Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Azərbaycanlı işçi kimi hüquqlarını təhlil edir”



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə15/35
tarix16.12.2023
ölçüsü0,54 Mb.
#181307
1   ...   11   12   13   14   15   16   17   18   ...   35
saxsi-inkisaf-va-karyera-planlasdirmasi (1)

“Azərbaycanlı işçi kimi hüquqlarını təhlil edir” 

Əmək müqaviləsi dedikdə nə başa düşürsünüz? 

Əmək müqaviləsinin tərəfləri kimlərdir? 

Əmək müqaviləsinin üstünlüklərini sadalayın.

İşçinin hansı hüquqları var? 

İşəgötürən anlayışının mahiyyətini aydınlaşdırın.

İşəgötürənin işçidən fərqini izah edin. 

İşçi hüquqlarına dair 3 nümunə göstərin. 

Əmək müqaviləsinə aid 3 nümunə göstərin. 

İşçinin hansı vəzifələri var? 

Müqaviləsiz işləməyin mənfi xüsusiyyətlərini sadalayın.

Əmək müqaviləsi hansı müddətə bağlanır? 

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan hansıdır? 


21 
Təlim nəticəsi 2: Dövlət və özəl müəssisələrin fərqini və onların əsas xüsusiyyətlərini təhlil etməyi 
bacarır 
2.1.1. Müəssisə anlayışının mənasını izah edir
 

Müəssisələr haqqında niyə danışmalıyıq? 
Təhsilinizi başa vurduqdan sonra atacağınız növbəti addımlardan biri, çox 
güman ki, hərhansı bir müəssisədə işə başlamaq olacaqdır. Fəaliyyət göstərəcəyiniz 
müəssisənin necə işlədiyi, hansı xüsusiyyətlərə malik olduğunu bilmək sizin ən
başlıca hüquqlarınızdan biridir. Təbii sərvətlərdən istifadə olunması, cəmiyyət üçün faydalı olan 
istehlak mallarının yaradılması və bazar tələbatının ödənilməsi, işçinin bilavasitə istehsal vasitələri ilə 
təması müəssisələrlə bağlıdır.
Gələcək kariyeranızda çalışacağınız müəssisəni özünüz analiz edərək seçməniz artıq sizin bir 
addım öndə olduğunuzu göstərən amillərdən olacaqdır.
 

Müəssisə nədir? 
Müəssisə haqqında olan bu təriflə tanış olaq. Müəssisə - mülkiyyət formasından asılı olmayaraq 
ictimai tələbatın ödənilməsi və qazanc əldə edilməsi məqsədilə məhsul istehsal edən və satan, işlər 
görən və xidmətlər göstərən, qanuna müvafiq yaradılan hüquqi şəxs olan müstəqil təsərrüfatçılıq 
subyektidir. Yəni özəl və ya dövlət müəssisəsi olmasından asılı olmayaraq, qanunauyğun şəkildə təsis 
olunmuş, ictimai tələbatı ödəmək və bununla həm də qazanc əldə etmək məqsədilə məhsul istehsal 
edən, satan və digər xidmətlər göstərən hüquqi müstəqil təsərrüfatçılıq subyektidir.
Müəssisənin özəl və ya dövlət müəssisəsi olması onun üstünlüyünü, yaxud çatışmayan cəhətləri 
olduğunu göstərmir, sadəcə olaraq, hər bir müəssisə digərindən müxtəlif amillərə görə fərqlənir. 
Müəssisə, onun növləri və təşkilati – hüquqi formaları barədə aşağıdakıları bilmək vacibdir. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin