Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


-  Zeynəddin  müəllim,  Sizin  dəfələrlə  ana  haqqında



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə46/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   42   43   44   45   46   47   48   49   ...   174
-  Zeynəddin  müəllim,  Sizin  dəfələrlə  ana  haqqında 
böyük  məhəbbət  və  ehtiramla  danışmağınızın  şahidi  olmu­
şam.  Əslində  sizin  anaya  olan  bu  pak  duyğularınız  özünü 
insan  adlandıran  hər  bir  kəsin  duyğusudu,  məhəbbətidir. 
Gəlin  etiraf edək  ki,  ana  məhəbbətini  uca  tutmayanlar  da 
vardı. Elələrinin barəsində nə deyə bilərsiniz?
__________________ __ _______________ Qusar beşiyim manim
107


'Elbrus Şahmar
-  Çox  təəssüf  ki,  bizimlə  birlikdə  bu  dünyamızı 
yaşayan,  ana  məhəbbətini  uca  tutmayan,  anasım  itirib- 
axtarmayan,  onun  yaşam  tərzi ilə maraqlanmayan,  hətta 
anasını  təhqir  edib  ona  əl  qaldıranlar  da  var.  Elələri  ən 
böyük  kürsülərdə əyləşən, əli  pulla  oynayan  olsa  belə,  o, 
şəxsiyyət  kimi,  bir insan kimi heçdir,  cılızdır,  nankordur, 
köksündə  döyünən  isə  ürək  deyil,  yumruğu  boyda  ət 
parçasıdır.  Mənə  görə  onlar  yaşamırlar,  sadəcə  olaraq 
mövcuddurlar.
Deyirlər  ki,  Mustafa  Kamal  Atatürk  yüksək  çinli 
məmurlarla  doğulduğu  şəhərdə  toplantıya  gedərkən  ən 
əvvəl  orda  yaşayan  anasının  görüşünə  gedir  və  onu 
qarşılayan  anasının  qarşısında  dizlərini  yerə  qoyub 
əlindən  öpür.  Bunu  seyr edənlərin  hər  birinin  ürəyindən, 
Allah  -   Allah  Atatürk  də  dizlərini  yerə  qoyarmış  fikri 
keçir.  Daha  sonra  Atatürk  ayağa  duranda,  anası  gözlə­
nilmədən  onun  əllərindən  öpür,  Atatürk  isə  buna  mane 
ola  bilmir.  Və  ana  bu  mənzərədən  çaşanlara  üz  tutub 
deyir:  -  Nə  vaxt  ki,  əllərim  öpüldü,  bu  mənim  analıq 
haqq-sayım  idi.  Ona  görə  də  mən  buna  mane  olmadım, 
axı,  həmin  vaxt  o,  mənim  üçün  sadəcə  oğlum  Mustafa 
idi.  Onun  əllərindən  öpmək  isə  oğlumun  haqqı  idi. 
Həmin  vaxt,  o  mənim  üçün  Türkiyədə  yeni  bir  dünya 
yaradan, yenilməz insan Mustafa Kamal Atatürk idi.
Cavan  çağlarından  ərini  və  iki oğlunu  itirən,  məni  və 
beş  qız  övladını  min  bir  əzab-əziyyətlə  böyüdən,  100 
yaşında  dünyasını  dəyişən  anam  Cağa  mənim  üçün 
fədakarlıq və müqəddəslik  rəmzi  idi.  Həmişə onun qullu­
ğunda  durmağı  fəxarət  bilmişəm,  onun  xeyir-duası  ilə 
evdən  çıxmışam,  hər  hansı  bir  işə  onun  xeyir-duası  ilə 
başlamışam.  Nə  qədər  ki,  anam  sağ  idi  arxalı  dağ
108___________________________________________________________________

-____
____
_
__
timsalında  idim.  Bir  vaxtlar  uşaq  olanda  atadan  yetim 
qalmışdım,  ömrümün  ahıl  çağlarında  isə  anadan  yetim 
qaldım. Allah dünyamızı anasız qoymasın.
- Bəlkə deyəsiniz, nədən qorxmuşunuz?
-  Dost  xəyanətindən,  inandığın  adamın  yalan  demə­
sindən,  xeyirxahı  olduğun  adamın  dönüklüyündən,  in­
sanların  biganəliyindən,  bir  də  özünə  yaxın  bildiyin 
adamdan  şübhələnməkdən,  həmişə,  hər  an  qorxmuşam. 
Başqa hallarda qorxu nə olduğunu bilməmişəm.
- Zeynəddin miiəllim, deyin  qayğısız günləriniz  nə vaxt 
olub?
-  Heç  vaxt  qayğısız  günlər  yaşamamışam.  Həmişə 
kimlərinsə qayğısını  çəkmişəm?  Eləcə  də  mənim  qayğımı 
çəkiblər.  Bir  də  mən  hazırına  nazir  olanlardan  olmamı­
şam.  Əldə  etdiklərimi  öz  alın  tərimlə,  zehnimlə  qazan­
mışam.  Yuxarıda dediyim  kimi, tək öz qayğım  olsaydı  nə 
vardı  xoş yaşamağa.  Axı,  mən  tabeçiliyimdə olanların  da 
qayğısını bir ağsaqqal  kimi, bir qardaş kimi, bir vətəndaş 
kimi və bir insan  kimi çəkməkdə özümü  borclu bilmişəm. 
Eləcə  də  ətrafımda  ehtiyac  içində  yaşayanların,  qohum- 
əqrəbanın,  ağbirçək  anamın,  həyat  yoldaşımın  da  qay­
ğısını  böyük  məhəbbətlə  çəkmişəm.  Başqa  cür,  mən  — 
mən  olmazdım.  Bir  də  ki,  insan  bağa  deyil  ki,  öz qınına 
çəkilib ömür sürsün.
İnsanların  bir-birinə  qayğı  göstərməsi  onun  saflığın­
dan,  xeyirxahlığından  və  mərdliyindən  irəli  gəlir.  Ancaq 
münasibətdə  olduğu  adamların  qayğısına  qalmayanlar 
bu dünyamızda  qayğısız ömür sürə  bilər.  Şəxsən  mən  elə 
ömrü insan ömrü adlandırmıram.  Axı, «Mən  salim olum, 
cümlə-cahan  batsa  da  batsın»  əqidəsi  ilə  bu  dünyamızda 
yaşamaq olmaz, ən azı ona görə ki. bizim adımız insandı.
,____________________________________ Qusar beşiyim rmnim
109


TJBrus Şahmar
Deyirlər  ki,  makedoniyalı  İsgəndərin  qələbələrinin 
əsas  səbəblərindən  biri  də  onun  döyüşçülərinə  olan 
qayğısı və bir də döyüşçülərin ona inamı olub.
Belə  rəvayət  edirlər  ki,  bir  dəfə  makedoniyalı  İsgən­
dər  döyüşdə  fərqlənən  əsgərlərinə  çox  şey  bağışlayır. 
Ondan  soruşanda  ki,  bəs  sizə  nə  qaldı,  o  da cavab  verir 
ki, ümidlərim.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin