Bakı Dövlət İqdisadiyyat və Humanitar Kolleci Sərbəst iş №: Adı: Elcan Soyadı: Bağırov


Fənnindən və  tədris  etdiyi  mövzudan  asılı olmayaraq, müəllimin  əsas vəzifəsi  həyatla üz-üzə durmağı bacaran müstəqil fikirli, bacarıqlı şəxslər formalaşdırmaqdır



Yüklə 26,74 Kb.
səhifə3/6
tarix02.01.2022
ölçüsü26,74 Kb.
#35014
1   2   3   4   5   6
Frazoloji birləşmələrin nitqdə rolu(Elcan Bağırov)

Fənnindən və  tədris  etdiyi  mövzudan  asılı olmayaraq, müəllimin  əsas vəzifəsi  həyatla üz-üzə durmağı bacaran müstəqil fikirli, bacarıqlı şəxslər formalaşdırmaqdır.

Artıq  neçə illərdir ki, yeni  texnologiyalardan  istifadə yolu  ilə kurikulum proqramlarına   uyğun olaraq dərsləri şagirdlərin  müstəqil işi  üzərində qururuq. Bu baxımdan mən V sinifdə  Azərbaycan  dili  fənnindən  “Frazeoloji  birləşmələr” mövzusunun tədrisi  təcrübəsini həmkarlarımla bölüşmək istərdim.

Qeyd etmək lazımdır ki, yeni düşüncəli şəxsiyyət formalaşdırmağın yolu  vətənə  dəyərli övlad olmaqdan keçir. Bu  baxımdan keçilən mövzuların  vətənpərvərlik  ruhuna  köklənməsi vacibdir. Vətənə məhəbbət, eyni  zamanda ana  dilinə məhəbbətdən qaynaqlanır. Ana  dilinin zənginliyinə  bələd olmaq, bu əvəzsiz xəzinənin incilərini  heyranlıqla çözələmək, hər sözün  yerini  və  mənasını dərindən bilmək nəticədə ana  dilini sevməyə gətirib  çıxarır. Tədrisi təcrübəsini  sizinlə  bölüşmək istədiyim  frazeoloji birləşmələr  də  dilimizin  zənginliyini, adi fikrin  bədii  çalar  almasını, fikrin daha dəqiq  və aydın  ifadəsini  əsaslandıran  leksik  vahidlərdir. Dilimizdə sıx-sıx işlənən “qulaq asmaq”, “fikrə  getmək”, “başa  düşmək”, “ yola düşmək” və s. frazeoloji birləşmələrlə  yanaşı, yeniyetmə və  gənclərin mənasına bələd olmadığı ifadələr  də çoxdur. Məsələn, başına hava gəlmək (dəli olmaq, havalanmaq), öz  arşınıyla  ölçmək (başa düşdüyü kimi qiymətləndirmək), Araz aşığındandır, Kür topuğundan (dünya  vecinə deyil, öz  kefindədir), yetənə yetir, yetməyənə daş  atır (hamıya  sataşır),  öz çulunu sudan  çıxartmaq (işin öhdəsindən bir təhər gəlmək), ağzı açıla  qalmaq (heyrətlənmək) və s.

Şagirdlər  tərəfindən mövzunun  müstəqil mənimsənilməsinin və  tədqiqatın uğurlu aparılmasının açarı, demək olar ki, tapşırıqlar  sisteminin  yaradılmasındadır. Bunu əsas tutaraq mən  şagirdlərə  frazeoloji birləşmələrin məcazi  mənalı birləşmə və  əsasən  fel tərkibli olduğunu  izah  edib, hər  birinə (ev  tapşırığı kimi) bir  neçə  bu cür birləşmə yazmalarını  tapşırdım. Ev  tapşırıqlarının nəticələrini   təkrara  yol  vermədən bir  sistem  halına  saldıq:


Yüklə 26,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin