Bakı Texniki Kollecinin müəllimi Hüseynli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   68   69   70   71   72   73   74   75   ...   104
Hərəkət miqdarı
dedikdə, vahid 
zaman ərzində (saat, sutka) yoldan keçən nəqliyyat vasitələrinin faktiki ümumi sayı 
başa düşülür. Hərəkət intensivliyi və miqdarı eyni ölçü vahidinə malikdirlər. 
Hərəkət intensivliyinin dəyişməsinin fəza üzrə qeyri-müntəzəmliyi dedikdə
onun magistralın müəyyən hissələri, hərəkət istiqamətləri, hərəkət zolarqalrı və s. 
üzrə dəyişməsi başa düşülür. Hərəkət intensivliyinin bu cür dəyişməsinin əyani 
təsviri nəqliyyat axınlarının kartoqrammasıdır. Kartoqramma müəyyən yol ayrıcı 
və ya bütövlükdə şəhərin müəyyən bir hissəsi üçün tərtib edilərək, müəyyən 
miqyasla göstərilmiş hərəkət intensivliyini əks etdirir. 
Yol ayrıcında nəqliyyat axınlarının
kartoqrammasını 18.2 saylı şəkildə olduğu 
kimi göstərmək olar. Bu kartoqramdan nə- 
inki, müxtəlif istiqamətlər üzrə hərəkət 
intensivliklərini, həmçinin, onun zolaqlar, 
istiqamətlər üzrə paylanmasının qeyri- 
müntəzəmliyini müəyyən etmək olar.
Nəqliyyat və piyada axınlarının fəza
üzrə qeyri-müntəzəmliyini xarakterizə


etmək üçün küçə-yol şəbəkəsinin müx- 
təlif hissələri üçün müvafiq qeyri-mün- 
təzəmlik əmsalları müəyyən edilə bilər. 
Hərəkətin təşkili təcrübəsində çox zaman nəqliyyat və piyada axınlarının 
saatlıq intensivliklərindən istifadə olunur. Bu zaman “pik” saatlarındakı hərəkət 
intensivliklərinin müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir. Çünki, məhz bu 
vaxtlarda hərəkətin təşkilinin çox çətin məsələləri meydana çıxır. Qeyd etmək 
lazımdır ki, “pik” saatlarındakı hərəkət intensivlikləri müxtəlif həftələrin günləri
aylar və illər üzrə sabit qalmır. Hərəkət intensivliyinin qiyməti böyüdükcə onun 
müntəzəmliyi də artmış olur və “pik” saatlarında o, adətən stabilləşir. 
Iki hərəkət istiqamətli iki zolaqlı yolların hərəkət intensivliyini qarşılıqlı 
nəqliyyat axınlarının ümumi hərəkət intensivliyi ilə xarakterizə edirlər. Bu, onunla 
əlaqədardır ki, belə yollarda hərəkət şəraiti və ötmələrin mümkünlüyü hər iki 
zolağın yüklənməsinə səbəb olur. Ayrıcı zolaqlar olduqda cəm hərəkət intensivliyi 
hərəkət şəraitini qiymətləndirə bilmir və ancaq yolun bir qurğu kimi ümumi işini 
xarakterizə edir. Belə yollarda hər bir istiqamətdəki hərəkət intensivliyi 
özünəməxsus əhəmiyyətə malikdir. 
Hərəkətin təşkili və nizamlanması təcrübəsində çox zaman bir hərəkət 
zolağına düşən və ya 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin