144
ümumtürk, Azərbaycan tarix elminə xidmət etdiyi
şübhəsizdir.
Ağqoyunlu sultanı Yaqubun sarayında xidmət
etmiş tarixçilərdən biri də Fəzlullah Ruzbihan Xunəci
(Xunci) idi. Onun «Tarixi-aləmarayi Amini» adlı əsəri
vardır.
Mənbələrdən məlum olur ki, Uzun Həsənin
göstərişi ilə Qurani-Kərim ilk dəfə türk (Azərbaycan) dilinə
tərcümə edilmiş və onun hüzurunda oxunmuşdu.
Xəttatla miniatürçü rəssamın birgə fəaliyyəti bu
dövrdə də Azərbaycan mədəni mühitinin əlamətdar
hallarından olmuşdur. Azərbaycanda mövcud olan Şirvan
və Təbriz miniatür məktəblərində xeyli rəssam çalışırdı.
Təbiidir ki, bu yüzillikdə baş vermiş bir sıra hərbi-siyasi
hadisələr miniatür rəssamlığının inkişafına müəyyən
dərəcədə mənfi təsirini göstərdi.
Dostları ilə paylaş: