“Azərbaycanın sığorta bazarında fəaliyyətin idarə olunmasının əsas problemləri” mövzusunda


 Sığorta bazarının fəaliyyət mexanizmi



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə10/45
tarix07.01.2024
ölçüsü0,65 Mb.
#205208
1   ...   6   7   8   9   10   11   12   13   ...   45
Haqverdiyev-Rakim-Z-lal

1.2. Sığorta bazarının fəaliyyət mexanizmi 
Bazar iqtisadi münasibətləri çərçivəsində hökm sürən davamlı iqtisadi inkişaf 
müasir sığorta bazarı və onun səciyyəvi cəhətlərinin tədqiq edilməsini zəruri etmişdir. 
Sığorta bazarı mahiyyətcə tələb və təklifin formalaşdığı, alqı-satqı obyekti sığorta 
müdafiəsi olan, alıcıların və satıcıların (sığortaçı və sığortalı) görüşdüyü mücərrəd 
məkanı və ya pul münasibətlərinin xüsusi sosial-iqtisadi strukturunu ifadə edir.
Fəaliyyət göstərən sığorta bazarı mürəkkəb və üzvi bir sistemi əhatə etməklə 
müxtəlif struktur hissələrini özündə cəmləşdirir. Sığorta bazarının mahiyyətini özündə 


15 
təcəssüm etdirən əsas meyar sığorta cəmiyyəti və ya sığorta kompaniyasıdır. Sığorta 
kompaniyasının mövcudluğu sayəsində bu və ya digər iqtisadi münasibətlər formalaşır, 
sığorta fondunun təşəkkülü və istifadəsi prosesi yaranır, şəxsi və korporativ maraqlar 
bir-birinə qarışır.
Sığorta fondu fəaliyyətinin müasir və təkmil ictimai forması olan sığorta 
kompaniyasına sığorta xidmətlərinin həyata keçirilməsinin və sığorta müqavilələrinin 
imzalanmasının spesifik strukturudur. Sığorta cəmiyyəti texniki–təşkilat vahidliliyinə 
malikdir. Cəmiyyətin iqtisadi cəhətdən xüsusi olması, onun bütün ehtiyatlarının bütöv 
formada bir-birindən ayrı olmasında və bu ehtiyatların sərbəst dövriyyəsində özünü 
büruzə verir. Sığorta kompaniyalarıı iqtisadi sistemdə müstəqil olaraq təsərrüfat işlərini 
aparan subyektlər kimi fəaliyyət göstərirlər və digər sığorta təşkilatları ilə 
münasibətlərini yenidənsığortalama və (və ya) birgə sığorta üsulu ilə qururlar.
Tələb və təkliflərin sərbəst oyununun potensial sığortaçılar üçün zəruri hesab 
edilən sığorta xidmətlərinin ortaya çıxmasını stimullaşdırması bazar iqtisadiyyatının ən 
mühüm prinsipi hesab edilir. Sərbəst qiymət əmələgəlmə mühitinində formalaşan tarif 
dərəcələri sığorta şirkətləri arasında əsl rəqabət üçün şərait yaratmış olur. İqtisadi 
rəqabət mühitində sığorta bazarı tənzimləyici xarakter daşıyır. Onu da qeyd etmək 
lazımsır ki, sığorta bazarında rəqabətin təminatı uğurlu fəaliyyəti tam təmin etmir. Bu 
uğurlara sığorta xidmətlərinin metod və formalarının təkmilləşdirilməsinə daim can 
atan və hər zaman yeni müştərilərin axtarışında olan əməkdaşların mövcudluğu da təsir 
göstərir. Sığorta cəmiyyətinin şəxsən özünün sığorta mədəniyyətini inkişaf etdirməsi, 
cəmiyyətin xarici və daxili fəaliyyətinə yaxından nəzarət etməsi də mühüm əhəmiyyət 
kəsb edən amillərdir. 
Geniş anlamda sığorta bazarı, sığorta məhsulunun alqı-satqısı üzrə yaranan 
məcmu iqtisadi münasibətləri təşkil edir. Bazar mühiti sığortaçı və sığortalı arasındakı 
davamlı əlaqəni təmin edir və beləcə sığorta xidmətinin ictimai yararlılığının təsdiqi 
baş verir. Dəyər qanunu, o cümlədən tələb-təklif qanunu sığorta bazarının fəaliyyətini 
təmin edən mühüm iqtisadi qanunları təşkil edir. 


16 
Məlum olduğu kimi, qabaqcıl iqtisadi inkişafa malik ölkələrdə on və daha artıq 
sayda rəqiblərin yer aldığı sahələr inhisarçılıq dərəcəsinə görə daha təhlükəsiz hesab 
olunurlar. Bu ölkələrdə sığorta sistemində inhisarçılığa yol verməmək üçün qəbul 
edilmiş qaydaya əsasən bir sığorta şirkətinin payı sığorta xidmətinin ümumi satışın 
31%-dən, iki sığorta şirkətinin payı 44%-dən, üçünün payı 54%-dən, dörd sığortaçmın 
cəmi payı isə 64%-dən aşağı olmalıdır. Bu nisbət pozulduğu təqdirdə isə dövlət 
tərəfindən iqtisadi sanksiyalar tətbiq edilərək müvafiq sığortaçıların bazarda iştirakı 
məhdudlaşdırılır. Məlumat üçün bildirək ki, bu gün ölkəmizdə iki sığorta şirkətinin 
bazar payı 50%-dən çox təşkil edir. 
Struktur baxımından sığorta bazarının təsisat (institusional) və ərazi aspektləri 
üzrə xarakterizə oluna bilər. İnstitusional aspektdə sığorta bazarının quruluşu səhmdar, 
korporotiv, qarşılıqlı və dövlətin sığorta kompaniyaları tərəfındən təqdim olunur. Ərazi 
aspekti üzrə isə sığorta bazarı regional, milli və dünya sığorta bazarlarına ayrılır. Bazar 
münasibətləri inkişaf etdikcə ərazi sərhədləri aradan qalxır, milli bazarların dünya 
bazarına inteqrasiya prosesi sürətlənir. Buna misal olaraq Avropa Şurasına üzv olan 
ölkələri tərəfindən yaradılan ümumi Avropa sığorta bazarını göstərmək olar.
Bundan başqa, sığorta məhsullarına tələbat və təklif dərəcəsinə görə daxili, xarici 
və beynəlxalq sığorta bazarları fərqləndirilir. Konkret sığorta şirkətləri tərəfındən təklif 
edilən sığorta xidmətlərinə birbaşa tələbata malik yerli bazara daxili sığorta bazarı 
deyilir. Daxili bazarın hüdudlarından kənarda yerləşən və regionun sərhədlərindən 
xaricdə qarşılıqlı əlaqədar olan sığorta cəmiyyətlərindən asılı olan bazar isə xarici 
sığorta bazarıdır. Dünya sığorta bazarı dedikdə isə dünya çapında sığorta xidmətləri 
üzrə tələbat vı təkliflər nəzərdə tutulur. 
Sahə xüsusiyyəti üzrə isə sığorta bazarını əmlak və şəxsi sığorta olaraq iki yerə 
bölürlər. Bu bazarları özlüyündə də xüsusi seqmentlərə ayıra bilərik. (ev əmlakı 
sığortası, bədbəxt hadisələrdən sığorta bazarları və sair).
Sığorta bazarının iştirakçılarına satıcı və alıcılar, brokerlər və həmçinin onların 
assosiasiyaları aid edilir. Satıcı kateqoriyası sığorta və yenidənsığorta ilə məşğul olan 


17 
hüquqi şəxslərdən ibarətdir. Alıcı isə sığortaçı ilə sığorta müqaviləsini bağlayan fıziki 
və ya hüquqi şəxslər, özünü, əmlakını və s. sığorta etdirən şəxslərdir. Onlar arasında 
vasitəçilik edənlər isə sığorta müqaviləsinin imzalanmasına köməklik edən sığorta 
agent və ya brokerlərindən təşkil olunur. 
Sığorta bazarında təklif olunan xüsusi əmtəə sığorta xidmətidir. Xidmətin istehlak 
dəyərini təşkil edən əsas amil sığorta müdafiəsinin təmin olunmasdır və onun qiymətini 
sığorta tarifi ifadə edir. Tariflər rəqabətə uyğun təklif və tələbin müqayisəsi zamanı 
formalaşır. Aşağı qiymət həddi, daxil olmuş sığorta tədiyyələri və sığorta ödənişlərinin 
balansı prinsipi ilə müəyyən olunursa, onun yuxarı həddi sığortaçının fərdi tələbatına 
mütənasib olaraq formalaşır. Təbiidir ki, sığortaçının təklif etdiyi sığorta xidmətinin 
qiyməti hədsiz yüksək olduqda, o, rəqibləri qarşısında əlverişsiz mövqeyə düşərək 
müştərisini itirir.
Könüllü sığorta xidməti müqaviləyə, icbari sığorta isə qanuna əsasən təqdim 
edilir. Başqa sözlə, sığorta müdafiəsi ictimai baxımdan zəruri hesab olunarsa, sığorta 
məcburi xarakter daşıyır. Sığorta xidmətinin alqı-satqısı sığorta müqaviləsinin 
imzalanmasıyla rəsmiləşdirilir və sığorta edən tərəfə bu müqaviləni təsdiq edən sığorta 
polisi təqdim olunur. Sığortalı tərəfin istifadə etdiyi sığorta növlərinin məcmusu sığorta 
bazarının çeşidi (assortimenti) adlanır.
Sığorta cəmiyyətlərinin yeni vəzifəsi onların ixtisaslaşmış kredit təsisatlarının 
funksiyalarını yerinə yetirmələridir. Onlar təsərrüfat fəaliyyətinin bir sıra sahə və 
mühitinin kreditləşdirilməsi ilə məşğul olurlar. Bu baxımdan sığorta kompaniyaları 
artıq kommersiya bankları ilə birlikdə aparıcı mövqeləri tuturlar.Sığorta şirkətləri 
tərəfindən toplanan ehtiyatlar xarakterik olaraq qiymətli kağızlar bazarı vasitəsilə 
uzunmüddətli kapital qoyuluşlarında onlardan istifadə etməyə imkan yaradır. Əsasən 
qısamüddətli vəsaitlərin cəlb olunduğu bankların isə belə imkanı yoxdur. Bu səbəbdən 
sığorta cəmiyyətləri kapital bazarında əsas mövqelərdən birinə malikdirlər. 
Bazar münasibətlərində dövlət, sığortaçı qismində öz sığorta təşkilatı vasitəsilə 
birbaşa iştirak edə və həmçinin müxtəlif hüquqi alətlər vasitəsilə sığorta bazarının 


18 
inkişaf gedişatına güclü təsir göstərə bilir. İnkişaf etmiş Qərb ölkələrində sığorta bazarı 
iqtisadiyyatın dövlət tənzimləməsinin əsas obyektlərindən biri hesab olunur.
Burada sığorta fəaliyyətinin dövlət tərəfindən idarə edilməsi və tənzimlənməsi 
sığortanın bazar mexanizminin güclü tərəflərini möhkəmləndirir və təkmilləşdirir. Belə 
olan halda sığorta fəaliyyətinin dövlət tərəfindən tənzimlənmə mexanizmi sığortanın 
bazar mexanizmilə birləşdiyi üçün daha effektli nəticələrə aparır.
Sığorta bazarı özü-özlüyündə də bir sistemi təşkil edir. Sistem dedikdə qarşılıqlı 
şəkildə fəaliyyət göstərərək bir–birindən asılı olan ayrılıqda tərkib hissələrinin tam 
vəhdət qrupu nəzərdə tutulur. Bu bazar sisteminin tərkibinə sığorta məhsulları, tarif 
sistemi, sığortaçının müştərilə qarşılıqlı fəaliyyətini təcəssüm etdirən infrastruktur və s. 
daxildir. 
(Ataşov B., Ələkbərov Ə.,Xudiyev N., 2018)
Ümumilikdə sığorta bazarı qarşılıqlı formada fəaliyyət göstərərək bir-birinə 
qarşılıqlı olaraq təsir edən iki sistemin (daxili və xarici) vəhdətindən təşkil olunur. İstər 
daxili sistem, istrsə də xarici mühit sığortaçının idarə edə bildiyi elementlərdən və eləcə 
də sığortaçının iradəsində olmayan ementlərdən ibarətdir. Bu halda xarici mühit daxili 
sistemi əhatələməklə onu məhdudlaşdırır.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin