Azərbaycanda



Yüklə 56,67 Kb.
səhifə9/9
tarix02.01.2022
ölçüsü56,67 Kb.
#41552
1   2   3   4   5   6   7   8   9
mustafa

Pul təklifi


2015-ci ildə manatla pul kütləsinin dinamikası əsasən valyuta bazarında baş verən proseslərin təsiri altında formalaşmışdır.

Hesabat ilində manatla pul bazası 40.2% azalaraq ilin sonuna 6901.8 mln. manat təşkil etmişdir. Pul bazasının həcminə dollarlaşma və hökumət hesabları qalıqlarının dəyişimi azaldıcı, digər amillər isə (Mərkəzi Bankın apardığı likvidlik əməliyyatları) artırıcı təsir etmişdir.

Bank sisteminin pul yaratma qabiliyyətini ifadə edən pul multiplikatorunun səviyyəsində azalma müşahidə olunmuşdur. Bununla əlaqədar olaraq, pul kütləsinin azalma tempi pul bazasının azalma tempini üstələmişdir.

İl ərzində manatla geniş pul kütləsi (M2) 50.6% azalaraq dövrün sonuna 8613.1 mln. manat təşkil etmişdir. Geniş mənada manatla pul kütləsi əsasən nağd pul kütləsi hesabına azalmışdır. Bununla belə 2015-ci il ərzində nağdlaşma göstəricisi (M0/M2) 2.78 faiz bəndi azalmışdır.

Hesabat ili ərzində geniş pul kütləsi (M3) 1.2% azalaraq 21318.6 mln. manat olmuşdur. M3 pul aqreqatının ÜDM-ə nisbəti 2014-cü ildə 36.5% olduğu halda 2015-ci ildə bu rəqəm 39.2%-ə yüksəlmişdir.

2015-ci ildə M3 pul aqreqatının azalması əsasən xalis daxili aktivlərin azalması hesabına baş vermişdir. Xalis xarici aktivlər isə yenidənqiymətləndirmə nəticəsində manat ifadəsində artmış və pul kütləsinə artırıcı təsir etmişdir.


2015-ci ildə dollarlaşma səviyyəsi yüksəlmişdir. Xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi ilin sonuna 76.8% təşkil etmişdir.
Xarici valyutada əmanət və depozitlərin M3 pul kütləsində payı isə dövrün sonuna 59.6% təşkil etmişdir.

Xarici valyutada depozitlərin cəmi depozitlərdə payının artımı qismən xarici valyutada depozitlərin manat ifadəsində dəyərinin artmasından qaynaqlanır.



Ədəbiyyat:

E. Kərimov , B. Osmanov İqtisadi Nəzəriyyə Makroiqtisaddiyyat Bakı, 2010

Q.Y. Əbdülsəlimzadə Economics Bakı, 2012

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu




Yüklə 56,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin