Bakı xəbər. 2016. 17 noyabr.№208. S. 15. Multikulturalizmlə azərbaycançılığın vəhdəti Kiş məbədi İradə sariyeva



Yüklə 33,42 Kb.
Pdf görüntüsü
tarix21.04.2017
ölçüsü33,42 Kb.
#15219

Bakı xəbər.-2016.-17 noyabr.-№208.-S.15. 

 

Multikulturalizmlə azərbaycançılığın vəhdəti - Kiş məbədi... 

 

İradə SARIYEVA 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  Sərəncamı  ilə  2016-cı  ilin 



"Multikulturalizm  ili"  elan  edilməsi  onu  göstərir  ki,  respublikamızda  yaşayan  bütün  xalqlar 

azərbaycançılıq bayrağı altında birləşib. 

 

Qədim  tarixə  malik  olan  Azərbaycan  zəngin  mədəniyyətə,  yeraltı  və  yerüstü  sərvətlərə  malikdir. 



Ölkəmizdə saysız abidələr, müxtəlif dinlərə mənsub olan məbədlər, ziyarətgahlar mövcuddur. Bu abidələrin 

hər biri Azərbaycan dövləti tərəfindən qorunur, mühafizə olunur, qayğı ilə əhatə edilir.  

Qədim  tarixə  malik  olan  məbədlərdən  biri  də  Kiş  məbədidir.  Məlumatlara  görə,  Kiş  məbədi 

Azərbaycan ərazisində mövcud olan  ən əski alban abidəsidir. Birmənalı olaraq deyə bilərik ki, Kiş məbədi 

əsl multikulturalizm ocağıdır. Çünki burada bir multikultural əhval hökm sürür. 

Kiş  məbədi  haqqında  bilgi  verən  alimlər  bildirir  ki,  abidə  Azərbaycanın  Şəki  rayonunun  Kiş  kəndi 

ərazisində yerləşir. Bu alban məbədinin yaranması haqqında məlumat verən tədqiqatçılar diqqətimizi qədim 

rəvayətə yönəldir. 

Rəvayətə görə, İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov xristianlığı təbliğ etmək üçün müqəddəs 

Yeliseyi  Albaniyaya  göndərir.  Çola  vilayətində  missionerlik  etdikdən  sonra  ölkənin  Uti  vilayətinin  Kiş 

kəndinə gələn müqəddəs Yelisey orada kilsə tikdirir. Kiş məbədi yalnız Qafqaz Albaniyası ərazisində deyil, 

ümumiyyətlə,  Zaqafqaziyada  tikilmiş  ilk  xristian  kilsəsidir.  Məlumatlara  görə,  vaxtilə  məbədin  üzərində 

onun  müqəddəs  apostol  Yelisey  kilsəsi  olduğunu  və  1244-cü  ildə  alban  kilsəsinin  arxiadiakonu  Serafim 

tərəfindən  yenidən  qurulduğunu  bildirən  kitabə  olub.  Qeyd  edilənə  görə,  XIX  əsrin  30-cu  illərində  alban 

kilsəsi Sinodun qərarı ilə rəsmən ləğv edildikdən sonra, bir çox digər alban məbədləri kimi, bu məbədin də 

kitabəsi təmiz pozulub. 

Tarixçilər  yazır  ki,  bu  məbəd  əsrlər  boyu  Qafqaz  Albaniyası  kilsəsinin  dini  maarif  mərkəzi  olub. 

Maraqlıdır ki, məbədin yerləşdiyi kənd "din, etiqad, pərəstiş" mənasında 2000 ildən artıqdır "Kiş" adlanır. 

Kiş Alban Həvari Kilsəsinin tikilmə tarixi haqqında məlumat verən tədqiqatçılar vurğulayır ki, abidə I 

əsrdən  XII  əsrə  kimi  beş  tikinti  mərhələsi  yaşayıb.  Alban  memarlığı  üslubunda  inşa  edilən  abidə 

Azərbaycandakı tarixi abidələrin milli qeydiyyat siyahısına daxil edilib. 

Qafqazın  ilk  kilsəsi  olan  Kiş  məbədinin  müxtəlif  dövrlərdə  alban,  gürcü  və  erməni  kilsəsi  kimi 

fəaliyyət göstərməsi haqqında bəzi iddialar var. 

Qeyd edilənə görə, Kiş kilsəsi Ay ilahəsi Selenaya həsr edilən paqan məbədinin özülləri üzərində inşa 

edilib. 

Məlumatlara  görə,  Albaniyada  xristianlığın  yayılması,  ilk  kilsənin  yaradılması  apostolların  adı  ilə 

bağlıdır, qədim mənbələrdə də bu kilsənin Kiş kəndində tikilməsi haqda məlumatlar var. 

"Alban  ölkəsinin  tarixi"ndə  göstərilir  ki,  "Ədalət  Günəşi"nin  zühur  olan  günlərində  və  bizim 

xilaskarımız, Dərkedilməz Varlığın şöhrət və mahiyyəti olan Atamızın zühur edib bütün insanların qeydinə 

qalmaqla  və  heç  bir  zaman  ayrılmadığı  öz  varlığının  şöhrətinə  sahib  olması  zamanında  o  öz  müqəddəs  və 

sevimli  şagirdlərini  (havarilərini)  bütün  dünyaya  təbliğatçı  kimi  göndərir  və  biz  Şərq  xalqına  müqəddəs 

havari  Faddey  təyin  olunub.  Faddey  Artaz  vilayətinə  gəlir  və  burada  çar  Sanatürkün  əlilə  şəhid  olur. 

Faddeyin  şagirdi  müqəddəs  Yelisey  Qüds  şəhərinə  qayıdıb,  öz  dindaşı  havarinin  həsəd  oyadan  şəhidliyi 

haqda  söhbət  edir.  Bundan  sonra  Yelisey  Qüdsün  birinci  patriki  Ağamızın  qardaşı  müqəddəs  Yakovun 

tövsiyəsilə  müqəddəs  Ruh  naminə  Şərqə  təyin  edilir.  Yelisey  öz  sərəncamına  Şərqi  (Albaniyanı)  alır. 

Qüdsdən  ayrılıb  İrana  gedir  və  oradan  ermənilərin  gözündən  qaçaraq  Məsküt  elinə  keçir.  Öz  təbliğini  o, 

Çolada başlayır və müxtəlif yerlərdə şagird toplayaraq, onlara xilaskarı andırmağa çalışırdı. Müqəddəs patrik 

Gisa  gəlir,  burada  kilsə  tikir  və  qansız  qurban  verir.  Bu  yer  Şərqin  bütün  kilsələrinin  və  şəhərlərinin 

başlanğıcıdır və biz şərqlilərə xristianlığın qəbul edilməsi mənbəsidir". 

Tarixçilərin məlumatına görə, 1824-cü ildə Şəki əyalətində əhalinin ilk siyahıya alınması zamanı Kiş 

kəndində 1 nəfər də olsun xristian, o cümlədən xristian din xadimi qeydə alınmayıb. Rəşid bəy Əfəndiyevin 

şəhadətinə görə də 20-ci əsrin əvvəllərində Kiş kəndində 1 nəfər də olsun xristian yox imiş, amma o qeyd 

edir ki, şəhərdə, yəni Nuxa (Şəki) şəhərində məskən salmış Zuğ (Tuğ) erməniləri kilsəni "... mənimsəmişlər 

və  divarının  üzünə  suvaq  vurub  üstünə  dəmir  çəkmişlər.  Bu  minvalı  zahirisini  asarü-ətiqəlik  (tarixi  abidə) 

halından  çıxarmışlar".  Rəşid  bəy,  həmçinin,  bu  kilsənin  "həvarilərdən  zamanından  qalma"  olduğunu 

vurğulamaqla yanaşı, həm də qeyd edib ki abidənin ətrafında qazıntılar aparılarsa, "gözəl nəticələr verəcəyi 

şübhəsizdir". 


Abidəyə  diqqət  çəkən  alimlər  bildirir  ki,  tədqiqatçıların  Yeliseyin  kilsə  tikmiş  olduğu  Kiş  kəndi 

haqqında  da  müxtəlif  fərziyyələri  var.  Z.N.Yampolski  həmin  yaşayış  məntəqəsinin  Şəkidə  yerləşən  Kiş 

kəndi, R.B.Göyüşov isə bu kəndin Xocavənd rayonundakı Kiş kəndi olduğunu iddia etmişlər. 

Alimlər qeyd edir ki, Strabon qədim albanların dini haqqında məlumat verərkən onların Helios, Zevs 

və Selenaya sitayiş etdiklərini, Selenaya isə xüsusi rəğbət olduğunu yazıb. "Selena məbədi İberiya sərhədləri 

yaxınlığında yerləşir. Buranın kahini çardan sonra ikinci adamdır. O, geniş və yaxşı məskunlaşmış müqəddəs 

torpaqları və məbəd qullarını idarə edir". 

Z.N.Yampolski  e.ə.  V  əsr  -  b.e.  II  əsrlərinə  aid  mənbələri  tədqiq  edərək  Albaniyada  məbəd,  Allaha 

həsr  olunmuş  vilayətin  olduğunu  qeyd  edib.  A.E.Krımski  Selena  məbədinin  Şəki  vilayətində  yerləşdiyini, 

K.V.Trever isə Şəki vilayətinin e.ə. I əsrdə İberiya sərhədlərindən uzaqda yerləşdiyini və bu məbədin Qum 

bazilikasının yerində olduğunu söyləyib. 

Alimlər yazır ki, Selena məbədinin yerində Kiş kilsəsini inşa etdirmiş, Şəki yaxınlığında şəhid edilmiş 

həvari  Müqəddəs  Yelisey,  ikona,  Cotaari  kilsəsi,  Şəki  vilayətinin  indiki  Şəki-Zaqatala  bölgəsinin  ərazisini 

əhatə etdiyi nəzərə alındıqda, bu müqəddəs vilayətin məhz Şəki vilayəti olduğu güman edilir. Şəki vilayəti 

cənub-şərqdə  Qəbələ,  qərbdə  və  cənub-qərbdə  Kambisena  ilə,  şimal-şərqdə  Lpina  ilə  həmsərhəd  idi.  Onun 

şimal sərhədi İberiyaya kimi uzanırdı. Şəki vilayətinin müqəddəs vilayət olması fikrini təsdiq edən bir fakt 

da keçmiş Şəki vilayətinin ərazisinə aid olan Şəki-Balakən bölgəsində Qum bazilikası (IV-V əsrlər), Ləkit 

kilsəsi  (V-VI  əsrlər),  Zəyzid  (VI-VII  əsrlər)  və  s.  kimi  məbədlərin  olmasıdır  ki,  onlar  da  əvvəllər  dini 

mərasimlər keçirilən köhnə məbəd qalıqlarının yerində inşa edilib. Bu proses Ermənistan və Gürcüstanda da 

eyni tərzdə baş verib. Ərəblər Azərbaycanı işğal etdikdən sonra onlar da paqan və ya xristian məbədlərinin 

üzərində  məscidlər  tikir  və  ya  onları  məscidə  çevirirdilər.  Bunlara  misal  olaraq  İçərişəhərdəki  Cümə 

məscidini və Katuk monastrını (V-XII əsr) göstərmək olar. 

Tədqiqatçılar yazır ki, Kiş məbədinin tikilməsi haqda da tədqiqatçıların bir-birilə ziddiyyət təşkil edən 

fikirləri  mövcuddur.  2000-2001-ci  illərdə  Kiş  məbədində  aparılmış  arxeoloji  qazıntılarda  arxeoloq-

məsləhətçi  kimi  Norveç  tərəfini  təmsil  edən  professor  Bernar  Sturfiel  məbədin  XI-  XII  əsrlərdə  tikildiyini 

iddia edir. O öz fikrini aşağıda göstərilmiş üç mülahizə əsasında sübut etməyə çalışıb: 

I.  Kiş  məbədinin  tikintisi  zamanı  bünövrə  qazılmış  torpaq  qatından  götürülmüş  nümunələrin 

radiokarbon analizinin nəticələrinin 990-1160-cı illərə aid olduğunu əsas gətirərək məbədin bünövrəsinin ən 

aşağı qatının da bu vaxt salındığına; 

II.  Məbədin  ən  aşağı  qəbirlərinin  bu  əraziyə  gəlmiş  ilk  xristianlara  məxsus  olduğunu  və  bu 

qəbirlərdəki  insan  sümüklərinin  radiokarbon  analizinin  nəticələrinin  980-1060-cı  illər  olduğundan,  Kişə 

xristianların göstərilən tarixdə gəldiklərinə

III. Mehrabın arxeoloji tədqiqindən əldə olunan nəticələr Kiş məbədinin 3 mərhələdən ibarət fəaliyyət 

dövrünün  I  mərhələsində  diofizit,  II-III  mərhələlərində  isə  monofizit  təriqətinə  riayət  etdiyinə  əsaslanaraq 

məbəd apostollar tərəfindən deyil, XI-XII əsrlərdə gəlmə xristianlar tərəfindən tikilib. 

Yazılanlara görə, digər Norveç alimi Byon Veqqi Kişdə xristianlığın mövcudluğunu təsdiqləyən yazılı 

mənbənin V əsrdən qədim olmadığına əsaslanaraq məbədin də tikilməsini bu tarixdən sonraya aid olduğunu 

qeyd edib. 

Məlumatlara  görə,  2000-2001-ci  illərdə  Kiş  məbədində  aparılan  arxeoloji  qazıntılara  rəhbərlik  etmiş 

memarlıq  doktoru  Vilayət  Kərimov  arxeoloji  qazıntıların  nəticələrinə  əsaslanaraq  Kiş  məbədinin  sadə 

təknefli  bazilikadan  günbəzli  memarlığadək  5  tikinti  mərhələsini  müəyyənləşdirib.  Professor  V.Kərimov 

qeyd  edir  ki,  Kiş  məbədinin  memarlıq  xüsusiyyətləri  Qafqaz  Albaniyası  memarlığının  ilkin  xristian 

mərhələsinə aiddir. 

Tədqiqatçılar abidənin memarlıq xüsusiyyətlərini də açıqlayıb. Belə ki, sadə birnefli plan əsasında inşa 

edilmiş Kiş kilsəsi, günbəzlə örtülmüş zal formalı kilsələr qrupuna aid olmaqla, şərq tərəfdən yarımdairəvi 

apsida  ilə  tamamlanır.  Kilsənin  planlaşdırma  həlli  erkən  orta  əsrlər  Qafqaz  Albaniyası  memarlığı  üçün 

xarakterik  xüsusiyyətlərə  malikdir.  Bir  qədər  uzun  ibadət  zalı  bir  cüt  pilyastrla  iki  hissəyə  bölünür.  Şərq 

tərəfdən zala altar apsidası birləşir. Pilyastrlar vasitəsilə T-formalı məkan kəsişən arkaların saxladığı tağvari 

damla örtülür. Apsidanın triumfal arkası da bu cür həndəsi quruluşa malikdir. Yan divarların pilyastrlar və 

apsida  arasındakı  dərin  hissələri  də  analoji  görünüşə  malik  ikimərtəbəli  arkalarla  tamamlanır.  Dörd  arka 

vasitəsilə  formalaşdırılmış  düzbucaqlı  sferik  parusların  köməyi  ilə  barabanın  oval  təməlinə  keçir,  bu təməl 

üzərində günbəz yüksəlir. 

Tədqiqatçılar  vurğulayır  ki,  kilsənin  ən  maraqlı  xüsusiyyətlərindən  biri  ibadət  zalının  düzbucaqlı 

həcminə  birləşən  yarımsilindrik  altar  apsidasıdır.  Digər  bir  mühüm  cəhət  isə  yan  divarların  günbəzaltı 

hissəsində  yerləşən  və  xaç-günbəz  formalı  kilsələrin  transeptini  xatırladan  divar  tağları  əmələ  gətirən 

üçbucaqlı  formaya  malik  hissələrdir.  Bu  cür  psevdotransept  nəinki  Qafqaz  Albaniyası  memarlığı,  eyni 

zamanda Qafqaz ölkələri memarlığında unikal haldır. 

Kilsə iri əhəngdaşı bloklarından inşa edilib. Pəncərə kənarları üçhissəli yarımdairələrlə əhatələnib ki, 

onların  da  ortada  olanı  kənarda  olanlardan  iki  dəfə  enlidir.  Barabanın  yarımsilindrik  həcmi  təməldə  və 


karnizdən bir qədər aşağıda yarımdairəvi profilə malikdir. Binanın indiki planlaşdırma həlli altar apsidası ilə 

birlikdə IV-V əsrlərdə formalaşmış, sonrakı dövrdə günbəz inşa edilib. 



 

 

Yüklə 33,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin