Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib


“Bu  səfər  çərçivəsində



Yüklə 11,68 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix02.01.2022
ölçüsü11,68 Mb.
#1105
1   2   3   4   5   6   7   8   9   ...   25
“Bu  səfər 

çərçivəsində 

ke­

çi  rilən  yüksək  sə­

viyyəli 

görüşlər, 

imzalanan  sənədlər 

də  bunu  sübut  edir 

ki,  iki  qardaş  ölkə 

arasındakı  əla qələ­

ri miz  gün bəgün  ge­

n i ş l ə n  m ə k d ə d i r . 

Biz  Pakistan  döv­

lə ti ni 

özü müzə 

qar daş  ölkə  hesab 

edi rik. 

Pakistan 

Azərbaycanın  müs­

təqil liyini  tanıyan 

ilk ölkə dir”.

Ə.Əmiraslanov 

bütün 

sahələrdə  tibb  təhsili  ilə 



bağlı  Azərbaycanın  Pakis-

tanla  əlaqələrini  daha  da 

genişləndirmək  niyyətində 

olduqlarını  açıqlayıb:  “Bili-

rik  ki,  Pakistanın  əczaçılıq 

sahəsində  xüsusi  uğurları 

var.  Gələcəkdə  əlaqələri 

dərinləşdirsək,  hər  iki  ölkə 

səhiyyə  sahəsindəki  uğur-

lardan bəhrələnə bilər”.

Daha  sonra  akademik 

Ə.Əmiraslanov  Azərbaycan 

Tibb 

Universiteti 



haq-

qında  qısa  məlumatı  qo-

naqların  diqqətinə  çat-

dırdı.  Qeyd  olundu  ki, 

ATU  Azərbaycanda  tibb 

və  əczaçılıq  təhsili  verən 

yeganə müəssisədir ki, bu-

rada  160-dan  çox  profes-

sor  çalışır.  1930-cu  ildən 

müstəqil  universitet  kimi 

fəaliyyətdə  olan  Tibb  Uni-

versitetinin  hazırda  8000-ə 

yaxın  tələbə  və  rezidenti 

var. Universitetdə təhsil alan 

1000-dən  çox  xarici  tələbə 

arasında  Pakistandan  olan 

gənclər də var: “Gələcəkdə 

bu  tələbələrin  sayı  artsa, 

buna  yalnız  sevinə  bilərik”. 

Rektor  həmçinin  ATU-nun 

nəzdindəki klinikalar barədə 

məlumat  verərək  bildir-

di  ki,  bu  klinikalar  əhaliyə 

yüksək ixtisaslı tibbi xidmət 

göstərməklə  yanaşı,  həm 

də  tədris  müəssisəsi  kimi 

fəaliyyətdədir.

Sonra qonaq Cavid Əkrəm 

də öz növbəsində ATU-nun 

rektoruna  təşək kür  etdi. 

O,  ölkələrimiz  arasında 

siyasi  əlaqələrlə  yanaşı, 

tibb  və  səhiyyə  sahəsində 

də  əlaqələrin  çox  yüksək 

səviyyədə 

olduğundan 

məmnunluğunu 

bildirdi. 

Cənab  Əkrəm  prorektoru 

olduğu  Tibb  Universiteti-

nin  1  ildir  yaradıldığını  və 

bu  ali  təhsil  müəssisəsinin 

rektorunun  Pakistanın  Pre-

zidenti  olduğunu  da  vurğu-

ladı.  Onun  sözlərinə  görə, 

universitetin  nəzdində  tibb 

kolleci, həm də Tibb Elmləri 

Klinikası  fəaliyyət  göstərir: 

“Çox yaxşıdır ki, bizim təmsil 

etdiyimiz 

universitetlər 

yalnız  tibb  təhsili  verir. 

Dünyada  belə  ali  təhsil 

müəssisələrinin sayı azdır”. 

Prorektor  Cavad  Əkrəm 

ATU-nun  mütəxəssisləri  ilə 

birlikdə  müştərək  təşkilat 

yaratmaq arzusunda olduq-

larını, həm müalicə, həm də 

akademik  tibb  sahəsində 

qarşılıqlı  əlaqələr  qurma-

ğı,  azərbaycanlı  alimlərin 

məqalələrinin 

Pakistanın 

elmi  jurnallarında  dərcinin 

təşkil olunması istəyində ol-

duqlarını bildirdi.

Görüşdə  ATU-nun  tədris 

işləri  üzrə  prorektoru  Sabir 

Əliyev,  Tədris  Terapevtik 

Klinikanın  direktoru  Surxay 

Musayev, 

Stomatologiya 

Klinikasının  direktoru  Alqış 

Səfərov,  Tədris  Cərrahiyyə 

Klinikasının  direktoru  Hacı-

qulu Bağırov və Beynəlxalq 

əlaqələr  şöbəsinin  müdiri 

Nadir  Zeynalov  da  iştirak 

ediblər. 

Görüşün 

sonunda 


Azərbaycan  Tibb  Univer-

siteti  ilə  Pakistanın  Şəhid 

Zülfüqar  Əli  Bhutto  adına 

Tibb  Universiteti  arasın-

da  qarşılıqlı  əməkdaşlığa 

dair  saziş  imzalandı.  Sa-

ziş  universitetlər  arasın-

da  əməkdaşlığın  bütün 

istiqamətlərini  əhatə  edir 

və  tibb  təhsili  sahəsində 

münasibətlərin 

inkişafı-

na  xidmət  edir.  Bu  sənəd 

həmçinin  iki  ali  təhsil 

müəssisəsi  arasında  birgə 

rezident  və  mütəxəssis 

mübadiləsinin 

təşkilini 

nəzərdə tutur.

Görüşdən  sonra  Pakis-

tandan  gələn  nümayəndə 

heyəti ATU-nun klinikaların-

da  yaradılan  şəraitlə  tanış 

olublar.



Yüklə 11,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin