Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix28.02.2022
ölçüsü0,96 Mb.
#53246
1   ...   5   6   7   8   9   10   11   12   ...   35
kitab20100816020715748

Divan  əmiri:  Mənbələrdə  ―əmir-i  divan‖  adlanan  bu  əmirin  vəzifəsinin 
məzmunu  barədə  hələlik  müəyyən  bir  məlumatın  olmadığını  bildirən  V.F. 
Minorski  divan  əmirinin  xüsusi  divanı  olduğunu  qeyd  edib  yazmışdır  ki,  onun 
divanı  həm  sədrin,  həm  də  vəzirin  divanından  üstün  olmuşdur  [112,  162]. 
Doğrudan  da,  tanış  olduğumuz  mənbələrin  heç  birində  divan  əmiri  vəzifəsinin 
məzmunu  şərh  edilməmişdir.  Lakin  məlumdur  ki,  divan  əmiri  ―digər  əmirlərdən 
yüksəkdə duraraq, böyük ixtiyara malik idi‖ [11, 40]. 
Bəzən döyüşdə qalib gələn tərəfə əhəmiyyətli köməklik göstərən şəxs ona 
ehtiyac olduqda, divan  əmiri vəzifəsinə layiq görülürdü. Məsələn, 810 (1407/08)-
cu ildə Əlincə qalasında baş verən qiyam  yatırıldıqdan sonra qalanın yeni  hakimi 
olan Qara İsgəndər üsyan başçılarından biri olan Şəhriyarı divan əmiri etmişdi [64, 
262a].  Bu  misalla  güman  etmək  olar  ki,  vilayət,  şəhər  və  qala  divanlarının  hər 
birinin  öz  divan  əmiri  olmuşdur.  Qaraqoyunluların  başçısı  Qara  Yusif  olduğu 
halda,  Şəhriyarı  divan  əmiri  vəzifəsinə  sülalənin  başçısı  yox,  şahzadə  İsgəndər 
təyin  etmişdi.  Atası  ilə  məsləhətləşmədən  belə  hərəkət  edən  şahzadə,  görünür  ki, 
ona  təhvil  verilən  Əlincəni  öz mülkü hesab  etmiş  və  qala divanının  əmiri  olmağı 
Şəhriyara məsləhət görmüşdü. 
Digər qaraqoyunlu şahzadəsi Pirbudağın Bağdaddakı divan əmiri Mir Əli 
Şükür adlı əmir olmuşdur [56, 364, 373]. 
Səfəvilər  dövründə  də  bu  vəzifə  qalmaqda  idi.  I  Şah  Təhmasibin  divan 
əmiri  Məsum  bəy  Səfəvi  olmuşdur  [77,  209,  220;  58,  77]  ki,  o,  Həsən  bəy 
Rumlunun məlumatına görə sonradan şahın vəkili təyin edilmişdi [65, 411, 490] 
Bəzi  mənbələrdə  divan  əmiri  və  əmirül-üməranın  vəzifələri  bir-birinin 
qarşılığı  kimi  işlənir.  Mir  Yəhya  Qəzvini  yazır:  ―Divan  əmiri  olan  Çayan  sultan 
Ustaclu vəfat etdi, onun yerini oğlu Bayazid sultana verdilər. O da bir neçə gündən 
sonra  öldü  və  əmirül-üməralıq  mənsəbinə  Div  sultan  Rumlu  təyin  edildi‖  [98. 
150a]. 
Yaxud  Budaq  Qəzvini  göstərir:  ―Divan  əmirliyi  Çayan  sultan  Ustacluya 
verildi  və  əmirül-üməra  oldu‖  [61,  288a].  Yenə  də  bu  müəllif  yazır  ki,  I  Şah 
İsmayılın  vəsiyyətinə  görə  Div  sultan  Rumlu  əmirül-üməra  və  ―əmir-i  divanlıq 
möhürünü əmirlərin möhüründən yuxarı vurdu‖ [61, 297b]. 
Bu misallardan aydın olur ki, bəzi tarixçilərin əsərlərində divan  əmiri və 
əmirül-üməra  mənsəbləri  eyniləşdirilmişdir.  Həsən  bəy  Rumlu  və  Qazi  Əhməd 
Qəffari  də  Çayan  sultanın  Çaldıran  vuruşmasından  sonra  əmirül-üməra  olduğunu 
göstərirlər [65, 150; 81, 277a]. Bunlardan belə nəticəyə gəlmək olar ki, divan əmiri 


42 
 
vəzifəsini aparan şəxs bütün əmirlərin yox, yalnız divan əmirlərinin rəhbəri olmuş, 
eyni  zamanda  əmirül-üməra  adlandırılmışdır.  Dövlətin  əmirül-ümərası  isə  divan, 
ordu  və  sərhəd  əmirlərinin  rəhbərliyini  etmiş,  divan  əmiri  də  onun  tabeliyində 
olmuşdur. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin