Azərbaycan Texniki Universitetinin 60-illik yubileyinə həsr olunmuş Respublika Elmi



Yüklə 37,31 Kb.
Pdf görüntüsü
tarix28.04.2017
ölçüsü37,31 Kb.
#16090

59 

 

Azərbaycan Texniki Universitetinin 60-illik yubileyinə həsr olunmuş 



 Respublika Elmi-

Praktiki Konfransı 

 

Səhiyyə informasiya sistemlərinin strukturu və xüsusiyyətləri 



 

Əlövsət  Q.Əliyev,  Ağazadə S.İ.

  

AMEA  


İnformasiya Texnologiyaları  İnstitutu 

Az1141, B

akı, F. Ağayev, 9.   E-mail:  depart8@iit.ab.az 

 

XX əsrin 90-cı illərində tibbi cihazlar və aparatlarda dərin və önəmli dəyişikliklər baş verdi. 



Verilənlərin  emalı  zəminində  texnologiyaların  inkişafı,  xəstəxana  işçilərinin  ixtisas  səviyyəsinin 

yüksəlməsi,  xəstələrin  tələblərinin  artması,  xidmət  təqdimi  və  onun  modelinin  keyfiyyətinin 

dəyişməsi  və  sığorta  ödəmə  metodlarının  fərqli  olması  xəstəxanaların  fəaliyyətində  böyük 

dəyişikliyə  və  inkişafa  səbəb  olmuşdur.  Bu  isə  xəstələrin  müalicəsində  proqressiv  dəyişikliklərə 

gətirib çıxarmışdır. 

Bu inkişaf aspektində xəstəxanalardakı ənənəvi sistemlər lazımi funksiyanı əldən vermiş və 

günü-

gündən  XİS-inə  (Xəstəxana  İnformasiya  Sisteminə)  ehtiyac  duyulmaqdadır.  XİS-nin 



işlədilməsi xəstəxana müdiriyyətinə daha əlverişli metod və proqramlar təqdim edərək xəstəxananın 

idarəsi və xəstələrə xidmət təqdim etmək işində kömək edir.  

İndi  səhiyyə  və  dərman  mərkəzləri,  xüsusilə,  xəstəxanalar  özlərinin  informasiya  idarəetmə 

sistemlərinin işlənməsini istəyirlər. Bundan məqsəd idarəetmə ilə bağlı xərclərin azalması zərurəti 

idi. Amma indi müalicəvi xidmətlərin keyfiyyətinin əhəmiyyəti getdikcə artır və bu işdən məqsəd 

odur ki, hər şəxsin səhiyyə və müalicəvi informasiyalarının hamısı ETH (Elektron Tibbi Hesabat) 

kimi elektron 

sənəd şəklində saxlanılsın ki, ölkənin hər nöqtəsindən kompyuter sistemi vasitəsilə 

əldə  edilə  bilsin.  Lakin  dünya  xəstəxanalarının  bir  çoxu  hər  sektor  üçün  müxtəlif  kompyuter 

sistemindən istifadə etmişlər ki, bu sistemlərin hər biri özünəməxsus xüsusiyyətə malikdir, ona görə 

də  fəaliyyətdə  olan  informasiya  sistemləri  bir-birinə  informasiya  ötürə  biləcək  qabiliyyətə  malik 

deyillər.  Halbuki  indiki  zamanda  xəstəxanalarda  getdikcə  klinik,  poliklinik  və  xəstəxanaların 

idarəsinə aid informasiyalarının mübadiləsinə ehtiyac duyulur.  

Müxtəlif xəstəxanalar müxtəlif işləmə və xidmət metoduna malikdirlər, amma onların hamısı 

XİS-i kimi kompyuter sistemindən istifadə etməkdə eyni məqsədi güdür və maraqları birdir.  

Həmin ortaq məqsədlər aşağıdakı faktorlar üzərində tərif edilə bilərlər:  

 

müxtəlif hissələrdə xidmət xərcləri və keyfiyyətə nəzarət etmə; 



 

xəstəxanalarda  həyata  keçirilən  icra  fəaliyyətləri  və  siyasətlərin  işləkliyinin  miqdarının 



mühasibatı; 

 



xəstəxananın  mövcud  fəaliyyətinin  durumunda  çatışmazlıqlar  və  problemlərin  tanınması  və 

onların aradan qaldırılması; 

 

 



insani qüvvənin azaldılması ilə xidmətlərin keyfiyyətinin artırması; 

 



xəstəxananın  bölmələri  arasında  informasiyaların  ötürməsi  üçün  düzgün  əlaqələrin 

yaradılması;   

 

işlərin yerinə yetirilməsinə nəzarət; 



 

xəstəxananın  müxtəlif  struktur  bölmələrinin  idarə  olunması  üçün  idarəetmə  bilgilərinin 



toplaması. 

Bu faktorları nəzərə alanda ideal bir XİS-nin strukturunun mürəkkəbliyini görmək olar. Buna 

görə  Amerika  və  Avropa  toplumlarında  XİS-ləri  müxtəlif sistemlər  kompleksindən  təşkil  edilmiş 

bir əsas sistem kimi tanıyırlar.  



XİS-inin  struktur  və  funksiyası.  XİS-i  hər  bir  xəstəxana  kompleksinin  müxtəlif  orqanik 

komponentləri üçün funksiyaları və onların maraqları əsasında aşağıdakı kimi tərif etmək olar:  



 

60 


Makro  idarəetmə  zəminində.  Müştərilərin  razı  salınması  uğrunda  müalicə  keyfiyyətinin 

yüksəldilməsi  və  xərclərin  azaldılması  üçün  müvafiq  informasiya  əldə  etməklə  loqistik,  kapital 

qoyuluşu, texnologiya və insani qüvvə haqqında doğru və düzgün qərar verilməlidir.  

Orta i

darəetmə zəminində. 

 



Xəstəxana işçilərinin funksiyalarına nəzarət; 

 



çatışmazlıqların zamanında tanınması; 

 



xəstəxananın inzibati və maliyyə məlumatlarını əldə etmək; 

 



makro  idarəetməyə  cavab  vermək  üçün  düzgün  və  dəqiq idarəetmə  məlumatlarını  hazırlamaq 

imkanı əldə etmək; 

 

xəstələr və müştərilərin gündəlik problemlərinin həlli ilə uğraşmaq; 



 

maliyyə müdirliyi ilə düzgün əlaqə yaratmaq. 



Şöbə idarəetmə zəmində. 

 



Tibb  bacıları  və  şöbə  üzrə  xidməti  kadrların  saatlarının  dəqiq  proqramlaşdırması  və  zamanın 

hədərə getməsinin qarşısını almaq; 

 

lazımi insani qüvvələrin tərif edilməsi üçün şöbə kadrlarının iş həcmini faktiki şəkildə müəyyən 



etmək; 

 



xidmət  və  işlənən  materiallar  tələbatının  kontrolu  və  qənaət  üçün  onların  təkrar  məsrəfinin 

qarşısını almaq; 

 

şöbənin  mövcud  vəziyyətinin  kontrolu  üçün  xəstəyə  həqiqi  lazım  olan  materialların  dəqiq 



məlumatının verilməsi; 

 



xəstələrin  xəstəxanada  yatırılmalarına  cavabdeh  olmaq  və  dolu  çarpayıların  miqdarını  təyin 

etmək. 


 

 

Bunlardan başqa ayrı-ayrılıqda aşağıdakıları da nəzərdən keçirmək mümkündür. 



 

xəstələrə qulluq və nəzarət imkanları 



 

m



üalicə həkimləri üçün yaradılacaq imkanlar 

 



Cərrahlığın idarəetməsi haqqında 

 



Pol

iklinik idarəetməsi haqqında 

 

Aptekin müdiriyyətinə aid  



 

Maliyyə müdiriyyəti zəminində təqdim edilən imkanlar 



 

Təxirəsalınmaz halın idarəetməsində  imkanlar 



 

Şöbə katibliyinə aid imkanlar  



 

Ümumiyyətcə  hər  xəstəxananın  müxtəlif  hissələrinin  ehtiyac  və  tələbləri  bu  ehtiyaclara cavab 

verməli olan XİS-in quruluşunun mürəkkəbliyini təyin edir.  

 

XİS-nin xüsusiyyətləri 

 



hər tibbi hadisədə xüsusi verilənlər axını yaradır. 

 



 

yeni ehtiyacları tanımaqla onun getdikcə inkişafı mümkün olur. 

 

bütün müalicəvi-dərman mərkəzlərində istifadə edilə bilər. 



 

ən güclü, mükəmməl təhlükəsizliyi təmin edən sistemə malikdir. 



 

İnformasiyaların emal  və  ehtiyat  götürməsi  mərkəzləşdirilmiş  və  mərkəzləşdirilməmiş  şəkildə 



ola bilər; 

 



 

tibbi informatika standartları ilə sıx uyğunluğa malikdir

 

 



müxtəlif proqram aparatı və proqram təminatı ilə informasiya ötürmə imkanına malikdir; 

 



elektron kart imza sistemlərindən istifadə və himayə etmə sisteminə malikdir; 

 



xəstələrin tanıma və müalicəsi üçün istifadə etmə imkanı 

Aşağıdakı yollarla müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və xidmət qəbul edənlərin 

razılığının artması mümkün olur. 

 



xəstəxananın idarəsi zamanı elmi idarəetmənin yaranması; 

 



xərclərin azaldılması və gəlirlərin artması ilə müalicə iqtisadıyyatının yaxşılaşdırması; 

 



xəstəxana  kadrlarının  iş  vaxtında  qənaət  etmək,  yəni  kadrların  informasiyanın  ötürmə  və 

izləməyə sərf etdiyi zamana qənaət etməklə xidmət təqdim etmə zamanının artması imkanı; 



 

61 


 

 



xidmət  zamanının  qeyd  edilməsi  ilə  xəstəxananın  müxtəlif  bölmələrinin  işlərində  məntiqi 

nizamın yaradılması. 

XİS  mövcud  olduqda  tibbi  qanunları  pozmanın  miqdarı  azalacaq,  çünki  xəstələrin  tibbi 

sənədləri  dəqiq,  faktiki,  məlum  tarixli  və  dəyişilməz  olacaqdır.  Uzaqdan  müalicə  yolu  ilə  XİS 

vasitəsilə həm ölkə daxilində, həm də ölkənin xarici ilə mümkün olacaqdır. XİS aşağıdakı yollarla 

tibbi təlimin yüksəlməsinə səbəb olacaqdır: 

1. Ölkənin daxili və ya ölkəxarici universitetlər arasında xəstələrin tibbi elektron sənədlərinin 

qarşılıqlı  ötürülmə  imkanı  və  bu  xəstələrin  xəstəliklərinin  tanıma  və  müalicəsi  ilə  bağlı  elmi 

mübahis

ələr və uzaqdan elmi konfransların həyata keçirilməsi



2.  Təlim  iclaslarında  xəstələrdən  toplanan  bütün  informasiyalar,  çəkilmiş  şəkillər  və  kino-

filmlərin göstərmə imkanı və bu iclasların keyfiyyət və cazibədarlığının artması; 

3. XİS ilə xəstələrin tibbi sənədlərinin mükəmməl olması mümkündür. 

 

XİS-nin  dəyəri  haqqında  aparılmış  araşdırmalar.  Dünya  miqyasında  aparılan  araşdırmalar 

göstərir  ki,  bu  sistemin  işlədilməsi  səhiyyə  və  müalicə  xidmətlərinin  keyfiyyətinin  yüksəlməsini 

yaxşılaşdıraraq, müştərilərin razılığına səbəb olub və bu sistemin elmi bir müdiriyyət və müalicə 

iqtisadıyyatının yaxşılaşmasına müsbət və təsirli rol oynayır. 

XİS  dərman  yazıb-vermə  zamanı  yaranan  xətaların  26%-ini  azaltmış  və  bir çox  xəstənin 

xəstəxanada  yatırılmasının  qarşısını  almış  və  ildə  milyonlarla  dollardan  artıq  qənaətə  səbəb 

olmuşdur .  

Amerika xəstəxanalarında həyata keçirilən başqa bir araşdırma da sübut etdi ki, xəstəxananın 

kiçik  miqyasında  aparılan  avtomatizasiya  metodları  avtomatizasiya  sistemlərinin  işlədilməsinin 

yax


şılıqlarını yerinə yetirə bilməz.  

XİS-nin verdiyi verilənlər gündəlik tibbi fəaliyyətlər zamanı toplanaraq ehtiyat götürülür və 

müxtəlif  funksiyalar  üçün  xəstəxanada  istifadəyə  verilməklə  yanaşı  bu verilənlər  lazımi  zamanda 

kliniki epidemioloji araşdırmalar üçün də istifadə edilə bilər.  



Yüklə 37,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin