Azərbaycan Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti Sərbəst işi N2 Fənnin adı



Yüklə 0,67 Mb.
səhifə2/6
tarix14.05.2022
ölçüsü0,67 Mb.
#57978
1   2   3   4   5   6
sərbəst iş 2

Bu sahələrdəki

2 2

elektromaqnit enerjisinin toplanması prosesi ani ola

bildiyi kimi, bir şəkildən başqa şəklə çevrilməsi də birdən-birə olmur.

Elektrik dövrəsinin rejiminin hər cür dəyişməsi, onun tutumla əlaqədar hissələrində gərginliyin, induktivliklə əlaqədar hissələrində isə cərəyanın arası kəsilmədən dəyişməsinə səbəb olur. Dövrənin bir qərarlaşmış rejimdən ikincisinə keçməsi zamanı alınan proseslərə qərarlaşmamış və ya keçid prosesləri deyilir. Dövrənin parametrlərinin və ya sxeminin dəyişməsinə kommutasiya deyilir. Həmin proseslər zamanı dövrədə və ya onun müəyyən bir hissəsində alınan gərginlik və cərəyanlara qərarlaşmamış kəmiyyətlər deyilir.

Dövrələrdə qərarlaşmış rejimin ani olaraq dəyişə bilməməsinin səbəbi, dövrənin müxtəlif elementlərində qərarlaşmış maqnit və elektrik sahələrinin bir qiymətdən ikinci qiymətə ani keçə bilməməsidir. Buna görə də dövrədəki cərəyan şiddəti və onun iki nöqtəsi arasındakı gərginlik ani olaraq sıçrayışla dəyişə bilmir.

Keçid hadisələri dövrədə kommutasiya qanunlarına əsasən öyrənilir. Kommutasiya qanununa əsasən induktivliyə malik dövrədə maqnit seli və cərəyan, tutuma malik dövrədə isə elektrik yükü və gərginlik kommutasiya zamanı öz əvvəlki

qiymətlərini mühafizə edirlər. Kommutasiya momentində induktivlikdəki cərəyanın


və tutumdakı gərginliyin qiymətləri başlanğıc qiymətlər adlanır və işarə olunur.

i 0, u 0

ilə


Ümumiyyətlə, elektrik dövrələrində keçid hadisələrinin öyrənilməsinin və

düzgün hesablanmasının müasir elm və texnika üçün əhəmiyyəti çox böyükdür.



    1. Keçid hadisələri

Kommutasiyadan sonra müəyyən müddət ərzində müşahidə olunan, dövrədə gərginlik və cərəyanın arası kəsilmədən dəyişməsilə xarakterizə olunan vəziyyətə keçid rejimi deyilir.

Keçid dövründə dövrədə baş verən hər bir hadisəni eyni zamanda davam edən iki hadisənin cəmi kimi qəbul etmək olar. Bu hadisələr, dövrənin qərarlaşmış sərbəst keçici rejimlərdən ibarətdir.

Qərarlaşmış rejimə çox vaxt məcburi rejim də deyilir. Şəkil 8.1-də bir rejimdən


ikinci bir rejimə keçən, mənbəyə qoşulan və mənbədən açılan dövrələrin cərəyan qrafikləri göstərilmişdir.

Şəkildən göründüyü kimi, tr

keçid müddətində əmələ



gələn rejimi təmsil edən i cərəyanını başqa iki rejimi xarakterizə edən cərəyanların toplusu kimi göstərmək

olar. Belə ki, şəkildə göstərilən hər üç hal üçün i i i

m s

alınır. Bunlardan birincisi im dövrənin qərarlaşmış,

ikincisi isə is

sərbəst rejimlərini xarakterizə edən



cərəyanlardır. Sərbəst cərəyanın müsbət və ya mənfi işarələrlə nəzərə alınması dövrədə əvvəlcədən (kommutasiyadan qabaq) toplanmış enerjinin yaratdığı cərəyanın və ya gərginliyin istiqamətini göstərir.

Tənliklərin qurulmasında sadəlik və ümumilik

alınması üçün is

sərbəst cərəyan müsbət işarə ilə daxil



edilir, yəni keçid cərəyanı


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin