Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix21.04.2017
ölçüsü213,05 Kb.
#15063
1   2   3   4   5   6   7
Xarici ədəbiyyat verilişi və onlara 
oxucu müraciətlərinin statistikası

müstəqil şəkildə 4850 nüsxə elmi ədəbiyyat komplektləş dir -
mişdilər.
1980-ci  ildə  Kitabxana  52  ölkənin  559  təşkilatı  ilə
əmək daşlıq edirdi. Mərkəzi Elmi Kitabxana ilə beynəlxalq
kitab və informasiya mübadiləsinə yeni qoşulmuş təşkilatlar
ara sında Milli Elmi Konsulluq (Şri-Lanka), Norveç Tex no -
loji Universiteti, Tokio Astronomiya Rəsədxanası, Melburn
Universiteti, Orta Şərqi öyrənmə Departamenti (Avstraliya),
Səna Universiteti (Yəmən), “Arks” nəşriyyatının (İran) ki -
tab xanası,  Ege  universiteti  Tibb  fakültəsinin  kitabxanası,
İtaliya Cərrahiyyə Cəmiyyəti və b. vardı.
Kitabxana “Azərbaycanşünaslıq” kartotekasının inkişaf
et dirilməsi və zənginləşdirilməsi işinə xüsusi diqqətlə ya -
naşır, xaricdə Azərbaycanla bağlı nəşr olunan ədəbiyyatın
kataloqunu yaratmaqla, həmin ədəbiyyatın əldə olunaraq
fonda daxil edilməsi istiqamətində səylərini davam etdirirdi.
1980-ci ildə “Azərbaycanşünaslıq” kartotekasına 507 kar-
toçka əlavə olunmuşdu. Xarici tərəfdaşlardan bu istiqamət
üzrə 28 çap vahidi əldə edilmişdi. Onların arasında Azər -
baycan və Azərbaycan alimlərinin əsərləri haqqında mə lu -
mat lar əks olunmuş “7-ci beynəlxalq konfransın mate rial ları.
Edinburq, 1977”, “Avropanın təbii qoruqları”, “Üzeyir Ha -
cıbəyov və iki inqilab”, “M.F.Axundov və fəlsəfi məqalələr”,
“Azərbaycan dramaturgiyasının qısa tarixi”, V.Billiin “Qafqaz
palitrası” kimi xarici dillərdə nəşr edilmiş çap məhsulları yer
alırdı.  Xarici tərəfdaşlar da Azərbaycan alimlərinin əsərlərini
əldə etməkdə maraqlı idilər. Belə ki, məsələn, Varşava, Va -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
105

şinq ton, Tokio universitetlərinin kitabxanalarının tələb na -
mə sinə əsasən professor Y.Qarayevin “Azərbaycan realiz mi -
nin  mərhələləri”,  M.A.Topçubaşovun  “Ətraf  mühit  və
sağ lamlıq”, T.Verdiyevin “XX əsrdə Azərbaycanda ipək is -
tehsalı sənayesi”, “Aşıq Ələsgər” (1-2 cildlər), “Azərbaycan
dastanları” və s. kitablar xaricə göndərilmişdi. 
Əvvəlki illərdə olduğu kimi 80-ci ildə də xarici ədə biy -
yatın bahalaşması prosesi davam edirdi. Buna görə bəzi part-
nyorlarla  kitab  mübadiləsi  xeyli  azalmışdı.  Məsələn,  əgər
əvvəllər Böyük Britaniya kitabxanalarından il ərzində 250-
300 nüsxə ədəbiyyat alınırdısa, 1980-ci ildə cəmi 85 nüsxə
ki tab əldə olunmuşdu. Belə vəziyyətdə xaricdə yaşayan elm
və  mədəniyyət  xadimləri  ilə  qurulmuş  əlaqələr  vasitəsilə
kitab  hədiyyələrinin  qəbulu  Kitabxananın  işinə  kömək
edirdi. 1980-ci ildə xarici alimlərdən professor K.Qombaş
(Macarıtan-Almaniya), professor Q.Yarrinq (İsveçrə), pro-
fessor D.Sinor (ABŞ), professorlar M.Tuncay, İ.Bozyel və
M.Çavuşoğlu (Türkiyə) ilə yeni əlaqələrin qurulması sa yə -
sin də Kitabxanaya “Die Kaukasus-Politik der Mittelmächte.
Wien-Köln, 1975”, “The Aqquyunlu Clan, Confederation,
Empire. Chicago, 1976”, “Ancient Azerbaijani carpets” və s.
kimi kitablar göndərilmişdi.
1980-ci ildə Almaniyanın məşhur “Şpringer” nəşriyyatı
Mərkəzi Elmi Kitabxanada öz kitab və jurnallarının sərgisini
açmış və 1200-dən artıq çap məhsulunu Azərbaycan alim -
lərinə nümayiş etdirmişdi. “Şərq ədəbiyyatı şöbəsi” 1980-ci
ildə türk, ərəb, fars dillərində 768 nüsxə ədəbiyyat əldə et -
miş di.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
106

1981-ci ildə Kitabxanaya daxil olan kitablar arasında
aşağıdakı kitablar xüsusi əhəmiyyət daşıyırdı:
- B.Baranowski. Polsko-azerbejdzanskie stosunki kultur-
alne w pierwszej polowie XIX wieku. Lódz, 1979.
- G. Linde, S.Apt. Kaukasisches Mosaik. Leipzig, 1980.
- Gombas  Karoly.  Regi  Kaukazusi  Azerbajdzsan
szovegek.. Budapest, 1980.
- Nisami. Die sieben prinzessinnen. Berlin, 1980.
1980-ci ildə 50 ölkənin 557 təşkilatı ilə əməkdaşlıq
edən Mərkəzi Elmi Kitabxana il ərzində xarici tərəfdaş la rın -
dan 10283 nüsxə ədəbiyyat əldə etmiş, əvəzində 9261 nüsxə
kitab və jurnal göndərmişdi.
1981-ci  ildə  xarici  məcmuələrə  və  monoqrafiyalara
abu nə üçün SSRİ Elm və Texnika üzrə Dövlət Komitəsi tərə -
fin dən Kitabxanaya əlavə olaraq 5000 xarici valyuta rublu
ayrılmışdı. Bunun sayəsində Kitabxana simpozium, konfrans
materiallarını və çoxcildli nəşrlərin növbəti cildlərini (ümu -
milikdə 220 çap vahidi) əldə etmək imkanı qazanmışdı. 
Kitabxana xarici ədəbiyyatın mütaliə səviyyəsini təftiş
etmək  üçün  il  boyu  oxucular  arasında  xüsusi  anketlər
vasitəsilə sorğu keçirmiş və onların maraq dairəsində olan
ədəbiyyatı müəyyən etmişdi. 
1982-ci ildən etibarən isə Kitabxana filialları ilə birgə
xarici ədəbiyyat üzrə toplu xidmət vərəqələrinin-for mul yar -
la rın tətbiqinə başlayır. Formulyarda oxucunun adı, soyadı,
atasının  adı,  işlədiyi  müəssisənin  adı,  sifariş  etdiyi  xarici
ədəbiyyatın sərlövhəsi və s. göstərilirdi. Sonradan həmin for-
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
107

mulyarlar üzrə təhlillər aparılır, xarici ədəbiyyatın mübadiləsi
və abunəsi prosesində onların ümumiləşdirilmiş nəticə lə rin -
dən istifadə olunurdu. Bu proseslə Mərkəzi Elmi Kitabx-
anada bibliometrik fəaliyyətin əsası qoyulmuşdur.
1982-ci ildə Kitabxana dünyanın 50 ölkəsindən 569
təşkilatla əməkdaşlıq edirdi. İl ərzində Kitabxanaya ümu mi -
lik də,  12553  nüsxə  ədəbiyyat  daxil  olmuşdu.  Beynəlxalq
kitab mübadiləsi üzrə 7085 nüsxə nəşr vahidi alınmışdı, əvə -
zin də partnyorlara 7877 nüsxə kitab və jurnal göndərilmişdi.
“Beynəlxalq kitab” Cəmiyyətinin köməyi ilə 2943 kitab əldə
olunmuşdu.
Bolqarıstan, Çexoslovakiya, Macarıstan, Kuba, Alman
Dövlət Kitabxanası ilə beynəlxalq kitab mübadiləsi üzrə əla -
qələr uğurla inkişaf edirdi. Bolqarıstan Elmlər Akademiyası
kitabxanası ilə aparılan kitab mübadiləsi xüsusi çəkiyə malik
idi. 1982-ci ildə bu kitabxanadan 47 monoqrafiya və 40-dan
artıq adda jurnal alınmışdı. Kitabxana Vaşinqton və Çikaqo
Universitetlərinin kitabxanaları, ABŞ-dakı Smitson İnstitu-
tunun Astrofizika Rəsədxanası, Britaniya kitabxanası, Alman
Tədqiqat  Cəmiyyəti,  Alman  Geoloji  Cəmiyyəti,  Ottava
şəhərindəki Kənd təsərrüfatı Kitabxanası, Avstriya Elmlər
Akademiyası kitabxanası, Upsala Universitetinin kitabxanası,
Türkiyə Mədəniyyət Nazirliyinin Şərqşünaslıq kitabxanası,
Ata türk Universiteti, Türkiyədəki Dilçilik Cəmiyyəti, Əf -
qanıstan Mədəniyyət Nazirliyi ilə fəal əməkdaşlıq edirdi.
1982-ci ildə Alman Tədqiqat Cəmiyyətindən 20-dən artıq
monoqrafiya alınmış, əvəzində 48 kitab göndərilmişdi. 
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
108

1982-ci ildə Azərbaycan EA-nın Mərkəzi Elmi Kitab -
xa nasında  “Nizami  kitabxanası”  yaradılmışdı  və  qiymətli
saxlanca dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və
yaradıcılığını əks etdirən yüzlərcə ədəbiyyat toplanmışdı.
Bununla yanaşı, Mərkəzi Elmi Kitabxana “Nizami kitab xa -
nası”nı  daha  da  zənginləşdirmək  məqsədilə  xarici  tərəf -
daşlarına müraciət ünvanlayaraq dahi şairin yaradıcılığına
həsr olunmuş əsərləri, o cümlədən tərcümələri mübadilə
yolu ilə Kitabxanaya göndərməyi xahiş etmişdi. Nəticədə,
Kitabxanada nizamişünaslıq üzrə geniş kartoteka yaradılmış
və xarici materialların toplanmasına başlanmışdı. Tezliklə,
xarici kitabxanalardan 13 qiymətli nəşr, ensiklopediya və lek-
sikonlardan edilmiş kserosurətlər, “Sirlər xəzinəsi” poema sı -
nın 1239-cu il, “İsgəndərnamə”nin poemasının 1439-cu il
əlyazmasının mikrofilmləri (Böyük Britaniyadan), “Xosrov
və Şirin” poemasının yapon dilində nəşr olunmuş variantı,
Q.Ya kobun “İsgəndərin varyaqlar  üzərinə yürüşü”, Helmut
Ritterin “Nizami miniatürlərinin dili haqqında” (1927), Lau-
rens Binyonun “Nizami poemaları” (1928) və s. kitablar əldə
olunmuşdu.
Kitabxana xarici alimlərlə əməkdaşlıq çərçivəsində fə -
aliy yətini davam etdi-rərək İllinoys Universitetinin profes-
soru Keyt Hitçins (ABŞ), Bern Universitetinin professoru
Byür qel (İsveçrə), professorlar Əmir Əhmədi, Rza Ənzabi
(İran), İbrahim Dəquqi (İraq), Cavad Ramin Afiyət Tələt
(Əlcəzair), Məhmət Fuad Bozkurt (Türkiyə), Orxan Aras
(AFR) və başqaları ilə əlaqə qurmuşdu. Bu əlaqələrin qu rul -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
109

masında  “Şərq  ədəbiyyatı  şöbəsi”nin  xüsusi  əməyi  qeyd
olun malıdır. Qeyd etməliyik, 1982-ci ildə şöbə 943 nüsxə
ədə biyyat əldə etmişdi. Şöbə Türkiyə, Əlcəzair, İran, İraq, Yə -
mən, Əfqanıstan, Kipr, Mərakeş, Livan, Seneqal, Pakistan və
Şri-Lankanın 110 təşkilatı ilə əməkdaşlıq edirdi. Türkiyə 43,
İran 32, İraq17 elm və təhsil müəssisəsi ilə “Şərq ədəbiyyatı
şöbəsi”nin əməkdaşlıq etdiyi dövlətlər arasında ilk üçlükdə
idilər.
1983-cü ildə Azərbaycan, Gürcüstan və Ermənistan
elm lər  akademiyalarının  kitabxanaları  xarici  ədəbiyyatın
abunə yolu ilə əldə olunmasını tənzimləmək üçün fəaliy yət -
lə rini əlaqələndirməyə başladılar. Əgər əvvəllər Mərkəzi Elmi
Ki  tabxana yalnız M.F.Axundov adına Respublika Kitabxa -
na sı, Respublika Elmi-Texniki Kitabxanası ilə xarici ədəbiy -
ya ta abunə prosesini koordinasiya edirsə, indi artıq bütün
Qafqazda bu proses birgə şəkildə təftiş olunur və kitabxana -
lar əvvəllər olduğu kimi ayrı-ayrılıqda eyni kitablara deyil,
müx təlif kitablara abunə olaraq ölkələrarası (o dövrdə şəhər -
lə  rarası) kitabxana abonementi yolu ilə informasiya tə mi -
natını  həyata  keçirirdilər.  Bu  da  hər  üç  ölkənin  Elmlər
Akademiyasının ki tabxanalarına xarici ədəbiyyatı daha az
məs rəflə əldə et mə yə imkan verirdi.
Mərkəzi Elmi Kitabxana 1983-cü ildə beynəlxalq in-
formasiya mühitində 11929 nüsxə xarici ədəbiyyat əvəzinə
7635 nüsxə ədəbiyyat verməklə iştirak etmişdi. 
Həmin il Kitabxana 4-cü dəfə Beynəlxalq Moskva kitab
yarmarkasında iştirak edərək xarici nəşriyyatlardan 260 adda
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
110

yeni elmi ədəbiyyat almışdı.
1983-cü ildə iki yeni təşkilat və iki alimlə: Riyazi Təd -
qi qatlar İnstitutu (AFR) və Londondakı Metalşünaslıq Cə -
miy yəti ilə, professor Yəhya Boyat (Türkiyə) və professor
Smetri Narmak (İran) ilə əməkdaşlıq quruldu. 
Qərb ölkələrindəki partnyorlar Azərbaycanın tarixi,
mə dəniyyəti, incəsənəti, dilçiliyi və ədəbiyyatşünaslığı xü su -
silə maraqlanır bu sahə üzrə nəşr olunan ədəbiyyatın əldə
olunmasına çalışırdılar. Mərkəzi Elmi Kitabxana bu sorğulara
tam və vaxtında cavab verməklə beynəlxalq əməkdaşlıq çər -
çivəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirdi.
1983-cü ildə Mərkəzi Elmi Kitabxana tədqiqat məq sə -
dilə Azərbaycana gəlmiş ABŞ, Yaponiya, Vyetnam, İtaliya
alim lərini elmi informasiya ilə yüksək səviyyədə təmin et di -
yinə görə Azərbaycan EA-nın Xarici əlaqələr şöbəsi vasitəsilə
həmin ölkələrin elm və təhsil üzrə aidiyyəti təşkilatlarından
təşəkkürnamələr almışdı. Həmin il Kitabxana 50 ölkənin 567
təşkilatı ilə əməkdaşlıq edirdi.
13 mart 1984-cü ildə SSR Ali Sovetinin Rəyasət He -
yətinin qərarı ilə "SSRİ-də kitabxana işi haqqında Əsasnamə"
qəbul edildi. Bu əsasnamə bütün tip və növdə olan kitab xa -
na ların əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, onların
məqsədini, vəzifəsini, funksiyalarını konkretləşdirirdi. Azər -
bay can müstəqillik əldə edənə qədər kitabxanalar məhz bu
Əsasnaməyə müvafiq fəaliyyət göstərirdilər. Mahiyyətinə to-
talitar  rejimin  əsasları  hopmuş  Əsasnamədə  kitabxanalar
kütləvi, ideoloji, mədəni-maarif və elmi informasiya idarələri
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
111

kimi  qiymətləndirilir,  marksizm-leninizm  ideologiyasını,
sovet dövlətinin siyasətini və tarixini, sovet həyat tərzinin
üstünlüklərini təbliğ edirdi [12]. 
Buna baxmayaraq, Əsasnamənin VI fəsli kitabxanaların
beynəlxalq əlaqələrinə həsr olunmuşdu. Əsasnamədə dey-
ilirdi: “mədəni mübadilə, xalqlar arasında qarşılıqlı əlaqələrin
və əməkdaşlığın inkişafı, xarici ölkə kitabxanalarının təc rü -
bə sinin öyrənilməsi, SSRİ-də kitabxana işi sahəsində əldə ol-
unan nailiyyətlərin təbliği məqsədilə kitabxanalar müvafiq
beynəlxalq təşkilatların fəaliyyətində iştirak edir və xarici
kitabxanalarla beynəlxalq əlaqələr qurur” [137].
Bu, bir daha təsdiq edir ki, SSRİ-də kitabxanaların, o
cümlədən  Mərkəzi  Elmi  Kitabxananın  beynəlxalq  elmi,
mədəni əlaqələrdə iştirak etməsi dövlətin maraq dairəsində
idi. Elə buna görə də, Kitabxana 1984-cü ildə beynəlxalq
əlaqələrini inkişaf etdirməkdə davam edirdi. 51 ölkənin 570
təşkilatı ilə aparılan beynəlxalq kitab və informasiya mü ba -
diləsi müstəvisində həmin il 10615 nüsxə xarici kitab və jur -
nal əldə olunmuşdu. Onlardan 1047 nüsxəsi kitab və kitabça,
7957 nüsxəsi jurnal və dövri nəşr, 605 nüsxəsi isə xü susi növ
ədəbiyyat idi. Abunə yolu ilə əldə olunan (“Bey nəl xalq kitab”
Cəmiyyəti vasitəsilə) ədəbiyyat isə 2512 nüsxə, o cümlədən
263  kitab  və  2249  nüsxə  jurnal  təşkil  edirdi.  Əvə zin də,
Kitabxana xaricə 6236 kitab və jurnal nüsxəsi gön dər mişdi.
Əldə olunan ədəbiyyatın 4560 nüsxəsi filial ki tab xanalarına
verilmişdi.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
112

1984-cü ildə 6 təşkilat Kitabxana ilə əməkdaşlığa baş -
la dı. Bunlar Çin EA-nın kitabxanası, Plevnadakı (Bol qarıs -
tan)  Qoruq  Muzeyi,  Kovi  şəhərindəki  (Yuqoslaviya)
Ri yaziyyat İnstitutunun kitabxanası, Milan Universiteti, Nor-
man şəhərindəki (ABŞ) “World literature today” (Müasir
dünya ədəbiyyatı) jurnalının redaksiyası və Yaxın və Orta
Şərqi tədqiq Cəmiyyəti idi. Həmin il İsveçrənin Asiya Təd -
qiqat  Cəmiyyəti  ilə  mübadilə  dayandırılmışdı.  Çünki  cə -
miyyət mübadilə şərtlərinə və davamiyyətə lazımi səviy yə də
riayət etmirdi. 
Eyni  zamanda,  Mərkəzi  Elmi  Kitabxana  beynəlxalq
kitabxanalararası abonement fəaliyyətini də davam etdirirdi.
1984-cü ildə Kitabxana bu yolla 12 ölkənin 27 kitabxanası
ilə sıx əlaqədə idi.
Qeyd olunduğu kimi, hələ 1983-cü ildən etibarən Mər -
kə zi Elmi Kitabxana xarici ədəbiyyata müraciət statis ti ka -
sının aparılması işinə başlamışdı. Bu proses 1984-cü ildə
daha intensiv şəkildə davam etdirilmiş və nəticədə nəinki,
müraciətlərin  statistikası,  eləcə  də  oxucu  kontingentinin
müxtəlif  parametrlər  (elmi  dərəcə,  yaş,  davamiyyət)  üzrə
təhlili aparılmışdı. Beləliklə, ən çox müraciət olunan xarici
ki tablar, jurnallar, ayrı-ayrı elmi məqalələr müəy yən ləş diril -
miş, il ərzində ümumiyyətlə istifadə olunmayan dövri nəşr -
lərə isə abunə dayandırılmışdı. Həmçinin, bu və ya digər
xa rici nəşrə, materiala, sənədə müraciətin məqsədi, tələbatın
ödənilmə səviyyəsi, müraciət edənin tədqiqat maraqları və
s. öyrənilmişdi. 
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
113

1984-cü ildə Almaniyanın tanınmış “Paul Parey” nəş -
riy yatı Mərkəzi Elmi Kitabxana və Respublika elmi kənd
təsərrüfatı kitabxanasında biologiya və kənd təsərrüfatı elm -
lərinə dair geniş sərgi təşkil etmişdi. Sərgidə Mərkəzi Elmi
Kitabxana nəşriyyatın 41 adda nəşrinə abunə yazılmış və
növbəti ildən etibarən Akademiyanın əməkdaşları həmin
ədəbiyyatdan istifadə etməyə başlamışdılar.
Əvvəlki illərdə olduğu kimi, həmin il də Kitabxananın
oxucuları arasında əcnəbi vətəndaşlar da vardı. Koreya, Vyet-
nam, Afrikadan olan tədqiqatçılar mütəmadi olaraq Mərkəzi
Elmi Kitabxananın fondlarından bəhrələnir, ölkələrinə qa -
yıtdıqdan sonra da bu əlaqələri kəsmir və Kitabxanaya kitab
gön dərirdilər. Məsələn, 1984-cü ildə Nyu-York Universite-
tinin professoru Tadeuş Svetoxovski Kitabxanadan isti fa də
edərək M.F.Axundovun həyat və yaradıcılığı ilə bağlı təd qi -
qat aparırdı. Sonrakı illərdə alim Nyu-York Universitetinin
ki tabxanası ilə Mərkəzi Elmi Kitabxana arasında əmək daş -
lığın möhkəmlənməsi üçün səylərini əsirgəməmiş və Kitabx-
anaya biri-birindən dəyərli əsərlər göndərmişdi.
1984-cü  ildə,  əməkdaşlıq  etmək  niyyəti  ilə  Mərkəzi
Elmi Kitabxananı ziyarət etmiş alimlərdən Hindistanın Xu -
da-Bəxş Kitabxanasının direktoru professor Q.Bedar və Bri-
taniya Kitabxanasının şöbə müdiri professor M.İ.Uilleyin
adlarını çəkmək olar. Hər iki qonağın səfəri zamanı bey nəl -
xalq əməkdaşlıq haqqında memorandum imzalan mışdı. Bu
əməkdaşlıq nəticəsində Kitabxana elə həmin il bir-birindən
dəyərli yüzlərlə kitab əldə etmişdi (məsələn, XIII-XIV əsrlərə
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
114

aid farsca-azərbaycanca lüğətin–“As-sihah al-Ajatiyya”nın
mikrofilmi və “Qutb-al-din-Mahmood-Shirazi Nihayat-al-
idrak”,  “Treaties  of  al-Tasrif  of  al-Zahrawi”  kimi  qiymətli
nəşrlər).
1985-ci ildə 52 ölkənin 583 təşkilatı ilə əməkdaşlıq
sayə sində Kitabxananın “Xarici ədəbiyyatın komplekt ləş di -
rilməsi və beynəlxalq kitab mübadiləsi” və “Şərq ədəbiyyatı”
şöbələri birlikdə 9531 xarici ədəbiyyat toplaya bilmişdilər.
Onlardan  548  nüxəsi  kitab,  8225  nüsxəsi  isə  jurnal  idi.
Həmin il “Beynəlxalq kitab” vasitəsilə abunə yolu ilə 2534
nüsxə ədəbiyyat əldə olunmuşdu. Onların 185 nüsxəsi kitab,
2349 nüsxəsi isə jurnal idi. 1985-ci ildə Kitabxana xaricdəki
partnyorlarına 6123 kitab və jurnal göndərmişdi. 
İl ərzində Kitabxana tərəfindən mübadilə yolu ilə Av -
ro pa və Şərq dillərində xeyli sayda ədəbiyyat əldə olun ma -
sına baxmayaraq, oxucular abunə yolu ilə əldə olunmuş elmi
jur nallara daha çox müraciət edirdilər. O illərdə tələb olun -
duğu qədər elmi ədəbiyyatı məhz abunə yolu ilə əldə edib
oxucuların  ixtiyarına  vermək  üçün  xarici  valyuta  kifayət
qədər deyildi. Bu isə, Mərkəzi Elmi Kitabxananı abunə yolu
ilə alınan ədəbiyyatı xarici valyuta hesabına deyil, mübadilə
vasitəsilə əldə etməyə məcbur edirdi. Buna görə də, 1985-ci
ildən etibarən Mərkəzi Elmi Kitabxana xarici partnyorlarına
məktublar  yazaraq  (abunə  olduğu  jurnalların  siyahılarını
əlavə etməklə) mümkün qədər məhz həmin nəşrləri əldə
edərək Kitabxana ilə mübadilə etməyə dəvət edirdi. Tezliklə
bu çağırışlar öz müsbət nəticəsini verdi və Kitabxana abunə
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
115

olduğu onlarca elmi jurnalı mübadilə etməyə nail oldu.
1985-ci ildə Kitabxana həm ayrı-ayrı alimlər (profes-
sorlar Faruk Sümər, Orxan Şaiq, Fikrət Türkmən və s.), həm
də bir neçə təşkilatla (ABŞ-ın Viskonsin ştatının universitet
kitabxanası) ilə yeni elmi-mədəni əlaqə yaratmışdı. 
1981-ci ildə Kitabxanada təşkil olunan “Azərbaycan
xarici  mətbuatda”  kartotekası  da  80-ci  illərin  ortalarında
inkişaf etməkdə idi. İl ərzində kartotekaya 110 nəşrin təsviri
əlavə olunmuş və onlardan bir çoxu əldə edilərək fonda daxil
edilmişdi (məsələn, M.H.Edwards. Excavations in Azerbai-
jan/Haftavan, Period VI, British Archaeological Reports, In-
ternational Series 182, Oxford, 1983). Eyni zamanda, Alman
Tədqiqat Cəmiyyətinin sifarişinə əsasən Azərbaycan alim və
şairlərinin alman dilində nəşr olunan kitabları Almaniyaya
göndərilmişdi. 
1986-cı ildə Kitabxananın “Xarici ədəbiyyatın kom -
plektləşdirilməsi və beynəlxalq kitab mübadiləsi” şöbəsinə
9962 nüsxə xarici ədəbiyyat daxil olmuşdu. Onlardan 785-i
kitab, 8499-u jurnal və ardı davam edən nəşrlər, 678-i isə xü-
susi ədəbiyyat idi. “Beynəlxalq kitab” cəmiyyəti vasitəsilə
abunə  üzrə  2499  nüsxə  ədəbiyyat  komplektləşdirilmişdi.
Onlardan da 234-ü kitab, 2265-i isə jurnal idi. Beynəlxalq
kitab mübadiləsi yolu ilə xaricə 6800 kitab və jurnal nüsxəsi
gön dərilmişdi. Kitabxana 1986-cı ildə 54 ölkənin 574 təşki -
la tı ilə əməkdaşlıq edirdi. 
O illərdə “Şərq ədəbiyyatı” şöbəsinin də fəaliyyəti ak -
tiv ləşmişdi. İl ərzində şöbə vasitəsilə 660 nüsxə kitab və jur-
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
116

nal əldə olunmuş, əvəzində 732 nüsxə ədəbiyyat göndəril -
miş di. “Türk dili”, “Türk folkloru”, “Varlık” kimi nəşrlər mü -
tə madi olaraq Kitabxanaya daxil olurdu.
1980-ci illərdə Mərkəzi Elmi Kitabxananın inkişaf et -
miş ölkələrlə, xüsusən də Hindistanla beynəlxalq əlaqələri
möh kəmlənmişdi.  Lakin  həmin  dövrdə  sosialist  ölkələri
daha etibarlı və sabit partnyorlar hesab olunurdular. Polşa,
Bolqarıstan, Çexoslovakiya, Rumıniya, Yuqoslaviya Elmlər
Aka demiyalarının kitabxanaları ilə daha aktiv əməkdaşlıq
edilirdi. Sosialist ölkələrindən daxil olan sənədlərin sayına
görə Polşa (bütün daxilolmaların 28%) irəlidə gedirdi. Lakin
1980-ci  illərin  ortalarından  Sovet  kitabxanalarının,  o
 cümlədən Mərkəzi Elmi Kitabxananın beynəlxalq əlaqələ ri -
nin inkişafında zəifləmə müşahidə olunmağa başladı ki, bu
da sonradan beynəlxalq elmi informasiya və kitab müba dilə -
sinin aparılmasının çətinləşməsinə gətirib çıxardı. 
1987-ci ildə Kitabxanaya cəmi 9745 nüsxə xarici ədə -
biyyat daxil olmuşdu. Onlardan 2687 nüsxəsi abunə, 7058
nüsxəsi  isə  beynəlxalq  mübadilə  yolu  ilə  əldə  edilmişdi.
Beynəlxalq kitab mübadiləsi yolu ilə partnyorlara 6326 kitab
və  jurnal  nüsxəsi  göndərilmişdi.  Kitabxana  dünyanın  51
ölkəsindən 567 təşkilatla əməkdaşlıq edirdi. Bu əməkdaşlıq
nəticəsində Elmlər Akademiyasında aparılan tədqiqatların
informasiya təminatı lazımi səviyyədə yerinə yetirilir, xarici
ədəbiyyatı əks etdirən ənənəvi və səyyar sərgilər təşkil ol-
unurdu. 1987-ci il 24-30 sentyabr tarixlərində Azərbaycan
Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Ni -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
117

der landın “Martinus Nijhoff Publishers International” nəş -
riyyatının təşkil etdiyi sərgi buna bariz nümunədir. Həftə
ərzində sərgini 958 nəfər ziyarət etmiş və nümayiş olunan
nəşrlərin bir hissəsini 30% endirimli qiymətlərlə almışdılar.
Sərgi müstəvisində Mərkəzi Elmi Kitabxana nəşriyyatın 370
adda nəşr məhsuluna abunə olmuşdu.
Ötən illərdə olduğu kimi, Kitabxana Elmlər Aka de mi -
ya sının nəşrləri ilə yanaşı, yerli nəşriyyatların elmi çap məh -
sullarını da xaricə göndərir, əvəzində isə elmi tədqiqatların
istiqamətinə uyğun ədəbiyyatla yanaşı, Azərbaycanşünaslığı,
Azərbaycan haqqında məlumatları əks etdirən xarici nəşrləri
əldə etməyə çalışırdı. 1987-ci ildə əldə olunan belə nəşrlər
arasında iqtisadçı alim A.Q.Gözəlova haqqında bəhs olunan
“The changing role of woman in society. A documentation
of current research (1981-1983). Berlin, 1985”,   Mərkəzi
Asi ya və Azərbaycan ədəbiyyatından, incəsənət və me mar -
lı ğın dan bəhs edən “Gabain A. Einführung in die Zen  trala -
sienkunde  Darmstadt,  1979”,  Bakı  tarixindən,  1905-ci  il
hadisələrindən bəhs edən “Henry J. Baku: an eventful his-
tory. London, 1905”, 1903-1904-cü illərdə Bakı şəhərində
məktəb və kitabxanalar açmış polyak diasporunun rəh bər -
lərindən,  mesenat  Vitold  Zqleniski  haqqında,  eləcə  də
şəhərdə mesenatın iştirakı ilə yaradılan neft mədənlərindən
və  s.  bəhs  edən  “A.Chodubski.  Witold  Zglenicki  "Polski
Nobel" 1850-1904, Płock,1984” və başqa kitablar və onların
mikrofişləri vardı.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
118

1988-ci ildə beynəlxalq kitab mübadiləsi və abunə yolu
ilə Mərkəzi Elmi Kitabxanaya 10435 nüsxə kitab və jurnal
daxil olmuşdu. Xarici kitabxanalara göndərilən ədəbiyyatın
sayı isə 9850 nüsxə idi. Onların arasında “Elm” nəşriyyatının
çap məhsulları üstünlük təşkil edirdi. Həmin il Kitabxana 52
ölkənin 612 elm və təhsil müəssisəsi ilə informasiya və kitab
mübadiləsi həyata keçirirdi. “Azərbaycan xarici mətbuatda”
kartotekası üzrə əldə olunan kitablar xüsusi əhəmiyyət da -
şıyırdılar. Onların arasında “T.Swietochowski. Russian Azer -
baijan, 1985”, “B.Baranowski.-Historia Azerbajdza-nu,1987”,
“Knjiga Dede Korkuta-Herojski ep ogguskih Turaka. Naro-
dna knjiga, Beograd 1981” və s. kitablar yer alırdı.
Bu illərdə Mərkəzi Elmi Kitabxana ilə yanaşı “Azər ki -
tab” birliyi və M.F.Axundov adına Azərbaycan Dövlət Ki tab -
xanası da beynəlxalq kitab mübadiləsində aktiv iştirak edirdi.
1988-ci  ildə  “Azərkitab”  birliyi  59  ölkəyə  100  min  rubl
məbləğində 54788 nüsxə ədəbiyyat göndərmişdi. 1989-cu
il də Birlik artıq 68 ölkəyə 11 milyon rubl məbləğində 36800
nüsxə kitab və jurnal, 1990-cı ildə isə 52 ölkəyə 73000 rubl
məbləğində, respublika nəşriyyatları tərəfindən buraxılmış
28715 nüsxə ədəbiyyat satmışdı.
XX əsrin 60-cı illərindən beynəlxalq informasiya mü -
hi tinə qoşulan Dövlət Kitabxanası (indiki Milli Kitabxana)
isə ilk illərdə elmi idarələrlə, əksər sosialist ölkələri ilə, eləcə
də İran və Türkiyə ilə beynəlxalq mübadilə əlaqələrini qur -
muşdu. 1965-ci ildə mübadilə yolu ilə 57 kitab alınmış və
112 kitab göndərilmişdi. 1971-ci ildə sosialist ölkələrinə 280
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
119

kitab göndərilmiş, 59 kitab alınmış, İran və Türkiyəyə isə 845
kitab göndərilmiş, 228 kitab alınmışdı.
1970-1980-ci  illər  M.F.Axundov  adına  Azərbaycan
Döv lət Kitabxanasının beynəlxalq kitab mübadiləsində key -
fiy yətcə yeni mərhələnin başlanması tarixi kimi xarakterizə
oluna  bilər.  Bu  özünü  daha  çox  beynəlxalq  mübadilənin
genişlənməsində, xüsusilə də dünyanın aparıcı ölkələri ilə,
tərəfdaşların sayının sabitliyi və kitab mübadiləsinin davamlı
şəkildə həyata keçirilməsində, milli, xüsusi və elmi kitabx-
analarla  mübadilənin  genişlənməsində,  xarici  elmi  infor-
masiya nəşrlərinin keyfiyyətinin yaxşılaşdırılmasında özünü
büruzə vermişdir.
Milli Kitabxananın fəaliyyətində keyfiyyətcə yeni mər -
hələ 1974-cü ildə Sov. İKP MK-nın “Zəhmətkeşlərin kom-
munist tərbiyəsində və elmi-texniki tərəqqidə kitabxanaların
rolunu artırmaq haqqında” qərarından sonra başlamışdı. Bu
sənəddə ictimai kitab fondlarının seçilməsi, mühafizəsi və
istifadəsinə yanaşma tərzi köklü şəkildə dəyişmişdi.
1970-1974-cü illərdə Azərbaycan SSR Nəşriyyat, Poli -
qra fiya və Kitab Ticarəti üzrə Dövlət Komitəsi və Mədə niy -
yət  Nazirliyinin  xətti  ilə  M.F.Axundov  adına  Azərbaycan
Dövlət Kitabxanasında müxtəlif respublika və xalqların kitab
sərgiləri təşkil edilirdi.
1970-1980-ci illərdə Dövlət Kitabxanasında fondun
xarici ədəbiyyatla formalaşması prosesi hərtərəfli və geniş,
nəşrlərin əldə edilməsi mənbələrinə görə müxtəlif və əhatəli
olmuşdu. 
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
120

Mərkəzi Elmi Kitabxanada olduğu kimi, Dövlət Ki tab -
xa nasında da oxuculara xidmətin əsas formalarından biri
bey nəlxalq kitabxanalararası abonement idi. 1970-80-ci il -
lərdə Milli Kitabxananın fondundan bir çox xarici kitabx-
analar istifadə etmiş, abonentlərin sayı ilbəil artmışdı. Təkcə
1981-1985-ci  illərdə  xarici  abonentlərin  tələbi  ilə  Milli
Kitabxananın fondundan 28 nəşr göndərilmiş və beynəlxalq
abonement vasitəsilə 200 abonentin ədəbiyyata olan sorğusu
ödənilmişdi [201]. 
Həmin illərdə M.F Axundov adına Dövlət kitabxanası
xa rici  həmkarlarına  10000-ə  qədər  ədəbiyyat  yollamış
11000-dən yuxarı ədəbiyyat almışdı [60].
70-80-ci  illərdə  digər  Azərbaycan  kitabxanalarının
fondlarına daxil olan xarici ədəbiyyatın sayı əvvəlki illərlə
müqayisədə xeyli artmış və oxucuların tələbatını ödəyəcək
qədər çoxalmışdı.
Xarici ədəbiyyatın əldə olunmasında daha çox artım
Respublika Elmi-texniki Kitabxanası üzrə (2 dəfə), şəhər
kitabxanaları üzrə 2,5 dəfə, nisbətən az artım isə Mədəniyyət
Nazirliyinin kənd kitabxanaları üzrə müşahidə edilmişdi.
Əlbəttə  bu,  həmin  illərdə  kənd  kitabxanalarının  xarici
ədəbiyyatla kifayət qədər təmin olunmaması demək deyildi.
Sadəcə, kənd kitabxanaları əsasən slavyandilli ölkələrdə nəşr
olunan texniki ədəbiyyatla təmin olunduğundan kom plekt -
ləşdirmə göstəriciləri nisbətən aşağı idi. Ümumiyyətlə isə, o
illərdə müvafiq xarici nəşrlər Azərbaycanın ən ucqar kitab -
xana larına, kitabxanalar olmayan yerlərdə isə mədəniyyət
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
121

klublarına və s. qədər gedib çıxırdı. 
Kitabxanaşünas alim, professor X.İ.İsmayılov məqa lə -
sin də [50, s. 26] yazır ki, 70-80-ci illərdə Ulu öndər Heydər
Əli yevin rəhbərliyi ilə bir çox sahələrdə olduğu kimi, kənd
təsərrüfatı və sənayenin inkişafında da çox böyük inkişaf
yaranmışdı. Kənd əhalisinin peşə istiqamətləri dəyişmiş, yeni
peşələr və sahələr meydana gəlmişdi. Kolxoz və sovxozlarda
istehsala xidmət edən yeni texnikadan istifadə genişlənmiş,
texnikadan istifadə edəcək mexanizatorların da sayı xeyli
artmışdı.  Belə  bir  şəraitdə  texnika  və  kənd  təsərrüfatının
bütün sahələrinə maraq artmışdı. Bunun nəticəsində kənd
təsərrüfatı, texnika, sənaye və s. sahələr üzrə ədəbiyyatın əldə
edilməsi əsas vəzifələrdən biri kimi qarşıda dururdu. Oxu -
cuların bu sahəyə olan maraqlarını ödəmək məqsədilə həm
mər kəzləşdirilmiş kitabxana sistemləri (MKS), həm bey -
nəlxalq, həm də Respublika səviyyəsində kitabxana lar ara sı
mübadilə yolu ilə bu tipli kitabların komplekt ləş diril məsinə
geniş  yer  verilirdi.  Maraqlı  yeniliklərdən  biri  kimi  kənd
yerlərində  olan  MKS-lərə  xüsusi  nəqliyyat  növü-avto ki -
tabxanaların  ayrılması  həmin  dövr  üçün  olduqca  vacib
şərtlərdən biri idi. Ona görə ki, bu dövrdə bir sıra yaşayış
məntəqələri və sahələrdə stasionar kitabxanalar yox idi. 
Yeri gəlmişkən, bugün kənd təsərrüfatı üzrə ixtisas laş -
mış kitabxanalardan məsələn, Respublika Elmi Kənd Tə sər -
rüfatı Kitabxanası xarici nəşrlərin komplektləşdirilməsi üzrə
sahəvi kitabxana kimi regionda aparıcı mövqelərdən birini
tutur. Kitabxana beynəlxalq kitabxanalararası mübadilə yolu
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
122

ilə MDB-nin kənd təsərrüfatı kitabxanalarının 47-si ilə, eyni
zamanda Beynəlxalq kitab mübadiləsi yolu ilə Polşa, Koreya,
Fransa, Almaniya, Turkiyə və başqa ölkələrin kitabxanaları
ilə beynəlxalq mübadilə aparır [13, s.70]
Beləliklə, aydın olur ki, ötən əsrin 70-80-ci illərində res -
pub likada  Mərkəzi  Elmi  Kitabxana  ilə  yanaşı  beynəlxalq
kitab və informasiya mübadiləsinə müxtəlif səviyyələrdə qo -
şul muş və yaxud bu prosesə qoşulmadan xarici çap məh sul -
larını əldə edən kitabxanalar mövcud olmuşdur. Bir məqamı
xüsusilə nəzərə almaq vacibdir ki, o illərdə respublikamızın
bir çox kitabxanalarında xarici ədəbiyyat fondlarının kom -
plektləşdirilməsi məhz Mərkəzi Elmi Kitabxananın yaxından
iştirakı ilə baş tuturdu. Məsələn, 1970-1980-ci illərdə Mər -
kəzi Elmi Kitabxanadan respublikanın iri kitab xa  na la rına, o
cümlədən M.F.Axundov adına Dövlət Ki tabxanasına, Re-
spublika Elmi-Texniki Kitabxanasına Akademiyanın elmi-
tədqiqat  müəssisələrinin  profilinə  uyğun  olmayan  5000
nüs xə xarici ədəbiyyat hədiyyə olunmuşdu.
80-ci illərin son illərində Mərkəzi Elmi Kitabxananın
bey nəlxalq kommunikasiya və mübadilə fəaliyyətinə gəlincə,
qeyd etməliyik ki, 1989-ci ildə Kitabxanaya 13117 nüsxə
xarici kitab və jurnal daxil olmuşdu. 
Sofiya Geologiya Komitəsi (Bolqarıstan), Belqrad Ri -
ya ziyyat İnstitutunun Kitabxanası (keçmiş Yuqoslaviya), Ha-
vana Mərkəzi Elmi-texniki Kitabxanası (Kuba), Vellinqton
Texniki  informasiya  Sektoru  (Yeni  Zelandiya),  eləcə  də
Meksikanın, İsveçin, Venesuelanın ümumilikdə 18 təşkilatı
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
123

ilə ilk dəfə kitab mübadiləsi məhz həmin ildə yaradılmışdı.
Tehran, Məşhəd, Bağdad və Təbriz Universitetlərinin kitab -
xa naları, İslam mədəniyyətinin tədqiqi Mərkəzi, “Türk folk-
loru”,  “Milli  kültür”,  “Kardeş  edebiyatlar”,  “Size”,  “Yurd”,
“Varlıq” jurnallarının redaksiyası, İraq, İran, Türkiyə və Mi -
sirin milli kitabxanaları, həmçinin Əli Yavuz Akpınar, Rəhim
Raisniya, Arslan Fasihi, Orxan Şaiq, İbrahim Bozel, Hüseyn
Gədikli, Nizaməddin Onq, Nurəddin Qərəvi və s. kimi xarici
dövlətlərdə yaşayan alimlərlə beynəlxalq əməkdaşlıq daha
aktiv şəkildə aparılırdı.
Ümumiyyətlə, 1980-1990-cı illərdə Azərbaycan böyük
beynəlxalq elmi tədbirlərin mərkəzinə çevrilmişdi. Bu dövr -
də Bakıda 90-dan yuxarı beynəlxalq elmi konfrans, simpoz-
ium, konqres və digər elmi xarakterli tədbirlər keçirilmişdi
[60].
80-ci illərin sonlarında ölkədə qeyri-sabit siyasi vəziy -
yətin hökm sürməsinə baxmayaraq, Almaniyanın tanınmış
Şpringer-Verlaq  nəşriyyatının  Mərkəzi  Elmi  Kitabxanada
artıq 5-ci dəfə ədəbiyyat sərgisi təşkil etməsi Kitabxananın
beynəlxalq və lokal elmi informasiya mühitindəki nüfuzun-
dan xəbər verirdi. Təsadüfi deyil ki, ötən əsrin 70-ci illə rin -
dən başlanan bu əməkdaşlıq, Azərbaycan müstəqillik əldə
etdikdən  sonra  da  davam  etmiş  və  öz  real  bəhrəsini  ver -
mişdir. Belə ki, 2012-ci ilin yanvar ayında Azərbaycan Milli
Elmlər Akademiyası alimlər üçün xarici elmi informasiya
təminatı mənbələrini müəyyənləşdirərkən üstünlüyü yeni -
dən Şpringer nəşriyyatının məhsullarına, o cümlədən elek-
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
124

tron bazasına vermiş və nəşriyyatla uzunmüddətli mü qa vilə
imzalanmışdır. Həmin müqaviləyə əsasən, AMEA-nın insti-
tut və təşkilatları, həmçinin ölkə universitetləri “Şpringer”
beynəlxalq elmi bazasının rəqəmsal kitabxanasından istifadə
imkanı qazanmış, istifadəçilərin “Şpringer”in təklif etdiyi
xidmətlərə, arxiv materiallarına, eləcə də yeni nəşrlərə (elmi
jurnallar, kitablar, konfrans materialları və s.) ödənişsiz on-
layn çıxışı təmin olunmuşdur. Şpringer-in nümayəndələri
Asda Kotani və Sıtkı Aktaş ilə görüş zamanı bu bazaya Azər -
baycan alimlərinin də elmi işlərinin daxil edilməsi məsələsi
müzakirə olunmuş, ölkəmizin elmi tədqiqat qurum larında
bu beynəlxalq bazanın xidmətlərindən səmərəli istifadəni
təmin etmək üçün mütəmadi təlim seminarlarının keçiril -
mə sinə başlanmışdır.
1989-cu ildə Azərbaycan EA-nın Mərkəzi Elmi Kitab -
xanası SSRİ Dövlət Ümumi Elmi-Texniki Kitabxa na sında
(RDÜETK) təşkil olunan “Xarici nəşrlər haqqında avto mat -
laşdırılmış elmi-texniki məlumatlandırma sistemi” adlı toplu
kataloqun yaradılması işinə qoşulmuşdu. Bu proses Ümu-
mittifaq  kitabxanalarında  toplanmış  xarici  nəşrlərə  vahid
mənbədən baxış imkanı yaradırdı. Mərkəzi Elmi Kitab xa na -
nın əməkdaşları bu sistemin informasiya təminatını Azər -
baycan Respublikası müstəqilliyini əldə edənədək davam
etdirmişlər. 
Ümumiyyətlə, 80-ci illərin sonları Mərkəzi Elmi Kitab -
xananın istər daxili, istərsə də beynəlxalq biblioqrafik infor-
masiya fəaliyyətində durğunluq dövrü kimi xarakterizə oluna
bilər.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
125

Məsələn, 1986-1990-cı ilin planında Kitabxanaya daxil
ola-caq ədəbiyyatın ilbəil artımı nəzərdə tutulmuşdu. Plana
əsasən 1985-1990-cı illərdə Kitabxanaya 203800 nüsxə kitab
və broşür, o cümlədən xarici ədəbiyyat və dövrü mətbuat
alınmalı idi. Lakin 80-cı illərin sonunda ölkədə baş verən
hadisələr bütün sahələrə olduğu kimi kitabxanalara da öz
təsirini  göstərdi  və  kitabxanaya  daxil  olan  yeni  nəşrlərin
kəmiyyət və keyfiyyət göstəriciləri xeyli aşağı düşdü. Belə ki,
80-cı illərin sonu və 90-cı illərin əvvəllərində MEK-ın infor-
masiya ehtiyatlarının artımı təqribən 10 dəfə azaldı. 
Azərbaycan  kitabxanaşünaslığının  banisi,  görkəmli
kitabxanaşünas alim, professor A.Xələfov “Heydər Əliyev və
kitabxana işi” adlı əsərində o dövrün tarixi hadisələrini belə
xatırlayır: “80-ci illərin ikinci yarısından başlayaraq Sovetlər
İttifaqında aparılan yenidənqurma işlərinin iflasa uğraması,
ölkədə baş verən iqtisadi böhran öz təsirini Azərbaycana da
göstərmişdi.  Respublikada  bütün  sahələrdə  olduğu  kimi
kitabxana  işi  sahəsində  də  ciddi  problemlər  yaranmışdı.
Kitabxana  işinə  ayrılan  maliyyə  vəsaiti  xeyli  azalmışdı  və
ayrılan vəsait öz təyinatı üzrə xərclənmirdi. 1988-ci ildən
başlayaraq respublikada iqtisadi və siyasi böhran daha da
kəskinləşdi. İdarəetmədə ciddi hərc-mərclik, xaos baş alıb
getməyə başladı. 1988-ci ilin axırlarından alovlanmağa baş -
la yan qondarma Dağlıq Qarabağ problemi bu böhran daha
da  dərinləşdirdi.  Ölkədə  mədəniyyət  müəssisələrinin,  o
cümlədən kitabxana işinin vəziyyəti olduqca pisləşdi. 1993-
cu ilə qədər davam etmiş bu proses kitabxana işinə olduqca
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
126

böyük zərbə vurmuş, torpaqlarımızın erməni vandalları tərə -
fin dən işğalı zamanı 4 milyon nüsxə kitabı olan 982 kitabx-
ana məhv edilmişdi. 
AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ki -
tab xanalara ayrılan vəsait olduqca azaldılıb minimuma en -
dirilmiş, özəlləşdirmə adı altında kitabxanaların binalarının
əllərindən  alınması  kampaniyası  başlanmışdı.  Bu  dövrdə
AXC-Müsavat rəhbərliyinin yuxarı dairələrində elmi müəs -
si sələrin, mədəniyyət ocaqlarının bağlanması haqqında sər -
səm  fikirlər  səslənməyə  başlanmış,  bir  çox  mədəniyyət
mü   əssisələrinin  və  kitabxanaların  binası  əlindən  alınmış,
kitabxanalar bağlanmışdı.
1992-ci ildə Respublika Tibb Kitabxanasının binası
alınıb  Amerika  səfirliyinə  verilmiş,  kitabxana  başqa  yerə
köçürülmüşdü. Həmkarlar İttifaqının ən böyük kitabxanası
olan Qubkin adına kitabxananın da taleyi belə olmuşdu. Belə
misalların sayını artırmaq olar. Əgər bu proses davam etsə
idi, respublikamızın kitabxana ictimaiyyəti böyük faciə qar -
şısında qala bilərdi”.
Bütün bu tarixi hadisələrin nəticəsi kimi, 1990-cı ildə
Mərkəzi  Elmi  Kitabxananın  beynəlxalq  kitab  mübadiləsi
sahəsində fəaliyyətinin zəifləməsi qaçılmaz idi. Təkcə onu
demək  kifayət  edər  ki,  həmin  il  Kitabxana  planlaşdırılan
9430 nüsxə xarici ədəbiyyat əvəzinə 2100 nüsxə ədəbiyyat
əldə etmişdi. Beynəlxalq kitab mübadiləsi yolu ilə partnyor-
lara cəmi 1921 ədəbiyyat nüsxəsi göndərilmişdi. Kitabxana
yalnız 19 ölkənin 230 təşkilatı ilə əməkdaşlıq əlaqəsi yarada
bilmişdi.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
127

Sonrakı  illərdə  Azərbaycan  Respublikasının  Dövlət
müstəqilliyini bərpa etməsi və hakimiyyətə Ümummilli lider
Heydər  Əliyevin  gəlməsi  nəticəsində  kitabxana  işində,  o
cümlədən kitabxanaların beynəlxalq əlaqələrinin inkişafında
yeni dirçəliş dövrü başlandı.
Ümumiyyətlə, beynəlxalq informasiya mühiti və kitab
mübadiləsindən, Mərkəzi Elmi Kitabxananın beynəlxalq əla -
qələrinin yaranması və inkişafı tarixindən bəhs edən I fəslin
statistik göstəricilərini, nəticələrini, elmi-nəzəri fabulasını
təhlil edərkən belə qənaət hasil olur ki, elmi və elmi-texniki,
iri kütləvi kitabxanalar üçün lokal informasiya şəbəkəsinin
bir parçası kimi fəaliyyət göstərmək kifayət etmir və bu tip
kitabxanaların beynəlxalq informasiya mühitinə qoşulması
onlar  üçün  həyati  əhəmiyyət  daşıyır.  Azərbaycan  Milli
Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası ölkədə
1929-cu ildə beynəlxalq kitab və elmi informasiya müba di -
ləsinə  başlamış  ilk  kitabxana  kimi  uzun  illər  bu  sahədə
təcrübə qazanmış, 1955-ci ilədək SSRİ Dövlət Kitabxanası
və SSRİ Elmlər Akademiyasının Kitabxanası vasitəsilə, 1956-
cı ildən isə bu kitabxanaların vasitəçiliyi olmadan beynəlxalq
elmi kommunikasiyalar qurmuş və Azərbaycan müstəqillik
əldə edənədək respublikanın beynəlxalq kitab mübadiləsi
mərkəzi kimi fəaliyyət göstərmişdir. 
60 il ərzində Mərkəzi Elmi Kitabxana ümumilikdə, 55
ölkənin 600-ə yaxın kitabxanası, elm və təhsil müəssisəsi, 70-
dən artıq əcnəbi alimi ilə elmi informasiya və kitab mü ba di -
lə si aparmış, bu illər ərzində xaricdən mübadilə və abunə
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
128

yolu vasitəsilə 400 mindən artıq çap məhsulu əldə olunmuş,
yarım  milyondan  artıq  kitab  və  jurnal  isə  partnyorlara
göndərilmişdi. Bu illər ərzində Mərkəzi Elmi Kitabxanada
nüfuzlu  Qərb  nəşriyyatlarının  10-dan  artıq  sərgisi  təşkil
olunmuş, xaricdə təşkil olunan sərgilərə “Elm” nəşriyyatının
nəşrləri göndərilmişdi. Bununla yanaşı, Kitabxananın bey -
nəlxalq informasiya mühitində olduğu 60 il ərzində 20-dən
artıq xarici kitabxananın nümayəndəsi kitabxananı ziyarət
etmiş, ikitərəfli əməkdaşlıq memorandumları imzalanmışdı.
Ötən illərdə Mərkəzi Elmi Kitabxananın beynəlxalq
kitab və informasiya mübadiləsi sahəsində əldə etdiyi bu
zəngin təcrübə, sonrakı illərdə, xüsusən də 2000-ci illərdən
etibarən Kitabxananın informasiya mühitindəki mövqeyini
xeyli gücləndirmişdir.
(1992-2015-ci illər)
1980-ci illərin sonu 90-cı illərin əvvəlləri Ermənistan
SSR-də yaşayan azərbaycanlı əhalinin kütləvi deportasiyası,
Ermənistanın Azərbaycana ərazi iddialarının əməli müs tə -
viyə  keçməsi,  Dağlıq  Qarabağın  erməni  qəsbkarları  tə -
rəfindən işğalı və Azərbaycanın öz müstəqilliyini qazanması
ilə yadda qaldı. Ağır itkilər hesabına əldə edilmiş bu müs -
təqilliyin ilk illəri mədəniyyət tariximizin səhifələrində silin -
məz izlər buraxdı: minə qədər kitabxana, mədəniyyət evi,
məktəb və s. erməni işğalçıları tərəfindən yağmalandı, məhv
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
129

edildi, informasiya infrastrukturuna külli miqdarda ziyan vu-
ruldu.
“Azərbaycan Respublikasında kitabxana–informasiya
sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proq -
ramı”nın preambulasında da qeyd olunduğu kimi, ötən əsrin
90-cı  illərinin  əvvəllərində  ölkədə  baş  verən  hadisələr
kitabxanaların da fəaliyyətinə mənfi təsir göstərdi, kitab nəşri
və kitab təchizatı sistemi tamamilə iflic vəziyyətinə düşdü,
onların maddi-texniki bazası olduqca zəiflədi. Bütün bunlar
kitabxana sahəsinin tənəzzülünə səbəb oldu. Nəticədə kitab -
xanalar real və potensial oxucularını itirdi, xeyli sayda kitabx-
analar bağlandı, əksəriyyəti oxucu tələbatını ödəyə bilmədi
və mövcud ştat vahidləri ixtisar edildi. 1990-cı ildən etibarən
respublika  üzrə  kitabxanaların  ümumi  kitab  fondlarında
nüsxələrin azalması prosesi başladı. Bunun əsas səbəbi Er -
mə nistan silahlı qüvvələri tərəfindən respublika ərazisinin
20 faizinin işğal olunması nəticəsində 9 Mər kəzləşdirilmiş
Kitabxana  Sisteminin,  927  kitabxananın  tamamilə  məhv
edilməsi, kitabxanaların yeni nəşrləri almaq üçün vəsaitlə
təmin  edilməməsi,  habelə  kitabxana  fond la rından  məz -
munca əhəmiyyətini itirmiş və mənəvi cəhətdən köhnəlmiş
kitabların çıxarılması idi. 
O illərdə beynəlxalq kitab mübadiləsi sahəsində aparıcı
kitab xanalar-AMEA-nın  Mərkəzi  Elmi  Kitabxanası  və
M.F.Axun dov adına Azərbaycan Dövlət Kitabxanası (indiki
Milli Kitabxana) oxucuların xarici ədəbiyyatla təminatında
çox böyük çətinliklərlə üzləşmişdilər. Belə ki, əvvəlki illərdə
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
130

olduğu kimi, xarici ədəbiyyatın ittifaq daxilində kitabxa na -
lar arası abonement yolu ilə hərəkəti dayanmış, valyuta eh ti -
yatları xeyli azalmışdı. 1991-ci ilin oktyabr-noyabr ay  la rında
Moskva şəhərində keçirilən “Beynəlxalq kitab mü badiləsinin
müasir vəziyyəti və əsas istiqamətləri” adlı IV Ümumittifaq
müşavirəsi  də  post-sovet  məkanındakı  kitab xa naların  bu
sahədəki fəaliyyətini normallaşdırmaq baxı mından əhəmiy -
yətli olmadı.
1991-ci ilin dekabrından etibarən Mərkəzi Elmi Kitab -
xana beynəlxalq aləmdə yaranmış qeyri-stabil vəziyyət və
maliyyə  çətinliyi  üzündən  xarici  tərəfdaşlarla  əlaqələrini
kəsmək məcburiyyətində qaldı. Bir-birinin ardınca Çexoslo-
vakiya Şərqşünaslıq İnstitutu, Polşanın “Orpan”, Hollan diyanın
“Scientia” nəşriyyatları, Əfqanıstan Mərkəzi Ki   tab  xanası, İor-
daniya Kütləvi Kitabxanası, Təbriz Universiteti və s. kimi
müəssisələrlə kitab mübadiləsi və ədəbiyyat sifarişi dayan -
dırıldı. Bunun ardınca yerli qəzetlərin ABŞ-ın Kolumbiya
Universitetinə göndərilməsi təxirə salındı. Həm Qərb, həm
də Şərq ədəbiyyatı fonduna daxilolmalar 5 dəfə azaldı. Bütün
bunlar azmış kimi, Mərkəzi Elmi Kitabxananın Akademiya
binasının zirzəmisində yerləşən xarici ədəbiyyat fondu bi -
nanın nasazlığı ucbatından dəfələrlə yağış sularında islanmış
və  yararsız  hala  düşmüşdü.  Kitabxana  rəhbərliyinin  bu
məsələləri Akademiya rəhbərliyi qarşısında bir neçə dəfə
qaldırması da fayda verməmiş, vəziyyətin yaxşılaşdırılması
ilə  bağlı  nəsə  etmək  mümkün  olmamışd.  Onu  da  nəzərə
almalıyıq ki, o illərdə nəinki Mərkəzi Elmi Kitabxananın,
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
131

ümumiyyətlə Azərbaycan Elmlər Akademiyasının gələcək
ta leyi sual altında idi. Hakimiyyət təmsilçilərinə görə, aka -
de  miya bağlanmalı, onun tarixi binası isə başqa məq səd lər
üçün istifadə olunmalı idi. 
Eyni aqibətlə M.F.Axundov adına Milli Kitabxana da
üzləşmişdi. Mərkəzi Elmi Kitabxana kimi, buraya da SSRİ
məkanından ədəbiyyatın daxil olması tamamilə dayanmış və
kitabxana yalnız yerli nəşriyyatlar hesabına komplektləşməyə
başlamışdı. Lakin yerli nəşriyyatlar çox az miqdarda ədə -
biyyat çap etdiklərindən fondu komplektləşdirmək müm -
kün  olmurdu.  Bütün  bunlar  90-cı  illərinin  əvvəllərində
res publikada kitab nəşri işinə və kitabxanaların kitabla təc -
hi zatı prosesinə biganə münasibətin acı nəticələri idi və bu
gös təricilər getdikcə pisləşirdi. Baş verənlərin fonunda kitab -
xa naların binaları əllərindən alınır, qiymətli kitab fondları
küçələrə  tökülür,  özəlləşdirmə  adı  altında  qanunsuz  işlər
görülürdü 
Elmlər Akademiyasının binası kimi, Milli Kitabxananın
da binasına müştəri gözü ilə baxanlar, onun zəngin fondunun
bir hissəsinin həyətə tökülərək yandırılmasını israrla tələb
edənlər də var idi [80].
Bütün bu xoşagəlməz hadisələr və itkilər onunla kom-
pensasiya olunurdu ki, ölkə müstəqillik əldə etmiş və mər -
kəz dən asılılıq ləğv olunmuşdu. 
1991-ci  ildə  Mərkəzi  Elmi  Kitabxananın  direktoru
M.Həsənovanın Türkiyə Mədəniyyət Nazirliyinin dəvəti ilə
bu ölkəyə səfəri, Türkiyə Milli Kitabxanası və Ankara Uni-
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
132

versitetinin Kitabxanası ilə əməkdaşlıq müqaviləsi bağlaması
o dövr üçün olduqca mütərəqqi addım idi. Çünki, o vax tadək
Azərbaycan kitabxanaçıları heç bir kapitalist ölkəsinə səfər
etməmiş və Mərkəzi Elmi Kitabxananın, eləcə də digər iri
kitabxanaların  Qərb  kitabxana  və  nəşriyyatları  ilə  mü -
qavilələri bir qayda olaraq, ancaq Bakıda imzalanmışdı. 
90-cı illərin əvvəllərində Mərkəzi Elmi Kitabxananın
beynəlxalq kitab mübadiləsini yaxşılaşdırmaq səyləri göz lə -
nilən  nəticələr  vermədi.  İqtisadi  çətinliklər  ucbatından
itirilən partnyorların sayı günü-gündən çoxalır, xarici ədə -
biy yat fondlarını yeniləmək, yerli nəşrləri isə xaricə gön -
dərmək çətinləşirdi. 1989-1991-ci illər ərzində Kitabxananın
itirdiyi tərəfdaşların sayı 100-ü ötmüşdü. Təkcə 1992-ci ildə
Mərkəzi Elmi Kitabxana 40 xarici elm və təhsil müəssisəsi ilə
əlaqələrini kəsməli olmuşdu. Onların arasında Kabil Univer-
sitetinin Kitabxanası, Əlcəzair Universitetinin Kitabxanası,
İraq Mədəniyyət Nazirliyi, “Qardaşlıq” nəşriyyatı və b. vardı.
1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Elmi
Tədqiqat İnstitutlarının kitabxanalarının fəaliyyətini əla qə -
lən dirmək məqsədilə yaradılmış Akademiya Kitab xa na la -
rının  Mərkəzləşdirilmiş  Sistemi  həmin  ildə  maliyyə
ça  tış mazlığından və uzun sürən fəaliyyətsizlikdən sonra ləğv
edildi.
1990-1992-ci illər ərzində Mərkəzi Elmi Kitabxananın
maddi-texniki bazası o qədər zəifləmişdi ki, artıq oxuculara
ənənəvi  xidmətləri  göstərmək  ağır  zəhmət  bahasına  başa
gəlirdi. 1991-ci ilin son aylarından etibarən Kitabxana bir
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
133

sıra xidmətləri ödənişli əsasda həyata keçirmək məcbu riy -
yətində qalmışdı: xüsusi biblioqrafik xidmətlərin göstəril -
mə sindən, surətçıxarma və cildləmədən əldə olunan xırda
gəlirlər yeni çıxan kitabların əldə olunmasına sərf olunurdu.
Xarici ədəbiyyatın əldə olunması üçün əlavə vəsaitə ehtiyacı
olan Kitabxana dublet və profilə uyğun olmayan kitabları
əvvəlki illərdən fərqli olaraq pulla satmağa başlamışdı. Təkcə
1993-cü ildə Mərkəzi Elmi Kitabxana MDB kitabxanalarına
93 dublet xarici ədəbiyyat satmışdı.
1993-cu ilin iyununda ulu öndər Heydər Əliyevin ik-
inci dəfə respublikada hakimiyyətə gəlməsi bütün kitabxana
və mədəniyyət müəssisələrinin fəaliyyətində dönüş yaratdı.
Azərbaycan kitabxanalarının gələcək inkişafını təmin etmək
məqsədilə Ulu öndər 1994-cu ildə Mədəniyyət Nazirliyinə
“Kitabxana işi haqqında” və digər qanunların işlənib ha zır -
lanması barədə xüsusi göstəriş verdi. Bununla əlaqədar ilkin
layihələr Nazirlər Kabinetinin iclasında ulu öndər Heydər
Əliyevin tapşırığı ilə 1996-cı ildə kitabxana işçilərinin re-
spublika  müşavirəsində  geniş  müzakirəyə  çıxarıldı  və  bu
tədbirin yekunu olaraq Nazirlər Kabinetinin “Azərbaycan
Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaş -
dır maq  tədbirləri  haqqında”  qərarı  qəbul  olundu.  1995-
1997-ci  illərdə  Ümummilli  lider  Heydər  Əliyev  Milli
 Ki tabxanaya 4 dəfə səfər etməklə kitabxana işinə olan hörmət
və qayğısını bir daha sübut etdi.
1993-cü ildən etibarən ölkədə ictimai-siyasi sabitliyin
bərqərar olması, Azərbaycanın uğurlu xarici siyasət yü rüt -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
134

məyə başlaması, nüfuzlu beynəlxalq qurum və təşkilatlarla
ikitərəfli münasibətlərin formalaşması fonunda kitabxana və
mədəniyyət müəssisələrinin beynəlxalq əlaqələri yenidən
dirçəlməyə başladı. Həmin il Mərkəzi Elmi Kitabxana 28
ölkənin 115 təşkilatı ilə kitab və informasiya mübadiləsini
bərpa etdi, Çilinin Santa-Mariya Universiteti, Koreya Elmlər
Akademiyası, Çin Milli Təbiət Elmləri Fondu, İtaliya Bo -
tanika Elmləri İnstitutu, Fransa Kənd Təsərrüfatı İnstitutu,
Yaponiya Beynəlxalq Buddizm İnstitutu ilə ilk dəfə olaraq
əməkdaşlıq əlaqələri quruldu. 
1993-cü ildə Qafqazda ilk dəfə Mərkəzi Elmi Kitabxana
Bey nəlxalq Kitabxana Assosiasiyaları Federasiyasına (IFLA)
üzv seçildi. 1995-ci ildə Milli Kitabxana, 2009-cu ildə isə Pre -
zi dent Kitabxanası IFLA-nın üzvlüyünə qəbul olundular. Bu -
rada  haşiyə  çıxaraq  qeyd  etmək  yerinə  düşər  ki,  istər
Azər baycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr
ta rixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Res pub -
likasında  kitabxana-informasiya  sahəsinin  2008-2013-cü
illərdə inkişafı üzrə Dövlət Proqramı”nda, istərsə də “Azər -
baycan Respublikasında kitabxana-informasiya şəbə kə sinin
inkişafı və kitabxana xidmətlərinin təkmil ləş dirilməsi üzrə
Dövlət Proqramının (2015-2020-ci illər) Layihəsi”ndə Bey -
nəlxalq Kitabxana Assosiasiyaları Federasiyası, Avropa Milli
Kitabxanaları İttifaqı, ABŞ Kitabxana Assosiasiyası, Elektron
Kitabxana istifadəçilərinin Beynəlxalq Assosiasiyası və digər
beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi kitab -
xa nalar qarşısında duran vacib məsələlər kimi səciy yə lən -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
135

diril mişdir.
Mövzuya qayıdaraq bildirək ki, dünya kitabxanalarının
fə aliyyətinin əlaqələndirilməsi üzrə ali qurum hesab olunan
IFLA-nın əsası 1927-ci ildə Şotlandiyanın paytaxtı Edinburq
şə hərində  qoyulub.  1971-ci  ildə  Niderland  Krallığında
qeydiy yatdan keçən IFLA-nın mənzil qərargahı bu ölkənin
milli  kitabxanası  hesab  edilən  Haaqa  şəhər  Kral  Ki tab -
xanasıdır. Ha  zırda 160 ölkədən 1800-dən artıq kitabxana quru-
mun üz vü  dür. IFLA-nın əsas vəzifəsi kitabxana və in for masiya
xid mə  ti üzrə standartları formalaşdırmaq, dünya ki  tab xa -
nalarının fəaliyyətini yaxşılaşdırmaq və əla qə lən dirmək üçün
səmərəli  tövsiyələr  vermək,  dünya  kitab xa nalarının  yeni
inkişaf istiqamətlərini müəyyənləşdirmək və onların ortaq
prob lemlərini  həll  etmək  üçün  müxtəlif  tədbirlər  ke -
çirməkdən  ibarətdir.  Qeyd  etmək  yerinə  düşər  ki,  IFLA
YUNESKO,  BMT,  Elmi  İttifaqların  Beynəlxalq  Şurası,
Ümumdünya  Əqli  Mülkiyyət  Təşkilatı,  Beynəlxalq
Standartlaşdırma Təşkilatı (ISO), Ümumdünya Ticarət Təş -
ki latı, Beynəlxalq Naşirlər Assosiasiyası, Beynəlxalq Arxiv
Şurası (BAŞ), Beynəlxalq Muzeylər Şurası ilə sıx əməkdaşlıq
edir və bu təşkilatların bir çoxunda müşahidəçi statusu da -
şıyır.
1993-cü ildə Mərkəzi Elmi Kitabxananın, 1995-ci ildən
isə Milli Kitabxananın IFLA-da təmsil olunmasına baxma-
yaraq,  kitabxanalara  bu  təşkilatın  fəaliyyətində  yaxından
iş ti rak etmək 2000-ci ildən sonra müyəssər olmuşdur (Mər -
 kəzi Elmi Kitabxana, Milli Kitabxana, Prezident kitab xa nası,
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
136

Azərbaycan  Kitabxana  İşinin  İnkişafı  Assosiasiyası  məhz
2000-ci ildən etibarən IFLA-nın illik iclasına qatı lır lar). Eyni
sözləri MDB ölkələrinin kitabxanalarına da şamil etmək olar.
Doğrudur, keçmiş sovet kitabxanaları 1959-cu ildən IFLA-
nın tədbirlərində iştirak edirdilər. Lakin bu əlaqələr SSRİ
Mədəniyyət Nazirliyi nəzdindəki Dövlət Kitabxanalararası
Komissiyanın  Kitabxanaçılıq  şurası  tərəfin dən  həyata
keçirildiyindən, kitabxanaların bu sferadakı kompetentliyini
artırmamışdır. 
1994-cü ili Mərkəzi Elmi Kitabxananın beynəlxalq əla -
qələrinin bərpası və yenilənməsi baxımından daha uğurlu il
kimi səciyyələndirmək olar. Müqayisə üçün qeyd etməliyik
ki,  1993-cü  ildə  Kitabxananın  fonduna  cəmi  3840  nüsxə
xarici ədəbiyyat daxil olmuşdusa, 1994-cü ildə bu say 9150
nüsxəyə çatmışdı. Həmin il Kitabxananın fondundakı xarici
ədə biyyatdan  istifadə  səviyyəsi  də  artmış,  oxuculara  rus
dilin də 2140390 nüsxə, xarici dillərdə isə 815441 nüsxə ədə -
biy yat verilmişdi. Kitabxana İsveçrə Beynəlxalq Əmək Cə -
miy yəti  və  İsveçrə  Nobel  Fondunun  timsalında  yeni
part nyorlar qazanmış, il ərzində “ABŞ kitabxanaları və nəşriy -
yatlarından alınan ədəbiyyat”, “Azərbaycan-Misir Dostluq
Cəmiyyəti tərəfindən hədiyyə edilmiş ədəbiyyat” adlı uzun -
müddətli kitab sərgiləri keçirilmişdi. 
Məhz həmin ildən etibarən Mərkəzi Elmi Kitabxana
bey nəlxalq  informasiya  mühitinə  inteqrasiya  imkanlarını
genişləndirmək məqsədilə xarici ölkələrin Azərbaycandakı
səfirlikləri ilə sıx elmi-mədəni əlaqələr yaratmaq və bu vasitə
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
137

ilə öz fəaliyyəti çərçivəsində mədəniyyətlərarası dialoqda
iştirak etmək ənənəsinin əsasını qoymuşdur. 
1994-cü ilin ilk aylarında Rusiya, ABŞ, Fransa, Misir
səfirlikləri və BMT-nin Azərbaycan nümayəndəliyi ilə sıx
əməkdaşlıq prosesinə start verildi; Fransa səfirinin mədəniy -
yət işləri üzrə müşaviri Gi dö Şövalyenin müşayəti ilə Paris
Milli Kitabxanasının direktor müavini Fransuaz Farnyenin
Mərkəzi Elmi Kitabxananı ziyarət etməsi ikitərəfli əməkdaş -
lıq üçün real zəmin yaratdı. 
1994-cü ildən etibarən Mərkəzi Elmi Kitabxana Rusiya
Dövlət Kitabxanası, Rusiya Milli Kitabxanası, M.Y.Saltıkov-
Şedrin adına Sankt-Peterburq Dövlət Kitabxanası, Rusiya
Elmlər Akademiyasının kitabxanası, Rusiya Dövlət Ümumi
Elmi-Texniki  kitabxanası  ilə  beynəlxalq  kitabxanalararası
abonement (BKAA) yolu ilə kitab mübadiləsini intensiv ləş -
dirdi. Rusiya Dövlət Ümumi Elmi-Texniki kitabxanasının o
illərdə hazırladığı toplu kataloqa Mərkəzi Elmi Kitabxananın
il  ərzində  əldə  etdiyi  elmi  jurnallar  barədə  məlumatların
göndərilməsi prosesi bərpa olundu.
1994-cü il sentyabr ayının 20-də Ulu öndər Heydər
Əliyevin  gərgin  əməyi  və  uzaqgörən  siyasəti  nəticəsində
Bakıda  "Xəzər  dənizinin  Azərbaycan  sektorunda  "Azəri",
"Çıraq"  yataqlarının  dərinlikdə  yerləşən  hissəsinin  birgə
işlənməsi və hasil olunan neftin pay şəklində bölüş dürül -
məsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış
Əs rin müqaviləsi dünyaya bir daha sübut etdi ki, artıq Azər -
bay canın güclü lideri, sabit ictimai-siyasi və sosial vəziyyəti,
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
138

dünya ilə inteqrasiyaya hesablanmış uzunmüddətli proq -
ramları var. Bu ictimai-siyasi sabitlik və inkişaf Azərbaycana
xaricdən olan marağı dəfələrlə artırdı. Ölkəmizə gələn əcnəbi
tədqiqatçıların və elm adamlarının çoxalması, burada elmi
tədqiqat aparmaq istəyənlərin günü-gündən artması bunu
bir  daha  təsdiq  etdi.  AMEA-nın  müxtəlif  elmi  tədqiqat
institutlarında araşdırma aparan əcnəbi tədqiqatçıların ço -
xalması fonunda Mərkəzi Elmi Kitabxana oxuculara xidmət
sahəsində çalışan əməkdaşların sayını artırmalı oldu.
O illərdə, öz növbəsində Azərbaycan alimləri də xarici
elm və təhsil müəssisələrindən əvvəlki illərlə müqayisədə
daha  çox  dəvət  almağa  və  burs  (f

Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin