İrangeyt əməliyyatının açılmasında özü maraqlı olmuşdur. Çünki 1986-cı ildə 

artıq  savaşın  taleyi  bəlli  idi.  İkincisi,  Vaşinqton  80-ci  illərin  əvvəllərində 

regionda

 

proseslərin  ağırlığını  Yaxın  Şərq  sülh  prosesində  Körfəz  böhranına 



keçirməkdə istəyinə nail olmuşdu. Üçüncüsü isə, ABŞ-ın həmin addımı Misiri 

t

əcrid  olunma  vəziyyətindən  çıxarırdı  ki,  bu  da  ABŞ  üçün  vacib  idi.  Çünki 



Misirin

 t

əcriddən çıxması ilə 80-ci illərin sonunda ərəb dövlətləri arasında yeni 



qüvvələr nisbəti yaranırdı ki, bu da Vaşinqtona daha çevik diplomatik manevr 

etmək imkanı verirdi.  

Fars

 

körfəzinin mərkəz hissəsində Səudi Ərəbistanının əl-Cübeyl limanı 



yaxınlığında daha bir tijarət gəmisinə basqın edilmişdi. ABŞ-ın dörd eskadra 

mina


 

gəmisi Fars körfəzində Bəhreynin dəniz sahillərinin 120 milliyində İranın 

neftçıxarma platformasını şiddətli atəşə tutmuş və onu dağıtmışdı.  

ABŞ prezidenti Ronald Reyqan Fars körfəzində baş vermiş hadisələr ilə 

əlaqədar ilk açıq bəyanatla 18 aprel 1988-ci ildə çıxış edərək İranı hədələmiş 

və  bildirmişdi  ki,  Amerika  hökuməti  bu  ölkəyə  qarşı  yeni  silahlı  tədbirlər 

görməyə hazırdır. İranın məsuliyyətsiz davranışı ona çox baha başa gələcəkdir. 

Bəyanat  verilən  vaxt  İran  sahillərində  ABŞ  hərbi  dəniz  qüvvələrinin  20-dən 

çox

 

gəmisi  var  idi.  Ümumiyyətlə,  Fars  körfəzinə  və  onun  yaxınlığına 



Amerikanın  təxminən  30  gəmisi,  o  cümlədən  «enter  prayz»  atom  aviasiya 

gəmisi cəmləşdirilmişdi. 



 

83 


ABŞ-ın silahlı əməliyyatları Fars körfəzi ölkələrində böyük narahatlığa sə-

bəb olmuşdu. Elə buna görədir ki, silahlı münaqişənin həllinə doğru atılmış ilk 

addım 20 avqust 1988-di ildə Qrinviç vaxtı ilə səhər saat 3-də bütün cəbhə boyu 

atəşi dayandırajağı xəbəri dünya ictimaiyyəti tərəfindən razılıqla qarşılandı.  

Ümumiyyətlə götürsək, ərəb ölkələri arasındakı münasibətlərdə mövcud 

olan


 

ziddiyyət aradan qaldırılmadan Yaxın Şərqdə möhkəm sülhə nail olmaq 

mümkün

 deyil. Professor Dan Cirgi bu fikri daha obyektiv 



ifadə edərək qeyd 

edir


 ki, «

ABŞ bütünlüklə xarici siyasətində beynəlxalq hüqüqa əsaslansa belə, 

ərəb-İsrail  münaqişəsi  ən  optimal  variantda  həll  edilsə  belə,  yenə  ərəb 

ölkələrinin gələcəyi problematikdir» (10, 79). 

Yaxın və Orta Şərqdə XX əsrin ən böyük savaşı kimi başa çatan İraq-İran 

savaşı  öz  nəticələrinə  görə  beynəlxalq  aləmdə,  eləcədə,  müxtəlif  siyasi 

dairələrdə bu günə kimi müzakirə obyekti olaraq qalmaqdadır. Bunu nə ilə izah 

etmək olar. İlk növbədə, bu İraqın mövqeyi ilə birbaşa əlaqədardır. Məsələyə 

rəsmi  Bağdadın  mövqeyindən  yanaşılması  məqsədəuyğun  deyildi.  Belə  ki, 

burada


 

İraqın  iddiasında  bir  həqiqət  vardır  ki,  bu  da  savaşın  başlanmasına 

gətirib  çıxaran  sərhəd  probleminin  həll  edilməməsindəki  məsələlərlə  birbaşa 

əlaqadardır.  Məlum  olduğu  kimi,  Şətt  əl-Ərəb  çayının  iki  dövlət  arasında 

sərhəd  kimi  müəyyən  olunmasında  problemin  açıq  qalması  hələ  Osmanlı 

imperiyasının dağılmasından sonra ortaya çıxan ərazi və sərhəd məsələləri ilə 

birbaşa əlaqədar idi. Bu mənada, Osmanlı imperiyasının dağılmasından sonra 

Yaxın  və  Orta  Şərqdə  yeni  siyasi  xəritənin сızılmasında  rol  oynamış  Avropa 

dövlətləri  bu  məsələdə  konkret  razılığa  gələ  bilməmişlər.  İraq-İran  sərhəddi 

üzərində yaradıla biləcək münaqişə, faktiki olaraq, istər SSRİ, istərsə də Qərb 

dövlətləri  üçün  regionda  balansı  müəyyən  etmək  sahəsində  geostrateji  rol 

oynamışdır. Şətt əl-Ərəb çayının çox hissəsinin İraqa aid edilməsində Bağda-

dın  daha  çox  haqqı  olmasına  baxmayaraq,  İranın  sərhəd  məsələsini  daim  ön 

plana


 

çəkməsi,  onun  milli  və  dövlət  maraqlarından  çox  rəsmi  Moskvanın 

regionda

 balansa 

nəzarət etmək iddiasından başqa bir şey deyildi. Bunu Cenev-

rədə  aparılan  danışıqlarda  rəsmi  Moskvanın  nümayiş  etdirdiyi  mövqe  də  bir 

daha

 sübut edir.  



1988-ci ilin iyununda 

İran İslam Respublikası 20 iyul 1987-ci ildə BMT-

nin 

Təhlükəsizlik Şurasının 598-ci qətnaməsini qəbul etməsi haqqında bəyanat 



verdi

.  1988-ci  ilin  avqustunda 

İranla  İraq  arasında  savaşın  dayandırılması 

haqqında  razılıq  əldə  edildi  (11,  313).  Xatırladaq  ki,  İraq  təcavüzkar  elan 

edilmədiyi  üçün  İran  tərəfi  qətnaməni  qəbul  etmək  istəmirdi.  1988-ci  ilin 

martından başlayaraq, İran orduları həlledici döyüşə başladılar, lakin ilk əvvəl 

müvəffəqiyyyət qazansalarda, sonradan ciddi məğlubiyyətlərə məruz qaldılar. 

1988-ci  ilin 

ortalarında  ABŞ  hərbi  kontengini  artırmağa  Fars  körfəzi 

regonunda 

hərbi münasibətlərdə aparıcı qüvvəyə çevrilmişdi. Burada onun 27 

gəmidən  ibarət  armadı  və  müttəfiqlərinin  bir  neçə  gəmisi  yerləşirdi. 

Amerikalılar bir neçə İran neft platformasını, 6 gəmini və tez gedən katerlərini 


 

84 


batırdılar.  Xarakter  haldır  ki,  bu  aksiya  İraq  silahlı  qüvvələrinin  Fao  adasını 

azad


 

edən əməliyyatla eyni vaxta düşmüşdü. 3 iyulda Amerikanın «Vinesenes» 

kreyserindən  buraxılmış  raketlər  «İran  Eyr»  aviakompaniyasına  məxsus, 

Bəndər-Abbasdan Əbu-Dabiyə reys edən içərisində 117 qadın və uşaq olmaqla 

298 

nəfər sərnişinin olduğu təyyarəni vurdu (12, 163). ABŞ-la əks cəbhələrdə 



üz

-

üzə  durmaq  İran  İslam  Respublikasının  üzüjü  savaşına  sarsıdıcı  zərbə 



vurdu

Digər səbəblər də var idi. 1988-ci ilin iyulunda İran 5 mlrd. dollar akti-



və malik idi, halbuki, hər il hərbi xərclər 8-10 mlrd. təşkil edirdi. Cəmiyyətdə 

narazılıq  artmışdı,  əvvəlki  illərlə  müqayiəsədə  1988-ci  ldə  könüllülərin  sayı 

üçdə bir qədər azalmışdı.  

Artıq 1988-ci ildə baş verən hərbi döyüşlərin gedişində İİR-nın rəhbərliyi 

bir  daha 

əmin  oldu  ki,  Fars  Körfəzi  Ərəb  Dövlətləri  Əməkdaşlıq  Şurasından 

böyük 

məbləğdə  maliyyə  yardımı  və  SSRİ,  Qərbi  Avropa  və  ABŞ-dan  geniş 



miq

yaslı  müasir  hərbi  texnika  alan  İraq  üzərində  qələbə  çalmaq  qeyri-

mümkündür

 (13, 398). 

20  avqust  1988-ci 

ildə  başlayan  İraq-İran  sülh  danışıqları  Cenevrə  və 

Nyu

 Yorkda keçirildi. 15 raund 



keçirilən bu danşıqlar 1990-cı ilin avqustunda 

razılıq  əldə  edilmədən  kəsildi.  Son  on  illərdir  ki,  İraq-İran  münaqişəsi  don-

duruldu

 

və  hərbi  əməliyytlar  dayandırıldı.  ABŞ-ın  İraqa  olan  loyal  münasi-



bətindəki inkişaf çox çəkmədi. 1989-cu ildə iki ölkə arasında yenidən dövlət-

lərarası  soyuq  münasibət  formalaşmağa  başladı.  Bu  da  İraqın  İranla  savaşda 

kimyəvi silahdan istifadə etməsi ilə əlaqədar idi. 

İraq-İran  danışıqlarının  konkret  nəticəsiz  olaraq  başa  çatması  bir  daha 

onu

 

göstərdi  ki,  ikiqütblü  sülh  sistemi  şəraitində  iri  dövlətlərin  regionda 



toqquşan  maraqları  bu  savaşın  nəticəsi  ilə  tam  olaraq  balanslaşdırılmadı. 

Danışıqların istər münaqişə tərəfləri, istərsə də maraqlı tərəflər üçün nəticəsiz 

başa  çatması  siyasi  müşahidəçi  və  politoloqlara  onu  deməyə  əsas  verdi  ki, 

Yaxın  və  Orta  Şərqdə  savaş  faktiki  başa  çatmamış  və  yeni  savaş  təhlükəsi 

formalaşmaqdadır.  Danışıqların  nəticəsiz  qalması,  eyni  zamanda,  istər  İran, 

istərsə də İraq üçün də istənilən nəticə deyildi. Nə rəsmi Tehran, nə də rəsmi 

Bağdad  danışıqların  bu  formada  açıq  qalması  ilə  ölkənin  üzləşmiş  olduğu 

sosial


-iqtisadi 

və siyasi problemlərin həlli ilə üz-üzə qalmışdı. Bu isə hər iki 

ölkədə yeni sosial partlayışlar demək idi. Bunu sonrakı proseslər - iki il sonra 

İraqın Küveyti işğal etməsi bunu bir daha sübut etmiş oldu. Yenə münaqişənin 

həllində Vaşinqtonun mövqeyi önə çıxdı. 

 

ƏDƏBİYYAT 

1.

 

Fahir



 

Armaoğlu. 20 yüzyil siyasi tarihi. 1914-1980. Ankara: TISA Matbaası, 1983, 851 s. 

2.

 

Уильям  Мэлон.  «Учили  ли  США  Ирак  прятать  свое  оружие  массового  уничтоже-



ния». КОМПАС БПИ, ИНО ТАСС, 4.12.91, с. 6. 

3.

 



Вавилов  А.И.  Политика  США  в  мусульманском  мире  на  примере  арабских  стран. 

М.: 2009, 351 с. 

4.

 

Касаткин Д., Ушаков В. Четвертый год войны. «Азия и Африка сегодня», №4, 1984, с.5. 



 

85 


5.

 

Viorst Milton. Traq t war. Foreigh Affairs. N.Y. 1986/1987, vol. 65, 



№2, р.16. 

6.

 



Джо Сторк. Иракгейт, или верх цинизма. ИТАР ТАСС 23.02.93, с.6.  

7.

 



Qarayeva

  G.,  Hac

ıqədirli A. Ərəb ölkələrinin çağdaş sosial-iqtisadi və siyasi inkişafının 

xüsusiyyətləri. Bakı, 2012, s.474 

8.

 

Ниязматов Ш.А. Ирано-иракский конфликт. М., 1989, 176 с. 



9.

 

Багирова А. Внешняяя политика Ирака (1968-2003). Баку: Адилоглу, 2003, 539 с. 



10.

 

Aynur



 Hac

ıqədirli. ABŞ-ın Yaxın və Orta Şərq siyaətinin bəzi məqamları. Şərqin aktual 

problemləri: Tarix və müasirlik. Bakı, 2001, 5 s. 

11.


 

Ден  Кон  Шербок,  Дауд  эль-Алами.  Палестино-израильский  конфликт.  Две  точки 

зрения. М., 2002, 313 с. 

12.


 

Повлов Д. Иран. От полуколонии региональному лидерству. Ближний Восток: война 

и политика. М.: Издательский дом Марджани, 2010, 276 с.  

13.


 

Современные международные отношения. М., 2001, 582 с. 



 

ОТНОШЕНИЯ США С ИРАКОМ В 80-Х ГОДАХ ХХ ВЕКА 

 

Г.И.КАРАЕВА 

 

РЕЗЮМЕ 

 

В результате шестидневной арабо-израильской войны дипломатические отноше-

ния между США и Ираком были прекращены. Эти отношения были восстановлены во 

время ирано-иракской войны. В феврале 1982 года США вычеркнул Ирак из списка го-

сударств,  поддерживающих  международный  терроризм.  В  1984  году  наступил  новый 

этап в развитии отношений между Ираком и Соединенными Штатами. 26 ноября 1984, 

были восстановлены дипломатические отношения между Ираком и Соединенными Шта-

тами. По этому случаю, Тарик Азиз совершил официальный визит в Вашингтон. Во вре-

мя войны США оказал Ираку любого рода военную помощь. В августе 1988 года, была 

достигнута  договоренность  о  приостановлении  войны  между  Ираком  и  Ираном.  Было 

заключено официальное соглашение между Ираном и Ираком о прекращении войны. 

 

Ключевые слова: война, мир, Тарик Азиз, отношение 

 

U.S. RELATIONS WITH IRAQ IN THE 80s OF THE XX CENTURY 

 

G.

İ.GARAYEVA 

 

SUMMARY 

 

As a result  of  the six-day Arab-Israeli war, diplomatic relations between the U.S. and 

Iraq were cut off. These relations were restored during the Iran-Iraq war in February 1982, the 

U.S. withdrew Iraq from the list of state sponsors of international terrorism. In 1984, there 

started a new stage in the development of relations between Iraq and the United States. On no-

vember  26, 1984, diplomatic relations between Iraq and the United States  were restored. On 

this occasion, Tariq Aziz made an official visit to Washington.During the Iraq war, the U.S. 

rendered any kind of military assistance. In August 1988, it was agreed to suspend the war be-

tween Iraq and Iran. Agreement was reached between Iran and Iraq to end the war. 

 

Key words: war, peace, Tariq Aziz, relation 



 

 

Yüklə 270,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin