Bağışlayan və mehriban allahın adı ilə



Yüklə 87,5 Kb.
tarix07.01.2017
ölçüsü87,5 Kb.
#4724

muaviyyə ibn əbu sufyanı yaxşı tanıyın!



bağışlayan və mehriban allahın adı ilə

muaviyyə ibn əbu sufyanı yaxşı tanıyın!

Ya Peyğəmbər yadına sal o zamanı ki, Sənə: "Rəbbin insanları ehtiva etmişdir”-demişdik. Sənə göstərdiyimiz röya yalnız insanların imtahanı idi. Qur’anda lə’nətlənmiş ağacı da insanların imtahanı kimi qərar verdik. Biz onları qorxutduq, (yəni cəhənnəmdəki ilahi əzabdan xəbərdarlıq etdik) lakin bu qorxutmaq onların tüğyanlarını artırmaqdan başqa bir fayda vermədi! (İsra. ayə 60 )

Fəxre Razi və Cəlaluddin Syuti təfsirlərində bu ayəni şərh edərkən yazıblar:- “Allahın Peyğəmbəri röyada gördü ki, bəni Uməyyə meymun sifətində onun mənbərinə dırmaşırlar. Bu yuxu Rəsulullahı çox narahat etdi. O yuxudan sonra heç kəs peyğəmbəri gülümsəyən görmədi. Sonra bu ayə nazil oldu” İslam peyəgmbərinin (s) və səhabələrin dilindən Muaviyənin məzəmməti haqqında çoxlu sayda hədislərin olmasına baxmayaraq bəzən bir dəstə təəssübkeş insanlar Muaviyəni tərifləməklə peyğəmbərin buyurduqlarını camaatdan gizlətməyə çalışırlar. Əlbəttə bütün sünnü məzhəbləri arasında Muaviyə sevilib əzizlənmir. Əksinə əhli sünnətin böyük alimləri öz kitablarında peygəmbərin (s) Muaviyənin məzəmməti haqqında söylədiyi hədisləri nəql ediblər. Əgər onlar da həmin təəssübkeşlər kimi bu hədislərin camaatın qulağına çatmasını istəməsəydilər, kitablarında bunları yazmazdılar. Biz isə öz növbəmizdə bu qısa məqalədə peygəmbərin (s) dili ilə Muaviyənin kimliyini tanıtdırmağa və onun dinimizə zidd olan əməllərindən bir neçəsini diqqətinizə çatdırmaga çalışacagıq. Məqalədə yalnız əhli sünnətin mötəbər saydıqları mənbələrdən istifadə edərək, mömin qardaşları tarixi faktlarla tanış edib Müaviyəni daha yaxşı tanıtdıracagıq. Xatırladaq ki, əhli beyt tərəfdarlarının mənbələrində Muaviyə haqqında kifayət qədər məlumat var, amma onlardan istifadə etməyə hələlik ehtiyac yoxdur.



Muaviyə ibn Əbu Sufyan Rəsulullahın (s) hədislərində

1. Ibn Abbas nəql edib:- Bir gün həzrət Məhəmməd (s) mənə dedi;- “Get Muaviyəni mənim yanıma çağır” Mən Muaviyəni çağırmağa getdim. Muaviyə dedi:- mən yemək yeyirəm. Mən peygəmbərin yanına qayıdıb Muaviyənin yemək yediyi üçün gəlmədiyini xəbər verdim. Peygəmbər (s) yenidən təkidlə Muaviyəni çağırmağı əmr etdi. Mən ikinci dəfə yenə də onun yeməyə məşğul olduğunu xəbər verəndə peygəmbər (s) dedi:-“Allah heç vaxt onun qarnını doyuzdurmasın(Səhih Muslim kitabul-birr, bab mən lənəhunnəbiy. 4 /2010, 9 /2604)

2. “Rəsulullahın (s) Muaviyəyə nifrin etməsinin nəticəsi bu oldu ki, gündə yeddi dəfə çoxlu ətli xörəklər, halva və meyvələr yeyirdi. Muaviyə həmişə yeyib deyərdi yeməkdən doydum amma qarnım doymadı” (əl-Bidayə vən-nihayə hicrətin 60-cı ilinin hadisələri, Muaviyənin tərcümeyi halı 8/128)

3. Peygəmbər (s) bir gün Əbu Sufyanın qatıra minib Muaviyənin də qabaqda getdiyini görəndə buyurdu:- “Allah o iki nəfərə, qatıra minənə və piyada gedənə lənət etsin” (Məcməuz-zəvaid və mənul-fəvaid, bab ma caə fil-sulh 7/247, Təzkirətul-xəvas,Sibt ibn Cuzi, əlbabussamin səh. 182, Ənsabul-əşraf, Muaviyə ibn Əbu Sufyan 5/136)

Amma digər bir hədisdə bu məsələ belə nəql olunub:- “Bir gün peygəmbər (s) Əbu Sufyanı ulağa minmiş, Muaviyəni onun qabağında və Yəzidi (mümkündür ki, Əbu Sufyanın oğlu Yəzid olub) ulağın dalınca getdiyini görəndə buyurdu:- Allah-taala ulağa minənə, onun qabağında və dalında gedənlərə lənmət etsin (Rəbiul-əbrar və nususul əxbar bab əl-xəylu vəl-biğal vəl- həmir 5/400)

4. Əbul Əsvəd nəql edib:- Bir gün Muaviyə Peyğəmbərin həyat yoldaşı Aişənin yanına gəldi. Aişə ona dedi:- Hicr ibn Ədini və onun səhabələrini öldürməyə səni nə vadar etdi? Muaviyə dedi:- Ey ummul-muminin mən islam ümmətinin xeyrinə görə onları öldürülməyi əmr etdim. Çünki onların sağ qalmaları ümmətin arasında fəsadın yaranmasına səbəb olacaqdı. Aişə dedi: Mən peygəmbərdən eşitdim ki, buyururdu:-Əzra məntəqsində bir dəstəni şəhid edəcəklər. Allah-taala və asiman əhli onların şəhadətinə görə qəzəbə gələcək” (Kənzul-ummal. Muaviyyə, 13/587, hədis 37509)

5. Şəddad ibn Ovs Muaviyənin yanına gəldi. Gördü ki, Muaviyə və Əmr ibn As yanaşı oturublar. Şəddad ibn Ovs onların arasında özünə yer edib oturdu və onlara dedi:-Bilirsiniz mən niyə sizin aranızda oturdum? Mən peygəmbərdən eşitdim, o həzrət buyurdu:-“Hər vaxt o iki nəfəri birlikdə gördünüz onları tez biri-digərindən ayırın. Çünki onlar yalnız fitnə törətmək üçün birləşərlər” Mən də sizi ayırmaq üçün aranıza girdim. (Məcməuz-zəvaid və mənul-fəvaid, bab ma caə fil-sulh 7/248)

6. Əbdullah ibn Hərs nəql edib:- Əmr ibn As Muaviyəyə dedi:- Ya Əmirəlmöminin məscid tikiləndə peygəmbərin (s) Əmmar Yasirə nə dediyini məgər eşitməmişdin? Onda peygəmbər (s) Əmmara dedi:- “Sən cihad etməyə hərissən və sən cənnət əhlindənsən. Səni sitəmkar bir dəstə öldürəcək” Muaviyə dedi: Bəli bunu peygəmbərdən (s) eşitmişdim. Əmr ibn As dedi:- Bəs onda niyə Əmmar Yasiri öldürdüm? (Məcməuzzəvaid, kitabul-mənaqib, bab fəzlu Əmmar ibn Yasir 9/297)

Cəssas peygəmbərin (s) bu hədisini “Səni sitəmkar bir dəstə öldürəcək” nəql edəndən sonra deyir:-Bu hədis məqbul və mutəvatir hədislərdən sayılır. Hətta Muaviyənin də onu inkar etməyə qüdrəti yox idi. (Əhkamul-Quran, Hucurat surəsi, bab 1qitalu əhlil-biqa 5/280)

7. Əbu Səid Xudri, Əbdullah ibn Məsud və başqaları peygəmbərdən (s) nəql ediblər:- Elə ki, gördünüz Muaviyə ibn Əbu Sufyan mənim minbərimə çıxıb xütbə oxuyur onu yerə salıb boynunu vurun!” (Ənsabul-əşraf Muaviyə ibn Əbu Sufyan 5/136-137 və 11420, Təhzibut-təhzib 3260-cı tərcümeyi hal İbad ibn Yəqub 5/98, 4905-ci tərcümüyi hal Əli ibn Zeyd Təmimi 7/276)

Əbu Səid Xudridən nəql olunmuş digər bir hədisdə deyilir:- Ənsardan olan bir kişi Muaviyəni öldürmək istəyəndə ona dedik:- Ömər ibn Xəttabın xilafətində qılıncını qınından çıxarma. Qoy biz Ömərdən Muaviyənin qətli haqqında icazə alaq. O kişi dedi:- Mən peygəmbərdən eştdim deyirdi:- “O zaman ki, Muaviyəni minbərdə gördünüz onu öldürün”

İbn Səid Xudri dedi:- biz də peygəmbərin (s) bu kəlamını eşitmişik, lakin Ömərə bu haqda xəbər verənə qədər bunu etmərik. Biz bu haqda Ömərə məktub yazdıq və ondan cavab almamışdıq ki, O, vəfat etdi. (Ənsabul-əşraf Muaviyə ibn Əbu Sufyan 5/136)

Peyğəmbər (s) Səhabələrin Muaviyə haqqında dedikləri:

1. Muaviyənin əmri ilə Muhəmməd ibn Əbi Bəkr öldürüləndən sonra bu xəbər Aişəyə yetişdi. Aişə çox şiddətli bir nalə çəkdi və ondan sonra hər namazın arxasında Muaviyəyə və Əmr ibn Asa nifrin edirdi. (əl-Kamil fit-tarix 38-ci ilin əhvalatları. 3/136)

2. Həsən ibn Əli (ə) Muaviyəyə yazdığı məktubunda ona deyirdi:-“Müsəlmanlar bilirlər ki, sən harada dünyaya gəlmisən” (yəni başqasının yatağnda. Bu maviyənin anasının cahiliyyət dövründə onu zinadan dünyaya gətirdiyinə işarədir) (Təzkirətulxəvass. Sibt ibn Cuzi, əl-babus-samin 183)

3. Ömər ibn Xəttab deyib:- Xilafət Bədr və Uhud müharibəsində cihad edənlərə məxsusdur. Daha sonra islam dinini ilkin qəbul edənlərindır. Nə qədər ki, onlardan bir nəfər dünyada var. Amma peygəmbərin azad etdiyi qulların və onların övladlarının xilafət mənsəbində heç bir haqları yoxdur. Məkkəni fəth edəndən sonra islam dinini qəbul edənlərin də (Əbu Sufyan və Muaviyə kimi) xilafətdə haqları yoxdur.(Usdul-qabə, Muaviyə ibn Səxrin tərcümüyi halı.4/387. əl-İsabə fi təmyizissəhabə 4662-ci tərcümeyi hal 4/65)

4. Səhabə Əbdurrəhman ibn Ğənəm deyir:- “Muaviyə ibn Əbu Sufyanın şurada nə haqqı var? O, peygəmbərin azad etdiklərindəndir. Onlar üçün xilafət caiz deyil. O və atası Əbu Sufyan peygəmbərə qarşı mübarizə aparan dəstə başçılarıdırlar” (əl-İstiab fi mərifətil-əshab 1449-cu tərcümeyi hal 2/850)

5. Cuveyriyyə ibn Əsma deyir:- Mədinə əyanları deyirdilər Muaviyyə öləndə oğlu Yəzidə dedi:- Bir gün gələcək Mədinə əhli sənə qarşı qiyam edəcəklər. Onda Muslim ibn Uqbəni onların üstünə göndər. Mən onun bizə qarşı xeyirxahlığını dərk etmişəm.(Vəfaul-vəfa bi əxbari daril-mustəfa. 15-ci fəsl 1/130-132)

Muslim ibn Uqbə qoşunu ilə Mədinəyə hücum çəkib Hirrə vaqeəsində minlərlə səhabəni öldürüb on mindən yuxarı Mədinə əhlini qılıncdan keçirtdilər. Muslim ibn Uqbənin Mədinə əhlinin namuslarını ordusu üçün üç günlük halal etməsi nəticəsində minlərlə qızın namusuna təcavüz etdilər. Müsəlmanların namusuna edilən təcavüzlərin nəticəsində minlərlə zinadan doğulanlar meydana gəldi. Bütün bunlar Muaviyənin vəsiyyətinin nəticəsi idi. (əl-Ənsabul-əşraf, Hirrə xəbərləri 5/345)

6. Qeys ibn Səd ibn Ubbadəni Muaviyəyə beyət etməyə vadar edəndə O, üzünü Muaviyəyə tutub dedi:- Ey Muaviyə sən cahiliyyət dövründəki bütlərdənsən. Sən məcburuyyətdə qalıb islamı qəbul etdin və öz meylinlə də islamdan çıxdın. (əslində Qeys Muaviyyə demək istəyir ki, islamı heç vaxt ürəkdən qəbul etmədiyin üçün həqiqətdə sən müsəlman deyilsən və cahiliyyət dövründəki bütpərəstliyində sabit qalmısan) (əl-Bidayə vən-nihayə 59-cu ilin əhvalatları. Qeys ibn Səd 8/108, Tarixu mədinətid-Dəməşq, müəllif İbn Əsakir 5756-cı tərcümeyi hal Qeys ibn Sə`d ibn Ubbadə 49/399)

7. Muaviyə Qeys ibn Səd ibn Ubbadədən Əlidən (ə) uzaq olamağı tələb edirdi. (bu məsələ elə bir zamanda baş verirdi ki, Muaviyənin sərəncamı ilə camaatın bəzilərini hədələməklə və bəzilərini isə yağlı tikələrlə aldadıb Əlinin (ə) ətrafından uzaqlaşdırmağa çalışırdılıar) Qeys Muaviyəyə cavab olaraq yazdı;- “Ey büt oğlu büt! Məni Həzrət Əmirdən ayrılıb sənə itaət etməyə dəvət edirsən? Ətrafındakı səhabələrin ondan uzaqlaşmaları ilə Məni təhdid edirsən?..... And olsun Allaha ki, ondan başqa heç bir Allah yoxdur! Nə qədər ki, sən onunla düşmənçilik edirsən heç vaxt sənə təslim olmaram. Nə qədər ki, Sən onunla düşmənsən heç vaxt sənə tabe olmaram. Mən heç vaxt Allahın düşmənini onun vəlisindən üstün tutmaram. Şeytanın tərəfdarlarını Allahın tərəfdarlarından üstün tutmaram. Vəssəlam”(Rəbiul-əbrar və nususul-əxbar, babul vəfa və husnul-əhd 5/346)

8. Səhabə İbadət ibn Samit xəlifə Osman ibn Əffanın evinin ortasında durub dedi:- “Bəli, mən peygəmbərdən (s) eşitdim ki, buyurdu:- “Yaxın bir gələcəkdə elə adamlar sizə rəhbərlik edəcəklər ki, haram bildiyiniz şeyləri sizə halal kimi tanıtdırmağa çalışacaqlar. Halal olan şeyləri haram kimi sizə tanıtdırmağa çalışacaqlar. Allaha qarşı üsyan edənlərə itaət etməyin və buna görə özünüzü məzəmmət etməyin. And olsun o kəsə ki, mənim canım onun əlindədir! Muaviyə Rəsulullahın buyurduğu o kəslərdəndir. Xəlifə Osman bu sözləri eşitdi və ona heç bir söz qaytarmadı. (əl-Mustədrək ələssəhihəyn kitab mərifətissəhabə, mənaqib İbadət ibn Samit 3/402 hədis 5530)

9. Muaviyə oğlu Yəzidi özünə canişin təyin edəndən sonra Şam əhlindən də onun üçün beyət aldı. Muaviyə Mədinədəki, valisi Mərvandan şəhər əhlindən Yəzidə beyət almağı tələb etdi. Mərvan da Mədinə camaatı önündə xütbə oxuyarkən bunu dedi:- Bəli Muaviyə ondan sonra bir canişinin olması haqda yaxşıca fikirləşəndən sonra Əbu Bəkr və Ömərin qoyduğu sünnəti diriltməyi iradə edib. Bu yerdə Əbdurrəhman ibn Əbu Bəkr etiraz əlaməti olaraq ayağa durdu və dedi:- Bu Kəsranın və Qeysərin sünnətidir. (Yəni özündən sonra övladlarını vəliəhd təyin etmək İran və Roma imperatorlarının sünnətidir) Əbu Bəkr və Ömər xilafəti bu cür övladlarına irs kimi ötürməyiblər. (Tarixul-xuləfa, Muaviyə ibn Əbu Sufyan 196)

Əbdurrəhman ibn Əbu Bəkrin bu etirazı Mərvanı narahat etdiyi üçün onu həbs etməyə fərman verdi. Lakin Əbdurrəhman həbsdən canını qurtarmaq üçün Aişənin evini özünə sığınacaq seçdi. (Səhih Buxari, kitabu təfsir Əhqaf surəsinin 17-ci ayəsinin təfsiri 6/507)



Diqqət:- Bu xəbər əhli sünnətin müxtəlif mənbələrində zikr olunub. Cənab Buxari baxmayaraq ki, bu xəbəri kitabında zikr edib, lakin əsl məsələni (yəni Əbdurrəhman ibn Əbu Bəkrin etirazını) örtülü saxlayıb. Belə ki, Əbdurrəhmanın sözlərini “Əbdurrəhman bir şey dedi....” kimi qələmə alıb. Möhtərəm oxucu əgər siz Buxarinin açıb ağartmaq istəmədiyi “Əbdurrəhman bir şey dedi....” örtülü saxladığı həmin şeydən xəbər tutmaq istəsəniz bu mənbələrə müraciət edin. Buxarinin əməlinə görə ona yazığımız gəldiyini söyləyirik. Çünki yazıq Buxari Muaviyənin fəsadlarını gizlətməyə çalışmaqla islam tarixinə xəyanət edib.

a)- “Hədyussari” müqəddimə fəthul-bari, fəsl 7, Zümər surəsinin əvvəlindən Əhqaf surəsinin təfsiri səh. 316.

b)- “İrşadussari li şərhi Səhih Buxariu” müəllif Əhməd ibn Muhəmməd Əsqəlani (hicri 923-cü ilində vəfat) kitabu təfsir, surə Əhqaf 11/61 hədis 4827.

v)- əs-Sünənul-kubra Əhməd ibn Şuəyb Nəsai (hicri 303-cü ilində vəfat) kitabu təfsir, surə Əhqaf 6/459 hədis 1/11491.

q)- “əl-Mustədrək ələssəhihəyn” müəllif Hakim Nişaburi (hicri 405-cü ilində vəfat), kitabul-fitən vəl-məlahim 4/528 hədis 8483

d)- əl-İsabə fi təmyizissəhabə Əhməd ibn Əli Əsqəlani (hicri 852-cü ilində vəfat) Əbdurrəhman ibn Əbdullahın tərcüməyi halı 5167, 4/275-276

j)-əd-Durrulmənsur, müəllif Cəlaləddin Syuti (hicri 911-cü ilində vəfat), Əhqaf surəsinin 17-ci ayəsinin təfsiri 6/10-11 və Qələm surəsinin 10-cu ayəsinin təfsiri 6/394.

z)- “Təfsir Qurani kərim”, müəllif İsmail ibn Kəsir (hicri 774-cü ilində vəfat) Əhqaf surəsinin 17-ci ayəsi təfsiri 4/141

s)- “Fəthul-qədir” Əhqaf surəsinin 17-ci ayəsinin təfsiri 5/20, Qələm surəsinin 10-cu ayəsinin təfsiri 5/270.

Sonra Muaviyə özü Əbdurrəhmandan Yəzidə beyət etməyi tələb etdikdə Əbdurrəhman beyət etməyib yenə də sözünü təkrar etdi. Nəhayət Muaviyə Əbdurrəhmanı ələ aımaq və şirnikləndirmək məqsədilə ona yüz min dirhəm göndərdi. Amma Əbdurrəhman onu da qəbul etməyib ömrünün axırına qədər əqidəsində möhkəm qaldı və Məkkədə vəfat etdi. (əl-İstiab, 1394-cü tərcümeyi hal Əbdurrəhman ibn Əbu Bəkr, 2/824)

10. Bureyr ibn Həzir. Əbədi səadətə qovuşub dünyadan gedən bu Kərbəla qəhrəmanı imam Əlinin (ə) səhabələrindən olub və Kufə şəhərinin möhtərəm əyanlarında idi. Qare Quran olmaqla yanaşı zəmanəsinin zahidlərindən sayılırdı. Bureyr Kərbəlada Yəzid ibn Məqəl ilə meydana çıxanda Yəzid ona dedi:- Sən deyirsən ki, Osman öz canını bəlaya düçar etdi və Muaviyə azğındır və başqalarını da haqq yolundan azdırandır? Haqq və hidayətçi imam Əli ibn Əbu Talibdir?

Bureyr dedi:- Bəli mən şəhadət verirəm ki, bu mənim əqidəmdir.

Bu deyişmədən sonra onlar arasında şiddətli vuruşma başlandı. (Tarix Təbəri, 61-ci ilin hadisələri. Hüseyn ibn Əli ilə Kərbəlada öldürülənlərin adlaı....4/328)

Muaviyənin cinayətləri

1. Həsən Bəsri deyib:- Muaviyədə dörd xislət var idi ki, əgər onlardan biri belə onda olsaydı onun Qiyamət günündə həlak olmasına kifayət edərdi.



Birinci:- Muaviyə xilafəti qılınc və qan gücünə ələ keçirtdi. Səhabələrdən bir dəstə hələ dünyada var ikən onlarla şuraya oturub məşvərət etmədi.

İkinci:- İpək paltarlar geyib əyyaşlıga və araq içməklə gününü keçirən oğlunu xəlifə təyin etdi.

Üçüncü:- peygəmbərin (s) buyurduğunu (halalzadə doğulduğu yataq sahibinə məxsusdur və vələduzinanın yeri daşlıqdır) əksinə gedərək Ziyadı özünə qardaş elan etdi.

Dördüncü:-Muaviyənin əmri ilə Hicr ibn Ədini və altı nəfər səhabələri ilə diri halda basdırıb öldürdülər. Vay olsun Muaviyəyə Hicri öldürdüyünə görə, vay olsun Muaviyəyə Hicri öldürdüyünə görə, vay olsun Muaviyəyə Hicri öldürdüyünə görə.(Tarix Təbəri, 51-ci ilin hadisələri. 4/208, əl-Kamil fittarix 51-ci ilin hadisələri 3/487)

Muaviyə Səd ibn Əbu Vəqqasa əmr etdi ki, Əliyə (ə) lənət etsin amma O, imtina etdi. Muaviyə Səddən Əlini nə səbəbə lənətləmədiyini soruşdu:

Səd dedi:- Peyğəmbər Əli (ə) haqqında üç şey deyib ki, mən bütün malımı verərdim ki, bu üç şeydən heç olmasa biri məndə olsun. Ona görə də mən onu heç vaxt lənətləməyəcəyəm. (Səhih Muslim, kitab fəzailussəhabə bab Əli ibn Əbu Talibin fəzilətləri 4/1871 hədis 32, Sünəne Tirməzi, kitab mənaqib, mənaqib Əli ibn Əbu Talib səh 980, hədis 3833)

3. Muaviyə hiylə qurdu ki, Malik Əştəri qətlə yetirsinlər. Ətrfındakılara əmr etdi ki, Maliki zəhər qatılmış şərbətlə zəhərləsinlər. Malikin ölüm xəbəri Muaviyəyə çatanda məsciddə xütbə oxuyub dedi:- “Əlinin iki qüvvətli qolu var idi, birini Suffeyn müharibəsində qırdıq, o Əmmar Yasir idi. Bu gün də onun ikincisini Malik Əştəri öldürməklə qırdıq” (Tarix Təbəri 38-ci ilin hadisələri, 4/72, “əl-Kamil fittarix” 38-ci ilin hadisələri və Əmr ibn Asın Misirdəki hakimiyyəti 3/353)

4. Muaviyə oğlu Yəzid üçün beyət almaq istəyəndə iki nəfərdən beyət almaq onun üçün çox çətin oldu. Onlar Həsən ibn Əli və Səd ibn Əbi Vəqqas idilər. Nəticədə Muaviyə onların ikisini də hiylə ilə zəhərlədi. (“Məqatiluttalibin” Həsən ibn Əli səh 80, “Şərhu nəhcil bəlağə” müəllif İbn Əbil Hədid Həsən ibn Əlinin tərcüməyi halı 16/49)

5. Muaviyə tanınmış tayfa başçılarını Əlini (ə) lənətləməyə vadar edirdi:

Muaviyə Səsəə ibn Suhana dedi: Mənbərə çıx və Əlini lənətlə! -Səsəə imtina edib dedi:-Məni əfv et! Muaviyə israr etdi ki, yox gərək lənətləyəsən!

Səsəə naçar qalıb mənbərə qalxdı və dedi:- Ey camaat Muaviyə mənə əmr edir ki, Əlini lənətləyim. Camaat siz də onu lənətləyin. Allah ona lənət etsin! (əl-Əqdul-fərid, yalan və kufrdən tovriyə babı 2/266)



Diqqət!:- Səsəə ərəb dilinin gözəlliyindən istifadə edərək şəxs əvəzliklərindən məharətlə yerində işlətməklə əslində camaata Muaviyəynin lənətə layiq olduğunu çatdırmaq istəyib. Çünki sözünün əvvəlində camaata xəbər vermişdi ki, Muaviyə məni Əlini lənətləməyə vadar edir.

Muaviyə Əhnəfə dedi:- Səni and verirəm Allaha! Çıx mənbərə və Əlini lənətlə.

Əhnəf dedi:- Bu işi görməkdən məni əfv etməyin və məndən əl çəkməyin sənin xeyrinədir. (əl-Əqdul-fərid, bab mücavibətul uməra vərrədu ələyhim 4/98)

Muaviyə Əqil ibn Əbu Talibə dedi:- Əli səninlə əlaqəni kəsdi, lakin mən səninlə əlaqəyə can atdım. Sən məni ancaq bir vasitəylə, yalnız Əlini lənətləməklə razı salarsan.

Əqil dedi:- Muaviyə sənin dediyini edərəm-və minbərə qalxdı. Əqil Allaha həmd və səna edəndən sonra dedi:- Ey camaat əmirulmuminin Muaviyə mənə əmr edib ki, Əli ibn Əbu Talibi lənətləyim, camaat onu lənətləyin. Camaat Allahın və bütün insanların lənəti olsun ona. (əl-Əqdul-fərid, bab mücavibətul uməra vərrədu ələyhim 4/98)

6. Muaviyə peygəmbərin bir neçə səhabəsini qətlə yetirdi. Hicr ibn Ədiy, Əmr ibn Həmiq Xuzai və s... kimi. (Usdul qabə 4/100)

7. Muaviyə peygəmbərin (s) nəvəsi İmam Həsəni (ə) zəhərlədikdən sonra sevincindən şükr səcdəsi etdi:

a)-Muaviyənin Mədinə şəhərindəki valisi Mərvan ibn Həkəm İmam Həsənin şəhadət xəbərini ona çatdırdı. Muaviyə İbn Abbasın ardınca xəbər göndərib yanına çağırdı. İbn Abbas Şamda olduğu üçün Muaviyənin yanına gəldi. Muaviyə İbn Abbasa güya baş sağlığı verir deyə onları məzəmmət etməyə başladı. İbn Əbbas ona dedi:- Muaviyə bizi məzəmmət etmə sən Həsən İbn Əlidən sonra şox az bir müddət bu dunyada yaşayacaqsan. (“əl-Əxbaruttəvil” İmam Həsənin vəfatı, səh. 222)

b)- İmam Həsənin şəhadət xəbəri Muaviyəyə yetişəndə onun yaşıl sarayından Allahu əkbər sədası qalxdı. Muaviyənin həyat yoldaşı Faxitə ondan şadyanalıq etməsinin səbəbini soruşanda dedi:- Həsən ibn Əli dünyadan gedib. Faxitə dedi:- Sən Fatimə balasının ölümünə bu qədər çox sevinirsən? Muaviyə dedi And olsun Allaha məzəmmət və məsxərə etmək üçün təkbir demədim əslində qəlbim rahat oldu.

Əbdullah ibn Əbbas Muaviyənin yanına gələndə Muaviyə ona dedi:- İbn Abbas bilirsən sizin əhli-beytinizdə nə hadisə baş verib?

Əbdullah ibn Abbas dedi:- Bilmirəm amma səni şad görürəm, sənin şükr səcdəsi etməyin haqda da mənə xəbər çatıb.

Muaviyə dedi:- Həsən öldü!

İbn Əbbas üç dəfə dedi:- Allah Əbu Məhəmmədə rəhmət etsin! And olsun Allaha onun qəbri sənin qəbrinin qapısını bağlamaz və onun ömrününm başa çatması sənin ömrünə heç bir şey əlavə etməz. (vəfəyatul-əəyan 155-ci tərcüməyi hal Həsən ibn Əlin 2/66, “Rəbiul-əbrar və nususul-əxbar” babul-movt 5/209)

v)- Miqdam ibn Mədi Kərəb və Əmr ibn Əsvəd Muaviyənin yanına gəldilər. Muaviyə Miqdama dedi:- Mənə xəbər çatıb ki, Həsən ibn Əli vəfat edib.

Miqdam dedi:- İnna lillah və inna iləyhi raciun

Muaviyə dedi:- Məgər Həsənin vəfatını müsibət və itki sayırsan?

Miqdam:- Niyə də müsibət bilməyim, peygəmbərin (s) Onu dizinin üstünə alıb “Bu məndəndir və Hüseyn də Əlidəndir” dediyini görmüşəm.

Bu vaxt bəni Əsəd qəbiləsindən birinin təhqiramiz sözləri eşidildi. Sonra Miqdam Muaviyənin bəzi cinayətlərini xatırlatdı. (“Sunən ibn Əbu Davud” kitabu libas 4/67, hədis 4131)

8. Muaviyənin peygəmbərə (s) qarşı hörmətsizlikləri və iman gətirmədiyinə etirafı çoxlu sayda tarixi sənədlərdə özünə yer tapmışdır. Mutrif ibn Muğeyrə ibn Şebə deyib:- Mən atamla tez-tez Muaviyənin sarayına gedərdik. Onun sarayından çıxanda atam onun ağlına heyran olduğunu söyləyib tərifləyirdi. Onun yanında olanda gördüyü əcaib şeylərdən evdə bizə nəql edərdi. Atam bir gecə Muaviyənin yanından evə çox narahat və tutqun halda qayıtdı. Atam o qədər narahat idi ki, hətta yeməkdən belə imtina etdi. Biz çox gözlədik ki, atamız narahatlığının səbəbini bizə söyləsin, hətta elə güman etdik ki, ailəmizlə əlaqədar bədbəxt bir hadisə baş berib. Axırda dözməyib atamdan narahatlığının səbəbini soruşdum.

Atam dedi:- Oğul indicə dünyada ən kafir və xəbis bir adamın yanından gəlmişəm.

Atamdan belə deməsinin səbəbini soruşanda dedi:- Bu gecə Muaviyə ilə xəlvətdə söhbət edirdik. Ona dedim ki, Ya əmirəlmöminin daha siz qocalıbsınız, bundan sonra yaxşı olar ki, ədalətli olmaq yolunu seçib camaata ehsan edəsiniz. Bəni haşimə mehribançılıq göstərib onların ürəklərini ələ alasınız. And olsun Allaha onların əllərində daha bir şey qalmayıb ondan qorxasan. Əgər bəni haşimə məhəbbət göstərsən özündən yaxşı bir xatirə qoymuş olarsan.

Muaviyə mənə dedi:- Heç vaxt, heç vaxt. Mən hansı yaxşı xatirəyə ümidvar ola bilərəm ki, məndən sonra yadigar qalsın? Təmim qəbiləsindən bir nəfər (Əbu Bəkr) xilafətə yetişdi və camaatla da yaxşı rəftar etdi. Ondan sonra Ədiy qəbiləsindən bir nəfər (Ömər ibn Xəttab) hakimiyyətə yetişdi. O, çox çalışdı və özünü məşəqqətə saldı on illik hakimiyyətdən sonra onların yalnız adı qalıbdır ki, camaat danışanda deyirlər;- Əbu Bəkr! Ömər.....Amma İbn Əbi Kəbşə elə bir iş gördü ki, hər gün beş dəfə onun adını Minarələrdən çəkib deyirlər: Əşhədu ənnə Muhəmmədən Rəsulullah! Bundan sonra hansı əməl yer üzündə qala bilər? Bundan sonra hansı ad yaxşılıqla yad olunar? Ay atasının vayına oturan! Heç vaxt, and olsun Allaha elə edəcəyəm ki, bu adı dəfn edim” (ən-Nihayə fi ğəribil hədis “Kəbş” 4/144, “Lisanul ərəb” “Kəbş” 12/18)

İndi isə hədis ətrafında bir neçə məqamı araşdıraq.

a)- Bu xəbəri Zübeyr ibn Bəkkar nəql edib. İbn Əbil Hədid (sünnü alimidir) Zübeyr və nəql etdiyi xəbər haqqında yazıb:- Zübeyr ibn Bəkkar Muaviyənin müxaliflərindən sayılmır və şiə əqidəli də olmayıb. Onun imam Əli ilə də müxalif olduğu haqda xəbərlər məşhurdur.

b)- Hədisdə göründüyü kimi Muaviyə Allah rəsulunu “İbn Əbi Kəbşə” adlandırıb. Muaviyənin bu əməli cahiliyyət dövründəki muşriklərin əqidələri ilə balans təşkil edir. Çünki islam peygəmbəri (s) ilə düşmənçilik edən muşriklər də Ona belə məsxərə ilə müraciət edirdilər. Muaviyənin özünü peygəmbərin canişini elan etməsinə baxmayaraq Onu muriklərin təbirincə yad etməsi, yalnız onun bütpərəstliyində sabit qədəm qalmasından və islam dinini qəlbən qəbul etməməsindən xəbər verir.

Muğeyrə oğlu Mutrifə deyir:- İslamdan öncə Məkkədə bir nəfər bütpərəstlik ayinləri ilə muxalifətçilik edib. Onun kunyəsi “İbn Əbi Kəbşə” idi. Peygəmbər də bütpərəstlik ayinləri ilə müxalifətini elan edib insanları islama dəvət edəndə muşriklər Onu da İbn Əbi Kəbşə adlandırmağa başladılar. Çünki onların hər ikisi bütpərəstliklə müxalif idilər.

Zübeyr ibn Bəkkarın nəql etdiyi hədisin axırında Muaviyənin bu sözləri onun bütpərəstlik əqidəsindən dönmədiyinə bariz nümunədəir:- “Heç vaxt, and olsun Allaha elə edəcəyəm ki, bu adı dəfn edim” Deməli Muaviyə batinində islama qarşı gizlətdiyi ədavəti biruzə verərək peygəmbər nurunu söndürmək qəsdini açıq-aşikar bəyan edib.

9. Miqdam dedi:- Muaviyə! Səni and verirəm Allaha! Peygəmbərdən (s) ipək və vəhşi heyvanların dərilərindən tikilən paltarın geyilməsini və vəhşi heyvanlardan minik kimi istifadə etməyin haram olmasını eşitmisənmi?

Muaviyə dedi:- Bəli eşitmişəm.

Miqdam dedi:- And olsun Allaha bunların hamısını sənin evində görürəm.

Muaviyə:- Bilirdim ki, sənin əlindən nicat tapmaram. (Seyru ə`əlamunnəbla, Muaviyə ibn Əbu Sufyanın tərcümeyi halı, 3/158, bu hədis azacıq fərqlə “Sunəne Əbu Davud”-da kitabul-ləbs 4/68 hədis 4131 nəql olunub)

Sonu

Muviyənin fəzilətləri haqqında söz açmadığımıza etiraz edənlərə qəflətdən ayılıb heç vaxt həqiqət axtarışından bir an belə çəkinməmələrini məsləhət görürük.

1. Əgər Muaviyənin müsbət bir xasiyyəti olsaydı, öncə peygəmbəin (s) və səhabələrin onun haqqında söylədiklərini dərc etdiyimiz kimi peyğəmbər onu lənətləməzdi.

2. Şam (indiki Dəməşq) camaatı əhli sünnətin tanınmış alimi və alti səhih saydıqları kitablardan biri olan “Sünəne Nəsai” kitabının müəllifi Nəsaidən, Muaviyənin fəzilətləri barədə danışmagı xahiş edəndə O, deyib:- “Onun haqqında yalnız bu fəziləti deyə bilərəm ki, Allah-taala onun qarnını doyuzdurmayıb” Şam əhli bu cavabı eşidəndə onu ayaq altına salıb o qədər vurdular ki, həmin zərbələrin nəticəsində şəhid oldu. (“Mİrqatul-məfatih şərhu mişkatil-məsabih” 1/22 Nəsainin tərcümüyi halı. Kitab sahibi bu məsələıni Nəsainin necə vəfat etməsini nəql edən zaman söyləmişdir)

Yaxşı olardı Şam əhli Muaviyənin fəziləti haqqında Nəsaiyə yox Əbu hureyrəyə müraciət edəydilər.

3. Səhih Buxari ktabında müəllif səhabələrin fəzilətlərini bir-bir zikr edərkən Muaviyəyə çatanda yazır: “babu zikri Muaviyə”. Buxari bu baba fəzilət adı verməyib. Çünki Buxari Muaviyənin fəzilət sahibi olmasına əmin olmayıb.

İbn Həcər Əsqəlani “Səhih Buxari” kitabının şərhində İbn Cuzidən nəql edib:- İshaq ibn Rahəvəyh nəql edib:-“Muaviyənin fəziləti haqqında nəql olunmuş heç bir hədis səhih deyil”

Sonra müəllif Əhməd ibn Hənbəlin nəzərini nəql edib:- “Əlinin (ə) düşmənləri çox idi. Düşmənlər onu nüfuzdan salamq üçün eyiblər axtarırdılar. Eyib tapmadıqları halda Onunla müharibə edən şəxsin (yəni Muaviyə) yanına gedib ondan Əliyə qarşı necə hiylə qurmağı öyrənirdilər”

Əhməd ibn Hənbəl bununla demək istəyir ki, Muaviyə haqqında nəql olunmuş fəzilətlərin hamısı yalan və əsassızdır.(Fəthul-bari bişərhi Səhihul-buxari, kitabu fəzailussəhabə, bab zikru Muaviyə 7/104)

Cəlaluddin Syuti Hakim Nişaburidən nəql edib ki, İshaq ibn İbrahim deyirdi:- “Muaviyənin fəziləti haqqında nəql olunmuş hər hansı bir hədis səhih deyil”. (əl-lə`lulməsnuə fil-əhadisil-mozuə, mənaqubu sairissəhabə 1/424)

Muaviyənin fəziləti babında nəql olunmuş hədislər arasında səhih hədis yoxdur” (Kəşful-xifa və məzilul-əlbas, xatimətul-kitab 2/420)

Bəli göründüyü kimi əhli sünnət alimləri açıq şəkildə Muaviyənin fəziləti haqqında nəql olunmuş hədislərin sənədlərinin səhih olduğunu şübhə altina alaraq heç bir səhih hədisin olmadığını iddia ediblər. Amma digər tərəfdən Muaviyənin məzəmməti haqqında çoxlu hədislər mövcuddur.

Əgər bu fəzilət sayılarsa, insaf da yaxşıdır deyə Muaviyənin fəziləti haqqında bir hədis nəql edirik.

Muaviyənin xilafəti zamanı Şama bir fil gətirmişdilər. Şəhər əhli heç bir zaman bu heyvanı görmədikləri üçün mənzillərindən çıxıb onun tamaşasına yığılmışdılar. Muaviyə də bu məqsədlə qəsrinin damına çıxmışdı. Birdən Muaviyə bir kişinin onun kənizlərindən biri ilə sarayın hücrələrindən birinə daxil olduğunu gördü. Sürətlə aşağı düşüb o hücrənin qapısını döyməyə başladı. İçəridən kimsən deyə səs gəldi.

Muaviyə dedi:- Əmirəlmöminin!

Onlar naçar olub qapını açdılar. Muaviyə içəri girib həmin kişini ayaqları altına salaraq, ondan nə cürətlə saraya girdiyini soruşub, dedi: Məgər mənim heybətimdən və işkəncələrimdən qorxmursan?

Günahkar kişi cavab verdi ki;- Ya əmirəlmöminin sənin helmin mənim xəta etməyimə bais oldu.

Muaviyə dedi:- Əgər səni əfv etsəm bu cərəyanı gizli saxlayıb heç kimə deməzsən? (Həyatul heyvanil-kubra 2/182)


Sonda Ə`əraf surəsinin bir neçə ayəsini dərc edib ümid edirik ki, həqiqət yolundan azanlara daha yardımçı olsun

40. Bizim ayələrimizi inkar edib onun müqabilində təkəbbürlük göstərənlərin üzünə göyün qapıları açılmaz və onlar cənnətə daxil olmazlar. Dəvə iynənin deşiyindən keçməyincə onlar da Cənnətə daxil ola bilməzlər. Günahkarları bu cür cəzalandıracağıq.



41. Cəhənnəmdən onlar üçün oddan döşək və üstlərinə örtmək üçün həmin oddan örtük vardır. Bu cür Biz zalımları belə cəzalandırırıq! 42. İman gətirib saleh əməllər görənlər isə - əlbəttə heç kəsi qüdrətindən artıq dərəcədə yükləmərik - onlar cənnət əhlidirlər. Onlar orada əbədi qalacaqlar! 43. Onların (cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların qaldıqları cənnət bağlarının altından çaylar axır. Onlar deyərlər: "Bizi bu xoşbəxtliyə tərəf hidayət edən Allaha həmd olsun! Əgər Allah bizi hidayət etməsəydi biz doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər!" Bu zaman onlara nida olunacaq:- "Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!" 44. Cənnət əhli cəhənnəm əhlinə müraciət edib deyəcəklər: "Rəbbimizin bizə və’d etdiyinin haqq olaraq gördük. Siz də Rəbbinizin sizə və’d etdiyini (günahkarlara cəhənnəm əzabının nəsib olacağı vədəsini)haqq olaraq gördünüzmü?". Onlar deyəcəklər:- "Bəli!". Bu zaman onların arasında bir munadi səslənəcək- "Allah zalımlara lə’nət eləsin!" 45. O kəslər ki, insanları Allah yolundan döndərib cürbəcür şübhələrlə əyri hala salmaq istəyirlər onlar axirəti də inkar edərlər!"
Hacı Elman İbadov email:kerrar@mail.ru   


Yüklə 87,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin