YOL HƏRƏKƏTİNİN TƏHLÜKƏSİZLİYİNİN
ƏSAS PARAMETRLƏRI
XX əsr avtomobilləşmə əsri kimi tariximizə yazıldı. Sənaye və kənd
təsərrüfatının bütün sahələrini avtomobil daşımaları olmadan təsəvvür etmək
çətindir. Avtomobil nəqliyyatı olmadan digər nəqliyyat növlərinin işi mümkün
deyildir. Belə ki, yük və sərnişinlərin dəmir yolu stansiyalarına,
su və hava
limanlarına və oradan daşınması əsasən avtomobil nəqliyyatı vasitələri ilə yerinə
yetirilir.
Nəqliyyat sektorunda yük və sərnişin daşımalarında avtomobil nəqliyyatının
rolunu əyani şəkildə görmək üçün Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsinin məlumatlarına baxaq. 1999-cu ildə yük və sərnişin daşımalarında
müxtəlif nəqliyyat növlərinin xüsusi çəkisi (%-lə) aşağıdakı kimi olmuşdur:
yük
sərnişin
dəmir yolu 20,7
0,5
dəniz
10,8
0,2
aviasiya
0,1
0,1
boru kəməri
21,4
−
tramvay
−
0,4
trolleybus
−
0,5
metropoliten
−
14,0
avtomobil
47,0 84,6
Ilbəil avtomobillər, nəinki, təsərrüfat məqsədləri, həmçinin, şəxsi məqsədlər
üçün də daha geniş surətdə istifadə olunurlar. Ona görə də bütün dünyada
avtomobil həvəskarlarının sayı durmadan artır.
1900-1980-cı illərdə dünya avtomobil parkının inkişafını (keçmiş
SSRI-dən
başqa) aşağıdakı rəqəmlərdən görmək olar. Avtomobil parkı 1970-ci ildə 230 mln.,
1985-ci ildə 490 mln.-a qədər avtomobildən ibarət olmuş və proqnoza görə 2000-ci
ildə 500 mln. ədəddən çox olmalı idi. Avtomobilləşmənin kəmiyyət göstəricisi
olaraq hər 1000 nəfər əhaliyə düşən avtomobillərin sayı götürülür. Bu göstərici
1937-ci ildə dünyada 15,8 avt/1000 nəfər, 1967-ci ildə 40,2 avt/1000 nəfər olmuş
və proqnoza görə 2000-ci ildə 100 avt/1000 nəfər olmalı idi.
“Mersedes Bens” firmasının 1995-ci il məlumatına
görə dünya avtomobil
parkında avtomobillərin sayı 800 mln. ədəd olmuşdur. Həmin dövr üçün ABŞ və
Avropanın 55 dövlətində 492 mln. avtomobil istismar olunmuş və onların bugünkü
ümumi sayı dünyada 1 milyardı keçir.
1998-ci ildə Rusiyanın avtomobil parkında 23,7 mln. avtomobil olmuşdur ki,
bunların da 18,8 milyonu minik avtomobilləri, 4,26 milyonu yük avtomobilləri, 0,6
milyonu isə avtobuslardır.
1999-cu ilin məlumatına görə respublikamızın avtomobil parkında 409301
ədəd avtomobil olmuşdur ki, bunların da 69685-i yük avtomobilləri, 306993-ü
sərnişin minik avtomobilləri, 14941-i isə avtobuslar idi. Bu dövr üzrə respublikada
hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin sayı 27, Bakı şəhərində isə 43
olmuşdur.
Avtomobilləşmənin inkişafı müsbət keyfiyyətlərlə yanaşı mənfi keyfiyyətlər
də yaradır. Bu mənfi keyfiyyətlər aşağıdakılardır:
-insan ölümü və yaralanması;
-YNH nəticəsində yaranan külli miqdarda maddi zərər;
-nəqliyyat səsi;
-şəhər havasının zərərli qazlarla çirklənməsi;
-küçələrin dayanmış avtomobillərlə tutulması;
-nəqliyyat tıxacları və hərəkət sürətinin azalması.
1979-cu ilin məlumatına görə YNH nəticəsində 1 ildə 250 min adam ölür və
təxminən bundan 30 dəfə çox adam yaralanır. ABŞ-da təkcə 1979-cu ildə YNH-dən
yaranan maddi zərər 36 mlrd. dollardan çox olmuşdur.
1999-cu ilin statistika məlumatlarına görə respublikamızda baş vermiş YNH-
nin ümumi sayı 1996 olmuşdur. Hadisələrdə 2870 nəfər zərərçəkəndən 554 nəfəri
ölmüş, 2316 nəfəri isə yaralanmışdır.
1998-ci ilin məlumatlarına görə dünyanın müxtəlif
ölkələrində baş vermiş
YNH-nin, ölənlər və yaralananların uyğun sayı aşağıdakı kimi olmuşdur:
Almaniya:
377257
7792
497319
Azərbaycan:
1984 594
2290
Gürcüstan:
1752 466
2153
Italiya:
204615
5857
293842
Qazaxıstan:
11980
2214
13895
Rusiya:
160300 29021
183846
Türkiyə:
65280
4935
114552
B. Britaniya:
246410
3581
335033
ABŞ:
2070000 41471
3192000
Dünya: 3739017 139262 5170776
Böyük şəhər magistrallarında səsin səviyyəsi 100 dBA, bu ma-gistrallar
ətrafındakı evlərdə isə 80 dBA-ya çatır. Normaya görə bu rəqəmlər uyğun olaraq
50 və 40 dBA olmalıdır. Bu, insanların sağlamlığına mənfi təsir göstərir, onların
istirahət və yuxusunu pozur, işdə yorğunluğunu kəskin surətdə artırır.
Şəhər
havasında karbon oksidlərinin miqdarı normaya görə 1mq/m
3
olduğu halda, bu qiy-
mət 10 və 100 dəfələrlə çoxalır.
Böyük şəhərlərin bəzi küçələrində “pik” saatlarında hərəkət sürəti 8–10
km/saat-a qədər aşağı düşür ki, bu da avtomobillərdən şəxsi məqsədlər üçün
istifadəni səmərəsiz edir.
Avtomobillər digər nəqliyyat növlərinə nisbətən bir sıra üstünlüklərə
malikdir. Bunlar aşağıdakılardır:
-yüksək mobillik (çeviklik);
-yük və sərnişinləri “qapıdan-qapıya” daşımaq qabiliyyəti;
-nisbətən asan idarə olunması.
Avtomobil nəqliyyatı daşımalarının təhlükəsizlik səviyyəsinin nisbətən aşağı
olması, əsasən, aşağıdakı səbəblərlə izah oluna bilər:
-öz parametrləri ilə avtomobil nəqliyyatına uyğun olan yolların çatışmazlığı;
-avtomobil hərəkətinin digər hərəkət iştirakçılarından lazımi
qədər təcrid
olunmaması;
-sürücü ixtisasının kütləviliyi.
Bu səbəblər üzərində dayanaq. Yol tikintisinin avtomobil parkının
inkişafından geri qalması praktiki olaraq dünyanın bütün ölkələri ücün
xarakterikdir. Küçə və yollar nəqliyyat vasitələri ilə çox yükləndikdə
avtomobilləşmənin mənfi xüsusiyyətləri özünü daha qabarıq şəkildə büruzə verir.
Ikinci səbəbə baxdıqda qeyd etmək lazımdır ki, qəsəbələrdə avtomobillər
traktor və dartqılar,
piyada və velosipedçilər, canlı nəqliyyat vasitəsi, ev və vəhşi
heyvanlarla birlikdə hərəkət edirlər. Bu isə müxtəlif mübahisəli vəziyyətlərin
yaranmasına səbəb olur.
Üçüncü səbəbə baxdıqda qeyd etmək lazımdır ki, hal-hazırda, ixtiyari inkişaf
etmiş
ölkədə avtomobil, motosiklet və digər motorlaşdırılmış nəqliyyat
vasitələrinin sürücülərinin sayı on milyon nəfərlərlə ölçülür. Belə kütləvilik
şəraitində yüksək ixtisaslı sürücülər hazırlamaq çətindir.
Bununla bərabər, müasir avtomobilləşmə səviyyəsi şəraitində sürücü
fəaliyyətinin etibarlılığı hərəkətin təhlükəsizliyinin əsas amilinə çevrilir.
Göründüyü kimi yollarda insanlarla idarə olunan, hərəkət edən və tərpənməz,
müxtəlif növlü mexaniki və qeyri-mexaniki nəqliyyat vasitələri və piyadaların
məcmusundan ibarət olan mürəkkəb dinamiki sistem fəaliyyət göstərir ki, bu da
Dostları ilə paylaş: