etmək üçün küçə-yol şəbəkəsinin müx-
təlif hissələri üçün müvafiq qeyri-mün-
təzəmlik əmsalları müəyyən edilə bilər.
Hərəkətin təşkili təcrübəsində çox zaman nəqliyyat və piyada axınlarının
saatlıq intensivliklərindən istifadə olunur. Bu zaman “pik” saatlarındakı hərəkət
intensivliklərinin müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir. Çünki,
məhz bu
vaxtlarda hərəkətin təşkilinin çox çətin məsələləri meydana çıxır. Qeyd etmək
lazımdır ki, “pik” saatlarındakı hərəkət intensivlikləri
müxtəlif həftələrin günləri,
aylar və illər üzrə sabit qalmır. Hərəkət intensivliyinin qiyməti böyüdükcə onun
müntəzəmliyi də artmış olur və “pik” saatlarında o, adətən stabilləşir.
Iki hərəkət istiqamətli iki zolaqlı yolların hərəkət intensivliyini qarşılıqlı
nəqliyyat axınlarının ümumi hərəkət intensivliyi ilə xarakterizə edirlər. Bu, onunla
əlaqədardır ki, belə yollarda hərəkət şəraiti və ötmələrin
mümkünlüyü hər iki
zolağın yüklənməsinə səbəb olur. Ayrıcı zolaqlar olduqda cəm hərəkət intensivliyi
hərəkət şəraitini qiymətləndirə bilmir və ancaq yolun bir qurğu kimi ümumi işini
xarakterizə edir. Belə yollarda hər bir istiqamətdəki
hərəkət intensivliyi
özünəməxsus əhəmiyyətə malikdir.
Hərəkətin təşkili və nizamlanması təcrübəsində çox zaman bir hərəkət
zolağına
düşən və ya
Dostları ilə paylaş: