Azяrbaycan Respublikasы Tяhsil Nazirliyi Bakы Qыzlar Universiteti



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə12/31
tarix26.02.2017
ölçüsü5,11 Kb.
#9787
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

 
 
89 
əsas vəzifəsi hesablama olan hesab kursunun əvəzinə - riyaziyyat kursunun da-
xil edilməsi. 
2. Sistemli riyaziyyat kursunun strukturunun və fənlərinin adlarının dəyişdi-
rilməsi. Belə ki, 4-5-ci siniflərdə həndəsə və cəbrin elementləri daxil olan hesab 
kursunun  «riyaziyyat»  kursu  ilə,  6-8-ci  siniflərdə  sistematik  cəbr  kursları  və 
planimetriya; 9-10-cu siniflərdə «cəbr və analizin başlanğıcı» kursu və sistemli 
stersometriya kursunun daxil edilməsi. 
3. Bütün kursun quruluşunun xəttiləşdirilməsi və konsentirizmin aradan qal-
dırıl¬ması.  Riyaziyyatın  tədrisinin  3  mərhələsinin  aşkar  verilməsi  (4-5,  6-8,           
9-10-cu siniflər). Bu mərhələlərdə fənlərin adaları, dərsliklər və mövzuların şər-
hi səviyyələrinin bir-birindən fərqlənirdirilməsi. Əvvəlki pillədə nəzərdən keçi-
rilən bəzi mövzuların son¬ra¬kı mərhələlərdə təkrarına yol verilməsi. Həndəsə 
kursunun eyni ad daşıdığına baxmayaraq 3 mərhələyə bölünməsi: 4-5-ci siniflər 
– propedevtik kurs; 6-8-ci siniflər - planimetriyanı tamamlayan sistemli kurs, 9-
10-cu siniflər - həndəsənin aksiomatik quruluşu haqqında təsəvvür yaradan ko-
ordinatların və vektorların istifadəsi ilə qurulmuş sistematik stereometriya kur-
su. 
4.  Məktəb  riyaziyyat  kursundan  bəzi  elmi,  tətbiqi  və  ümumitəhsil  əhəmiy-
yəti  ol¬mayan  mövzuların  çıxarılması  (məsələn,  kvadrat  kökün  alınması  alqo-
ritmi və s.). 
5. Riyaziyyatın son dövrlərdə çoxsaylı nailiyyətlərindən elmi dünyagörüşü-
nün formalaşmasına kömək edən, riyaziyyatın insan fəaliyyətində və elmlər içə-
risində yerini və rolunu nümayiş etdirən bir sıra məsələlərin daxil edilməsi. (dif-
ferensial  və inteqral  hesabı; say sistemləri və ehtimal nəzəriyyəsi; proqramlaş-
dırma və EHM haqqında bəzi məlumatlar). 
6. Çoxluqlar nəzəriyyəsinin elementləri və məntiqin əsaslarının sadəcə təhsil 
əhəmiyyətli əlavə bir material kimi deyil, kursun suallarının, o cümlədən klas-
sik sualların şərhi üçün vasitə kimi verilməsi.  
7. Məktəblər üçün tamamilə yeni təlim forması — şagirdlərin seçiminə uy-
ğun  fa¬kultativ  məşğələlərin  təklif  olunması.  Bu  zaman  riyaziyyat  kursundan 
fakültətiv məşğələr iki növdə təklif olunurdu. Birinci növ fakultativ məşğələlər 
- «Riyaziyyatın əlavə bölmələri və sualları» adlanırdı. Burada məqsəd dərinləş-
dirilmiş  proqram  suallarını,  proqrama  yaxın  olan  sualları,  riyaziyyatın  tətbiqi 
aspektlərini açan, ümumtəhsil nöqteyi nəzərdən vacib sualların öyrənilməsi idi. 
Riyaziyyata  ayrılan  vaxtın  çox  hissəsi  proqram  üzrə  məcburi  mövzulardan  ça-
lışmaların həllinə yönəl¬dilmişdir. Bundan əlavə məşğələnin bu növü proqram 
materiallarının  mənimsənil¬mə¬sində  müəllimlərə  kömək  xarakteri  daşıyırdı. 
Fakültativ məşğələlərin proqramı dəyişirdi. Müəllim şagirdlərin maraqlarını nə-
zərə alaraq təklif olunan kursların içərisindən lazım bildiyini seçirdi.  
İkinci növ məşğələlər — «Riyaziyyatın seçilmiş sualları» (proqramlaşdırma, 
hesablama riyaziyyatı, vektorlar cəbri,  xətti  proqramlaşdırma məsələləri  və s.) 
əsasən yuxarı sinif şagirdlərinə ancaq bu suallar üzrə mütəxəssis olan məktəb-
lərdə təklif olunurdu. 
Fakultativ  məşğələlər  daha  çox  şagirdlərin  fərdi  inkişafı  və  ali  məktəblərə 

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
90 
hazırlıq məqsədini güdürdü. Riyaziyyatdan fakultativ məşğələlərin proqramı elə 
quru¬lurdu  ki,  onlar  bitmiş  bir  sistem  təşkil  edirdilər.  Fakultativ  məşğələlərin 
qiymət¬ləri attestatda yazılırdı. 
8. 1959- cu ildən başlayaraq ümumtəhsil orta məktələrinin bazalarında yara-
dılan ayrı-ayrı fənləri nəzəri və praktik cəhətdən dərindən tədris edən məktəblər 
və siniflər sistemi özlərini çox doğrultdular. 1966-cı ildən başlayaraq fizika-ri-
yaziyyat təmayüllü internat məktəblərin yaradılmasına başlandı. Bunların yara-
dılmasında əsas məqsəd müasir riyaziyyatın məzmununun və tədrisi metodika-
sının işlənib hazırlanması; elmə istedadlı adamların cəlb edilməsi olmuşdur. Ri-
yaziyyat sahəsində ixtisaslaşan məktəblərdə tədris olunan riyaziyyat kursları üç 
fəndən ibarət idi: cəbr, riyazi analiz və həndəsə. Bu fənlər və fiziki profilli fən-
lərə aid digər fənlər adi proqramla tədris olunurdu. Tətbiqi fənn olaraq «Hesab-
lama riyaziyyatı və proqramlaşdırma» götürülürdü, amma bu zəruri deyildi. 
9.  İslahatın  bu  məsələləri  riyaziyyat  kursunun  məzmununa  və  quruluşuna 
uyğun olaraq bir sıra yeni təlim metodlarının daxil edilməsini şərtləndirdi.  
İslahatın  növbəti  mərhələsi  XX  əsrin  80-ci  ilərində  olmuşdur.  1980-ci  ildə 
şagirdlərin məntiqi təfəkkür səviyyəsi tam nəzərə alınaraq yeni proqram qəbul 
edilmişdir.  Bu  zaman  orta  məktəb  riyaziyyat  kursunun  çoxluqlar  nəzəriyyəsi 
əsasında qurulmasından və həddindən artıq ciddilikdən imtina edilmişdir. Kur-
sun  təşkilinə  bu  cür  yanaşma  məzmunun  tətbiqi  xarakterinin  inkişafına  imkan 
yaratsa da, əvvəlki islahatda əldə edilmiş bəzi nailiyyətlər itirildi. 
1985-ci  ildə  keçmiş  SSSR-i  EA-nın,  SSSR-i  PEA-nın,  universitetlərin,  pe-
daqoji institutların mütəxəssislərinin köməyi ilə riyaziyyatdan yeni proqram ha-
zırlandı.  Bu  proqramda  təlim  yükünün  azaldılmasına  və  tətbiqi  istiqamətlərin 
gücləndirilməsinə xüsusi fikir verilmişdir. 
Bu  məqsədlə  mövcud  proqramın  strukturu  saxlanılmaqla  orada  aşağıdakı 
dəyişikliklər edilmişdir: 
1.  İbtidai  pillənin  hesabına  təlimin  müddəti  uzadılmış  -  1-  4  siniflər,  orta 
məktəbin üç mərhələsi  müəyyənləşdirilmişdir - 5-6, 7-9, 10-11-ci  siniflər. 
2. Proqramın strukturunda bu mərhələdə təlimin məqsədlərini dəqiqləşdirən 
yeni bölmələr («Təlim-tərbiyə prosesinin təşkili», «Biliyin qiymətləndirilməsi-
nə dair məsələlər», «Fənləarası əlaqə» və s.) daxil edilmişdir. 
Proqramda riyaziyyatın tədrisində varisliyə (propedevtika, anlayışın ümumi-
ləşdirilməsi və inkişafı, onların xassələri, məntiqi bacarıqlar), fəndaxili və fən-
lərarası  əlaqələr,  riyaziyyat  təliminin  müasir  əlaqəsinin  realizasiyasını  nəzərdə 
tutan imkanlar verilmişdir. 
3.  Bəzi  mövzular  çıxaralmışdır.  (Məsələn,  «Fəzada  vektorlar  və  koordinat-
lar»,  «Loqarifmin  iştirakı  ilə  hesablamalar»  və  s.).  Lakin,  məzmunun  bu  cür 
azaldılmasının  müəyyən  bir  sərhəddi  var  və  müəyyən  fəsadlara  gətirib  çıxara 
bilər. 
4. Bəzi materiallar siniflər üzrə yenidən paylanmış, artıq fraqmentarlıq ara-
dan götürülmüşdür. Məsələn, təhsilin əsas pilləsində cəbr kursundan kifayət qə-
dər böyük həcmə malik rasional üstlü qüvvətlər mövzusunun götürülməsi hesa-
bına oraya ilkin triqonometriya kursu əlavə olunmuşdur. Bu isə yuxarı siniflərin 

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
91 
yükünün  azaldılmasına,  ifadələrin  eyniliklə  çevrilməsi  xəttinin  inkişafına  xid-
mət edirdi. 
5. Tədris planına «İnformatikanın və hesablama texnikasının əsasları» kimi 
yeni kurs əlavə olundu. Bu isə riyaziyyat kursunun tətbiqi və politexnik istiqa-
mətinin  səviyyəsini  artıran  riyazi  məsələlərin  həlli  alqoritmləri  və  onların  he-
sablama texnikasının köməyi ilə realizasiyasına zəmin yaradırdı. 
6. Hər bir fənnə və hər bir sinifdə proqrama əlavə olaraq proqramın «Möv-
zular üzrə planlaşdırma» bölməsində təlimin hər bir mərhələsinə uyğun şagird-
lərin riyaziyyatdan hazırlıq səviyyəsinə qoyulan tələblər müəyyənləşdirilmişdir. 
Şagirdlərin  riyaziyyatdan  müsbət  qiymətləndirilmələri  üçün  həmin  səviyyəyə 
yiyələnmələri zəruri hesab olundu.  
Riyazi  təhsilin  islahatının  sonrakı  dövrü  1989-cu  ildən  başlayır.  Yenidən-
qurma ab-havasıyla həmin il ümumorta təhsilin yeni konsepsiyası işlənib hazır-
landı. Bu konsersiya əsasında Təhsil Nazirliyinin ETİ-i və SSSR-i PEA-sı mək-
təb riyaziyyat kursunun konsepsiyasını  hazırladı. Bu sənədlə ölkədə yeni sosi-
al-iqtisadi şəraitə uyğun məktəb təhsil sistemində riyaziyyatın yeri və bu mərhə-
lədə ümumi riyazi təhsilin əsas məzmunu verilmişdir. Riyazi təhsilin yeniləşdi-
rilməsinin əsas ideyası onun humanistləşdirilməsi idi.  Bu ideyanın əsas istiqa-
mətləri - təlimin diferensiallaşdırılması, ümumi riyaziyyat kursunun istiqaməti-
nin  humanitarlaşdırılması,  şagirdlərin  riyazi  hazırlığında  müxtəlif  səviyyələrin 
nəzərə alınması; təlim-tərbiyə prosesinin şagirdyönümlülüyü üzərində qurulma-
sı,  həm  şagirdlərin, həm də müəllimlərin fərdi xüsusiyyətlərinin inkişafına şə-
raitin yaradılması olmuşdur. Bu konsepsiyaya uyğun olaraq 1995- ci ildə «Orta 
riyazi təhsilin standartları» hazırlanmışdır. 
Müasir mərhələdə, riyazi təlimin yeni məqsədlərinə uyğun olaraq, onun mə-
mununun seçilmə prinsipləri də dəyişir. Professor Q.B.Dorofeyev bu prinsipləri 
belə müəyyənləşdirir: 
— məlumat tutumu; 
— sosial effektivlik; 
— intelektual tutumu; 
—diferensiallaşmanın həyata keçirilə bilməsi
—qavranılma həcmi; 
— proqnoz-diaqnoz həcmi; 
— riyaziyyata qonşu fənlərin müasir inkişaf səviyyəsində öyrənilə bilməsi; 
— varislik. 
Dünya təcrübəsinin öyrənilməsi göstərir ki, müasir dövrdə riyaziyytın inki-
şaf konsepsiyası aşağıdakı kimi xarakterizə olunur: 
a) riyaziyyata hazır fənn kimi yox, insanın fəaliyyət sahəsi kimi baxılmalı-
dır; 
b) riyaziyyat «sırıdılmalı» yox, tətbiq edilməlidir; 
v) təlim sadəcə ideyanın ötürülməsi kimi yox, təkrar kəşf formasında olma-
lıdır;  
c) reallıq riyaziyyatın tətbiqi sahəsindən çox ideyaların mənbəyi olmalıdır; 
ч) təcrid olunmuş faktlar arasındakı əlaqələrə deyil, riyazi ideyalar arasında-

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
92 
kı əlaqələrə xüsusi fikir verilməlidir
д)  şagidlərdə  konsepsiya  deyil,  əşyaların  obrazlarını  yaratmağa  nail  olmaq 
lazımdır; 
е) yeni konsepsiyaların müxtəlif cür həyata keçirilməsini deyil, onlara müx-
təlif  yanaşmalar axtarılmalıdır; 
ф) riyaziyyatın öyrənilməsində əsas başa düşməkdir, vərdişlər yox. 
Aparılan ilkin araşdırmalar və respublikamızda orta məktəb riyaziyyat kur-
sunun  məzmununun    bu  prinsiplər  əsasında  təhlili    göstərir  ki,  mövcud  orta 
məktəb riyaziyyat kursunun məzmunu nəzəri xarakter daşımaqla, onun qarşısı-
na qoyulan məqsədlərə adekvat deyildir.  
Bu  gün  təhsil  sistemimiz  sürətlə  dünya  təhsil  sisteminə  inteqrasiya  edir. 
Odur ki, orta məktəb riyaziyyat kursunun məzmununun yenidən nəzərdən keçi-
rilməsi,  onun  müəyyən  qədər  sadələşdirilməsi  ilə  praktik  istiqamətliliyin  güc-
ləndirilməsi hazırda həllini gözləyən ən mühüm problemlərdəndir. Respublika-
mızda  hazırlanan  riyaziyyat  kurrikulumu  da  məhz  bu  inkişaf  tendensiyanı  nə-
zərdə  tutur.  I-IV  siniflərin  riyaziyyat  kurikulumunun  məzmunu,  xarakterik  və 
metodik xüsusiyyətləri isə başqa bir söhbətin mövzusudur.  
 
Tədqiqatın aktuallığı. Respublikamızda təhsil quruculuğu sahəsində ardıcıl 
və davamlı siyasət həyata keçirilir, cəmiyyətin tələb və ehtiyaclarına uyğun nə-
ticələrdən  ibarət  şəxsiyyətyönümlü  təhsil  sisteminin  yaradılması  üçün  davamlı 
addımlar atılır. Belə addımlardan biri təhsilin mühüm komponentlərindən olan 
məzmun islahatlarıdır ki, artıq bu istiqmətdə mühüm işlər görülmüş, təhsilin nə-
ticəyönümlü kurikulum əsasında qurulmasına keçilmişdir. 
Тядгигатын  йенилийи.  Müasir  şəraitdə  məktəb  təliminin,  o  cümlədən 
riyaziyyat  təliminin  bu  baxımdan  yenilənməsi  mühüm  məsələlərdən  biri  kimi 
qarşıda  durur.  Başqa  sözlə,  təhsil  sistemində  fənlərin,  o  cümlədən  riyaziyyat 
fənninin  məzmunu,  onların  tədrisi  metodları  və  vasitələrinin  müasir  tələblər 
əsasında yenidən qurulması dövrün tələbidir. Riyaziyyat təliminin gələcək inki-
şaf istiqamətlərinin müəyyənləşdirilməsi ilk növbədə riyaziyyat təliminin məz-
munu ilə əlaqədar bu dövrə qədər aparılmış islahatların nəzərdən keçirilməsini 
tələb edir. 
Tədqiqatın  практик  əhəmiyyəti. Müasir dövrdə riyaziyyatın inkişaf kon-
sepsiyasının  əsas prinsipləri baxımından respublikamızda orta məktəb riyaziy-
yat kursunun məzmunu təhlil edilmiş, onun məzmununun nəzəri xarakter daşı-
maqla, qarşıya qoyulan məqsədlərə adekvat olmadığı, məktəb riyaziyyat kursu-
nun məzmununun yenidən nəzərdən keçirilməsi, onun müəyyən qədər sadələş-
dirilməsi  ilə  praktik  istiqamətliliyin  gücləndirilməsi  istiqamətində  təkmilləşdi-
rilməsinin zəruriliyi göstərilmişdir. 
 
Ədəbiyyat 
 
1.Azərbaycan  Respublikasında  Ümumi  Təhsilin  Milli  Kurikulumu 
(Konsepsiyası). Bakı, 2006.  

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
93 
2.Ümumtəhsil  məktəblərinin  I-IV  sinifləri  üçün  fənn  kurikulumları.  Bakı, 
2008. (Riyaziyyat kurikulumu. səh. 53-105) 
3.Kurikulum islahatı: tədqiqatlar, nəticələr. Bakı, 2011. 
4.Balayeva  G.E.  İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri. 
Bakı: Elm və təhsil, 2012. 
5.Həmidov  S.S.,  Səmədzadə  F.N.  Azərbaycanda  ibtidai  riyazi  təhsilin 
inkişaf mərhələləri (1920-2000-ci illər) Bakı: 2006. 
6.На путях  обновления  школьного курса математики  / Состовители:  
А.И. Маркушевич,  Г.Г. Маслова, М.: Просвещение, 1978. 
 
                                                                                              Н. Аббасов 
 
Об истории развития школьного курса математики 
Резюме 
 
В  статье  рассматривается  история  развития  школьного  курса  матема-
тики,  анализируется  сущность  проводимых  реформ  в  содержании  обуче-
ния математике, а также состояние обучения школьного курса математики 
в  республике  с  точки  зрения  основных  принципов  концепции  развития 
математики, выдвинутые современной эпохой; отмечается необходимость 
поиска направлений его совершенствования. 
 
                                                                                             N. Abbasov  
 
 Абоут тще щисториъал девелопмент оф  
траининэ ат същоол матщематиъс 
 
Sуммарй  
 
The article discusses the history of school mathematics, analyzes the nature 
of the reforms in the content of teaching mathematics, as well as state training 
school  mathematics  course  in  the  country  in  terms  of  the  concept  of  the  basic 
principles of mathematics,  advanced modern age;  noted the need to find  ways 
of its improvement. 
  
Редаксийайа дахил олуб: 23.06.2014 

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
94 
             Tələbələrin  ekoloji təhsil və tərbiyəsi  pedaqoji,  
psixoloji və sosial problem kimi 
 
  
 
 
 
 
Xudayar   Sultanlı, 
                                          Elmlər doktoru proqramı üzrə dissertant
                                                     ARTPİ 
                                              E-mail:   
menzileraqimova@mail.ru
     
 
Rəyçilər: p.ü.e.d., prof. A.N. Abbasov, 
                 p.ü.e.d., prof. H.H. Əhmədov    
   
Açar  sözlər:  ekoloji  təhsil,  ekoloji  tərbiyə,  ekoloji  maariflənmə,  problem 
pedaqoji, problem psixoloji sosial problem 
 
Ключевые  слова:  экологичесое  образование,  экологичесое  воспита-
ние, экологичесое просвещение,  педагогический проблем, психологичес-
кий проблем, социальный проблем 
 
Key 
words: 
environmental 
education, 
environmental 
education, 
environmental  education,  pedagogical  issues,  psychological  problems,  social 
problems 
 
 Hazırda  məktəbin  qarşısında  duran  mühüm  vəzifələrdən    biri  də  böyüyən 
nəsildə  ekoloji  mədəniyyəti  formalaşdırmaqdan  ibarətdir.  Buna  təlim  prosesi-
nin,  auditoriyadankənar  tədbirlərin,  habelə  ailənin  imkanları  hesabına  nail  ol-
maq  mümkündür.  Ali  məktəblərdə  təlimin  bütün  pillələrində  ayrı-ayrı  fənlərin 
(o  cümlədən  Azərbaycan  tarixi,  İnsan  və  cəmiyyət,  coğrafiya,  biologiya,  ədə-
biyyat və s.)  bu baxımdan imkanları vardır. Sadəcə müəllim bu imkanları aşka-
ra  çıxararaq,  onlardan  səmərəli  istifadə  etməklə  təhsilalanların  ekoloji  maarif-
lənməsinə, onların ekoloji şüurunun və təfəkkürünün formalaşmasına şərait ya-
ratmalı,  məqsədyönlü,  sistemli,  planauyğun  və  fasiləsiz  ekoloji  tərbiyə  işləri 
aparmalıdır. 
Canlı təbiət gənc nəslin təhsilinin və tərbiyəsinin ən mühüm vasitələrindən 
biridir. Təbiətlə ünsiyyət, onun obyektlərini və hadisələrini öyrənməklə tələbə-
lər  dünyanı,  ətraf  aləmi  dərk  edir,  onların  bilikləri  və  məlumatları  genişlənir. 
Gənclər  bitki  və  canlı  aləmin  heyrətdoğuracaq  rəngarəngliyini  görür,  təbiətin 
gözəlliklərinə heyran qalırlar. Eyni zamanda insanın həyatında təbiətin necə bö-
yük rol oynadığını başa düşürlər. 
Müasir ekoloji problemin kəskinliyi pedaqoji nəzəriyyənin və məktəb təcrü-
bəsinin  qarşısında  təhsilalanları,  o  cümlədən  tələbələri;  valideynlərin  və  uşaq 
bağçalarının  qarşısında  isə,  məktəbəqədər  yaşlı  uşaqları  təbiətə  qayğılı,  məsu-
liyyətli münasibət əsasında tərbiyələndirməyi, təbiətdən, onun sərvətlərindən və 
ehtiyatlarından  səmərəli  istifadəni,  təbiətin  qorunması  və  zənginləşdirilməsi, 
sərvətlərinin artırılması məsələlərini bacarıqla həyata keçirmək vəzifəsi qoyur. 

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
95 
Bu tələblərin hər bir şəxsin, o cümlədən hər bir tələbənin davranış norması-
na çevrilməsi üçün uşaqlıq illərindən hər kəsə məqsədyönlü şəkildə ətraf aləmin 
vəziyyətinə məsuliyyətlə yanaşmaq hissini aşılamaq lazımdır. 
Təbiətə  məsuliyyətli  münasibətin  təşəkkülü  və  inkişafı,  şagirdlərdə  ekoloji 
mədəniyyətin formalaşması üçün baza rolunu ayrı-ayrı fənlərin məzmunu oyna-
yır. Bu məzmunda təbiətin həyatına, insanın (cəmiyyətin) təbiətlə qarşılıqlı əla-
qəsinə,  onun  əhəmiyyətli  xassələrinə  dair  bir  çox  məlumatlar  öz  əksini  tapır. 
Tələbələrə  canlı  və  cansız  təbiət,  ali  məktəbin  ərazisində,  yaşayış  yerlərində, 
doğma diyarda, təbiətdə və insanların əməyində fəsli dəyişikliklər barədə təsəv-
vürlərin yaradılması; təbiətin əşya və hadisələri arasındakı qarşılıqlı əlaqələrinin 
müvafiq  yaş  dövründən  ötrü  xüsusiyyətlərini,  təbiətdəki  dəyişikliklərin  insan 
əməyinə təsirini aydınlaşdırmaq; təbiətin qorunmasının faydasına dair müvafiq 
məlumatların çatdırılması, onları təbiəti mühafizə ilə bağlı görülməsi vacib bili-
nən işlərlə tanış etmək; canlı və cansız təbiət hadisələri üzərində vaxtaşırı müşa-
hidələr  vasitəsilə  məktəblilərin  şəxsi  təcrübələrini  artırmaq  və  s.  bu  tədbirlərin 
sırasına daxildir. 
Ali  məktəblərdə  tədris  olunan  fənlərin  məzmununa  əsasən  tələbələrin  eko-
loji  təhsili  və  tərbiyəsi  üçün  nüvə  rolunu  oynayan  aparıcı  ideya  və  anlayışlar 
vardır. Onlara əsasən tələbələr belə qənaətə gəlirlər ki, təbiət – mühit və insan 
həyatının  zəruri  şərtidir:  təbiətdə  insan  istirahət  edir,  dincəlir,  təbiət  obyektlə-
rinin və hadisələrinin gözəlliklərindən həzz alır, idmanla məşğul olur, çaylarda, 
dənizlərdə,  göllərdə  üzür  hava  alır,  su  içir,  təbiətin  məhsullarından  istifadə  et-
məklə qidalanır. Tələbələr aydın dərk edirlər ki, insanın əməyi – doğma diyarın 
təbii sərvətlərindən istifadənin və onları mühafizə etməyin şərtidir. 
Təbiətdəki əlaqələrdən xəbərdar olmaq həm dünyanı düzgün anlamaq, həm 
də  təbiətin  obyektlərinə  məsuliyyətli  münasibət  bəsləmək  və  onları  qorumaq 
baxımından vacibdir. Canlı aləmdə yeyinti (qida) əlaqələrinin, canlı orqanizm-
lərin  yaşayış  mühitinə,  təbiətdə  mövsümü  dəyişiklərə,  insanların,  bitkilərin  və 
heyvanların həyatına təsiri barədə dərsdə verilən bilik və məlumatlar şagirdlərin 
ekoloji maariflənməsi baxımından faydalıdır. 
Ali məktəblərin proqram və dərsliklərində ekoloji təhsilə və ekoloji maarif-
lənməyə,  gənclərdə  ekoloji  mədəniyyətin  formalaşdırılmasına  və  ekoloji  tərbi-
yəliliyə xidmət edən aşağıdakı ideya qırsızı xətlə kəsib keçir: təbiəti qorumaq – 
Vətəni qorumaq deməkdir. Hər bir şəxs üçün Vətən anlayışı doğma diyarla bağ-
lı anlayışdır. Çaylar, göllər, dənizlər, meşələr, bulaqlar, yaşıl ormanlar, düzlər, 
dərələr, dağlar, taxıl zəmiləri, pambıq tarlaları, neft buruqları  – bütün  bunların 
hamısı doğma diyarın uşaqlıq illərindən tanış olduğumuz mənzərələrdir və öm-
rümüz boyu unudulmur, yaddan çıxmır. Lazım gələndə doğma yurd, ana torpaq
həmin  mənzərələrdən  ötrü  həyatımızı  belə  verməyə  hazır  oluruq.  Bədii  əsər-
lərin, fənlər üzrə dərslikdəki mətnlərin təsiri ilə həmin mənzərələr Vətənin bü-
töv, yenilməz və qüdrətli obrazını yaradır. Öz ölkəsinə, onun taleyinə məsuliy-
yət onun təbiətinə məsuliyyətlə ahəngdarlıq təşkil edir. Tələbələr qənaətə gəlir-
lər:  təbiəti,  onun  sərvətlərini,  gözəlliklərini  və  təkrarolunmazlığını  qorumaq  – 

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
96 
öz  evini-eşiyini,  doğma  həyat-bacanı,  doğma  diyarı,  öz  Vətənini  qorumaq  de-
məkdir. 
Ali təhsil sistemində önəmli məsələlərdən biri də tələbələrdə ekoloji mədə-
niyyətin, ekoloji şüur və düşüncənin formalaşdırılması, gənc oğlanların və qız-
ların ekoloji təhsili və tərbiyəsi qayğısına qalmaqdır. Bu sahədə müxtəlif fənlər 
üzrə  materiallar,  ayrı-ayrı  mövzular,  auditoriyadankənar  tədbirlər,  tələbələrlə 
fərdi söhbətlər, tələbə konfransları mühüm rol oynayır. 
Şəxsiyyətin  ekoloji  mədəniyyətinin  təşəkkülü    şəxsi  və  ictimai  təcrübəyə 
əsaslanmaqla, sosial mühitin (kütləvi informasiya vasitələrinin, məktəb, ailə, in-
stitut, universitet, kollec və təhsil akademiyalarının, ictimai təşkilatların və s.), 
təbii mühitin (təbiət hadisələrinin)  və təhsil şərtlərinin və şəraitlərinin (ekoloji 
tərbiyə, ekoloji təhsil və özünütəhsil öz təbiətini dərk etmə vasitəsi kimi) təsiri 
altında baş verən subyektin mənəvi-praktik fəaliyyətinin prosesi rolunu oynayır. 
Bu  proses  tələbə  şəxsiyyətinin  formalaşmasına  doğru  istiqamətlənib.  Gələ-
cək müəllimin ekoloji mədəniyyətinin təşəkkülü onun şəxsiyyətinin daxili, sub-
yektiv obrazını müəyyən edir. Bu mədəniyyət şəxsiyyətdə aktuallaşır və dəyişir, 
sonra isə, fəaliyyətin yenidən işlənib hazırlanmış formaları vasitəsilə onun prak-
tik fəaliyyətində həyata keçir. 
Təxminən ötən əsrin 60-cı illərində sənaye fəaliyyəti ilə əlaqədar bütün can-
lıların məhv olması ehtimalı problemi ilk dəfə və ciddi şəkildə meydana gəldiyi 
bir  zamanda  yeni  bir  elm  –  ekologiya  elmi  formalaşmağa  başladı.  Ekologiya 
bitki və canlı orqanizmlərin münasibətləri, onlar tərəfindən özləri və ətraf aləm 
arasında yaranan nisbəti haqqında elmdir. Ekoloji tərbiyənin məqsədi uşaqların 
canlı  təbiətin  qanunauyğunluqlarına  dair  öz  biliklərini  inkişafı  etdirmələrinə 
nail olmaq, canlı orqanizmlərin ətraf aləmlə qarşılıqlı münasibətlərinin mahiy-
yətini başa düşmək və fiziki və psixi vəziyyəti idarə etmək bacarıqlarını forma-
laşdırmaqdan ibarətdir. 
Qlobal ekoloji böhranla bağlı belə bir zərurət ortaya çıxdı: insan və təbiətin 
hansı münasibətlərini həmahəng hesab etmək mümkündür, insanın hansı fəaliy-
yəti ətraf aləmə təsir göstərir? Hazırda təhsilalanların ekoloji mədəniyyətə yiyə-
lənmələri və onlar arasında ekoloji tərbiyə üzrə işlərin aparılması, ekoloji təhsi-
lin təşkili  nə üçün zərurətə çevrilmişdir? Bu sahədə əhalinin, o cümlədən tələ-
bələrin ekoloji mədəniyyətinin, ekoloji təhsilliliyinin və ekoloji tərbiyəliliyinin 
səviyyəsini öyrənmək, ekoloji maariflənməni məqsədyönlü, sistemli və fasiləsiz 
şəkildə təşkil etmək son dərəcə vacibdir. 
Bu, bir həqiqətdir ki, ekoloji mədəniyyətin səviyyəsi dünyadakı ekoloji və-
ziyyətlə  birbaşa  əlaqədardır. Ekoloji  tərbiyə üzrə  aparılan işlərdən çox asılıdır. 
Ekoloji  böhran  probleminə  təhsil  vasitəsilə  və  mədəniyyətin  və  habelə  bütün 
qanunvericiliyin nailiyyəti kimi yenidən nəzərdən keçirmək yolu ilə son dərəcə 
diqqətli  yanaşmaq  lazımdır.  Ekoloji  tərbiyənin  və  ekoloji  mədəniyyətin  səviy-
yəsindən  bəşəriyyətin  mövcudluğu,  insanların  cansağlığı,  səhhəti,  sağlamlığı 
asılıdır.  Deməli,  günümüzdə  ekoloji  mədəniyyətin  qarşısında  dayanan  vəzifə 
bəşəriyyəti xilas etmək, onun məhv olmasının qarşısını alma mexanizminin iş-
lənib hazırlanmasından ibarətdir. Ekoloji mədəniyyət, bilavasitə ekoloji tərbiyə 

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin