Бакы – 2013 Тяртибчи вя редактор



Yüklə 2.97 Kb.
Pdf просмотр
səhifə1/6
tarix02.12.2016
ölçüsü2.97 Kb.
  1   2   3   4   5   6

 
 
Бакы – 2013

Тяртибчи вя редактор: Гулу Аьсяс
Й 87   Шеир вахты. Поезийа алманахы. 
Бакы, «Тящсил», 2013, 168 сящ. 
Азярбайъан Республикасы Мядяниййят вя Туризм
Назирлийинин сифариши иля Sabir poeziya gцnlяrinя hяsr olu-
nan nюvbяti almanaxы vяrяqlяyяndя «Шеир Вахты» ады сяни
тяяъъцбляндирмясин, язиз охуъу!
Доьрудан Шеир Вахтыды!
Садяъя бу китабы башдан айаьа охусан, бизимля ра-
зылашаъагсан. 
Алманахдакы йазыларын щяряси вя ... щамысы бир шеирди,
яслиндя.
Оху, Вахтды ...
Шеир Вахтыды ... 
4702060202
Й                        2013                                              © «Тящсил», 2013
053

SÖYÜD
Yenə Тəbriz sözü gəldi dilimə,
Babam Хətainin şəhəridir o.
Qurşayın Аrazı mənim belimə,
Тomrisin açılmış kəməridir o.
Аraz qırağında, küləkli gündə,
Mən bir söyüd gördüm çayın üstündə.
Dağılmış saçını gah yel yolurdu,
Gah da ki tikanlı məftil yolurdu.
Əyilib o tayı öpürdü söyüd,
Əyilib bu tayı öpürdü söyüd.
Saçını o taya səpirdi söyüd,
Saçını bu taya səpirdi söyüd.
Yüz belə küləklər əsib üstündən,
Birdi bahar ona, birdi qış ona.
Sərhəddə bitdiyi birinci gündən
Tikanlı məftillər sarınmış ona.
Söyüd bitdiyinə peşiman olmuş,
Söyüdü görənlər pərişan olmuş.
5
Nəriman Həsənzadə

Söyüdüm, əyilib o tayı öpdün,
Gətir saçlarından öpüm, söyüdüm.
Söyüdüm, saçını bu taya səpdin,
Sаçınа gül-çiçək səpim, söyüdüm.
Fikrə qərq olduğum sərhəd boyunda,
Sərhədsiz göründü dünya gözümə.
Əsryarım keçdi bu bircə anda,
Külək toz-torpağı çırpdı üzümə.
Sandım ki, yel əsir əsryarımdı,
Söyüdün saçları öz saçlarımdı.
Dondu damarımın elə bil qanı,
Demə, qanunlara mən qulaq asdım.
Bölmədim, bölünmüş Аzərbaycanı,
Söyüdlə birlikdə bağrıma basdım.
BU DÜNYA NƏRDİVANDI
Bu dünya nərdivandı, –
qalхanda mehribandı,
enəndə nə yamandı...
Görüşdük pillələrdə,
yolun yarısında biz.
Sən qalхırdın bu dəmdə,
mən enirdim хəbərsiz.
Səni arzularına
qaldırırdı nərdivan.
Мəni хatirələrə
endirirdi bu zaman.
Birimiz – günçıхana,
birimiz – günbatana.
Qalхa bilməzdim daha,
nə o güc, nə o taqət.
6

Sən də enə bilməzdin, –
haqlı, haqsız vermişdi
öz hökmünü təbiət.
Gərək ya düşməyəydi
bu görüş heç araya.
Ya sən əvvəl gələydin,
ya mən sonra dünyaya.
ÜRƏYİМ АNАNI İSТƏYİR, QIZIМ
Ürəyim ananı istəyir, qızım,
sən yaşa dünyada qəmsiz, kədərsiz.
Bir səs qulağıma döz deyir, qızım,
mən dözdüm,
yaş ötdü məndən хəbərsiz.
Qaşlarım qaradı, saçlarım ağdı,
təbiət şəklimi çəkir yenidən.
Hamı bu dünyada qocalacaqdı,
amma tək qocalmaq dərd verir hərdən.
“Dağlar” deyə-deyə mən dağ aşmışam,
Hanı tale dostum,
ürəkdən gülən?!
Dünyada yaşayıb dünyalaşmışam,
dünyayla düz gəlmir daha mən deyən.
Daddım acısını şirin həyatın,
hələ bu acıdan doyan olmayıb.
Qızım, qardaşınla sən olmasaydın, 
deyərdim, dünyada anan olmayıb.
Daha yaş artdıqca, səbrim azalır,
yaş yaşdı...
neyləsən yaş əyir, qızım.
Qadınsız – kişi də kimsəsiz qalır,
ürəyim ananı istəyir, qızım...
7

KÖKÜNDƏN AYRILANLAR
Mən gülləri yığıb qoydum 
büllur güldana.
Torpağından, soykökündən 
aralandılar.
Su içində susuzluqdan 
güllər yandılar.
ANA
Ana – ana torpaq, ana vətəndir,
Ən əziz andımız anadır, ana.
Adı dar günümdə dada yetəndir,
Müqəddəs, yenilməz qadındır – ana.
Məni kainatdan sən gətirmisən,
Sənsən ruhum, canım, nəfəsim, ana.
Ruhunda cücərdib, sən bitirmisən,
Mənim azadlığım, qəfəsim ana.
8
Fikrət Qoca

Yolumda çıraqsan, gözümdə nursan,
Hər zaman səslərəm səni mən, ana.
Mənim kürəyimə əlini vursan,
Dağı qaldıraram yerindən, ana.
Mən Yer kürəsini heykəl sayıram,
Ana varlığına, ana sözünə.
Ay ana, mən səni qibləm sayıram,
Üzümü qoyuram ayaq izinə.
DOLANIRIQ – 1
(Yemək haqqında şeirlər silsiləsindən)
Otlar torpağı yeyir,
Qoyunlar otları,
Biz qoyunları yeyirik,
Torpaq bizi.
Günəşin altında,
Yer kürəsinin üstündə,
Yaxşı gündə, pis gündə
«Çox şükür» deyə-deyə dolanırıq,
Bir-birimizi yeyə-yeyə dolanırıq.
DOLANIRIQ – 2
Hamı bir-birini yeyir,
Bir-birinin vaxtını, əsəblərini,
Səbrini yeyir.
Yeyir düz əyrini,
Çox vaxt əyri yeyir düzü.
Bu boyda iştaha sahibi
Acgöz insan
niyə yeyə bilmir haqsız sözü?
9

AĞLAYANDA GÜZGÜYƏ BAX – 3
Məhəbbət oddu, sirr deyil,
Saxlaya bilsən saxla.
Ağlayanda güzgüyə bax,
Ağlaya bilsən ağla.
Sınmaz, dönməz olsan əgər
Sən bir nəslin olursan.
Əvvəl-axır ölüm varsa,
Niyə təslim olursan?
Sirdaşın öz qəlbin olsun,
Yoldaşın yoldaşı var.
Canı canından olsa da,
Hər kəsin öz başı var.
Beş adamın arasında
Hər halda bir yaxşı var.
Az olsa da ən axırda
Qalib gəlir yaxşılar.
Bu cür gözəl bir aləmə
“Yalan dünya deyilməz”.
Bu dünyada haqq var, canım,
Haqqın haqqı yeyilməz!
CÜCƏ NAĞILI
Bir cücə vardı yumurtada,
Yumurta hələ toyuğun qarnında idi.
Bir qızıl xoruzun atəşi, sevgisi,
Savaşmaq həvəsi,
Günəşi oyadan zil səsi
O cücənin qanında idi.
10

Qanı da hələ yumurtanın içində,
Cücənin canında idi.
Cücə həsrətlə gözləyirdi
Günəş payını, hava payını,
Su payını.
Bu dünyanın “Çal-çağır” verilişinin 
vur-harayını.
Bir səhər
Soyutma yumurta istədilər.
Cücəni yumurtanın içində 
bişirdilər, 
yedilər.
Sonra da verib baş-başa:
Bu dünyada haqq-ədalət yoxdur – dedilər.
Cücənin yaşamaq haqqını yeyib,
Getdilər haqsızlıqla savaşa.
11

«QOCALMIŞ ŞEİRLƏR»İN DAVAMI
GÜN ÇIX-GÜN BAT
Harda olsam
dan söküləndə,
gün çıxanda, 
mən də yenidən
doğuluram,
dünyaya gəlirəm elə bil.
İllah da ki gün
dağın dalından boylana,
dənizin dibindən çıxa.
Harda olsam
şər qarışanda,
gün batanda,
mən də birdən-birə
yerə çökürəm,
ölürəm elə bil.
İllah da ki gün
dağın dalında gizlənə,
dənizin dibində bata.  
12
Fikrət Sadıq

MAĞIL
Onda ki uşaq idik,
Nağıl var idi – mağıl.
Nə yaxşı ki, böyüdük,
Ağıl var idi – mağıl.
Bizə göz qoyan xeyli
Paxıl var idi – mağıl.
Cahillərin içində
Ahıl var idi – mağıl.
«Səs-küy salma, yerində
Qaxıl!» var idi – mağıl.
Qəlblərdə sirr saxlayan
Daxıl var idi – mağıl.
Dar gündə başaq düşən,
Taxıl var idi – mağıl.
Bütöv ola bilmədik,
«Dağıl» – mar idi – mağıl.
DESİNLƏR
Gecəyə mütləq zülmət,
Gündüzə ağ desinlər.
Kömürə zil, qapqara,
Zərə parlaq desinlər.
Dağ səbirlə ucaldı ki,
Adına dağ desinlər.
Gül bitirən bağça-bağa,
Gül bağça-bağ desinlər.
13

Çağları qarışdırma,
O çağ, bu çağ desinlər.
O çağ, bu çağ məlumsa,
Nəyə hacaq desinlər?!
Torpaq topa bənzəyir,
Bəlkə, topraq desinlər.
Yerdə hər yer yaxındır,
Göyə uzaq desinlər.
Sol gəlib solda dursun,
Sağa da sağ desinlər.
Qılınc yazı yazırsa,
Daşa varaq desinlər.
Həyata – nə toy-büsat,
Nə təmtəraq desinlər.
Həyata – dərd əridən
Sönən çıraq desinlər.
Qəlbə çəkilən dərdə
Dağ üstdən dağ desinlər.
İnsana – Dünya ilə
Qanlı-bıçaq desinlər.
Ağ olma, qoyma sənə,
Üzlü qonaq desinlər.
Haqq bilir, suç kimdədir,
Yetər, nahaq desinlər.
Haqqın da haqqı var ki,
Haqqında Haqq desinlər.
14

KƏRƏM OL
Kərəm!
Eşitdim
gəlirsən.
Amma bu kərə
Kərəm ol bir daha.
Sevmə Əslini.
Gəncədə Əsli yoxdur ta!
Gəl, əvvəlcə Xocalını gör.
Tanı əslinin Əslini.
Sonra özün bilərsən,
İstəsən, gələrsən.
ŞAİR QABİL
Hanı gülər üzün sənin,
Hanı dəmir sözün sənin?
Şit şairlər çoxalıbdı,
Hanı dadın, duzun sənin?..
Dağlarda var izin – sənin,
Dərdi yenən dözüm – sənin.
Şeirin – günəş zərrələri,
Sönməz odun-közün sənin.
Görükməyən hüsn sənin.
Söz ver mənə, izn sənin.
O, «qızılgül satan» – sağdır,
Bu – çox sürən hüzn – sənin.
Şairə xas əzm – sənin.
Səndən uca özün – sənin.
Qəddar Vaxtın qarşısında
Qatlanmadı dizin sənin.
15

BİRİ KİM
Bir obada üç günahkar bəndə var,
Biri mənəm, biri sənsən, biri kim?
Dədəm Alxas Ağanın şeirindən
Gecə-gündüz ürəyi qan ağlayan
Biri məndim, biri səndin, biri kim?
Viran olmuş Vətəndə can saxlayan –
Biri məndim, biri səndin, biri kim?
Bu dağlara çöysüyəndə çən-duman,
Bu torpağın dərdlərinə göz yuman,
Düşmənindən mərhəməti pay uman –
Biri məndim, biri səndin, biri kim?
Dürüst sözü danışana sus deyən,
Millətini alçaqlayan, pisləyən,
Əcnəbiyə, yabançıya dost deyən –
Biri məndim, biri səndin, biri kim?
16
Abbas Abdulla

Xalqımıza oyan dedik, oyandı,
Torpağımız al qanlara boyandı,
O kimlərdi yarı yolda dayandı –
Biri mənəm, biri sənsən, biri kim?
Boş lafları burax, qardaş, zamandır,
Səndən, məndən Vətən imdad umandır,
Ya Şəhid ol, ya Qazi ol amandır –
Deyən mənəm, susan sənsən, duyan kim?
AND
Bu dünyanın işlərinə
Çözüm varsa, gözüm çıxsın.
Giclərinə, biclərinə
Dözüm varsa, gözüm çıxsın.
Canım üzdüm haqdan yana,
Sözü dedim anlayana.
Anlamayan hər nadana
Sözüm varsa, gözüm çıxsın.
Ömrüm keçdi qilü-qalda,
Adım çıxdı sağda, solda.
Arsız, hırsız gedən yolda
İzim varsa, gözüm çıxsın.
Çocuqkən qoşdum əməyə,
Varmadım haram yeməyə,
Xalqa yalan söyləməyə
Üzüm varsa, gözüm çıxsın.
Ölüm-qalım bazarında
Can bu gündə, göz yarında.
Fani dünyanın varında
Gözüm varsa, gözüm çıxsın. 
17

QAYA ÜSTÜNDƏ ŞEİR
Burda bu qışın çilləsi
Çovuyur ovçu gülləsi – 
Dağlar yazda güllənəsi
Bu dağlara qıyma, qıyma!
Burda bir ovçu od qalar,
Meşələrə talan salar – 
Yaz gələndə yaşıllanar,
Budaqlara qıyma, qıyma!
Burda ovçu – ovu qanlı,
Burda çaxmaq – qovu qanlı...
Suyu qanlı, novu qanlı,
Bulaqlara qıyma, qıyma!
Ovçu, hanı cüyür, əlik,
Qayalarda səkmir kəklik?!
Ovsuz qalar həmişəlik
Ovlaqlara qıyma, qıyma!
BACARMAZSAN
Göy gözlərin – dibsiz quyu,
Ağlama, quruyar suyu,
Get uyu, yazığım, uyu!
Məni bula biləmməzsən.
Düz yollarda aza-aza,
Uydun saxta sözə-saza,
İndi dirəndin çıxmaza,
Xilas ola biləmməzsən.
18

Yanaq solub, əl əsəndə,
Dodaq susub, dil əsəndə,
Mənsiz ölüm diləsən də,
Yazıq, ölə biləmməzsən.
HİCRƏT
Yer üzündə nə böhtana,
Nə yalana sığınıram.
Göy üzündə var olana
Haqq olana sığınıram.
Dinə gələn Həbəş kimi,
İşıq saçdım atəş kimi.
Hilal, ulduz, günəş kimi
Bu cahana sığınıram.
Səfa sənin, cəfa mənim,
Kibr sənin, vəfa mənim
Məhəmməd Mustafa mənim,
Qulam, ona sığınıram.
Sünni, Şiə, Ələviyəm,
Səlimiyəm, Səfəviyəm,
Beyt əhliyəm, Beyt eviyəm,
Bir Qurana sığınıram.
Üz tutuban pənahıma,
Tövbə etdim günahıma.
Uca, Böyük Allahıma
Qana-qana sığınıram.
19

* * *
Təyyarə marşrutlarının 
göylərdə cızdığı
tərsimi həndəsəsi –
tar simi tək heç vaxt
kəsişməyən o paralel xətlər
göylər sakini mələklərin
yerdəkilərə hikmət dərsimi?!
Tərsinə oxudum hərdən
tırsım tutanda
o ilahi işarələri, tərsinə...
Tər sinələrdə dərdim
tıncıxan nəfəsimi.  
İlhamımın ağ yelkəni
tər sinələr tərsanəsindən
qanadlandı
uzaq Marsel, Mərsinə...
Tər sinələr tərsanəsində
tıncıxan nəfəslə
tər tökən
tərsa əslimdi.
20
Çingiz Əlioğlu

Bu gördüyünüzsə
mən deyiləm,
bayağı güzəranın
olar-olmaz tələblərinə
təpərsiz tənin təslimidi...
* * *
mən əsas
mənasəs
şairi kimi
məna-səs arası
qısa, kəsə
iz aradım gəzdim
hər kəsə
həssas qulaqlarçün
səslər sırasında
əlaqə mövcuddur dedim
mənasəs sırasında
məna əsas bax buna
cəhd etdim eyzən
sirr arasında
aradım izlədim
mənasəs ilişkisini
nə gizlədim
qələm-dırmıqla
daradım söz ləkini
dişlə-dırnaqla
eşdim-eşitdim
sözün cız-vərini
cızdanağım çıxdı
yayın cırcırama cırıltısında
dondum qışın şaxtasında
gördüm ki, sözdür fırladan
21

dünyaların məhvərini
qitə-qitə, ölkə-ölkə, bölgə-bölgə
bəlkə də, elə
leylək lələklərindən
ələnib lələ
ləpə-ləpə səpilib söz toxumu
Ləlöyündüm
Özümü ləpir-ləpir toxudum
söz ahənginə
mən əsas 
mənasəs
şairi kimi
özüm toxuduğum 
ömür həsrimi
sərdim əsrlər uzunu
cücərən sözün qədəminə
həsr elədim ömür əsərimi
sözün qədiminə
qərinələr əsarətində qalmış
hər sözün azadlıq həsrətinə
cəsarətim çatanda
yeni sözlər yaratmaq
cəhdində bulundum
sözlər hər toplumun
birgə yaradıcılıq məhsuludur
mən də nəsə atdım
yatırdım o daxıla
annayıb qanan da oldu
annamaram dünya dağıla
deyən də oldu
mən əsas
mənasəs
şairi kimi 
22

sözlərin mənasız
bəzək-düzəyindən qaçdım
bayağı şöhrətin bəlirli, ucuz
duzağından qaçdım
şeirin işvəli ənnik kirşanı
mənnik deyildi
sözün düzünü
sərt sözün
mərd üzünü xoşladım
dişimlə-dırnağımla
eşdim dilin təməlini
qələmimlə xışladım
hər şeiri bitirib
bir yenisini başladım
belə olub
belədir qəlbimin hökmü
mən əsas
mənasəs
şairi kimi...
APOKALİPSİS  ARMAGEDDON
bu cümə tutqundur qaralıb bənizi
şəhər səksəkəli durğundu hava
bozumtul bir duman basıb dənizi
bu gün işə çox az gedən adam var
diksindim çiskində görüb miskini
həsirin üstündə mis rəngli insan
önündə içiboş mis masqurası
səkidə bir küncdə salıb məskəni
23

bu cümə tutqundur söylədik bayaq
sökülüb-tökülüb ənnik-kirşanı
üfüqün üzündə yox qızıl boyaq
səhər xatırladır şər qarışanı
göydə yox günəşin ulduz kürüsü
təbii, dedik ki artıq səhərdi
yığışıb küçədən maşın sürüsü
şəhər də elə bil başqa şəhərdi
təmizlənməlidir şəksiz bu dünya
kim deyir ki buna nə ehtiyac var
dünyada bir milyard  zəngin var güya
beş milyard da çörək-suya möhtac var
susursan düyündür hirs boğazında
nazir var stilist bərbər saxlayır
qara gədələri qapı ağzında
quştutan saxlayır serber saxlayır
qiymətlər qiyamı lap qiyamətdir
bu artım deyildir qiymət qıyyası
bu nəyə işarə nə əlamətdir
nədir bu dövranın məqsəd-qayəsi
ada dovşanıtək çoxalıb-artan
millətlər it kimi kürsəyə gəlir
məclisdə ağzına su alıb yatan
bir himlə atılıb kürsüyə gəlir
o dilsiz-ağızsız göz-qaşsız başlar
o əlli-ayaqlı başsız bədənlər
tapşırıq olarsa yetəni daşlar
bədbəxtin birini güdaza verər
24

hər kəsin çömçəsi yad qazanında
saflığa əğyarsa əyyarlar əgər
di onda yeri var hər qəzanın da
bədlik yer oxunu bir anda əyər...
...döngədə çökmüş o əngəlli adam
cöngəyə çevrilib çıxdı aradan
çox şükür düşündüm bax buna varam
hərəyə bir çıxış seçib yaradan
harda heç kimi gəlib heç yana çıxmır
səs var göy yarılır şimşəksə çaxmır
xumar-xumar yatan o xam torpağı
xımır-xımır yağan yağış toxdadır...
İLKİN İNSTİNKT
Bəlkə də, yatmışdıq... axır ayrıldıq...
Bu hissdən qorunmaq səyi hədərdir!
Bütün sevgilərin sonu ayrılıq,
Bütün sevgilərin sonu kədərdir.
Sevgi bəxt vergisi, tanrı əmiri,
Bəlkə də, varlığın ilk qanunudur.
Axı nə qədərdir sevginin ömrü,
Bəs necə olur ki, sevən unudur?!
Kimisi deyir ki, sevgi əbədi,
Kimisi ötəri hissdir söyləyir.
Bu sevgi-məhəbbət sözü-söhbəti
Hərdən də adama uydurma gəlir.
Ziqfrid–Brunqida, Şeyx Sənan–Xumar...
Uğursuz məhəbbət dastanlarıdır.
25

Hər xalqın öz sevgi əfsanəsi var,
Bu gün də bu sayaq şeylər yaranır.
Sıra uzanardı durub saysaydım,
Bəlkə də, miqdarı saysız olardı.
Məcnunun Leyliyə əli çatsaydı
Tarixdə Məcnun yox, Qeys qalardı.
Hələ Əsli–Kərəm, Vərqa və Gülşa...
Dastanlar cəzb edir, çəkir hamını!
Kim bilir, bəs nələr gələrdi başa
Alsaydı Əslidən Kərəm kamını.
Qovuşmaq istəyib canı-diliylə
Bu istək yolunda yanıb sürünüb
O ilkin instinkt insan əliylə
Bir şirin yalana, tülə bürünüb.
Bu hissi bəzəmək yolunda bəşər
Edibdir özündən nə asılıdır.
Sevgi boş söhbətdir, məhəbbətsə şər,
İnsanın özünə qəsd üsuludur.
Sevginin gözləri kordur... məsəl var,
Hökmünə tabeyik o böyük korun.
Əsrlər boyunca sevən insanlar
Tutub ətəyindən gəliblər onun.
Uyub bu yalana biz çox bayıldıq...
Bu qəsdin qurbanı gör nə qədərdir!
Bütün sevgilərin sonu ayrılıq,
Bütün sevgilərin sonu kədərdir...
26

27
TİFLİS. PİROSMAN. MUĞAM
Tiflis tinlərində tifli tifillər...
faytonlar fitilləyən
saburtalo ortaçala meydanlarında
tüfeyli knyazlar ifləmə kintolar
tərifə sığmayan türfə gözəllər
trüfel ötürür lokantalarda
aralarında vifliyemli
aşkenazilər də var
duxan toranında
köztək közərir
kömürtək qaralır
pirosman gözü
hərdən Tiflis döngələrini
duman alır
çən gəlir
duxanlardan bu zaman
ədalı əllərində gümüş çəngəli
ləngimədən ləngərli
mələklər havalanır
dodaqları ləvəngəli
əngini ayırıb ləvənd kintolar
həsədlə onların ardınca baxır
susur pirosman
tinlərdə döngələrdə axır bu məqam
dolaşır sahibsiz
qəmli bir muğam...

BORC
Nə qədər borcum var gül-çiçəklərə, 
Nə qədər borcum var kəpənəklərə. 
Gördüm qara şumda qaradan qara, 
Nə qədər borcum var qarışqalara. 
Arı zəhmətinə borcum var mənim,
Borcum var yaşıla, ağa, sarıya. 
Borcum var çəməndə uçan arıya. 
Borcum var göylərdə süzən quşlara, 
Borcum var göylərə vurulmuşlara. 
Borcum var ulduza, Aya, Günəşə,
Közə, qığılcıma, oda, atəşə. 
Borcum var torpağın hər qarışına,
Barlı payızına, qarlı qışına. 
Borcum var saata, zamana, vaxta,
Ruziyə, qismətə, taleyə, baxta. 
Borcum var havaya, çörəyə, suya,
Məni mən eləyən hissə, duyğuya. 
Həm yerə borcluyam, həm göyə borclu,
Hər şeyə, hər şeyə, hər şeyə borclu. 
28
Zəlimxan Yaqub

Təpədən dırnağa xərc içindəyəm,
Təpədən dırnağa borc içindəyəm. 
Bir canam həyatda min cana borclu,
Həyata, dünyaya, cahana borclu. 
RUHUMA TOXUNMA
Ruh Tanrı payıdı verib insana,
Ruhuma toxunma, qəlbimə dəymə. 
Yaralı quş kimi perikdirirsən,
Ruhuma toxunma, qəlbimə dəymə. 
Ətri-təravəti çiçək kimidi, 
Hökmdə, qüdrətdə fələk kimidi.
Mələklər yanında mələk kimidi,
Ruhuma toxunma, qəlbimə dəymə. 
İnamsız bir ömür hədərdi, hədər,
Onu zaman-zaman şübhələr didər. 
Ucadı Allahın varlığı qədər,
Ruhuma toxunma, qəlbimə dəymə. 
Yellənir beşikdə, gülür bələkdə,
Dadı var, tamı var duzda, çörəkdə. 
Dünya nemətidi ruh da, ürək də,
Ruhuma toxunma, qəlbimə dəymə. 
Məhəbbət dünyası dərindən dərin,
Olmasın aramız, olmasın sərin. 
Bədənim yerindi, ruhum göylərin,
Ruhuma toxunma, qəlbimə dəymə.
29

TORPAQ OL YAŞA 
Sükutdan qaç,
Qəlbini aç,
Nurunu saç,
Ocaq ol yaşa!
Sevsinlər boyunu, 
Çalsınlar toyunu,
İçsinlər suyunu,
Bulaq ol yaşa!
Təhqir-töhmətdən,
Yersiz xiffətdən,
Kin-küdurətdən,
Uzaq ol yaşa!
Süfrəni bol aç,
Sevgiyə qol aç,
Yolsuza yol aç,
Çıraq ol yaşa!
Yaşat dünyanı,
Yaşat cahanı,
Yaşat insanı,
Torpaq ol yaşa!
ÇOX GÖZƏL
Gördüyümüz nəyi varsa dünyanın,
Çox gözəldi, çox gözəldi, çox gözəl.
Yeri varsa, göyü varsa dünyanın,
Çox gözəldi, çox gözəldi, çox gözəl.
30

Al işığı ulduzundan, Ayından,
Tut mayanı çeşməsindən, çayından.
Doymaq olmur baharından, yayından,
Çox gözəldi, çox gözəldi, çox gözəl.
Yaylağa bax aşağıdan yuxarı,
Bu yarıdı, bu gülüdü, bu xarı.
Şeir oxuyur dağ çayının axarı,
Çox gözəldi, çox gözəldi, çox gözəl.
İnsan onu görmədi də, gördü də,
Yaraşıqdı dörd fəslin dördü də.
Sevinci də, möhnəti də, dərdi də,
Çox gözəldi, çox gözəldi, çox gözəl.
Eldən-elə, evdən-evə hay oldu,
Sevgi gəzdi, yurddan yurda pay oldu.
Oğlan sevdi, qız bəyəndi, toy oldu,
Çox gözəldi, çox gözəldi, çox gözəl.
Gözümüzdə gözəlliyin möhrü var,
Sirr içində min bir sirri, sehri var.
Axşamın da, sabahın da mehri var,
Çox gözəldi, çox gözəldi, çox gözəl. 
Uca durdu ucaların ucası,
Min illərlə tüstüləndi bacası.
Qoca dünya qocaların qocası,
Çox gözəldi, çox gözəldi, çox gözəl.



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə