Азярбайъан республикасынын тящсил назирлийи бакы дювлят университети



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə4/13
tarix04.01.2017
ölçüsü0,66 Mb.
#4443
1   2   3   4   5   6   7   8   9   ...   13

                                     ƏDƏBİYYAT 

 

1.

 



İsmayılov  N.V.,  İsmayılov  F.N.  Tibbi  psixologiya  və 

psixoterapiya, Bakı Maarif nəşriyyatı, 2002. 

2.

 

Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya, Bakı Çinar-



çap nəşriyyatı, 2006. 

3.

 



Xüsusi    Hazırlıq  Siniflərinin  təşkili,  Açıq  cəmiyyət 

institutu, Bakı yardım fondu, 2001. 

4.

 

Крылова A.A. Психология, Москва Проспект, 1999. 



5.

 

Развитие 



ребенка. 

Лаура 


Е. 

Берк, 


Мастера 

психологии, 6-с издание, Питер, 2006. 

 

 

 



QİÇS-ə yoluxmuş insanlarda şəxsiyyət dəyişkənliyi 

                                                     Pakdel B. Ə., магистрант 

Şəxsiyyətin 

normal 

inkişafı 



problemi 

hər 


zaman 

psixoloqların  diqqət  mərkəzində  olmuşdur.  Müşahidələrdən  və 

araşdırmalardan  məlum  olmuşdur  ki,  şəxsiyyətin  normal 

inkişafına bir çox amillər təsir edir və bunların sırasında insanın 

sağlamlıq durumu önəmli yer tutur. 

Çox  saylı  tədqiqatlar  göstərir  ki,  şəxsiyyətin  patologiyası 

özü  ilə  əsasən    motivasiyası  sahəsinin  dəyişməsini  gətirir.  Hər 

bir  normal  insan  fəaliyyətinin  tərkibində  aparıcı  motivlər 

vardır.  Həmin  motivlər  olmadan  fəaliyyətin  mahiyyəti 

şəxsiyyət  mənasında  məhrum  olur.  Motivasiya  sahəsinin  və 

dəyərlər  sisteminin  dəyişilməsi  bir  sıra    somatik  və  psixi 

xəstəliklər  zamanı  özünü  göstərməkdədir.  QİÇS  sindromuna 

yoluxmuş  xəstələrdə  bu  hal  qaçılmazdır.  Bu  xəstələrin 

motivasiya  sahəsi  nəzərə  çarpacaq  dərəcədə  kasadlaşma 

mərhələsinə  çatmamışdan  öncə  uzun  müddətli  və  önəmli 

keyfiyyət  dəyişikliyi  ilə  qarşılaşır.  Onların  ailə  üzvlərinə, 

dostlarına,  işlərinə  və  ümumilikdə  mühitə  münasibətləri 


 

 

37



37 

dəyişmiş  olur.  Onların  həyatda  ki,  yəni  hadisələr  əhəmiyyətini 

itirməyə başlayır. 

İmmun  çatışmamazlığı  sindromuna  yoluxmuş  xəstənin 

psixi  vəziyyəti və davranışı  yalnız xəstəlik zamanı orqanizmin 

mexanizminin  dəyişilməsi  ilə  əlaqədar  olmayıb,  həm  də 

şəraitdən,  ətrafdakıların  münasibətindən,  mövcud  imkanlardan 

irəli gəlir. 

QİÇS-ə  yoluxmuş  xəstənin  şəxsiyyətini  dəyişməsini 

göstərən  bir  çox  meyarlar  vardır.  Bunlardan  aşağıdakıları 

sadalamaq olar: 

1.

 



fəaliyyətin aparıcı motivinin məzmunun dəyişməsi. 

2.

 



xəstənin 

maraqlar 

dairəsinin, 

ətraf 


mühitlə 

münasibətlərinin pozulması. 

3.

 

fəaliyyətin  səviyyəsinin  aşağı  enməsi  və  istiqamətinin 



dəyişilməsi. 

İmmun  çatışmamazlığı  sindromuna  yoluxan  insanın 

fəaliyyətinin    məqsədə  yönlülüyünə  baxarkən  onu  da  qeyd 

etmək  lazımdır  ki,  xəstələrdə  məqsədə  çatmaq  motivasiyası 

olsa  da  bu  sağlam  insanlarda  olan  davranış  motivlərindən 

fərqlənir. 

Bundan  başqa  şəxsiyyətin  tipindən  asılı  olaraq  insanın 

öz xəstəliyinə görə göstərdiyi reaksiyalarda fərqli olur. Belə 

ki,  QİÇS-ə  yoluxduğu  haqda  informasiya  olan  şəxsin 

davranışında, 

vəziyyətlə 

barışmamaq, 

xəstəliyin 

mövcudluğunu  inkar  etmə  və  ya  daha  konstruktiv  həll 

yollarını  seçmə  kimi  hallarda  rast  gəlinə  bilər.  Belə 

emosional  nəzarətin  zəiflənməsi  nəticəsində  də  psixi 

pozuntuların bir sıra formaları təzahür edə bilər. 

Buna  görə  də  QİÇS-ə  yoluxmuş  xəstələrə  tibbi 

dəstəkdən 

əlavə 


həm 

xəstənin 

yaxınlarının, 

həm 


psixoloqların,  Terapevtlərin 

yardım 


göstərməsi  çox 

önəmlidir. 

 

 

 

 



38 

38 


Ə

DƏBİYYAT 

6.

 



Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya, Bakı 

Çinar-çap nəşriyyatı, 2006. 

7.

 

Reeve John Marshall, Understanding Motivation 



and Emotion, “Virayesh” Publication Institute, 1998. 

 

 



Hamiləlik dövründə analığa 

namizədin emosional dəyişikliyi 

 

 

 

 

 

 

 

 

Quliyeva Nuriyyə, magistrant 

Analıq  əslində  olduqca  özünəməxsus  və  xüsusi  bir 

vəziyyətdir, yəni hər bir analığa namizəd qadın yaşadığı şəraitlə 

əlaqədar  olaraq  bu  hadisəni  digərlərindən  daha  fərqli  formada 

yaşayır.  

Əksər  insanlar  belə  hesab  edirlər  ki,  hamilə  qadınlar 

hamiləlik  ərzində  gərgin,  bununla  bərabər  xoşbəxt  olurlar. 

Lakin doğrusu budur ki, qadınlar ilk üç aya başlamaqla bir sıra 

emosional hallar keçirirlər. 

İ

lk üç ay: Hamiləliyin ilk üç ayı çox vaxt özünü daha çox 

fiziki  dəyişikliklərlə  biruzə  verir;  menstruasiyanın  gecikməsi, 

müsbət nəticələnən hamiləlik testi, yorğunluq, mədə bulanması, 

və  s.  Emosional  vəziyyətdə  isə  çox  vaxt  çox  böyük 

dəyişikliklər  olmaya  bilər.  Amma,  yenə  də  bu  vəziyyətini 

diqqətlə müşahidə edən analığa namizəd hormonal dəyişikliklər 

səbəbi  ilə  meydana  çıxan  tez-tez  dəyişən  əhval-ruhiyyəsini 

nəzərindən qaçırmır.  

Hamiləlikdə  vacib  rol  oynayan  başlıca  iki  hormon 

estrogen  və  progesterondur.  Qadının  əhval-ruhiyyəsi    bu 

hormonlarla əlaqədar olaraq böyük sevinc və qəmginlik halları 

arasında  dəyişə  bilər.  Çox  cüzi  bir  səbəb  onu  ağlamağa  vadar 

edərkən,  birdən-birə  səbəbini  dərk  edə  bilmədiyi  sevinc, 

xoşbəxtlik də hiss eməsi mümkündür 



 

 

39



39 

İ

kinci  üç  ay:  İlk  üç  ayın  stress  və  narahatlığından  sonra 

hamilə  qadınlar  ikinci  üç  ayda  daha  sakit  əhval-ruhiyyəli 

olurlar,  lakin  hələ  də  onları  gözləyən  bir  sıra  problemlərlə 

qarşılaşırlar. 

Uşağı itirmək qorxusu hələ də davam edir, ikinci üç ayda 

bununla  bərabər  birinci  üç  aydakı  fiziki  narahatlıqlar  artıq 

azalmış  vəziyyətdə  olur.  İkinci  üç  ayda  ən  çox  gözə  çarpan 

hadisə  fetal  irəliləmə  zamanı  baş  verir.  İlk  dəfə  hamilə  olan 

qadınların hamiləlik müddəti ümumi olaraq, təxminən 20 həftə 

müddətində  müəyyənləşir.  Əgər  ana  ikinci  vı  ya  daha  sonrakı 

uşağa hamilədirsə, bu, nisbətən tez müddətdə gerçəkləşə bilər. 

Son  üç  ay:  Hamiləliyin  son  üç  ayında  olan  ana  artıq 

övladına qovuşmaq üçün daha çox can atır, səbirsizliklə bu anı 

gözləyir.Təbii  ki,  hamiləliyi  ilə  bağlı  ona  daha  həssas 

davranılması,  ətrafdakıların  ona  diqqətlə  yanaşması  onu 

sevindirir. 

 Hamiləliyin  son  həftələrində  olan  ananın  psixoloji 

narahatlıq və qorxuları, fiziki narahatlıqlarının da çoxalması ilə 

daha  da  artır.  Hamiləliyin  son  günlərini  yaşayan  qadına  həyat 

yoldaşı  tərəfindən  göstəriləcək,  xoş  münasibət  və  diqqət  onun 

əhval-ruhiyyəsinin artmasına kömək edəcək. 

 

 

Fəsadlı hamiləliyin tibbi-psixoloji   



           xüsusiyyətləri 

                                             Quliyeva Nuriyyə, magistrant 

Hər  bir  hamiləlik  müəyyən  risklərə  malikdir.  Lakin 

yüksək  riskli  hamiləlikdə  analığa  namizədin  və  rüşeymin 

səhhəti  ilə  bağlı  daha  böyük  risklər  olur.  Bunu  qabaqcadan 

anada  olan  və  ya  sonradan  inkişaf  edən  səbəblər  şərtləndirə 

bilər.  Onlar  birdən  çox  uşağın  olması,  əvvəlki  hamiləlikdə 

problemin  olması  və  ya  analığa  namizədin  35-dən  çox  yaşı 

olmasını özündə ehtiva edir. 

 

 

40 



40 

Qeyd  etməliyik  ki,  son  dövrlərdə  bu  mövzu  qlobal 

problemlərdən  biridir.  Çünki  statistika  göstərir  ki,  fəsadlı 

hamiləliklərin sayı müxtəlif səbəblərdən get-gedə artır. 

Hamiləliyi  çətinləşdirə  bilən  vəziyyətlər  aşağıdakılar  ola 

bilər: 


• Ürək xəstəliyi  

• Yüksək qan təzyiqi 

• Böyrək problemləri 

• Avtoimmun pozulmalar 

• Cinsi olaraq ötürülmüş xəstəliklər 

• Şəkərli diabet 

• Xərçəng xəstəliyi 

Başqa  şərtlər  də  hamiləliyi  riskli  edə  bilər.  Məsələn, 

gestasional  diabetli  hamilə  olmaq.  Doğuşqabağı  yaxşı  və 

düzgün  qayğı  bu  vəziyyətləri  aşkar  etməyə  və  onları  müalicə 

etməyə kömək edə bilər. 

Qadın  hamilə  olmazdan  əvvəl  yaxşı  qidalanması  və 

sağlam həyat tərzi olması vacibdir. Yaxşı doğuşqabağı qayğı və 

hamiləlik  dövründə  tibbi  müalicə  fəsadların  qarşısını  almağa 

kömək edə bilər. 

Riskli hamiləlik üçün  üçün risk faktorlarına daxildir: 

• Gənc və ya yaşlı ana olmaq  

• Normadan çox və ya normadan aşağı çəkili olmaq 

• Əvvəlki hamiləliklərdə problemlərin olması 

• Yüksək qan təzyiqi, şəkər və ya İİV (İnsan İmmundefisit 

Virusu) kimi xəstəliklərin mövcud olması 

• Preeklampsiya və eklampsiya 

• Anemiya 

Səhhət ilə bağlı problemlər həmçinin hamiləlik əsnasında 

da  yarana  bilər.  Belə  problemlər  hətta  daha  əvvəl  sağlam  olan 

qadınlarda da rast gəlinə bilər. 

Qeyd  olunan  riskləri  nəzərə  alaraq  könüllü  olaraq  ana 

olmağa  can  atan  analığa  namizədlərin  psixologiyası  normal 



 

 

41



41 

hamiləlik  keçirən  analardan  fərqlənir.  Belə  ki,  övlad  sevgisi 

onları bütün riskləri gözə alaraq ana olmağa vadar edir. 

Bu  kimi  risklər  zamanı  hamilə  qadın  mütləq  həkim 

nəzarətində olmalı və müvafiq məsləhətlər almalıdır. 

 

 



Hamiləlik dövründə qadınların psixoloji  

                            vəziyyəti 

Quliyeva Nuriyyə,magistrant 

Hamiləlik  fizioloji  bir  prosesdir.  Ancaq  o,qadın 

orqanizmində  bir  sıra  dəyişikliklər  yaradır.  Bəzi  hallarda,  bu 

dəyişikliklər  toksikoz  və  nevrozlaşma  formasında,  müxtəlif 

somatik  pozuntularla  özünü  göstərir.  Qadının  hamiləliyə 

münasibəti  bir  sıra  amillərlə-sosial,  iqtisadi,  mənəvi,  etik,  o 

cümlədən  qadının  öz  şəxsiyyət  problemləri  ilə  bağlı  olur. 

Hamiləlik  arzuolunan  və  arzuolunmaz  ola  bilər  ki,  bu  da 

özünəməxsus problemlər yaradır. 

Bəzən  hamiləliyin  əvvəlində  əsəbilik,  müxtəlif  iylərə 

qarşı  həssaslıq,  bəzi  qidalardan  çəkinmək,  yuxululuq, 

yorğunluq və s. əlamətlər yarana bilər. Ürəkbulanma və qusma 

hamiləlik  toksikozu  üçün  xarakterikdir.  Toksikozun  bir  çox 

səbəbləri vardır. Onlardan ən əhəmiyyətlisi psixogen amillərdir. 

Qadınların əksəriyyətində hamiləlik heç bir dəyişiklik yaratmır. 

Onlar  həyat  tərzini  dəyişmədən  doğuşu  və  dünyaya  gələcək 

körpələrini gözləyirlər. 

Bir  sıra  qadınlarda  xarici  görünüşlərinin  dəyişməsinə  və 

cazibədarlıqlarının  itirilməsinə  görə  çox  təsirlənirlər.  Birinci 

doğuşa  gedən  qadınların  əksəriyyəti  isə  doğuşun  necə 

keçəcəyindən  narahat  olur,  uşağın  xəstə  və  ya  qüsurla 

doğulacağından  qorxurlar.  Çox  az  hallarda  isə  psixogen 

amillərin  təsiri  ilə  qadında  ,,yalançı  hamiləlik”  hissi  yarana 

bilər.  Bu  zaman  onun  qarnı  get-gedə  böyüyür  ,  menstruasiya  

kəsilir,  qadın  qarnında  hamiləliyə  məxsus  müəyyən  hisslər 

duyur. 


 

 

42 



42 

Doğuş gərgin fiziki və psixi güc tələb edir. Buna görə də, 

hamiləlik,  xüsusən  də  doğuşqabağı  dövrdə  təcrübi  hazırlıq 

məşğələlərinin keçirilməsi hamilə qadınların doğuş ağrılarından 

qorxusunu,  ümumiyyətlə,  mənfi  emosiyaları  kənarlaşdırmağa, 

onların doğuş prosesində fəal iştirak etməsinə kömək edir. 

Doğuşdan  sonrakı  dövrdə  qadın  uşağa  qulluq  etməlidir  

(məsələn,  ona  doyunca  döş  südü  verməli,  yatırmalı  və  s.).  Bu 

dövrdə  adi  məyusluq,  uşaq  üçün  narahatçılıqdan  başlamış  ağır 

psixi  pozuntulara  (  doğuşdan  sonrakı  psixoz)  qədər  psixotik 

vəziyyət  inkişaf  edə  bilər.  Depressiv  əlamətlər  vegetativ, 

emosional  dəyişikliklərlə  müşayiət  olunaraq,  bir  neçə  gündən 

3-4  aya  qədər  davam  edə  bilər.  Bu  halları  aradan  qaldırmaq 

üçün  psixoloji  korreksiya,  psixoterapevtik  müdaxilə  və  fiziki 

kömək tələb olunur. 

Cinsi həyat,ailə münasibətləri, hamiləlik, onun pozulması 

intim  məsələ  olduğu  üçün  bu  barədə  söhbətləri  lazımi 

istiqamətə  yönəltmək  mütəxəssisdən  xüsusi  nəzakət  və 

pasiyentin  etibarını  qazanmaq  bacarığı  tələb  edir  (1,  səh.209-

210). 


Analıq  əslində  olduqca  özünəməxsus  və  xüsusi  bir 

vəziyyətdir, yəni hər bir analığa namizəd qadın yaşadığı şəraitlə 

əlaqədar  olaraq  bu  hadisəni  digərlərindən  daha  fərqli  formada 

yaşayır. Amma yenə də bəzi dəyişikliklər var ki, bunlar normal 

olan bütün hamiləliklərdə yaşanılır. Ananın yaşayacağı fiziki və 

psixoloji dəyişikliklər haqqında qabaqcadan maarifləndirilməsi 

isə hamiləliyə daha şüurlu və müsbət yanaşmasını təmin edər. 

Əksər 


qadınlar 

yeni 


ana 

kimi 


uşağı 

dünyaya 


gətirmək,yeni doğulmuş uşaq və analıq həyatı haqqında neqativ 

məzmunlu yuxular görürlər. Bu mərhələdə,qeyd edək ki hamilə 

qadınların  ümumi  yuxuları  əksərən  uşağın  cinsiyyəti  haqqında 

olur  və  bəzən  isə  hamilə  qadınlar  yuxuda  özlərini  tələyə 

salınmış və təcavüzə məruz qalmış şəkildə  görürlər. 

Əksər  insanlar  belə  hesab  edirlər  ki,  hamilə  qadınlar 

hamiləlik  ərzində  gərgin,  bununla  bərabər  xoşbəxt  olurlar. 


 

 

43



43 

Lakin doğrusu budur ki, qadınlar ilk üç aya başlamaqla bir sıra 

emosional hallar keçirirlər. 

Bütün  hamiləliklərin  müəyyən  ümumi  oxşarlıqları  olsa 

da, hər bir hamiləlik xüsusidir.  

Bədənin 


ümumi 

görünüşündəki, 

hormonlardakı 

dəyişikliklər,  mədəni  təzyiqlərə  istiqamətlənən  mövqe  və 

gözləmələr  kombinasiyası  hamiləliyin  xüsusiliyinə  gətirib 

çıxarır. 

Hamiləliyin  hər  bir  fiziki  tərəfi  onun  xüsusi  hissəsi  olan 

qavramaya  təsir  göstərən  spesifik  psixoloji  problemlərlə 

müşayiət  olunur.  Məsələn,əgər  hamiləliyiniz  əvvəlcədən 

arzulanıb  və  planlaşdırılıbsa,  siz  və  həyat  yoldaşınız,  sübhəsiz 

ki,  əvvəlcədən  xəyalınızda  canlandırdığınız  uşağınızın  olacağı 

haqqında  xəbərə  sevinclə  qarşılıq  verirsiniz.  Lakin  əgər 

hamiləlik gözlənilməz olubsa, ilkin olaraq siz bu barədə qarışıq 

hisslər keçirə bilərsiniz  (3). 



İ

lk üç ay:Hamiləliyin ilk üç ayı çox vaxt özünü daha çox 

fiziki  dəyişikliklərlə  biruzə  verir;  menstruasiyanın  gecikməsi, 

müsbət nəticələnən hamiləlik testi, yorğunluq, mədə bulanması, 

və  s.  Emosional  vəziyyətdə  isə  çox  vaxt  çox  böyük 

dəyişikliklər  olmaya  bilər.  Amma,  yenə  də  bu  vəziyyətini 

diqqətlə müşahidə edən analığa namizəd hormonal dəyişikliklər 

səbəbi  ilə  meydana  çıxan  tez-tez  dəyişən  əhval-ruhiyyəsini 

nəzərindən qaçırmır.  

Hamiləlikdə  vacib  rol  oynayan  başlıca  iki  hormon 

estrogen  və  progesterondur.  Qadının  əhval-ruhiyyəsi    bu 

hormonlarla əlaqədar olaraq böyük sevinc və qəmginlik halları 

arasında  dəyişə  bilər.  Çox  cüzi  bir  səbəb  onu  ağlamağa  vadar 

edərkən,  birdən-birə  səbəbini  dərk  edə  bilmədiyi  sevinc, 

xoşbəxtlik  də  hiss  eməsi  mümkündür.  Bu  vəziyyət  onun  üçün 

olduğu  qədər  hamilə  qadının  həyat  yoldaşı  üçün  də  çətin  və 

qarışıq  bir  haldır.  Bütün  bunları  yaşayan  atalığa  namizəd  həll 

yolu  tapmağın  mümkün  olmadığını  bildiyi  üçün  çox  vaxt  bu 

vəziyyəti  ,,görməmək”  yolunu  seçir.  Halbuki,  müxtəlif 

 

 

44 



44 

zamanlarda  davamlı  olaraq  ünsiyyət  və  sevgiyə  ehtiyac  duyan 

analığa namizəd özünü emosional baxımdan boşluqda hiss edə 

bilər.  Bu  vəziyyətin  hamiləlik  dövrü  üçün  normal  olduğunu 

bilən ər-arvad isə hazırlıqlı olmağın rahatlığı ilə bu dövrü daha 

rahat və daha problemsiz keçirirlər. 

Hamiləlik  planlı  formada  həyata  keçirilmiş  və  ər-arvad 

uzun vaxtdır ki, bu anı gözləmiş ola bilər. Amma, bu o demək 

deyil  ki,  ana  bu  dövrdə  heç  bir  narahatlıq  yaşamayacaq.  Bu 

narahatlıqların 

əvvəlində  analığa  namizədin  hər  şeyə 

baxmayaraq əlverişli vaxtın olub-olmadığına (uşağın doğulması 

üçün  doğru  zaman  olub-olmadığına)  dair  qərarsızlıq  durur. 

Xüsusilə  işləyən  və  yaxşı  iş  həyatı  olan  qadınlar  hamiləlik  və 

uşaqla 

birgə 


bu 

sahədəki 

hədəflərini 

həyata 


keçirə 

bilməyəcəklərindən  çox  qorxurlar.  Təbii  ki,  hər  şeyin  normal 

şəkildə  gedib-getməyəcəyinə  dair  narahatlıqlar  da  hamiləlik 

dövründə dövründə daha tez-tez yaşanan hisslərdir. 

Uşağın ilk ürək döyüntülərini -təxminən onikinci həftəyə 

qədər-  duyana  qədər  bu  vəziyyətin  gerçəkliyini  tam  olaraq 

qavraya  bilməyən  ana  bundan  sonra  həqiqətən  də  bətnində  bir 

uşaq olduğuna inanır və narahatlıqları daha intensiv şəkildə hiss 

etməyə başlayır. 

İ

kinci  üç  ay:  İlk  üç  ayın  stress  və  narahatlığından  sonra 

hamilə  qadınlar  ikinci  üç  ayda  daha  sakit  əhval-ruhiyyəli 

olurlar,  lakin  hələ  də  onları  gözləyən  bir  sıra  problemlərlə 

qarşılaşırlar. 

Uşağı itirmək qorxusu hələ də davam edir, ikinci üç ayda 

bununla  bərabər  birinci  üç  aydakı  fiziki  narahatlıqlar  artıq 

azalmış  vəziyyətdə  olur.  İkinci  üç  ayda  ən  çox  gözə  çarpan 

hadisə  fetal  irəliləmə  zamanı  baş  verir.  İlk  dəfə  hamilə  olan 

qadınların hamiləlik müddəti ümumi olaraq, təxminən 20 həftə 

müddətində  müəyyənləşir.  Əgər  ana  ikinci  və  ya  daha  sonrakı 

uşağa hamilədirsə, bu, nisbətən tez müddətdə gerçəkləşə bilər. 

Psixoloji olaraq ola bilər ki, hamilə qadınlar bu hamiləlik 

müddətində  yoldaşlarından    az  asılılıqlarını  daha  çox  artmış 


 

 

45



45 

hesab etsinlər.Hamilə qadınların ehtiyacları həmişəkindən daha 

çox  olur,  onların  həyat  yoldaşlarının  bu  vəziyyətinə 

uyğunlaşması,onunla  maraqlanması  və  hamiləlik  ərzində  baş 

verən  dəyişikliklər  zamanı  onu  qorumağa  müvəffəq  olub-

olmaması barədə narahatlıq keçirirlər. 

İlk üç ayda ürək bulanması və sinə həssaslığının azalması 

da  daxil  olmaqla,  bu  dəyişikliklər,  hamilə  qadınlarda  öz  həyat 

yoldaşı  ilə  cinsi  əlaqədə  olmaq  arzusunu  artırır.  Ola  bilsin  ki, 

hamilə qadınlar həyat yoldaşının onları yenə də cazibədar hesab 

edib-etməməsilə  maraqlanırlar.  Hamilə  qadınlarla  həyat 

yoldaşlarının bu barədə söhbət aparması analığa namizədin bəzi 

qorxu və yanlış anlamaları aradan qaldırmağa kömək edər.   

  İkinci üç ayın ən vacib xüsusiyyəti artıq uşağın hiss edilə 

bilən  olmasıdır.  Övladının  hərəkətlərini  hiss  etmək  ana  üçün 

əvəzedilməz  bir  təcrübədir.  Artıq  uşağını  həqiqi  bir  insan 

olaraq qəbul edər və həyacanı daha da artar. 

Bəzi  qadınlar  bu  həyəcanla  birgə  özlərini  çox  enerjili  və 

xoşbəxt  hiss  edirlər.  Əksər  qadınlar  hamiləlik  geyimlərini 

geyinməyə  bu  dövrdə  başlayırlar.  Hamiləlik,  doğum  və 

uşaqlarla  daha  çox  maraqlanma,  bu  mövzuyla  bağlı  kitablar 

alma yenə də bu dövrdə yaşanır (5). 



Son  üç  ay:  Hamiləliyin  son  üç  ayında  olan  ana  artıq 

övladına qovuşmaq üçün daha çox can atır, səbirsizliklə bu anı 

gözləyir.Təbii  ki,  hamiləliyi  ilə  bağlı  ona  daha  həssas 

davranılması,  ətrafdakıların  ona  diqqətlə  yanaşması  onu 

sevindirir. 

 Hamiləliyin  son  həftələrində  olan  ananın  psixoloji 

narahatlıq və qorxuları, fiziki narahatlıqlarının da çoxalması ilə 

daha  da  artır.  Rahat  vəziyyət  tapa  bilmədiyi  üçün    yuxusuz 

qalır.  Ağırlaşan  vicudu  özünü  çirkin  görməsinə  gətirib  çıxara 

bilər.  Həmçinin  həyat  yoldaşının  onu  cazibədar  və  gözəl 

görmədiyinə  inanır.  Hamiləliyin  son  günlərini  yaşayan  qadına 

həyat  yoldaşı  tərəfindən  göstəriləcək,  xoş  münasibət  və  diqqət 

onun əhval-ruhiyyəsinin artmasına kömək edəcək (4). 

 

 



46 

46 


Hamiləlik  zamanı  diqqət  edilməsi  ən  vacib  məsələlərdən 

biri də ananın emosiyalarının uşağa təsiri məsələsidir. 

 İnkişafın  ilkin  dövrü  uşağın  təkcə  fiziki  deyil,  həm  də 

psixi  sağlamlığı  qurulur.  Həm  də  özünə  və  ətrafdakılara 

münasibət 

kimi, 


emosional 

və 


intellektual 

potensial, 

çətinliklərlə  rastlaşdıqda  davranış  stereotipi  kimi  şəxsiyyətin 

vacib  xarakteristikaları  və  müəyyən  dərəcədə  insan  xarakteri 

qurulur (2). 

  Ananın emosiyaları dölə onun psixikasına ya müsbət ya 

da mənfi təsir göstərərək ötürülür. Sevinc, narahatlıq, qorxu və 

gərginlik  onun  ürəkdöyünməsinə,  maddələr  mübadiləsinə  təsir 

edir:  ana  sevinəndə  qan  endorfin  –  sevinc  hormonlarını, 

kədərlənib  və  ya  gərgin  olanda  katexolamin-  stress 

hormonlarını  paylayır.  Müvafiq  təhlükə  və  təhlükəsizlik 

duyğularını uşaq da keçirir. 

  Əlbəttə,  balaca  rüşeym  bu  siqnalları  qeyri-şüuri  olaraq 

keçirir, amma bütün öz varlığı ilə ona sevinc gərginliklə, sevinc 

və  qorxu  ilə  yanaşdığının  hiss  edir.  Tədqiqatlar  göstərir  ki, 

uşaqda şüur işartıları hamiləliyin ikinci  yarısından  yaranır.  III-

IV  ayda qüvvətli stress sinir sistemi üçün nəticə verəcək, uşaq 

beyni anasından emosiyasına daxil olan informasiyanı ötürmək 

üçün  kifayət  qədər  yetkin  deyil.  Emosiyalar  özlərinə  təkcə 

duyğuları  deyil,  həm  də  bu  duyğuya  mənanın  verilməsini  də 

daxil  edirlər.  Hamiləliyin  6-cı  ayına  duyğuları  emosiyalara 

keçirməyə  qadirdir,  gələcək  uşağın  daxili  reallığı  ananın 

emosiyalarının təsiri altında formalaşmağa başlayır (6). 

  Emosiyalar təkcə subyektin psixi vəziyyəti deyil, həm də 

onun 

orqanizminin 



hormonal 

reaksiyasıdır. 

Ananın 

uzunmüddətli 



stressləri 

zamanı 


onun 

qanında 


steroid 

hormonlarının  artıq  sayı  yaranır.  Bu  hormonlar  plasentar 

baryeri  keçir  və  uşağın  formalaşan  beyninə  təsir  edir.  Ana  və 

döl  arasında  emosional  kontaktın  böyüklük  və  xarakteri  ola 

bilsin ki, uşağın inkişaf edən psixikasına təsir edən ən həlledici 

amillərdən biridir (7). 



 

 

47



47 

 

    



 

  Summary 

The  psychological  problems  of  a  pregnancy  period 

reflected in this article. Also, a woman’s adaptation to the new 

condition,  the  problems such  as  anxiety    and  expectations  that 

emerges  in  a  pregnancy  period  were  researched.  During  a 

desirable  pregnancy  a  woman  feels  happy  and  delighted.  In 

addition to all of these,a woman’s relationship with her family, 

work  condition,  anxiety  and  stresses  that  pregnancy  causes 

affect the going of the process. 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin