Azяrbaycan Respublikasы Tяhsil Nazirliyi Bakы Qыzlar Universiteti



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə4/31
tarix26.02.2017
ölçüsü5,11 Kb.
#9787
1   2   3   4   5   6   7   8   9   ...   31

 
 
26 
1920-ci ilə qədər, xüsusən XX əsrin ilk onilliklərində Azərbaycan ədəbi-mədəni 
mühitində  demokratik  bir  şərait  hökm  sürür,  ―metodların  sürətli  təşəkkülü, 
möhkəmlənməsi və bir-biri ilə qarşılıqlı əlaqəsi istiqamətində intensiv hərəkət-
lər ən çox bu dövrün ədəbiyyatında baş verir... Azərbaycan ədəbiyyatında XX 
əsr romantizmi və realizmi qarşılıqlı ədəbi təsir və əlaqədə inkişaf edirlər‖ (6, 
240). Şübhəsiz ki, ―XX əsr romantizmi və realizminin qarşılıqlı ədəbi təsir və 
əlaqədə  inkişafı‖nda  ―Molla  Nəsrəddin‖  və  ―Füyuzat‖  jurnallarının  həlledici 
rolu olmuşdur. 
Ədəbi mühitdə ―Molla Nəsrəddin‖ və ―Füyuzat‖ın yaratdığı demokratik ab-
hava, tənqidi realizm və romantizmin estetik prinsipləri aparıcı mövqeyə malik 
idi. Bu illərdə maarifçi realist təmayülün davamını, hətta sentimental ədəbiyya-
tın yaranmaqda olduğunu da nəzərə alsaq, eyni zamanda, yeni  yaradıcılıq me-
todları və üsullarının axtarışı sahəsində intensivliyi də bunun üstünə gəlsək, XX 
əsr  Azərbayca  ədəbi  mühitindəki  qaynarlığı,  ədəbiyyatda  estetikliyin  davamlı 
prinsip kimi ortalığa çıxdığını görərik. 
Proletar ədəbiyyatının yaradılmasını çətinləşdirən cəhətlərdən biri də bu idi. 
Sovet  hökuməti  proletar  ədəbiyyatı  yaratmaq  uğrunda    mübarizəni  strateji 
bir məsələ elan edərək davamlı mübarizə yoluna keçmişdi. Bu mübarizə yolun-
da onun əsas istinadgahı ədəbi tənqid idi. 20-30-cu illərdə, xüsusən 20-ci illərin 
sonlarından  başlayraq  ədəbi  tənqidin  bədii  ədəbiyyat  üzərində  təsiri  artmağa 
başlayır. C.Əfəndizadə proletar ədəbiyyatının keçdiyi on illik yola nəzər salaraq 
―Aprel və ədəbiyyat‖ məqaləsində yazırdı: ―Bu on ilin ən böyük yaradıcılığın-
dan birisi də Azərbaycan ədəbiyyatında tənqidçiliyin meydana çıxmasıdır. Ədə-
biyyatın  inkişafında  tənqidin  rolu  birinci  dərəcəli  rollardan  biri  oldğuna  görə 
tənqidçiligi böyük bir əhəmiyyətlə qeyd etməliyik. ―Maarif və mədəniyyət‖, in-
di ―İnqilab və mədəniyyıət‖, ―Komsomol‖, bir az əvvəl ―Maarif işcisi‖, Tiflisdə 
çıxmaqda  olan  ―Dan  ulduzu‖  məcmuələrilə  qəzetlərdən  ―Bakinski  raboçi‖, 
―Kommunist‖,  ―Yeni  yol‖,  ―Gənc  işci‖  tənqidi  məqalələr  və  ya  təkrizlər  dərc 
edirlər.  Bilxassə  marksist  tənqidini  üzərinə  əsas  vəzifə  olaraq  alan  APYC-nin 
türkcə orqanı olan ―Ədəbiyyat cəbhəsi‖ndə yeni tənqidə başlanmışdır‖ (5). 
Bu  sitatda  sovet  hökümətinin  ədəbiyyat  siyasətinin  Ümumittifaq  Kommu-
nist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin ayrı-ayrı qərar və qətnamə-
lərində,  RAPP  plenumlarında,  qurultaylarında  proletar  ədəbiyyatını  yaratmaq 
və formalaşdırmaq işinin əsas mexanizmi ifadə olunmuşdur. 
Ədəbi təsərrüfat partiyanın nəzarəti altında olan (Proletar Yazıçılar Cəmiy-
yətinin vasitəsilə) ədəbi orqanlarda nəşr olunmalı və tənqid bu təsərrüfatı ―de-
şifrə‖ eləməklə (M.Ə.Rəsulzadə) bərabər, həm  də onu istiqamətləndirməli  idi. 
Proletar-marksist tənqidin nümayəndələri yetişməkdə və ədəbiyyat üzərində tə-
siri  get-gedə  qüvvətləndirməkdə  idilər.  Azərbaycan  ədəbi  tənqidinin  tarixinə 
dair sistemli araşdırmaların müəllifi olan prof. Ş.Salmanov yazırdı: ―20-ci illə-
rin ortalarından etibarən tənqiddə başlanan canlanma, hərəkət, fikir və rəy mü-
bahisələri tənqidin  yeni  ədəbiyyatın materiallarını,  xüsusiyyətlərini, meyllərini 
dərk etmək, ümumiləşdirmək, ədəbi-ictimai kateqoriyalarda bunları ifadə etmək 
səylərini göstərirdi. Doğulmaqda olan tənqid üçün heç bir məhdudiyyət yox idi‖ 

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
27 
(7, 288-289). 
―RAPP sıralarının yenidən qurulma vəzifələri haqqında‖ RAPP heyətinin 5-
ci  plenumunda Averbaxın  məruzəsi  əsasında çıxarılmış ―Qətnamə‖də tənqidin 
üzərinə düşən funksiya aşağıdakı kimi müəyyənləşdirilirdi: ―Konkret tənqidi in-
kişaf etdirməli, onun dəyərini artırmalı, tənqid içərisindən bütün təsadüfi və sət-
hi  şeyləri  atmalı,  qeyri-obyektiv  və  qruppaçılıq  fikirlərilə  yazılmış  tənqidlərlə 
barışılmaz bir mübarizə aparılmalıdır. Bu yenidən qurulma işləri: ―Firqəvilik və 
Lenin ədəbi nəzəriyyəsi uğrunda!‖ şüarı altında aparılmalıdır‖ (8). 
Ədəbiyyatın  yeniliyi  daha  çox  mövzunun,  həyat  materialının  bədii  inikas 
üsulunun xarakteri, səciyyəsi ilə ölçülür. Proletar-sovet ədəbiyyatı uğrunda mü-
barizənin ilk onilliyi, əslində isə 1934-cü ilə qədərki mərhələ proletar ədəbiyya-
tının yaradıcılıq metodu, onun xarakteri, əvvəlki yaradıcılıq metodlarından fər-
qi,  adının  dəqiq  müəyyənləşdirilməsi  ilə  bağlı  mübahisə  və  müzakirələrlə,  bu 
istiqamətdə intensiv axztarışlarla səciyyələnir. İlk onillikdə proletar ədəbiyyatı-
nın yaradıcılıq metodunun müəyyən konturları müəyyənləşdirilmişdisə də, onun 
adı və estetiik prinsipləri ilə bağlı qəti qənaətlər meydana qoyulmamışdı. Prole-
tar ədəbiyyatının yaradıcılıq metodunun adı və xarakteri ilə bağlı nisbətən kon-
kret mülahizələr Azərbaycan ədəbi tənqidində 20-ci illərin ortalarında meydana 
çıxmağa başlayır.  Bu sırada Ə.Nazimin  1926-ci  ildə nəşr olunmuş ―Bu günkü 
ədəbiyyatımız  haqqında‖  məqaləsində  söylənilmiş  bir  mülahizə  yaranmaqda 
olan  ədəbiyyatın  yaradııclıq  metodunun  səciyyəsi  ilə  bağlı  milli  tənqidin  ilk 
mövqeyi kimi götürülə bilər. 
―Fəqət hansı öyrəniş  yolu ilə getməli? Bu gerçəkdən də bizim mətbuatımı-
zın  ən  xəstə  yerdir.  Doğrudan  da  bizdə  qəti  tədqiq  metodu  yoxdur.  Bizcə,  bu 
metod  bu  günün  sosiologiyası  və  müsbət  elmlərinə  dayanan  marksist  metodu 
olmalıdır‖ (4, 50-51). 
M.Quliyev  ―...Yeni  proletar  üslubunun  yetişməsinə  yardım  göstərməliyik‖ 
qənaətinin  praktik  olaraq  həyata  keçməsi  üçün  ―yazıçı  materializm  anlayışları 
əsası üzərində duraraq yaradıcılıq məsələləri ilə də yaxından məşğul olmalıdır‖ 
tezisini  irəli  sürürdü  (1).  M.Hüseyn  1930-cu  ildə  yazdığı  ―Yaradıcılıq  metodu 
məsələləri‖ məqaləsində metod problemi ilə bağlı mövcud vəziyyəti aşağıdakı 
kimi qiymətləndirirdi: ―Proletar ədəbiyyatı özünün metodunu, yaradıcılıq yolla-
rını müəyyən etməlidir. Ədəbiyyatımızın bütün məzmunu, mövzularını, qavra-
dığı materialları tamamilə dəyişdiyimiz kimi, metodunu, yaradıcılıq yollarını da 
dəyişdirməliyik‖ (10, 16). 
20-ci  illərdə  poroletar  ədəbiyyatının  yaradıcılıq  metodunun  adı  qəti  müəy-
yənləşmir. Bu illərdə Ə.Nazim, ―marksist metod‖, M.Quliyev ―yeni proletar üs-
lubu‖?  M.Hüseyn  isə  ―dialektik  materializm  metodu‖  istilahlarını  işlədirlər. 
Doğrudur,  1930-cu  ildə  yazdığı  ―Yaradıcılıq  metodu  məsələləri‖  məqaləsində 
M.Hüseyn  prolеtar  ədəbiyyatının  yaradıcılıq  metodunun  ―dialektik  materia-
lizm‖ olması və metodun adının ―proletar yazıçıları arasında mübahisəyə səbəb 
olmasının‖ mümkünsüzlüyü ilə bağlı fikir irəli sürür. M.Hüseyn məsələni belə 
qoyur ki, mübahisə metodun adı ilə bağlı yox, ―ən çox bu metodun bədii ədə-
biyyata nə cür tətbiq olunması məsələsi üzərində cərəyan edir‖ (10, 17). 

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
28 
Lakin  elə M.Hüseynin  haqqında söhbət  gedən məqaləsindən aydın  olur ki, 
―rus  marksist  məcmuələrində  bu  məsələ  üzərində  kəskin  mübahisələr  davam 
edir (10, 17). M.Hüseyn özü də qeyd edir və dövrün ədəbi tənqid materialları ilə 
əhatəli tanışlıq əsasında biz də bu qənaətə gəlirik ki, 30-cu ilə qədər yaradıcılıq 
metodunun adı ilə bağlı ən ağlabatan və yaradıcı ziyalıların ən çox üstündə dur-
duğu istilah, doğrudan da, ―dialektik materializm‖ olmuşdur. 
Bununla  belə,  milli  ədəbi  prosesin  özündə  metodun  adına  münasibətdə  bir 
qeyri-müəyyənlik,  ehtiyatkarlıq  davam  etməkdə  idi.  Mikayıl  Rzaquluzadə 
(Müm-Re) ‖Yeni yaradıcılıq yollarında‖ məqaləsində yazırdı: ―İndiki ədəbiyya-
tımız  sağlam  bir  materialist  dünyagörüşü  ilə  ictimai  hadisə  və  məsələləri  gör-
məli, seçməli, qüvvətli həyati-bədii ifadə ilə bu sağlam görüşü kütləyə aşılama-
lıdır‖ (11). Tənqidçi iri həcmli  məqalədə bilərəkdən metodu konkret  adlandır-
madan çəkinir, lakin proletar ədəbiyyatının  yaradıcılıq metodu ilə bağlı müba-
hisə doğurmayan bir cəhəti qabardır. Bu, yeni tipli ədəbiyyatın materialist dün-
yagörüşünə əsaslanması məsələsidir. 
Ədəbi tənqid materialları ilə diqqətli tanışlıq göstərir ki, metodun adı və es-
tetik prinsipləri ilə bağlı məsələlərə bu və ya digər dərəcədə Ümumittifaq Şura 
Yazıçıları  İttifaqı  Təşkilat  Komitəsinin  I  plenumunda  aydınlıq  gətirilmişdir. 
M.İbrahimovun plenumun yekunlarına həsr edilmiş məqaləsindən aydın olur ki, 
1932-ci ilə qədər RAPP səviyyəsində proletar ədəbiyyatının yaradıcılıq metodu 
kimi  ―dialektik  materializm‖  anlayışı  üzərində  dayanılmışdır.  Lakin  plenum 
məsələyə tənqidi yanaşır. M.İbrahimov plenumun bu məsələyə münasibətini be-
lə  şərh  edir:  ―Dialektik  materializm  həm  dünyagörüşü  və  həm  də  yaradıcılıq 
metodu elan edilirdi. Keçmiş RAPP rəhbərliyi anlaya bilmirdi ki, yazıçının ya-
radıcılıq metodu ilə dünyagörüşünü eyniləşdirmək olmaz. Halbuki,  yaradıcılıq 
metodu ilə dünyagörüşü arasında müəyyən dialektik vəhdətlə bərabər, ziddiyət 
də  ola  bilər.  Dünyagörüşündə  idealist  olan  Tolstoy  yaradıcılıqda  realistdir‖ 
(12). 
Plenumda RAPP-ın proletar ədəbiyyatının yaradıcılıq metodu kimi ―dialek-
tik  materializmi‖  əsas  götürməsininin  mənfi  nəticələri  üzərində  geniş  dayanıl-
mış, yeni yaranmaqda olan ədəbiyyatda özünü göstərən birtərəflilik, sxematizm 
və səthiçilik bilavasitə yaradıcılıq metodunun düzgün seçilməməsi ilə izah edil-
mişdir. M.İbrahimov plenumun yaradıcılıq metodu kimi dialektik materializmə 
istinadın  acı  nəticələri  haqqında  mövqeyini  aşağıdakı  kimi  ümumiləşdirir: 
―Yaxşı yazmaq, səhv buraxmamaq üçün dialektik materializmi bilmək, həm də 
onu kitablardan əzbərləmək! Yazıçı öz səhvlərinə son vermək üçün bircə çıxış 
yolu görürdü: karandaşı yerə qoymaq, dialektik materializmi öyrənmək!..‖ (12). 
Adı çəkilən məqalədə yaradıcılıq metodu ilə bağlı plenumun mövqeyinə ay-
dınlıq gətirən M.İbrahimov yazırdı: ―Plenum buna qarşı (dialektik materializm 
metoduna  qarşı  –  K.Ə.)  yaradıcılıqda  sosializm  realizmi  uğrunda  mübarizəni 
irəli sürdü‖ (12). 
Yaradıcılıq metodunun ―sosializm realizmi‖ kimi təsbiti, ümumiyyətlə, dia-
lektik materializmdən imtina deyildi. Sosialist realizmində də həyata, hadisələrə 
fəlsəfi  baxış,  dünyagörüşü  kimi  dialektik  materializmə  istinad  qəbul  edilirdi. 

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
29 
Lakin  dünyagörüşü ilə  yaradıcılıq metodunun eyniləşdirilməsinin  yanlışlığı  da 
başa düşülürdü. Bütün hallarda sosialist realizminin proletar-şura ədəbiyyatının 
yaradıcılıq  metodu  kimi  qəbul  edilməsi  mütərəqqi  bir  hadisə  idi,  ədəbiyyatın 
irəliyə doğru hərəkət imkanlarını, ədəbiyyata vulqar münasibəti qismən də olsa, 
arxa plana keçirmək imkanı kimi dəyərləndirilə bilər. Dialektik materializmdən 
fərqli olaraq sosialist realizmində yeni yaranmaqda olan ədəbiyyatın realist sə-
nət ənənəsinə istinad imkanları da görünürdü. Proletar – şura ədəbiyyatının me-
todunun realizmlə bağlanması (―sosialist‖ epitetinin ona qoşulması bu realizmin 
təbiətini nə qədər məhdudlaşdırsa da) irs-varislik əlaqəsini müəyyən qədər bər-
pa etməyə imkan verirdi. Milli ədəbi prosesdə proletar ədəbiyyatının yeni döv-
rün  maarifçi,  yaxud  tənqidi  realizm  ənənələrinə  istinadına  imkan  verirdi;  hər 
halda belə bir imkana hüquqi əsas yaradırdı. Plenumun mövqeyini ifadə edərək 
sosialist  realizminin  mahiyyətini  izah  edəndə  M.İbrahimovun  bu  metodun  üs-
tünlüklərini göstərməsi üçün dünya realizminin tarixinə, böyük nümayəndələri-
nin  yaradıcılığına  istinad  etməsi,  marksizmin  banilərinin  realizmə  dair  fikirlə-
rini qabartması ədəbi prosesin estetikliyə doğru hərəkəti mənasında müsbət ha-
disə idi. M.İbrahimov yazırdı: ―Dünya ədəbiyyatı tarixi göstərir ki, realist yazı-
çılar  daha  qiymətli  bədii  əsərlər  yaratmışlar.  Dünyanın  ən  böyük  yazıçıları 
(Tolstoy, Şiller, Şekspir, Balzak, Qorki və sairə) realist olmuşlar. Marks və En-
gels ədəbiyyata aid məqalələrində realizmin inkişafına son dərəcə artıq əhəmiy-
yət vermişlər‖ (12). 
20-30-cu  illər  ədəbi  prosesinin  tarixinə  ardıcıl  nəzər  yetirdikdə  görürük  ki, 
dialektik  materializmdən  sosializm  realizminə  keçid  təkcə  ədəbi  nümunələrdə 
özünü göstərən sxematizm, qeyri-bədiilik və s. cəhətlərlə bağlı olmamışdır. Bu 
keçiddə ədəbi-mədəni irsə, ədəbi prosesə proletkultçu münasibətin, ifrat sosio-
logizmin, məfkurəçilik xəstəliyinin kəskin müqavimət və tənqidlə qarşılanması-
nın da əhəmiyyətli rolu olmuşdiur. 20-30-cu illərə dair milli ədəbi tənqid mate-
rialları  yaradıcılıq  metoduna  həm  milli,  həm  də  ümumittifaq  miqaysında  zid-
diyətli yanaşmaları, bədii metodla dünyagörüşünü eyniləşdirməyə, marksizmin 
birbaşa  bədii  yaradıcılğa  tətbiqinə  tənqidi  baxışları  aşkarlamağa,  bu  illərdəki 
ədəbi mübahisələrin mahiyyətini başa düşməyə imkan verir. 
Məqalənin aktuallığı. Müsətqillik dövrünün ədəbi və elmi-nяzəri düşüncə-
sində sosialist realizminə fərqli yanaşmaların mövcudluğu ilə şərtlənir. Məqalə-
də 20-30-cu illər tənqidində sosialist realizminə baxıшın müxtəlif aspektləri öy-
rənilir.  Bu  da  yaradıcılıq  metоdunun  mahiyyətini  tam  təsəvvür  etməyə  imkan 
verir. 
Məqalənin  elmi  yeniliyi. Məqalədə 20-30-cu illər tənqidində sosialist rea-
lizminə elmi baxışların obyektiv mənzərəsinin yaradılması üçün 20 illik zaman 
kəsiyinin üç yarımərhələyə bölünməsi və hər yarımmərhələdə yaradıcılıq meto-
duna verilən tələblərin tipoloji fərqlərinin meydana çıxarılması əsas yenilik gö-
tцrülə bilər. 
Məqalə bilavasitə ilk mənbələr, arxiv materilları əsasında yazılıb və sosialist 
realizminə sözü gedən mərhələdə ədəbi tənqidin münasibətini obyektiv işıqlan-
dırыр. Buna görə də sosialist realizminə dair yeni elmi-nəzəri baxış sayıla bilər. 

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
30 
Məqalənin praktik əhəmiyyəti və tətbiqi. Яdəbiyyat nəzяriyyəsi, ədəbiy-
yatşünaslıq, həmçinin sosialist realizmi nəzəriyyəsinə dair seçmə fənlərin tədri-
sinə kifayət qədər material verməsi ilə müəyyənləşir. 
Ədəbiyyat 
 
1. Zeynallı H. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1986. 
2. Salamoğlu T. Ədəbi tənqid tarixinə dair portret-oçerklər. Bakı, 2013. 
3.  Bespalov  İ.  Proletar  ədəbiyyatının  yeni  vəzifələri  haqqında  //  İnqilab  və 
mədəniyyət, 1930, №10. 
4. Əli Nazim. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1979. 
5. Əfəndizadə C. Aprel və ədəbiyyat // Иnqilab və mədəniyyət, 1930, №4. 
6. Qarayev Y. Realizm: sənət və həqiqət. Bakı: Elm, 1980. 
7. Şalmanov Ş. Müasir Azərbaycan tənqidinin təşəkkülü: (Dokторлуг дiсs.), 
Bakı, 1996. 
8.  RAPP  sıralarının  yenidən  qurulma  vəzifələri  haqqında  //  İnqilab  və 
mədəniyyət, 1931, № 11-12. 
9.  Quliyev  H.  Azərbaycan  proletar  yazıçıları  qurultayının  yekunları  // 
Inqilab və mədəniyyət, 1929, №10. 
10.  Mirzə  İ.  Şura  Yazıçıları  İttifaqı  Təşkilat  Komitəsi  I  plenumunun 
yekunları // Иnqilab və mədəniyyət, 1932, № 10-12. 
 
К. Алиева 
 
От двадцатых годов до тридцатых: от диалектического 
материализма к социалистическому реализму 
Резюме 
 
В  статье  разобраны  такие  вопросы,  как  возникновение  Азербайджан-
ской пролетарской литературы, первоочередная роль литературной крити-
ки  в  борьбе  за  пролетарскую  советскую  литературу,  поиски  творческого 
метода только что созданной литературы на материалах из литературных 
журналов и сборников 20-30-х годов, являющихся первоисточниками. 
Автором разобраны социологические и эстетические стороны, возмож-
ности  и  границы  применения  социалистического  реализма  как  творчес-
кого метода 30-х годов и диалектического материализма, как творческого 
метода 20-х годов. 
 

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
31 
K. Aliyeva 
 
From 1920s to 1930s: from “dialectical materialism” 
to “socialist realism” 
 
Summary 
 
The article researches into the formation of Azerbaijan proletarian literature, 
literary  criticism  being  in  the  forefront  of  the  struggle  for  proletarian-soviet 
literature, searches into the creative methods of the newly established literature 
on the basis of materials available in the literary journals and magazines of the 
1920-30 s. 
The  author  has  analyzed  sociological  and  aesthetical  aspects,  opportunities 
and restrictions of using ―dialectical materialism‖ as the literary method of the 
literature of 1920s and ―socialist realism‖ as the creative method of the 1930s.  
 
Редаксийайа дахил олуб: 09.06.2014 

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
32 
Чаьдаш тцрк дилляриндя синтагм проблеми вя  
онун арашдырылма йюнтямляри 
 
 Турмуш Мустафа Мевлцт оьлу
фялсяфя доктору програмы цзря докторант
Гафгаз Университети 
            е-маил: инфо а гу. еду.аз мтурмуш а йащоо.жом 
 
Ряйчиляр: ф.ц.е.д., проф.И.Б. Казымов 
                ф.ц.е.д., проф.И.О. Мяммядли 
 
 Ачар  сюзляр:  синтагм,  синтагматика  нязяриййяси,  синтагматик  фонетика, 
синтагматик синтаксис  
 
Ключевые  слова:  cинтагма,  теория  синтагматики,  синтагматическая 
фонетика, синтаксис синтагматических  
 
Key  words:    syntagma,  sintaqmatika  theory,  syntagmatical  phonetics, 
syntax syntagmatical  
 
«Синтагм» термин-анлайышы лингвистикада бир чох мяналары ифадя етмяси иля 
сечилир. Йунан мяншяли олан щямин сюз (сйгтаэма)бирляшмя явязи, гурулма, 
фяалиййят эюстярян сюз груплары вя сюз бирляшмясиндян ибарятдир. 
О.С.Ахманованын изащлы дилчилик терминляри лцьятиндя бу сюзцн 5-дян чох 
мянасы  гейдя  алынмышдыр.  Бу  лцьятдя  щямин  сюзцн  биринъи  мянасынын  тяйин 
едян вя тяйин олунан тяркибли икицзвлц структурда олмасы эюстярилир (1, с. 408). 
 Азяри  дилчиляринин  тяртиб  етдийи  «Дилчилик  терминляри  лцьяти»ндя  ися  «син-
тагм» термини щаггында ашаьыдакы мцфяссял мялуматы алмаг олур. 
1.Бири тяйин едян, диэяри тяйинлянян функсийасында ишлянмиш ики цзвцн бир-
ляшмясиндян ибарят ващид. Синтагмын цзвляри кими щям сюзляр, щям морфем-
ляр,  щям  сюз  бирляшмяляри,  щям  дя  жцмляляр  чыхыш  едя  биляр: китаб алмаг, ал-
маг, шящяр баьынын йашыл аьажлары. Чцнки олдун дяйирманчы, чаьыр эялсин дян, 
Короьлу.  
Бу мисаллары башга тцрк дилляриня дя аид етмяк олар: кюйнек тикмек, тик-
мек, шехер багынын йешил агачлары, Гечме намарат кюпрцсцнден, гой апарсын 
сил  сени  (тцркмян  дилиндян);  дерди  аннатмак,  эенчлерде  севэи,  эцзцн  баьча-
дакы мейвалары, Кашларын кайер булут, эюзлерин шылер йылдыз (гагауз дилиндян); 
йурт топраьы, Сакарйа Мущарибесини казандыьым андакы севинж (тцркжядя). 
 Синтагмын  икицзвлц  ващид  кими  анлашылмасы  Ф.де  Сюссцр  тяряфиндян  иряли 
сцрцлмцш вя онун тялими иля ялагядардыр. 
2. Мяна биткинлийиня малик ритмик сюз групу. Бу щалда синтагм сырф фо-
нетик щадися кими тягдим олунур. Синтагмын фонетик анлайыш олмасыны хариж-
дя М.Граммон, Русийада Л.В.Шерба, В.В.Виноградов, А.Н.Гвоздйев вя 
башгалары иряли сцрмцшляр. 
3. Дилчилик ядябиййатында синтагма синтактик щадися кими йанашанлар  да 
вардыр. (Ш.Балли, С.Окартсевски, Ф.Ф.Фортунатов, Б.М.Томашевски вя башга-

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
33 
лары). Бу фикрин тяряфдарларына эюря, ритмик вя хяттилик жящятдян синтагмы пар-
чалайыб онун цзвляри арасына башга сюз дахил етмяк олар, лакин синтактик жя-
щятдян синтагмы парчаламаг олмаз, онун цзвляри щямишя бир синтактик ващид 
кими чыхыш едяжякдир. Мцг. ет: Ящмядин китабы- Ящмядин гырмызы жилдли (рянэ-
ли, дяйярли...) китабы-Ящмядин цч ил бундан яввял Москвадан алыныб тязя шякилдя 
сахланылмыш китабы... 
 Башга тцркжялярдян юрнякляр: Айсолтанын гцлкцсц, Мередин лртадан екары 
бойы (тцркмян дилиндян), Иван Петрович Галевин еви, кцйцн кенары, кцйцн ин-
саннар топланан кенары... (гагауз дилиндян). 
4. Дилчилик вя психолоъи ядябиййатда синтагм семантик-синтактик нитг ща-
дисяси кими алыныб изащ  едилир. Бу бахымдан синтагм жцмля дахилиндя  мяна 
вя ритмик жящятдян бирляшмиш сюзляр групу кими нязярдян кечирилир. Синтагм 
бир  сюздян, щяр жцр сюз бирляшмясиндян, синтактик тяркиблярдян, аналитик ва-
щидлярдян, бцтюв жцмлядян ибарят ола биляр. Синтагм сюз бирляшмясиня мцва-
фиг эяля дя биляр, эялмяйя  дя. Щяр ики ващидин  мцщцм  фяргляри мювжуддур. 
Беля ки, синтагм жцмлядя юзцнц эюстярир, онун цзвляря парчаланмасы нятижя-
синдя  ифадя едир. Сюз бирляшмяси вя  жцмлянин цзвляря  бюлцнмяси нятижясиндя 
йох,  жцмля  цзвляринин  бирляшмяси  нятижясиндя  йараныр.  Мятндян,  ситуасийа-
дан, данышанын мягсядиндян, жцмлянин мязмун мцхтялифлийиндян асылы ола-
раг ейни бир жцмля мцхтялиф шякиллярдя синтагмлара бюлцня биляр. Мяс.: 
Хумар-хумар бахмаг\эюз гайдасыдыр. 
Хумар-хумар /бахмаг/ эюз гайдасыдыр. 
Нитгин  синтагматик  цзвлянмясиндяки  беля  мцхтялифлик  цслуби  синтаксисин 
ян мараглы тядгигат обйектидир. Щалбуки сабит моделляр тяшкил едян сюз бир-
ляшмясиндяки мцхтялифлик мцмкцн дейилдир. (2, с. 238, 239 (370 с.).
 
Синтагм сюйлямин фонетик вя грамматик бцтюв кими эерчяклийин обйектив 
якси олан семантик щиссяйя айрылмасындан ялдя едилян ващиддир. 
Синтагм-нитг ващидинин универсал интонасийасыдыр. Синтагм синтагматика 
нязяриййясини формалашдырмышдыр. Синтагматик  нязяриййянин ясасыны, принсип-
лярини Ф.-де Сюссцр щазырламышдыр О, бу нязяриййяни функсионал синтактик чяр-
чивясиндя щялл етмишдир. Ф.де Сюссцр «Цмуми дилчилик курсу»нун синхрон дил-
чилик бюлмясинин В фяслини «Синтагматик мцнасибятляр вя ассосиатик мцнаси-
бятляр» адландырмышдыр. Ф.-де Сюссцр йазыр ки, дилин щяр бир вязиййятиндя щяр 
шей мцнасибятлярдя бяргярардыр. Щямин мцнасибятляр юзцнц ня жцр тягдим 
едир? Бу суала алим беля жаваб верир: «Дил системинин цзвляри арасындакы мц-
насибятляр вя мцхтялифликляр ики мцхтялиф сферада ачылыр; онларын щяр бири юзц-
нцн дяйярлиликляр сырасыны йарадыр: щямин ики сыранын гаршы-гарыйа  гойулмасы 
онлардан  щяр  биринин  тябиятини  даща  йахшы  айдынлашдырмаьа  имкан  верир. 
Бунлар бизим ягли фяалиййятимизин ики формасына уйьун эялир ки, дилин щяйаты 
цчцн дя олдугжа зяруридир. 
Бир тяряфдян, сюзляр нитгдя бир-бири иля бирляшяряк юз араларында дилин хятти 
характериня ясасланан мцнасибятя эирирляр ки, бу, ики елементин ейни заман-
да тяляффцзц имканыны истисна едир. Щямин елементляр нитг ахынында бири диэя-
ринин архасынжа дцзцлцр. Мцяййян юлчцйя малик бу жцр бирляшмяляри с и н т а 

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin