Babaxanova Nigar Xan qızı


Ölkə Daxil olan kitablar Göndərilən kitablar



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix21.04.2017
ölçüsü213,05 Kb.
#15063
1   2   3   4   5   6   7
Ölkə
Daxil olan kitablar Göndərilən kitablar
Almaniya                              11314 
8736 
Fransa
2527 
3166 
İngiltərə
1058 
2983 
Digər Avropa ölkələri       32084 
29328 
Sirr deyil ki, SSRİ ideoloji aparatı xaricə əsasən sosial-
izmi,  kollektiv  əməyi,  sovet  psixologiyasını  təbliğ  edən,
şəxsiyyətə pərəstiş elementlərini özündə əks etdirən ədəbiy -
ya tın göndərilməsində maraqlı idi. Və həmin dövrün beynəl -
xalq  kitab  mübadiləsi  prosesində  mövzu  ekvivalentliyi
göz  lənilmirdi. Məsələn, Avropa və ya ABŞ-dan alınmış elmi
ədə biyyat  əvəzinə  xaricə  qeyd  etdiyimiz  məzmunda  ədə -
biyyat yola salınırdı. Tezliklə SSRİ-nin kitab mübadiləsi üzrə
xarici partnyorları buna adekvat addımlar atmağa başladılar.
Almaniya ilə kitab mübadiləsi buna real nümunədir. 
Bütün bunlara baxmayaraq, 1930-cu illərin əvvəllə rin -
də SSRİ ən çox ABŞ (357437 nüsxə ədəbiyyat) və Almaniya
(133271 nüsxə ədəbiyyat) ilə kitab mübadiləsi həyata ke çi -
rir di [121, s.72].
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
50

1932-cü ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnsti-
tutunun əsasında SSRİ EA Zaqafqaziya filialının Azərbaycan
şöbəsinin  yaradılması  haqqında  qərar  qəbul  edildi  və
1933-cü il yanvar ayının 1-dən etibarən Azərbaycan DETİ-
nin  Kitab xanası  “Mərkəzi  Elmi  Kitabxana”  adlanmağa
başladı. 
Həmin  dövrə  qədər  yalnız  Azərbaycan  DETİ-nin
əməkdaşlarına və institutla bağlılığı olan şəxslərə (onların
ara sında aspirantlar da, İ.Qubkin, A.Derjavin, A.Qros sheym,
F.Levinson-Lessinq, İ.Yesman, İ.Meşşanov, N.Marr və ilk
Azərbaycan alimləri-S.Mümtaz, V.Xuluflu, A.Tağızadə, B.Ço -
ban zadə, M.Əfəndiyev, A.S.Məmmədov və b. da vardı) xid -
mət göstərən Kitabxana 1933-cü ildən etibarən respublikada
fə aliyyət göstərən 30 elmi müəssisə və 10-dan çox ali mək -
tə bin 800 elmi işçinə, o cümlədən 87 professor və 138 do -
sen tə xidmət göstərməyə başladı.
Elmi müəssisələrin və ali məktəblərin artan tələbləri fo-
nunda Mərkəzi Elmi Kitabxana öz fondunu profilinə uyğun
ədəbiyyatla daha sürətlə komplektləşdirməyə başladı. Nə ti -
cə də, 1933-cü ilin sentyabr ayında Mərkəzi Elmi Kitabxa -
nada  Mübadilə  fondu  yaradıldı.  Bu  isə  Mərkəzi  Elmi
Kitabxanaya həm yerli, həm də xarici kitabxanalarla kitab
mübadiləsi işini sürətləndirməyə imkan verdi.
1934-cü ildə Mərkəzi Elmi Kitabxana SSRİ-də yerləşən
110 müəssisə və Ümumittifaq Kitab Palatası yanında Bey -
nəlxalq  Mübadilə  Bürosu  vasitəsilə  ABŞ,  Fransa,  İsveç,
İngiltərə və s. xarici ölkələrin kitabxanaları, ali təhsil ocaqları
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
51

ilə mübadilə əlaqələri yarada bilmişdi [102, s.9].
1935-ci ilin oktyabrında SSRİ EA Zaqafqaziya filialının
Azərbaycan şöbəsinin SSRİ EA Azərbaycan Filialına çev ril -
məsi nəticəsində filialın yanında mövcud bölmələr əsasında
Kim ya, Zoologiya, Botanika, Tarix, Etnoqrafiya və Arxeo -
logiya, Dil və Ədəbiyyat Elmi-Tədqiqat institutları, həmçinin
Geologiya,  Energetika,  Torpaqşünaslıq,  Fizika  sektorları
yaradıldı, elmi-tədqiqat istiqamətləri və tədqiqatların sayı bir
neçə dəfə artırıldı. 1935-1944-cü illər ərzində Mərkəzi Elmi
Kitabxananın  təşəbbüsü  ilə  bu  müəssisələrdə  18  sahəvi
kitabxana yaradıldı. Bu da öz növbəsində, həm elmi nəşr lə -
rin, çap məhsullarının çoxalmasına, başqa sözlə, xarici ölkə -
lə  rin  marağına  səbəb  olan  informasiya  massivlərinin
art  masına, həm də Mərkəzi Elmi Kitabxananın fondlarının
xa rici elmi ədəbiyyatla daha da zənginləşdirilməsinə olan
tələbatın yüksəlməsinə səbəb oldu.
1935-сi ildə Mərkəzi Elmi Kitabxana ABŞ, Portuqaliya,
Finlandiya,  İngiltərə,  Türkiyə,  İran,  Danimarka,  İsveç  və
Fran sanın 150 elm və təhsil müəssisəsi, kitabxanası ilə kitab
mübadiləsini  həyata  keçirirdi.  25  dildə  xarici  ədəbiyyat
müntəzəm şəkildə fonda daxil olurdu [118].
Ümumiyyətlə, 1920-1930-cu illərdə, xüsusilə, kapitalist
ölkələri ilə dostluq münasibətlərinin yaradılmasını zəruri
hesab edən Sovet hakimiyyəti, fəaliyyətinin ilk çağlarında
tanışlıq görüşləri, səfərləri və bunların içərisində mədəni
əlaqələrin formalaşdırılmasına mühüm yer verirdi. Həmin
illərdə Sovet İttifaqının dəvəti ilə İtaliya elm və mədəniyyət
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
52

xadimləri Azərbaycana səfər etmiş, SSRİ EA Azərbaycan
Filialının bir sıra institutlarının fəaliyyəti ilə tanış olmuşdular
[73]. Xarici qonaqlar Mərkəzi Elmi Kitabxana ilə də tanış
olmuş  və  kitabxananın  fonduna  bir  neçə  kitab  hədiyyə
etmişlər.
SSRİ Xalq Komissarları Sovetinin 1936-cı ildə qəbul
etdiyi qərarla Ümumittifaq Kitab Palatası yanında Bey nəl -
xalq Mübadilə Bürosu SSRİ Dövlət Kitabxanasının balansına
ve rildi. Həmin vaxtdan etibarən SSRİ-nin bütün nəşriy yat -
ları  çap  məhsulunun  6  nüsxəsini  təmsil  etdikləri  res pub -
likanın  baş  elmi  kitabxanasına  pulsuz  göndərməli  idilər.
Kitabxana isə öz növbəsində həmin ədəbiyyatın 3 nüsxəsini
SSRİ Dövlət Kitabxanasının Beynəlxalq Mübadilə Bürosuna
təhvil verməli idi. Bunun əvəzində Büro İttifaq kitab xa na -
larını xarici ədəbiyyatla təmin edirdi.
Burada qeyd etmək lazımdır ki, 1936-1940-cı illərdə
beynəlxalq  kitab  mübadiləsində  yalnız  iri  Ümumittifaq
kitabxanaları, müttəfiq ölkələrin akademik və elmi sahəvi
kitabxanaları iştirak edirdilər [82].
1937-1939-cu illər ərzində Mərkəzi Elmi Kitabxanaya
2800 xarici ədəbiyyat daxil olmuşdu. Həmin dövrdə xarici
kitabxanalara 1890 kitab və jurnal göndərilmişdi.
Artıq 1940-cı ildə Azərbaycanda 60 elmi müəssisə fə -
aliy yət göstərirdi. Bununla əlaqədar olaraq, Mərkəzi Elmi
Kitabxananın oxucularının sayı 720 nəfərdən 1200 nəfərə
qə dər artmış və onların xarici ədəbiyyata olan tələbatı daha
da çoxalmışdı. Lakin İkinci Dünya müharibəsinin ilk illə rin -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
53

də bu tələbatı lazımi səviyyədə ödəmək mümkün olmurdu.
Buna baxmayaraq, Leninqradın mühasirəsinədək Mərkəzi
Elmi Kitabxana V.İ.Lenin adına SSRİ Dövlət Kitabxanası və
SSRİ Elmlər Akademiyasının Kitabxanası vasitəsilə nəşrlərin
mübadiləsini  həyata  keçirməyə  davam  edirdi.  İş  o  yerə
çatmışdı  ki,  SSRİ  Xariclə  Mədəni  Əlaqələr  Ümumittifaq
Cəmiyyəti belə özünün bütün mübadilə əlaqələrini SSRİ
EA-nın Kitabxanasına vermişdi.
Leninqrad  mühasirədə  olduğu  dövrdə  SSRİ  Elmlər
Akademiyasının Kitabxanası beynəlxalq kitab mübadiləsini
davam etdirə bilmədiyi üçün SSRİ Elmlər Akademiyasının
Rəyasət Heyəti İttifaq üzrə bu işi müvəqqəti olaraq SSRİ EA-
nın  Kitab  şöbəsinə  (Moskva  şəhərində  yerləşdiyi  üçün)
verdi. Beləliklə, 1941-1945-ci illərdə Mərkəzi Elmi Kitabx-
ana  Kitab  şöbəsi  vasitəsilə  37  təşkilatla  kitab  mübadiləsi
aparmağa müvəffəq oldu. Onlardan 17-i ABŞ, 8-i Böyük Bri-
taniya, 5-i İsveç, 4-ü Avstraliya, 3-ü isə Kanadada yerləşirdi.
30-cu  illərlə  müqayisədə  MEK-nin  daha  az  tərəfdaşla
beynəlxalq  kitab  mübadiləsi  aparmasının  səbəbi  İkinci
Dünya müharibəsi dövründə bir çox mübadilə kanallarının,
münasibətlər şəbəkəsinin pozulması idi
1944-cü  ildən  etibarən  Mərkəzi  Elmi  Kitabxananın
həm yerli, həm də beynəlxalq kitab mübadiləsi işində dönüş
yarandı.  Belə  ki,  son  4  ildə  lazımi  qədər  ədəbiyyat,  o
cümlədən xarici nəşr komplektləşdirə bilməyən Kitabxana
həmin ilin planına əsasən 4250 nüsxə əvəzinə 4802 nüsxə
ədəbiyyat əldə etdi ki, onlardan da 1255-i (446 nüsxə Qərb
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
54

dillərində, 809 nüsxə isə Şərq dillərində) xarici ədəbiyyat
(kitab və jurnal) idi.
1945-ci ildə SSRİ EA-nın Rəyasət Heyəti beynəlxalq
kitab mübadiləsi üzrə bütün səlahiyyətləri Kitab bürosundan
alıb yenidən SSRİ EA Kitabxanasına həvalə etdi [104, s.193]
və Mərkəzi Elmi Kitabxana əvvəllər olduğunu kimi ümumit-
tifaq akademiya kitabxanaları şəbəkəsinin beynəlxalq kitab
mübadiləsi sistemində fəaliyyətini davam etdirdi.
SSRİ Xalq Komissarları Sovetinin 1945 il 23 yanvar
tarixli qərarı ilə SSRİ EA Azərbaycan Filialın Azərbaycan
Elmlər  Akademiyasına  çevrilməsi  Mərkəzi  Elmi  Kitab -
xananın da kitab mübadiləsi işinə müsbət təsirini göstərdi.
İlk dəfə olaraq Kitabxanaya İttifaq üzrə nəşr olunan və Elmi
Tədqiqat İnstitutlarının təmayülünə uyğun bütün nəşrlərin
məcburi nüsxəsinin alınması və fondda xarici elmi jurnalların
sayının artırılması üçün kifayət qədər maliyyə vəsaiti ayrıldı.
Nəticədə, 1947-ci ildə Kitabxanada 18900 nüsxə (ümumi
fond 166675 nüsxə idi), 1948-ci ildə 20300 nüsxə (ümumi
fond 187569 nüsxə), 1949-cu ildə isə 22182 nüsxə (ümumi
fond 205096 nüsxə) xarici ədəbiyyat toplandı.
Tarixçi  alim  M.Qasımlı  ABŞ-ın  SSRİ-dəki  səfirliyi
nəzdində  fəaliyyət  göstərən  informasiya  və  mədəniyyət
məsələləri idarəsinin məlumatlarına istinadən qeyd edir ki,
artıq  1946-cı  ildə  ABŞ-ın  bir  çox  nüfuzlu  elmi  jurnalları
Bakıya  gətirilirmiş.  Səfirliyin  məsləhətçisi  Darbrounun
məlumatında qeyd olunur ki, “Soyuzpeçat” vasitəsilə Bakıya
gətirilən jurnalların sayı 1000 nüsxə olmuşdur.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
55

1946-1952-ci  illərdə  Qərb  kitabxanaları  200  adda
Sovet dövri nəşrlərinə abunə olmuşdular. Onların arasında
“Azərb. SSR EA-nın xəbərləri” jurnalı, “İnqilab və mədəniy -
yət” jurnalı (indiki Azərbaycan), Mərkəzi Elmi Kitabxananın
bülletenləri və s. vardı. 
Müharibədən sonrakı ilk illərdə respublika İran (Cə -
nu bi) Azərbaycanına kitabların göndərilməsinə böyük diq -
qət  ayırırdı.  1945-1948-ci  illər  ərzində  Azərbaycan  bədii
ədə biyyatı “xalq demokratiyası” ölkələrinə, məsələn, Bol -
qarıstana göndərilməyə başladı. 1947-ci ildə klassiklərin və
müasir Azərbaycan yazıçılarının əsərləri Orta və Yaxın Şərq
ölkələrinə göndərildi. 
Kitab mübadiləsi “xalq demokratiyası” ölkələrindən
gələn nümayəndə heyəti ilə görüşlər zamanı da həyata keçir-
ilirdi. Belə ki, 1951-ci il dekabrın 24-dən 31-nə kimi alban
mədəniyyəti nümayəndə heyətinin Azərbaycana səfəri zama -
nı onlara kitablar bağışlanmışdı. 1954-cü ildə Azər baycanda
olarkən çin mədəniyyət xadimlərinə 39 kitab nüsxəsi ba ğış -
lan mışdı [103].
Sonrakı illərdə (1945-1961-ci illər) Mərkəzi Elmi Ki -
tab  xana Bolqarıstan, Çexoslovakiya, Polşa, Rumıniya, Ma -
carıstan və ADR kitabxanaları, xüsusilə də milli kitabxanaları
ilə sənəd mübadiləsinin inkişafına xüsusi diqqət yetirirdi.
Lakin kapitalist ölkələrilə kitab mübadiləsi aparmaq hü qu -
quna yalnız V.İ.Lenin adına SSRİ Dövlət Kitabxanasına və
“Bey nəlxalq kitab”a məxsus olması Mərkəzi Elmi Kitabxa na -
nın oxucularını tələb olunan xarici ədəbiyyatın yalnız 20 faizi
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
56

ilə təmin etməyə imkan verirdi. Beynəlxalq kitab mübadiləsi
prosesi Mərkəzdən çox ciddi nizamlanır və yoxlanılırdı.
Bu azmış kimi, 1950-ci ildə Moskva beynəlxalq kitab
mübadiləsi ilə bağlı qaydaları bir qədər də sərtləşdirdi. Belə
ki, elmi kitabxanaların və ETİ mərkəzlərinin daxil olduğu
vahid mərkəzləşdirilmiş idarəetmə sistemin yaradılmasına
yönəlmiş bir sıra dövlət qərarları qəbul edildi. Bütün komp -
lektləşdirmə  mənbələri  üzrə  xaricdən  ədəbiyyat  alınması
müvafiq qərarlarla ciddi surətdə nizamlanır, SSRİ Nazirlər
Kabinetinin Elm və Texnika üzrə Dövlət Komitəsi nəzdində
xüsusi bölmə tərəfindən əlaqələndirilir və yoxlanılırdı. 
SSRİ-də  müəyyən  olunmuş  qaydaya  uyğun  olaraq
təxminən 1900 kitabxana (onlardan yalnız 79-u beynəlxalq
kitab mübadiləsinə qoşulmuşdu), o cümlədən Mərkəzi Elmi
Kitabxana  xarici  ədəbiyyat  fonduna  malik  idi.  Xarici
ədəbiyyatın alınması üçün Azərbaycan Elmlər Akade mi ya -
sına vəsait mərkəzdən ayrılır, Mərkəzi Elmi Kitabxananın
tələb olunan xarici elmi ədəbiyyat siyahıları çox ciddi yox -
lanılır və razılaşdırılırdı. SSRİ rəhbərliyi həm ideoloji, həm
də iqtisadi mənfəətini düşünür, kitabxana fondlarına “zərərli”
və təkrar xarici nəşrlərin daxil olmasını istəmirdi. Bütün bun-
lara baxmayaraq, informasiya müstəqilliyinin məhz bu cür
təsəvvür edildiyi mədəni asılılıq şəraitində Mərkəzi Elmi
Kitabxana və onlarca digər kitabxana xarici ölkələrlə kitab
mübadiləsini davam etdirir, beynəlxalq informasiya mühi-
tinin inkişafına çalışırdılar.
50-ci illərin əvvəllərində Qərb mətbuatı və elmi icti -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
57

ma iy yəti SSRİ kitabxanaları ilə beynəlxalq kitab mübadi lə -
si nin belə sərt şəkildə mərkəzləşdirilməsinin mənfi təsirlərini
qabartmağa başlamışdı.
1954-cü ildə SSRİ YUNESKO-ya üzv olduqdan sonra
Mərkəzi Elmi Kitabxananın Asiya, Afrika və Latın Ameri ka -
sı nın gənc dövlətlərinin elm və təhsil müəssisələri ilə beynəl -
xalq kitab mübadilələri genişləndi və elmi kommunikasiyalar
yarandı.  Bununla  yanaşı,  kitabxananın  əməkdaşlıq  etdiyi
ölkələrin siyahısına Vyetnam və Monqolustan da əlavə ol-
undu.
1955-ci ildə Sovet kitabxanalarına xarici ölkə kitab -
xanaları ilə sərbəst məktublaşmaq hüququ verildi. Mərkəzi
El mi Kitabxana bu imkandan istifadə edərək kitab müba dilə -
si təklifi ilə xarici kitabxanalara saysız məktublar göndərməyə
başladı ki, bu da tezliklə öz müsbət nəticəsini verdi. Həmin
kitabxanalardan razılıq cavab alan Kitabxana xarici ədəbiyya -
tın daha geniş mübadiləsinə nail olmaq üçün mübadilə fon-
dunun bütün imkanlarını səfərbərliyə aldı və ilk dəfə olaraq
tərcüməçi ştatı yaradıldı. Bu hazırlıq özünü növbəti illərdə-
müstəqil beynəlxalq kitab mübadiləsi dövründə doğrultdu.
(1956-1991-ci illər)
MEK SSRİ Dövlət Kitabxanası və SSRİ EA-nın Elmi
Kitabxanası vasitəsilə beynəlxalq kitab mübadiləsi apardığı
1933-1955-ci illərdə bu sahədə kifayət qədər təcrübə qa zan -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
58

mış, 30-cu illərdə dünyanın müxtəlif ölkələrinin 150 elm və
təhsil  müəssisəsi,  40-50-ci  illərdə  isə  50-ə  yaxın  (İkinci
Dünya müharibəsi ilə əlaqədar) kitabxana ilə əməkdaşlıq et -
miş,  Azərbaycan  alimlərini  dünyanın  elmi  nailiyyətləri,
qabaqcıl elmi-texniki yenilikləri ilə bağlı mütəmadi məlu -
mat landırmış, onların əsərlərinin dünya elmi ictimaiy yətinin
diqqətinə çatdırılmasında əvəzsiz rol oynamışdır.
Araşdırmalarımız göstərir ki, 20 ildən artıq müddət
ərzində vasitəli beynəlxalq kitab mübadiləsi Mərkəzi Elmi
Kitabxanaya  tam  gücü  ilə  kitab,  jurnal  barterini  həyata
keçirməyə imkan verməmiş və bu səbəbdən elmi tədqiqat -
la rın xarici informasiya ilə təminatı 20-25% həcmində yerinə
yetirilmişdir. Bunu 1933-1955-ci illərdə xarici elmi jur nal la -
rın əldə olunması ilə bağlı oxucu sorğularına rədd cavab ları -
nın statistikasından da görmək mümkündür. Belə ki, həmin
illərdə xarici nəşrlər üzrə 53980 sorğunun yalnız 12340-na
müsbət cavab verilmişdir [5]. 
Ümumittifaq KP MK Rəyasət Heyətinin 1955-cı ilin
iyul tarixli Qərarı (Qərarda xarici ölkələrin elmi-tədqiqat
müəssisələri ilə əlaqələrin genişləndirilməsi və elmi-texniki
informasiya mübadiləsinin aparılmasının zəruriliyi vurğu la -
nırdı) Mərkəzi Elmi Kitabxananın beynəlxalq münasibətlər
tarixində yeni səhifə açdı. 1956-cı ildə Kitabxana müstəqil
şəkildə beynəlxalq əlaqələr qurmaq, kitab və elmi-texniki in-
formasiya mübadiləsi aparmaq hüququ qazandı. Kitabxana
ayrıca balansa keçirildi və geniş maliyyə imkanları əldə etdi.
Əgər 1953-cü ildə kitabxananın komplektləşdirilməsi üçün
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
59

15,3 min manat ayrılmışdısa, 1956-cı ildə bu məbləğ 28 min
manata  çatdırıldı.  Ən  əsası,  həmin  məbləğin  68%-i,  yəni
19040 manatı məhz xaricdən ədəbiyyat almaq üçün müəy -
yən ləşdirilmişdi. Həmin il xarici tərəfdaşlarla birbaşa mü -
badilə sayəsində kitabxananın fonduna 1425 nəşr vahidi, o
cümlədən 356 adda jurnal, 611 monoqrafiya daxil ol muşdu.
3000 xarici kitab isə SSRİ EA-nın Kitabxanasının Mübadilə
fondundan əldə edilmişdi. Kitabxana tərəfdaşlarına 2908
nüsxə nəşr vahidi göndərmişdi. 1956-ci ildə MEK-də Xarici
ədəbiyyat şöbəsi yaradıldı. Şöbə 43 ölkənin 110 elmi mü əs -
sisəsi ilə elmi-texniki informasiya və kitab mübadiləsi apa -
rır dı. Çin, Çexoslovakiya, Rumıniya, Avstraliya, Hollandiya,
Da nimarka, Hindistan, Meksika, Norveç, Tunislə əmək daş -
lıq genişlənmişdi. Fonda Çindən “Müasir Çin qravürası”, Ko-
reyadan “Müxtəsər fəlsəfə lüğəti”, Meksikadan “Beynəlxalq
Geologiya Konqresinin hesabatı” və s. kimi maraqlı nəşrlər
daxil olmuşdu. ABŞ-ın Konqres Kitabxanası ilə də mübadilə
sayəsində  bir  çox  dəyərli  nəşrlər  oxucuların  istifadəsinə
verilmişdi.  Ə.Mirəhmədovun  “Abdulla  Şaiq”,  Milmanın
“Azər baycan SSR-çoxmillətli Sovet dövlətinin bərabər hü -
quq lu sosialist respublikası”, “Azərbaycan Xalq şairi Səməd
Vurğun” və başqa nəşrlər də öz növbəsində Konqres Kitabxa -
na sına göndərilmişdi.
1956-cı ildə Stokholmdakı İsveç Şimal Muzeyinə Azər -
baycan folklorunu özündə əks etdirən 16 kitab, Britaniya
Mu zeyinin Təbiət elmləri bölməsinə Azərbaycan EA Bota -
ni ka  və  Zoologiya  İnstitutunun  elmi  əsərləri,  ABŞ  Kənd
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
60

təsərrüfatı Departamentinə isə Səfərovun “Eldar şamı quru
sub tropiklərin bir növü kimi” adlı monoqrafiya yola salın -
mışdı [134].
İl ərzində Elmlər Akademiyasına xarici elmi nü ma yən -
də heyətlərinin gəlişi ilə əlaqədar olaraq bir neçə beynəlxalq
məzmunlu kitab sərgisi təşkil olunmuşdu. Cənubi Afrika
İttifaqı, Çexoslovakiya, İran və Hindistandan gələn qonaqlar
üçün  keçirilən  kitab  sərgilərində  2000-ə  yaxın  ədəbiyyat
nümayiş olunmuş, xaricilərə 297 kitab hədiyyə edilmişdi. 
Bununla bərabər, Kitabxana xarici ədəbiyyat üzrə in-
formasiya siyahıları hazırlayır və onları bülleten şəklində çap
edib Elmi-tədqiqat institutlarına göndərirdi. Əcnəbi dillərdə
nəşr olunan bülletenlərin sayı 12-ə çatmışdı. 
Kitabxana tərəfindən “Surgery”, “Annals of Surgery”,
“British Journal of Surgery” və 180 adda başqa jurnallardan
in gilis, fransız və italyan dillərindən tərcümələr edilmiş və
akademiklərə təqdim olunmuşdu.
1957-ci ildə Mərkəzi Elmi Kitabxana beynəlxalq əmək -
daş lıq sahəsində bir qədər də irəli gedərək tərəfdaşlarının
sayını  artırmağa  müvəffəq  oldu.  Həmin  il  Kitabxana  45
ölkənin 114 elmi müəssisəsi ilə əməkdaşlıq edirdi. Bunlardan
18-i elmlər akademiyaları, 47-si universitet və ali məktəb, 19-
u milli kitabxana, 21-i xüsusi idarə, 6-sı nəşriyyat, redaksiya
və firma, 3-si isə muzey idi. İl ərzində mübadilə yolu ilə 1655
kitab alınmış, əvəzində 3101 kitab və jurnal göndərilmişdi.
Məsələn, professor H.V.Qasımovanın “Toyuqkimilər fəsi lə -
sin dən ovçu-balıqçı quşların helmintofaunası” mo noqra fi -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
61

yası Kaliforniya Universitetinin, Q.Qasımzadənin “Xalqlar
dostluğu Azərbaycan ədəbiyyatında (sovet dövrü)”, O.Ş.İs -
mi za dənin “Yaloylutepin mədəniyyəti”, “Arxitektura, tikinti
və  təsviri  incəsənət  üzrə  terminlərin  rusca-azərbaycanca
lüğəti” kitabları isə Konqres Kitabxanasının sorğusuna mü-
vafiq olaraq göndərilmişdi. Paris Milli Kitabxanası MEK-lə
mübadilə əsasında “Azərbaycan tarixi abidələri”, Çexoslo-
vakiya Elmlər Akademiyası isə “Botanika İnstitutunun elmi
əsərləri”ni əldə etmişdi. Çin, İngiltərə, ADR, İndoneziya,
Misir, Efiopiya və Niderland kitabxanaları Azərbaycan EA-
nın və onun Elmi-tədqiqat institutlarının “Xəbərləri”nə və
“Məruzələr”inə xüsusi maraq göstərirdilər [114]. 
1958-ci ildə Mərkəzi Elmi Kitabxananın beynəlxalq
kitab  mübadiləsi  apardığı  təşkilatların  sayı  bir  qədər  də
çoxalmışdı. Qərb dillərində ədəbiyyatla yanaşı, Şərq dillə -
rində də daxilolmalarda artım müşahidə olunmağa başla mış -
dı. İlin əvvəlində Yaponiya və Suriya ilə kitab və elmi-texniki
informasiya mübadiləsinə başlanıldı. Həmin il müxtəlif xarici
tərəfdaşlardan il ərzində ümumilikdə 2841 kitab və jurnal
idxal edilmiş, əvəzində ölkə xaricinə 5622 nüsxə ədəbiyyat
yollanmışdı.
3 dekabr 1958-ci ildə YUNESKO “Nəşrlərin bey nəl -
xalq mübadiləsi haqqında Konvensiya” və “Dövlətlər ara sın -
da  rəsmi  nəşrlərin  və  hökumət  sənədlərinin  mübadiləsi
haq qında Konvensiya” qəbul etdi [120]. Hər iki konvensiya
11  sentyabr  1962-ci  ildə  isə  SSRİ  Ali  Sovetinin  Rəyasət
Heyəti tərəfindən təsdiq edildi.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
62

Birinci konvensiya mübadilə imkanlarının genişləndi -
ril məsi, mübadilə prosesinin hüquqi bazasının yaradılması,
hökumət, qeyri-hökumət təşkilatlarına beynəlxalq kitab və
informasiya  mübadiləsini  həyata  keçirmək  üçün  dövlət
dəstəyinin  göstərilməsini  nəzərdə  tuturdu.  Konvensiya
mübadilə olunan nəşrlərin xarakterini və növünü geniş şə -
kildə müəyyən edərək, tərəflər arasında onların alınıb-satıl -
masına, yəni satış predmeti olmasına məhdudiyyət qoyurdu.
Konvensiya  qlobal  informasiya  mühitinin  bütün  iştirak -
çılarının, o cümlədən Mərkəzi Elmi Kitabxananın beynəlxalq
əlaqələrinin, nəşr və informasiya mübadiləsinin genişlən -
məsinə töhfəsini verdi. 
1955-1958-ci  illərdə  aparılan  beynəlxalq  mübadilə
əməliyyatlarının təhlili göstərir ki, həmin dövrdə Kitabxana
xaricdən aldığı ədəbiyyatdan 3-4 dəfə çox ədəbiyyat gön -
dərirdi, yəni mübadilənin ekvivalentliyi prinsipini po zurdu.
Bu  proses  beynəlxalq  kitab  və  informasiya  mübadiləsinə
qoşulmuş bütün Sovet kitabxanalarında müşahidə olunurdu.
Əsas məqsəd sosialist ölkələrinə kənd təsərrüfatına və tex -
nikaya aid ədəbiyyatla yardım etmək idi. Çünki, Koreya, Al-
baniya,  Monqolustan  və  Vyetnam  kimi  ölkələrdə  elm  və
texnikanın, kənd təsərrüfatının inkişafı lazımi səviyyədə de -
yi ldi və müvafiq sahədə elmi ədəbiyyat qıtlığı hökm sürürdü. 
1958-ci ildə Mərkəzi Elmi Kitabxananın beynəlxalq
mübadilələrdə ekvivalentliyin təmin olunması üçün məsələ
qaldırsa da nəticədə, adlarını çəkdiyimiz ölkələrdə iqtis adiy -
yatın zəif və inkişaf etməkdə olması nəzərə alınaraq heç bir
addım atılmadı. 
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
63

1959-cu ildə Kitabxananın “Xarici ədəbiyyat” şöbəsi
ilə “Komplektləşdirmə” şöbəsi birləşdirildi və “Xarici ədə -
biy yatın komplektləşdirilməsi və beynəlxalq kitab mü ba -
diləsi”  şöbəsi  yaradıldı.  Əsas  məqsəd  respublikadaxili,
İttifaqdaxili və beynəlxalq mübadilə prosesini mərkəzləş dir -
mək və təkmilləşdirmək idi. YUNESKO-nun qərarı ilə 1958-
ci ildə beynəlxalq kitab mübadilələrinin qarşılıqlı şəkildə
pulsuz aparılması təsbit olunsa da sənəd SSRİ tərəfindən rat-
ifikasiya olunmadığından Mərkəzi Elmi Kitabxanaya xarici
nəşrlərin alınması üçün hələ də invalyuta (xarici valyutaya
dəyişdiriləbilən  rubl  ehtiyatı)  ayrılırdı.  1959-cu  ildə  bu
məqsədlə Kitabxanaya 45000 rubl, yəni o dövrün kursuna
uyğun olaraq 40500 ABŞ dolları məbləğində vəsait ayrıl -
mışdı. Həmin il Mərkəzi Elmi Kitabxananın əməkdaşlıq et-
diyi 240 xarici elm və təhsil müəssisəsi Kitabxanadan 9275
nüsxə çap məhsulu almış, əvəzində isə 2356 nüsxə xarici
kitab və jurnal göndərmişdi. Kitabxana əcnəbi təşkilatlarla
yanaşı xaricdə yaşayan ayrı-ayrı elm və mədəniyyət xadimləri
ilə də əlaqə qurmağa başlamışdı. İngiltərədə mühacirətdə
olan məşhur rus şərqşünası, Cənubi Qafqazın tarixi, tarixi
coğrafiyası,  ədəbiyyat  və  mədəniyyəti  üzrə  ixtisaslaşmış
akademik Vladimir Minorski və tanınmış macar türkoloqu,
o dövrdə Sofiya Universitetində dərs deyən akademik Georq
Hazai kitabxananın sıx əməkdaşlıq etdiyi elm adamlarından
idilər.
1960-cı ildə Mərkəzi Elmi Kitabxananın 50 ölkənin
256  təşkilatı  ilə  əməkdaşlıq  edirdi.  İl  ərzində  həmin  təş -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
64

kilatlara 12233 çap vahidi, o cümlədən 5160 nüsxə kitab və
7073  nüsxə  jurnal  göndərilmişdi.  Mərkəzi  Elmi  Kitab xa -
nanın invalyuta hesabına əldə etdiyi nəşrlərin sayı isə 2986
nüsxə, o cümlədən 444 adda 2118 nüsxə kitab, 517 adda 846
nüsxə jurnal və 22 adda qəzet idi.
Xarici  əlaqələrin  uğurla  qurulmasına  baxmayaraq
Kitabxana mübadilə işinin yerinə yetirilməsi zamanı bir sıra
problemlərlə də üzləşirdi. Belə ki:
a) Azərbaycan EA-nın Elmi-tədqiqat institutları əsər -
lə rin nəşredilmə planına riayət etmirdilər. 1960-cı ildə bir
çox institutlar hələ 1958-1959-cu illərin planını yerinə yetir -
mə yə çalışırdılar. Elmi əsərlərin vaxtında nəşr olunmaması
ucbatından Kitabxana partnyorlarına tematik planları gecik -
mə lərlə göndərməli olurdu ki, bu da öz növbəsində qarşılıqlı
əlaqələrin  zəifləməsində  və  bir  çox  hallarda  əməkdaşlığa
xitam verilməsində özünü büruzə verirdi.
b) Nəşr olunan elmi jurnallarda Qərb dillərində xü la -
sə lər verilmirdi. Kitabxananın əməkdaşlıq etdiyi təşkilatlar
belə nəşrlərdən imtina edirdilər.
c) “Xarici ədəbiyyatın komplektləşdirilməsi və bey nəl -
xalq kitab mübadiləsi” şöbəsinin texniki imkanları zəif idi,
iş çi çatışmazlığı (şöbədə cəmi 3 nəfər işçi çalışırdı) mate rial -
ların operativ işlənməsinə mənfi təsir göstərirdi və s.
Məhz bu səbəbdən 1960-cı ildə Kitabxana əməkdaşlıq
et diyi 50 ölkənin 250 təşkilatının hamısı ilə deyil, 37 ölkənin
137 təşkilatı ilə kitab mübadiləsi apara bilmişdi. Hindistan,
Ya poniya, İran, Türkiyə, Livan, Braziliya, Argentina ilə bey -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
65

nəl xalq elmi əlaqələr, kitab və elmi-texniki informasiya mü -
ba diləsi tamamilə zəifləmişdi. İndoneziya, Birma, Seylon
(indiki Şri-Lanka) və BƏR-lə (Birləşmiş Ərəb Respublikası,
indiki Misir və Suriya) kitab barteri isə dayandırılmışdı.
13-19  sentyabr  1960-cı  ildə  Budapeşt  şəhərində
YUNESKO-nun təşkilatçılığı ilə Macarıstanın YUNESKO
ilə əlaqə üzrə Milli Komissiyası, Mədəni Münasibətlər İnsti-
tutu bir sıra iri dövlətlərlə (SSRİ daxil olmaqla) birgə elmi
ədəbiyyatın  mübadiləsi  üzrə  mühüm  nəzəri  və  praktiki
məsələlərin  həllinə  dair  geniş  konfrans  keçirdilər.  Kon-
fransda dövlətlər tərəfindən elmi ədəbiyyatın maneəsiz və
operativ mübadiləsinə daha çox diqqət və maliyyə vəsaiti
ayrılması  qərara  alındı.  Qərar  dolayısı  ilə  Mərkəzi  Elmi
Kitabxananın beynəlxalq kommunikasiyalarına da təsirsiz
ötüşmədi, xarici ədəbiyyatın əldə olunması və xaricə elmi
nəşrlərin göndərilməsi üçün ayrılan vəsaitin həcmi artırıldı.
1961-ci il yanvar ayının 1-dən may ayının 3-dək Mər -
kəzi Elmi Kitabxanada yerdəyişmə ilə əlaqədar olaraq Xarici
ədəbiyyat fondu bağlı olmuşdur. Buna görə də il ərzində
beynəlxalq kitab mübadiləsi tam gücü ilə aparılmamış, yalnız
33 ölkənin 192 elmi müəssisəsi ilə kitab mübadiləsi edil -
mişdi. Kəmiyyət göstəricilərinin aşağı düşməsinə baxma-
yaraq,  əldə  olunan  elmi  çap  məhsulunun  keyfiyyət  və
re  pertuar zənginliyi yüksək olmuşdur. Bu isə 1961-ci ildən
eti barən özəl nəşriyyatlar tərəfindən buraxılan jurnal və ki -
tabların alınmasına diqqətin artırılması ilə bağlı idi. Belə ki,
dövlət müəssisələri, universitetlər tərəfindən elmi nəşrlərin
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
66

çap qrafikinə əməl olunmur və yaxud illərlə həmin əsərlər
çap edilmirdi. Bu tendensiya bugün də davam edir və özəl
nəş riyyatlar (məs. “Şpringer”, “Frensis və Teylor”, “Emerald”
və  s.)  elmi  ədəbiyyatın  nəşri  bazarında  böyük  üstünlüyə
malikdirlər.
1961-ci ildə Mərkəzi Elmi Kitabxana beynəlxalq əmək -
daşlıq yolu ilə (invalyuta hesabına) 466 adda 1046 nüsxə
kitab,  557  adda  4000  nüsxə  jurnal  və  8  adda  qəzet  əldə
etmişdi. Xaricə göndərilən ədəbiyyatın sayı isə 5550 idi. 
Azərbaycan EA Rəyasət Heyətinin “Azərbaycan SSR
EA üçün xarici ədəbiyyata abunə və ondan istifadə və ziy yə -
tinin yaxşılaşdırılması” haqqında 1962-ci il 27 fevral 121
saylı və “Azərbaycan SSR EA-nın nəşrlərinin təbliği” haq -
qında 16 iyun 334 saylı qərarları Mərkəzi Elmi Kitab xananın
1962-ci ildəki beynəlxalq fəaliyyəti üçün daha geniş imkanlar
açdı. Təkcə 1962-ci ildə Kitabxana 40 ölkənin 280 elm və
təhsil  müəssisəsinə  Azərbaycan  EA-nın  8000  nüsxə  çap
məhsulunu göndərmişdi. 1962-ci ildə müxtəlif mənbələrdən
əldə olunan xarici dillərdə ədəbiyyatın sayı 19400 nüsxə idi,
o cümlədən xarici partnyorlardan mübadilə yolu ilə alınan
ədəbiyyat 6550 nüsxə, “Akademkitab”, “Azərkitab”, “Bey nəl -
xalq kitab”, Kitab Palatası və bukinist mağazalarından satın
alınan  çap  məhsullarının  sayı  isə  12850  idi.  Əldə  olunan
ədəbiyyatın 5060 nüsxəsi kitab, 14340 nüsxəsi isə jurnal idi.
Berlin Dövlət Kitabxanası, Pekin Dövlət Kitabxanası,
ABŞ-ın Konqres Kitabxanası, Harvard kollecinin kitab xa -
nası, Nyu-York Kütləvi Kitabxanası, Fransa Milli Kitabxanası,
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
67

Helsinki, Bağdad və Tehran Universitetlərinin kitabxanaları,
İran Arxeologiya Cəmiyyəti Mərkəzi Elmi Kitabxana ilə daha
sıx əməkdaşlıq edir, kitab və jurnalların vaxtında yola sa lın -
masına xüsusi diqqət yetirirdilər. MEK xarıci kitab mağa za -
larından və nəşriyyatlardan ala bilmədiyi bir sıra kitab və
jurnalları əməkdaşlıq etdiyi təşkilatlardan mübadilə yolu ilə
əldə edirdi. Belə nəşrlərə aşağıdakıları misal göstərmək olar:

Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin