Bakı Texniki Kollecinin müəllimi Hüseynli


MÜBAHISƏLI NÖQTƏLƏRIN SAYININ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə89/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   85   86   87   88   89   90   91   92   ...   104
MÜBAHISƏLI NÖQTƏLƏRIN SAYININ 
VƏ TƏHLÜKƏLILIK DƏRƏÇƏSININ AZALDILMASI 
Yol ayrıcları və nəqliyyat meydanları küçə-yol şəbəkəsinin elementləridir. 
Magistral şəbəkəsinin ən təhlükəli məntəqələri nəqliyyat düyünləridir. YNH 
«ocaq» ları, əsasən, bu düyünlərdə olur. Ən sadə düyün iki küçənin düz bucaq al-
tında kəsişməsindən alınan yol ayrıcıdır. Ikidən çox küçələrin kəsişməsindən alınan 
yol ayrıclarında nəqliyyat və piyadaların hərəkətinin təşkili, svetoforların tətbiqi çə-
tinləşir, ləngimələr və təhlükəlilik səviyyəsi artır. Bəzi hallarda belə düyünlərdə, bir 
sıra çatışmazlıqların olmasına və çox sahə tələb etməsinə baxmayaraq, öz-özünə 
nizamlanan dairəvi düyünlər tətbiq edirlər. 
Nəqliyyat-planlaşdırma xarakteristikalarından asılı olaraq belə düyünlərin 
aşağıdakı növlərini ayırırlar: 
- nizamlanmayan düyünlər; 
- məcburi nizamlanan düyünlər; 
- öz-özünə nizamlanan düyünlər; 
- müxtəlif səviyyələrdə nəqliyyat açılmaları. 
Bir sıra hallarda qarışıq nəqliyyat düyünlərinə də rast gəlmək olar. Məsələn, 
svetoforla nizamlanan dairəvi kəsişmələr və ya müxtəlif səviyyələrdə dairəvi 
kəsişmələr


a)
b) 
Yol ayrıclarında mübahisəli nöqtələrin sayını azaltmaq üçün aşağıdakı 
tədbirlər nəzərdə tutulur: 
- yol kəsişmələrinin sayını azaltmaq; 
- bir sıra manevrləri qadağan etmək; 
- hərəkəti kanallaşdırmaq; 
- dairəvi hərəkətin tətbiqi; 
- məcburi nizamlamanın tətbiqi; 
- müxtəlif səviyyələrdə kəsişmələrin tətbiqi. 
Mübahisəli nöqtələrdən danışdıqda nəqliyyat vasitələri və piyadalar arasında 
yaranan mübahisəli nöqtələri də nəzərə almaq lazımdır. Ona görə də piyada 
hərəkətinin rasional təşkili və nəqliyyat vasitələri ilə piyadaların etibarlı surətdə bir-
birindən təcrid olunması da belə tədbirlərdən sayıla bilər. 
Sürücüləri müəyyən manevrlər etməyə məcbur edən müxtəlif maneələr də 
mübahisəli vəziyyətlər yaradan mənbələr hesab oluna bilər. Belə maneələrə 
aşağıdakıları aid etmək olar: 
- örtüklərin dağıldığı yerlər; 
- örtük səviyyəsindən yuxarıda və aşağıda yerləşən lyuklar; 
- hərəkət hissəsinə çox yaxın olan qurğular, əşyalar və s. 
Müvəqqəti maneələrə misal olaraq hərəkət hissəsinin kənarında dayanmış 
nəqliyyat vasitəsini göstərmək olar. Belə maneələri aşağıdakı tədbirlər vasitəsilə 
aradan qaldırmaq olar: 
- müvəqqəti avtomobil dayanacaqlarının təşkili; 
- sərnişin nəqliyyatı dayanacaqlarının düzgün yerləşdirilməsi və avadan-
lıqlaşdırılması; 
- dayanacaqlarda “ciblərin” tikilməsi və s. 
Məsafələr, marşrutların istiqamətləri və yolda olan xidmət məntəqələrinin 
yerləşməsi haqqında sürücülərə dəqiq və qabaqcadan məlumat verməklə də yolda 
Müxtəlif səviyyələrdə dairəvi kəsişmələr. 
a) tunel-dairəvi; b) estakada-dairəvi kəsişmələr. 


baş verən müxtəlif dayanmaların və beləliklə də hərəkətə maneçiliklərin sayını 
azaltmaq olar. Mübahisəli nöqtələrin sayını azaltmağın bir üsulu da yolun müəyyən 
təhlükəli sahələrində ötmələrin qadağan olunmasıdır. Bunun nəticəsində qonşu 
zolağa çıxmaqla qarşıdan gələn nəqliyyat vasitəsilə toqquşmanı aradan qaldırmaq 
olur. Yolda müxtəlif səbəblər üzündən baş verən məcburi dayanmalar da 
mübahisəli vəziyyətlər yaradır. 
Yol ayrıclarında mübahisəli nöqtələrin sayını azaltmaq üçün müxtəlif dön-
mələr ləğv edilməli və ya onlar yol ayrıcından kənara çıxarılmalıdır.Belə manevri 
yerinə yetirmək üçün kəsişən küçələrdən heç olmasa birinin eni ən azı 25 

ol-
malıdır. Əgər sola dönmə dar küçədən geniş küçəyə yerinə yetirilərsə, sürücü əv-
vəlcə avtomobili sağa döndərir, sonra tədricən sol zolağa çıxarır, geriyə dönür və 
nəhayət, istədiyi istiqamətdə hərəkətini davam etdirir. 
Əgər dönmə geniş küçədən dar küçəyə yerinə yetirilərsə, sürücü yol ayrıcına 
girişdə sol kənar zolağı tutur, sonra isə yol ayrıcında geriyə dönmə yerinə qədər 
düzünə hərəkət edərək, tədricən sağ kənar zolağa çıxır və nəhayət sağa dönərək 
istədiyi istiqamətdə hərəkətini davam etdirir. 
Geriyə dönmə yerinə qədər
olan məsafə 
а
л
iki şəraitdə təyin
edilir: 
1.Geriyə dönməyə qədər 
ilk sahənin qət edilməsi; 
2.Geriyə dönmədən sonra
son sahənin qət edilməsi.
Bu iki qiymətdən böyüyü
hesabat üçün qəbul edilir: 
(
)
2
л
1
н
2
Б
л
з
/
к
+

+
=

2
Б
м
л
р
л
к
//
к
+
+

=

burada 
Б
-kəsilən küçənin eni, 
н
-bir istiqamətdə hərəkət zolaqlarının sayı; 
з
л
-bir zolaqdan digər zolağa keçmə yolunun uzunluğu 
з
л =1,2 
m
qəbul edilir); 
к
л

svetofor qarşısında ləngidilən avtomobil növbəsinin uzunluğu
р
-dönmə radiusu, 
m

м
-“stop” xəttindən səkiyə qədər olan məsafədir, 
m

 
 
 
Kənara çəkilmiş sola dönmə 
l



l


l



 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin