Baki – 023 Tərtibçi: Mirvari Abbas qızı İsmayılova


Təhsil  proqramının  mənimsənilməsi  nəticəsində məzun aşağıdakı ümumi kompetensiyalara



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix07.06.2023
ölçüsü0,75 Mb.
#126355
1   2   3   4   5   6   7   8   9   ...   22
Kommunikasiya 29.12.22 (1)

1.1. Təhsil 
proqramının 
mənimsənilməsi 
nəticəsində məzun aşağıdakı ümumi kompetensiyalara 
yiyələnir: 
- ixtisası üzrə Azərbaycan dilində şifahi və yazılı 
kommunikasiya bacarıqlarına; 
- ixtisasi üzrə ən azı bir xarici dildə kommunikasiya 
bacarıqlarına; 
- Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, 
mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və 
roluna dair sistemli və hərtərəfli biliklərə, milli 
dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma 
qabiliyyətlərinə; 



- Milli dövlətimizin qarşılaşdığı təhdidləri və 
çağırışları müəyyənetmə bacarıqlarına; 
- iş 
yerində informasiya texnologiyalarından 
istifadə etmək qabiliyyətlərinə; 
- komandada iş, problemin həllinə ortaq yanaşmaya 
nail olmaq qabiliyyətinə; 
- yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək 
qabiliyyətinə və uğur qazanmaq iradəsinə; 
- məsələlərin həlli üçün əlavə məlumat resurslarını 
müəyyən etmək və seçə bilmək qabiliyyətinə; 
- peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil 
etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına; 
- peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil 
etmək, gələcək təhsilini və mövcud bacarıqlarını 
təkmilləşdirmək, vaxtı idarə etmək və tapşırıqları 
vaxtında tamamlamaq qabiliyyətinə; 
- fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə 
də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin 
keyfiyyətə üstünlük vermək bacarığına; 
- bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə 
vəziyyəti 
və 
özünü 
yenidənqiymətləndirmək 
və 
özünütənqid bacarığına. 
1.2. Məzun aşağıdakı peşə kompetensiyalarına 
yiyələnməlidir:
- Azərbaycan dili və ədəbiyyatı üzrə qazanılmış 
bilik, bacarıq və vərdişlərə uyğun olaraq, problemlərin 
həllində iştirak etməyə hazır olmaq bacarığına; 
- Ana diilinin və bu dildə yaranan bədii əsərlərin 
məzmununu mənimsətməklə dövlətçilik ideologiyasını, 
milli-mənəvi dəyərləri, estetik gözəlliyi qorumaq 
bacarığına; 


10 
- Təlim prosesini ümumi təhsilin Azərbaycan dili 
və ədəbiyyat fənləri üzrə dövlət standartlarının tələblərinə 
uyğun olaraq təşkil etmək bacarığına; 
- Azərbaycan dili və ədəbiyyatı, eləcə də fənn 
dərslərində, dərsdənkənar vaxtlarda şagirdlərdə oxucu 
(mütaliə) səriştələrini formalaşdırmaq, mənəvi-əxlaqi 
inkişafına nail olmaq bacarığına; 
- Fənnin 
nəzəri 
və 
praktik 
səviyyədə 
öyrəniməsinin tərkib hissəsi olan psixoloji, pedaqoji, 
didaktik, kommunikativ məsələlərdən baş çıxarmaq 
bacarığına; 
- Təhsilalanların istedadının aşkar olunması və 
inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar 
üçün inklüziv təlim metodologiyasının, distant təhsil 
texnologiyalarından istifadə bacarığına; 
- Sistem təfəkkürə sahib olmaqla yanaşı, pedaqoji 
innovasiyaları mənimsəmək keyfiyyətinə və dəyişən 
pedaqoji mühitə uyğunlaşmaq bacarığına; 
- Sistemləşdirilmiş linqvistik, ədəbi-nəzəri və 
praktik biliklərdən təlim prosesində tədqiqatçılıq 
bacarıqlarının müəyyənləşdirilməsi və yerinə yetirilməsi 
üçün istifadə etmək bacarığına; 
- Təlim prosesində şagirdlərin sosiallaşdırılması, 
peşəyönümü proseslərini, şüurlu peşə-ixtisas seçiminə 
hazırlaşdırılması məqsədilə dil-ədəbiyyat fənlərinin 
imkanlarının reallaşdırılması bacarığına; 
- Tədris etdiyi fənnə hazır biliklər toplusu kimi 
deyil, daimi dərketmə prosesi kimi baxmaq, analiz və 
sintez etmək qabiliyyətinə; 
- Təlim-tərbiyə prosesinin keyfiyyətinin təmin 
edilməsi 
üçün şagirdlərin təhsil proqramı üzrə 


11 
nailiyyətlərinin, diaqnostik, cari və yekun nəticələrinin 
qiymətləndirilməsi üzrə işin təşkili bacarığına; 
- İdraki, ünsiyyət və psixomotor fəaliyyətlər 
əsasında həyati bacarıqların, milli və bəşəri dəyərlərin 
formalaşdırılması bacarığına; 
- İnnovativ təlim metodlarının tətbiqi, təhsilin 
məzmununun səmərəli mənimsənilməsini təmin etməklə 
təhsilalanın 
formalaşdırılması, 
peşəkarlığının 
yüksəldilməsi bacarığına; 
- Təhsilalanlarin 
nailiyyətlərinin 
qiymətlən 
dirilməsi üzrə yeni sistemlərin qurulması bacarığına; 
- Səmərəli əks-əlaqənin, əməkdaşlıq şəraitinin, 
estetik-emosional mühitin yaradılması bacarığına; 
- Şagirdlərin 
əməkdaşlığının, 
fəallıq 
və 
təşəbbüskarlığının, müstəqilliyinin, yaradıcı fəaliyyətinin 
təşkili, universal təlim fəaliyyətinin növlərinin aşılanması 
bacarığına; 
- Regional 
ədəbi-mədəni 
təhsil 
mühitinin 
imkanlarını aşkara çıxarmaq və dil-ədəbiyyat dərslərində
istifadə etmək bacarığına; 
- Təhsilalanların 
nailiyyətlərinin, 
bilik 
və 
bacarıqlarnın qiymətləndirilməsi üçün şifahi və yazılı 
sorğular; 
- Zəngin mənəvi-əxlaqi keyfiyyətləri nümayiş 
etdirmək qabiliyyətinə; 
- Öyrənənlərə və həmkarlara dostcasına yanaşmaq, 
onların tənqidinə hazır olmaq və fəaliyyətini tənqidə 
uyğun olaraq qurmaq bacarığına; 
- Yeni situasiyalara adaptasiya olunmaq, yeni 
ideyaları generasiya etmək qabiliyyətinə; 
- Problemli şəraitdə təşəbbüskarlıq göstərmək və 
məsuliyyəti öz üzərinə götürmək bacarığına. 


12 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin