Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə2/35
tarix28.02.2022
ölçüsü0,96 Mb.
#53246
1   2   3   4   5   6   7   8   9   ...   35
kitab20100816020715748

I FƏSİL 
 
HƏSƏN BƏY RUMLUNUN HƏYATI VƏ  
ONUN  “ƏHSƏNÜT-TƏVARİX” ƏSƏRİ 
 
Azərbaycanın  tarixçisi  Həsən  bəy  Rumlunun  həyatı  haqqında  məlumat 
olduqca azdır. ―Əhsənüt-təvarix‖ və onun müəllifinin fəaliyyəti ilə B.A. Dorn [105, 
227 - 278], V.Xanıkov [104, 26], Ç.Riyö [117, 36 - 37], Ç.N. Seddon [120, 307 - 
313],  V.Minorski  [111,  449  -  455],  Ç.A.  Stori  [121,  306  -  308],  Məhəmməd 
Möhsün [100, 287], A.A. Romaskeviç [42, 8 - 10], İ.P. Petruşevski [39, 27 – 30; 
40, 249], M. Abidova [25,5], M.X. Nemətova [10, 62], O.Ə. Əfəndiyev [52, 17  - 
18],  C.  İbrahimov  [30,  9],  S.  Nəfisi  [85,  223  -  224],  Ə.  Hayeri  [86,  1069]  kimi 
onlarca  şərqşünas  alim  maraqlanmış  və  fikirlər  söyləməyə  çalışmışlarsa  da,  özü 
barədə  müəllifin  yazdıqlarından  əlavə  bir  şey  əldə  edə  bilməmişlər.  Lakin  Həsən 
bəy  Rumlunun  tərcümeyi-halını  ətraflı  işıqlandırmağa  səy  edən  İran  tədqiqatçısı 
Ə.H.  Nəvayinin  ―Əhsənüt-təvarix‖in  Tehran  nəşrinə  yazdığı  ―Müqəddimə‖ 
xüsusilə qeyd olunmalıdır [66, 13 - 32]. 
İstər Həsən bəy Rumludan əvvəl, istərsədə sonra yaşamış bir sıra orta əsr 
tarixçiləri,  o  cümlədən  də  ―Əhsənüt-təvarix‖  əsərinin  müəllifi  barədə  ətraflı 
məlumatın  olmaması  heç  də  təəccüb  doğurmamalıdır,  çünki  o  dövrün 
ədəbiyyatında  əsasən  hökmdarların  həyatı  qələmə  alınır,  fəaliyyəti  hərtərəfli 
işıqlandırılırdı. Məhz bu səbəbdən də, başqaları haqqında cildlərlə əsər yaradan bir 



 
çox  tarixçinin  tərcümeyi-halı  kölgədə  qalır,  onlar haqqında    yalnız  kiçik  qeydlər 
edilirdi. 
Azərbaycanın  rumlu  qəbiləsindən  olan  və  sonralar  bu  qəbilənin  adı  ilə 
tanınan  Həsən  bəy  Rumlu  hicri  937-ci  ildə  (1530/31)  Qum  şəhərində  anadan 
olmuşdur  [65,  238]
2
.  O,  ehtimal  ki,  hələ  kiçik  ikən  atasını  itirmişdir.  Müəllif 
əsərinin  heç  bir  yerində  atasının  kimliyi,  onun  cəmiyyətdəki  mövqeyi  və  s. 
cəhətləri  barədə  danışmamış,  ancaq  dəfələrlə  babası  Əmir  sultan  Rumlunu 
xatırlamışdır. Belə ki, 943 (1536/37)-cü ildə I Şah Təhmasibin (hakimiyyət illəri: 
1524  –  1576)  fərmanı  ilə  Gilana  hakim  təyin  edilən  Bəhram  Mirzə  (I  Şah 
Təhmasibin  kiçik  qardaşı)  gilanlıların  ona  qarşı  müxalifəti  nəticəsində    məğlub 
olaraq Qəzvinə gəldiyi vaxt Həsən bəy Rumlu öz anası ilə ―Əmir sultan Rumlunun 
əcdadına tiyul
3
‖ kimi verilən həmin şəhərdə yaşayırdı [65, 278]. Əgər o zamanlar 
öz  yaşlı  Həsənin  atası  sağ  olsaydı,  oğlu  onu  xatırlar  və  sonralar  qələmə  alacağı 
salnamədə adını çəkərdi. Şahzadə Bəhram Mirzənin Qəzvində öz ailəsi tərəfindən 
qarşılanması  barədə  Həsən  bəy  Rumlu  belə  yazmışdır:  ―Bu  sətirlərin  müəllifi 
Həsən  bəy  Rumlu  o  vaxtlarda  Qəzvində  idi...  Anamla  onu  qarşıladıq  və  şahanə 
çadırlar, pul, yaxşı atlar və qiymətli mallar verdik‖ [65, 278]. Həsən bəy ailəsinin 
səfəvi  şahzadəsinə  verdiyi  zəngin  əşyalara  bu  nəslin  varlı  təbəqəsinə  mənsub 
olduğunu göstərir. 
946  (1539\40)-cı  ildə  Həsən  bəy  Rumlunun  həmişə  adı  ilə  fəxr  etdiyi 
babası vəfat etdi [65, 278]. O, vaxt hələ yeniyetmə olan gələcək qorçi (xüsusi şah 
alayının  döyüçşüsü)  və  tarixçi,  Əmir  sultan  Rumlunun  vəfatına  qədər  heç  bir 
mülki,  ya  hərbi  xidmətdə  olmamış,  baba  və  anasının  himayəsində  yaşamışdı. 
Babasının ölümü isə onun sakit həyatında mühüm dəyişiklik yaratdı və o, özünün 
dediyi kimi, ―qorçilik möhnətinə giriftar oldu‖ [65, 295]. 
Gənc Həsən bəyin hərbi xidmətdə keçirdiyi iki ildə elə bir mühüm hadisə 
olmamış  və  onun  bu  vaxt  ərzində  fəaliyyəti  əsərdə  xatırlanmamışdır,  lakin  948 
(1541/42)-ci  ildə  I  Şah  Təhmasibin  qorçiləri  sırasında  o,  səfəvi  qoşununa  tabe 
olmaqdan 
boyun 
qaçıran 
Xuzistan 
valisi 
Əlaüddövlə 
İsmayılın 
cəzalandırılmasından ötrü Dizful şəhərinə tərəf hərəkət etmiş və 980 (1572/73)-ci 
ilədək səfərlərdə ―əzəmətli ordu ilə getmiş və hadisələrin çoxunu şəxsən müşahidə 
etmişdir‖ [65, 301]. 
I  Şah  Təhmasib  hərbi  səfərlərini  davam  etdirdikcə  Həsən  bəy  Rumlu  da 
onu  müşayiət  edir,  qorçilər  sırasında  döyüşürdü.  953  (1546/47)-cü  ilin  qışında  I 
Şah  Təhmasib  Gürcüstana  hücum  etmək  fikrinə  düşdü.  Həsən  bəy  Rumlunun 
göstərdiyi  birinci  igidliklə  bu  yürüş  vaxtı  tanış  oluruq.  ―O  vaxt  Əmir  sultan 
Rumlunun nəvəsi Həsən bir dəstə rumlu və çəpəni (tayfa adıdır – Ş. F) qorçiləri ilə 
                                                             
2
 Ç.N. Seddon, Ç.A. Stori, İ.P. Petruşevski və O.Ə Əfəndiyev yuxarıda adları çəkilən əsərlərində Həsən 
bəy  Rumlunun  h.  938-ci  ildə  doğulduğunu  qeyd  etmişlər.  Halbuki  müəllifin  özü  h.  937-ci  ildə 
doğulduğunu bildirmişdir. 
3
 Bu qeyri-irsi feodal torpaq mülkiyyəti forması haqqında aşağıda məlumat veriləcəkdir. 



 
amansız kəbrlər dəstəsinə düçar oldu. Bu həqir
4
  Şahqulu  adlı  bir  çəpəni  qorçi ilə 
hücum etdi. Onları dağıdıb bir hissəsini yaraladıq və öldürdük. Bir neçə əsir tutub 
qayıtdıq‖ [65, 316]. 
Həsən bəy  Rumlunun göstərdiyi ikinci hünər bu hadisədən 4 il sonra baş 
vermişdir.  957  (1550/51)-ci  ildə  Kürdüstanın  Şəhrizur  şəhərinin  valisi  Bəgə 
Ərdalan bir dəstə döyüşçü ilə qızılbaşların əlində olan Sürxab qalasının yaxınlığına 
gəlib  çıxmışdır.  Bunu  eşidən  I  Şah  Təhmasib  Bəgənin  üstünə  qoşun  yollayır. 
―Əhsənüt-təvarix‖də  oxuyuruq:  ―O  gün  bu  sətirlərin  müəllifi  olan  Həsən  Rumlu 
Zülm  (?)  qalasına  yaxın  olan  bir  təpədə  bir  dəstə  kürdlə  vuruşdu...  Bir  kürd... 
Şahverdi bəyi tutmaq istədikdə, bu həqirin yoldaşı Hüseynqulu xəlifə fəryad etdi: 
―Ey  cavanlar,  ya  döyüşün,  ya  da  qadın  paltarı  geyinin‖.  Ancaq  onlar  elə 
qorxmuşdular ki, atlardan düşüb, özlərini yüz məşəqqətlə dağdan atdılar. Bu fəqir 
Hüseynqulu  xəlifə  ilə  hücuma  keçərək  kürdləri  dağıtdı  və  Şahverdi  bəyi  ata 
mindirib geri qayıtdı. Qorçiləri təqib etməkdə olan 40 nəfər kürdlə vuruşa-vuruşa 
aradan çıxdıq [65, 345 - 346]‖. 
―Əhsənüt-təvarix‖ salnaməsini yüksək qiymətləndirən tarixçi İsgəndər bəy 
Münşi  Hindistan  padşahı  Hümayunun  (hakimiyyət  illəri:  1530  -  1555)  951 
(1544/45)-ci  ildə  səfəvi  sarayına  gələrək,  I  Şah  Təhmasibə  qiymətli  hədiyyələr 
təqdim etdiyi vaxt Həsən bəy Rumlunun da həmin məclisdə iştirak etdiyini bildirir 
[59,  99],  lakin  bizim  müəllif  nədənsə  bu  məclisdəki  iştirakı  barədə  məlumat 
verməmişdir. 
―Əhsənüt-təvarix‖dən məlum olur ki,  Həsən bəy  Rumlu elm öyrənməklə 
də məşğul olmuşdur: ―Bu sətirlərin müəllifi o böyük şəxsin (Mövlana ƏbülHəsənin 
–  Ş.  F)  hüzurunda  təcrid  elmini  öyrəndi‖  [65,  411].  Həsən  bəy  Rumlu  alim 
Cəmaləddin  Mahmud  Şirazinin  yanında  bədii  sənətin  bir  sahəsi  olan  şəmsiyyəni 
öyrəndiyini də xatırlamışdır [65, 142]. 
I  Şah  Təhmasibin  vəfatına  qədər  sarayda  yaşayıb,  öz  əsərini  yazmaqla 
məşğul olan müəllif, səfəvi şahları tarixində ən qəddar bir şahın – II Şah İsmayılın 
hökmranlığı  zamanı  (1576  –  1577)  baş  verən  hadisələri  kənardan  izləmiş, 
salnamənin  davamı  üçün  məlumat  toplamış  və  II  Şah  İsmayılın  öldürülməsindən 
bir qədər əvvəl 985 (1577)-ci il hadisələrini də qələmə almışdır. 
Həsən  bəy  Rumlu  öz  çoxcildli  əsərinin  sonuncu  cildini  İsmayıl  Mirzəyə 
(II Şah İsmayıla) ithaf etmişdir. Bu haqda onun belə bir qeydi vardır: ―Bu pərişan 
kəlmələrin  müəllifi...  Həsən  bu  cildi  də  gənc  şahzadə  İsmayıl  Mirzənin  adına 
yazmışdır‖ [65, 1]. 
Ə.  Nəvayi  Həsən  bəy  Rumlunun  II  Şah  İsmayılın  tərəfdarı  olduğunu 
bildirir  [66,  18,  20],  lakin  Həsən  bəyin  özü  bu  haqda  susmuşdur.  II  Şah  İsmayıl 
dövründə  bizim  tarixçinin  Səfəvi  dövlətinin  paytaxtı  Qəzvində  yaşayıb-
yaşamaması da müəyyən deyildir. 
                                                             
4
 Əsərdə ara-sıra təsadüf olunan ―bu həqir, bu fəqir‖ ifadələri müəllifin özünə aiddir. 



 
I  Şah  Təhmasibin  vəfatından  sonra  Həsən  bəy  Rumlu  doğulduğu  Qum 
şəhərinə gedir. Onun harada qaldığı müddət barədə dəqiq məlumat yoxdur. Yalnız 
985  (1577)-ci  ildə  taxta  əyləşməkdən  ötrü  Qəzvinə  gedən  Məhəmməd 
Xudabəndənin  hüzuruna  gələn  müəllifin  şah  tərəfindən  hörmətlə  qarşılanması  və 
―şaha yaxın adamlar‖ zümrəsinə daxil edilməsi məlumdur [65, 500]. 
Yuxarıda  qeyd  olunduğu  kimi,  ―Əhsənüt-təvarix‖dəki  hadisələrin  təsviri 
985 (1577/78)-ci ili də əhatə etdikdən sonra qırılır və əsər natamam qalır. Təəssüf 
ki,  Həsən  bəy  Rumlunun  nə  qədər  yaşaması  və  salnaməni  nə  səbəbə  tamamlaya 
bilməməsi barədə hələlik heç bir məlumat yoxdur. 
―Əhsənüt-təvarix‖dən  bəhs  edərkən,  hər  şeydən  əvvəl,  onun  cildərinin 
miqdarı haqqında danışmaq lazımdır. Bu məsələ xüsusunda bir neçə fikir vardır: 
1. 
Əsər 12 cilddən ibarət olmuşdur. 
2. 
Əsər 12 cilddən ibarətdir və sonuncu 11-ci cilddir. 
3. 
Əsər 10 cilddə (yaxud hissədə) qələmə alınmışdır. 
Birinci  fikrin tərəfdarları  sırasında  İ.P.  Petruşevski  [39,  28],  M.  Abidova 
[25,5],  M.X.  Nemətova  [10,  62],  O.Ə.  Əfəndiyev  [52,  17],  .  C.M.  İbrahimov 
[30,9],  S.B.  Aşurbəyli  [27,  8],  S.M.  Onullahi  [11,  36]    istifadə  etmiş  olduqları 
cildlərin XI və XIII cildlər olduğunu göstərmişlər. İranda nəşr olunan ―Rahnoma-
ye  ketab‖  məcəlləsində  də  ―Əhsənüt-təvarix‖in  Ç.N.  Seddon  tərəfindən  edilən 
nəşrinin  XII  cild  olması  və  əsərin  XI  cildinin  1349-cu  ildə  (1970)  Tehranda  çap 
etdirilməsinə  dair məlumat  dərc  olunmuşdur  [70,  179].  Lakin  salnamənin  cildləri 
haqqında  birinci  fikri  sübuta  yetirən  dəlilə  istər  onun  Leninqraddakı  əlyazma 
nüsxəsində, istərsə də Ç.N. Seddon nəşrində təsadüf olunmur,  əksinə, Həsən bəy 
Rumlu I Şah İsmayılın həyat və fəaliyyətinin təsvirinə başlayarkən, qələmə aldığı 
cildin  X  cild  olduğunu  göstərmişdir  ki,  bu  barədə  bir  qədər  sonra  danışılacaqdır. 
Bəs nəyə əsasən tədqiqatçıların əksəriyyəti ―Əhsənüt-təvarix‖in əldə olan cildlərini 
XI və XII cildlər olduğunu söyləmişlər? 
Məlumdur ki,  sovet  alimlərindən ilk  dəfə İ.P.  Petruşevski  bu  salnamənin 
12 cild olduğunu bildirmiş, lakin fikrini əsaslandırmamışdır. O, həmçinin bizimdə 
istifadə etdiyimiz ―Əhsənüt-təvarix‖in Leninqrad əlyazma nüsxəsinə və əsərin Ç.N. 
Seddon  nəşrinə  müraciət  etmişdir,  lakin  onun  fikrini  təsdiq  edə  biləcək  məlumat 
həmin  nüsxələrin  heç  birində  yoxdur.  Ehtimal  ki,  İ.P.  Petruşevskidən  sonra 
―Əhsənüt-təvarix‖ə müraciət edən tədqiqatçılar da onun fikrini əsas tutaraq, əsərin 
12 cilddə yazıldığını göstərmişlər. 
―Əhsənüt-təvarix‖  əsərinin  cildləri  barədə  söylənən  ikinci  fikir  M.İ. 
Şəmsinindir.  O  yazır:  ―Əsər  12  cilddən ibarətdir.  Lakin  onun  yalnız  10  və  11-ci 
cildləri dövrümüzə qədər gəlib çatmışdır‖ [24, 9]. Həsən bəy Rumlu və  ―Əhsənüt-
təvarix‖ əsəri haqqında  olan müxtəlif mənbə və tədqiqat əsərləri araşdırılarkən, biz 
heç  yerdə  M.İ.  Şəmskinin  bu  fikrini təsdiq  edə  biləcək  fakta rast  gəlmədik.  M.İ. 
Şəmsi sözünə davam edərək yazır: ―Əhsənüt-təvarix‖ kitabı 1931 – 1934-cü illərdə 
Çarlz Seddon tərəfindən tərtib edilərək iki cilddən ibarət çap olunmuşdur. 1495 – 



 
1577-ci illər hadisələrindən bəhs edən 2-ci cilddə Kürdüstan tarixi haqqında daha 
ətraflı  məlumat  verildiyi  üçün  tədqiqat  işimizdə,  əsasən,  həmin  cilddən  istifadə 
etmişik [24, 9]. Onun dediyindən belə çıxır ki, Ç.N. Seddon əsərin hər iki cildini 
çap etdirmişdir. Ancaq məlum olduğu kimi, bu belə deyildir. Salnamənin yalnız bir 
cildi  Ç.N.  Seddon  tərəfindən  nəşr  etdirilmişdir.  M.İ.  Şəmsinin  2-ci  cild  kimi 
qələmə  verdiyi  kitab  isə,  əsərin  Ç.N.  Seddon  nəşrinin  ingilis  dilinə  müxtəsər 
tərcüməsidir. 
―Əhsənüt-təvarix‖in cildləri haqqında irəli sürülmüş üçüncü fikir isə A.A. 
Romaskeviçə   məxsusdur. O,  əsərin Leninqrad  əlyazma nüsxəsinə əsasən məlum 
cildlərin XI və XII yox, IX və X  cildlər olduğunu bildirmişdir [42, 8].  Doğrudur, 
bu barədə ondan çox-çox əvvəl B.A. Dorn məlumat vermişdir, lakin o onları IX və 
X cildlər deyil, hissələr kimi göstərmişdir [105, 277]. 
Beləliklə,  ―Əhsənüt-təvarix‖  əsərinin  Leninqrad  əlyazma  nüsxəsinə 
əsasən, demək olar ki, bu salnamə 10 cilddə yazılmışdır. Belə ki, Həsən bəy Rumlu 
əsərin  X  cildinin  əvvəlində  üzərində  işlədiyi  cildin  X  cild  olduğunu  bildirərək 
yazır: ―Əhsənüt-təvarix‖in X cildində Şah İsmayılın dövləti idarə etmək istəməsi... 
barədə yazılmışdır‖ [64, 117]. 
Əgər  aralarında  olan  bəzi  kiçik  fərqləri nəzərə almasaq,  görmək  olar  ki, 
―Əhsənüt-təvarix‖in Ç.N. Seddon tərəfindən nəşr edilən mətni Leninqrad əlyazma 
nüsxəsinin  müvafiq  cildinin  eynidir,  lakin  bu  nəşrdə  əsərin  əlyazma  nüsxəsində 
olan ―X cild‖ sözü yazılmadığından onun neçənci cild olduğu göstərilməmişdir. 
V.  F.  Minorski  ―Əhsənüt-təvarix‖in  Ç.N.  Seddon  nəşrindən  üç  il  sonra 
həmin  nəşr  haqqında  rəy  yazmış  və  naşirin  bu  sahədə  etdiyi  xidməti  yüksək 
qiymətləndirmişdir,  lakin  tədqiqatçı  salnamənin  başqa  əlyazma  nüsxələrindən 
istifadə  etmədiyindən  əsərin  neçə  cild  olması  xüsusda  fikir  söyləməmişdir  [110, 
449 - 457]. Ç.N. Seddonun özü də ―Əhsənüt-təvarix‖in əvvəlki cildləri barədə söz 
açmasına  baxmayaraq,  nəşr  etdiyi  cildin  neçənci  olduğunu  bildirməmişdir  [120, 
311]. Elə  buna  görə  də, alman  şərqşünası  V.  Hins  II  Şah  İsmayılın həyatına həsr 
etdiyi  monoqrafiyada  əsas  mənbələrdən  biri  kimi  istifadə  etdiyi  ―Əhsənüt-
təvarix‖in  (Ç.N.  Seddonun  nəşrinin)  neçənci  cild  olmasını  göstərməmişdir  [108].  
E.  Qlasen  isə  Qazi  Əhməd  Quminin  ―Xülasətüt-təvarix‖  (―Tarixçilərin  xülasəsi‖) 
kitabı əsasında qələmə aldığı  tədqiqat əsərində ―Əhsənüt-təvarix‖in son cildlərinin 
XI və XII cildlər olduğunu bildirmişdir [108, 17]. İngilis tədqiqatçısı Ç.A. Stori də 
birinci  fikrin  tərəfdarları  sırasındadır  [121,  306].  ―Əhsənüt-təvarix‖  əsərinin 
cildlərinin miqdarı və əlimizdə olan cildlərin neçənci olduğu barədə birinci fikrin 
tərəfdarları  çoxluq  təşkil  edirlərsə  də,  Həsən  bəy  Rumlunun  yaşadığı  dövrdən  az 
sonra  üzü  köçürülən  [42,  8]  salnamənin  Leninqrad  nüsxəsindəki  həmin  cümlə 
əlimizdə  sanballı  bir  sübut  olduğundan,  biz  də  əsərin  cəmi  10  cilddə  yazıldığı 
fikrinin tərəfdarıyıq. 
―Əhsənüt-təvarix‖ in son IX və X cildlərindən başqa yazılmış ilk cildlərin 
taleyi  barədə  hələlik  heç  bir  məlumat  yoxdur,  lakin  dövrümüzə  gəlib  çatmayan 


10 
 
həmin  cildlərin  bəziləri  haqqında  müəllifin  özü,  yeri  gəldikcə,  məlumat  verir.  O, 
salnamənin  X  cildinin  sonunda  bir  çox  vilayətlərin  təfsilatını  əsərin  əvvəlki 
cildlərində qələmə  aldığını  göstərmişdir  [65, 460].  Bundan başqa, müəllif  VI  cild 
haqqında  yalnız  bir  yerdə  məlumat  vermiş  [65,  141],  VII  cildi  isə  iki  dəfə 
xatırlatmışdır  [65,  141,  495].  Əsərin  VI  cildi  haqqında  Həsən  bəy  Rumlunun 
verdiyi  məlumat  belədir:  ―VI  cilddə  yazıldığı  kimi,  onun  əlini  kəsdikləri  üçün 
(xəttatlığı)  öz  qızına  öyrətdi‖  [65,  141].  Bu  cümlədə  haqqında  danışılan  şəxs 
məşhur  xəttat  İbn  Müqlədir.  Onun  yaşadığı  illəri  müəyyən  etməklə  ―Əhsənüt-
təvarix‖in  VI  cildinin  təxminən hansı  dövrü  əhatə  etmiş  olduğunu  söyləmək  olar. 
Əgər  İbn  Müqlənin  272  (885/86)-cı  ildə  təvəllüdünü  və  328  (939/40)-ci  ildə 
öldüyünü nəzərə  alsaq,  belə  nəticəyə  gəlmək  olar  ki,  əsərin  VI  cildi  10  və  11-ci 
əsrlərin müəyyən illərini əhatə edibmiş. 
Əsərinin VII cildini isə Həsən bəy Rumlu belə xatırladır: 1. ―Ondan sonra 
Abbasi xəlifəsi Müstəsimin qulu Yaqut (xəttat) oldu. Onun haqqında da VII cilddə 
yazılmışdır‖  [65,  141].  2.  ―Nadir  hadisələrdəndir  ki,  Misir  padşahı  İsmayıl  ibn 
Hafizəddinüllah  da  özünün  Nəsir  adlı  bir  cavan    (oğlanı)  tərəfindən  bu  cür 
öldürüldü. Onun haqqında VII cilddə təfsilatı ilə yazılmışdır‖ [65, 495]. Həsən bəy 
Rumlunun birinci cümlədə işarə etdiyi şəxs xəttat Yaqur Qulamdır. O, Qazan xanın 
hakimiyyəti dövründə (1295 – 1304) yaşı yüzü ötdükdən sonra vəfat etmişdir [14, 
48].  Bu  xəttatın  yaşadığı  illərə  əsasən  VII  cilddə  12  və  13-cü  əsr  hadisələrinin 
işıqlandırıldığı təxmin edilə bilər. 
Əgər salnamənin VI cildinin 10, 11, VII cildinin isə 12, 13-cü əsrləri əhatə 
etdiyini  nəzərdə  tutsaq,  bu  qənaətə  gəlmək  olar  ki,  VIII  cild  XIV  əsrlə  bağlı 
olmuşdur. IX əsrin 15, X cildinsə 16-cı əsrə aid olduğu məlumdur. Bunlardan bir 
daha təsdiq edilir ki, Həsən bəy Rumlu salnaməni 12 yox, 10 cilddə yazmışdır. 
―Əhsənüt-təvarix‖in  əvvəlki  cildlərinin  bir  zamanlar  mövcud  olmasının 
müəllifdən başqa heç kim tərəfindən göstərilməməsi və habelə onların dövrümüzə 
gəlib çatmaması həmin cildlərin bir vaxtlar həqiqətən də mövcudluğu fikrinə qarşı 
şübhə oyatmamalıdır, çünki göstərdiyimiz kimi, Həsən bəy Rumlu əsərinin əvvəlki 
cildləri haqqında elə inamla məlumat vermişdir ki, ona inanmamaq üçün əlimizdə 
heç bir əsas yoxdur. 
Şərqşünas alimlərdən F. Tauer [66, 26] və F. Sümer [56, müqəddimə] isə 
―Əhsənüt-təvarix‖in son iki cildindən əlavə qələmə alındığı güman edilən əvvəlki 
cildləri barədə öz fikirlərini bildirərək bunların əslində yazılmadığını söyləmişlər. 
Çoxcildli  bir  salnamə  kimi  yazılan  ―Əhsənüt-təvarix‖  barədə  düşünərkən, 
həqiqətən  də,  qarşıya  belə  bir  sual  çıxmaya  bilməz:  Əgər  salnamənin  əvvəlki  8 
cildi,  doğrudan  da,  bir  zamanlar  mövcud  olmuşdursa,  nə  üçün  həmin  cildlər 
müəllifdən başqa heç bir orta əsr tarixçisi tərəfindən xatırlanmamışdır? 
Məlumdur ki, tarixi  əsərin qiyməti onun yazıçı yaşayan dövr hadisələrini 
əks  etdirən  ilkin  mənbə  olmasındadır.  Məsələyə  bu  baxımdan  yanaşdıqda, 
―Əhsənüt-təvarix‖  əsərinin yalnız  X cildi dövrün ilk mənbəyi sayıla  bilər, çünki 


11 
 
həmin  cilddə  öz  təsvirini  tapan hadisələr müəllifin    öz  dövrünün  və  nisbətən  ona 
yaxın  olan  dövrün  hadisələridir.  Əsərin  əvvəlki  cildlərinin  bizim  dövrə  kimi 
çatmamasının səbəbi bizim fikrimizcə, həmin cildlərdə qələmə alınmış hadisələrin 
―Mətləüs-sədeyn  və  məcməül-bəhreyn‖  [80],  ―Kitab-i  Diyar-bəkriyyə‖  [56], 
―Rövzətüs-səfa‖  [95],  ―Həbibüs-siyər‖  [84]  və  başqa  əsərlərdən  əxz 
edilməsindədir.  Ç.N.  Seddon  hələ  1927-ci  ildə  ―Əhsənüt-təvarix‖in  əvvəlki 
cildlərinin həqiqətən də yazılmış olduğunu göstərmişdir [120, 311]. Ə. Nəvayi də 
―Mən  inanmıram  ki,  Həsən  Rumlu  əvvəlki  cildləri  yazmamış  olsun,  çünki  onun 
özü kitabının əvvəlki cildləri barədə məlumat vermişdir‖ [66, 27] fikrini söyləyib, 
əvvəlki cildlərin də bir vaxtlar mövcud olduğunu ehtimal etmişdir. 
Həsən  bəy  Rumlu  özündən  əvvəlki  dövr  hadisələrini  əks  etdirən  tarixi 
əsərlərdən  kor-koranə  istifadə  etməmiş,  yeri  gəldikcə,  onların  bəzisinə  düzəlişlər 
vermiş, hadisələrin yazılışı zamanı dəqiqliyə riayət olunmasını arzulamışdır. Məs., 
―Həbibüs-siyər‖ əsərinə tənqidi yanaşan Həsən bəy Rumlu 913 (1507/08)-cü ildə I 
Şah  İsmayılın  ona  düşmən  olan  Əlaüddövlə  Zülqədər  üzərinə  etdiyi  yürüş  vaxtı 
onların arasında üç gün döyüş getdiyini yazan Xandəmirin məlumatını [84, 489 – 
490] təkzib etmiş, döyüşün Əlaüddövlə ilə yox, onun oğlu Sarı Qaplanla (Qasımla) 
baş verdiyini bildirmişdir [65, 94]. 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  İskəndər  Münşi  də  bu  məsələdən  bəhs 
etmiş,  Xandəmir  və  Həsən  bəy  Rumlunun  bu  xüsusda  verdikləri  məlumatları 
araşdırmış  və  döyüşün  Əlaüddövlə  Zülqədərlə  deyil,  onun oğlu  ilə  I  Şah  İsmayıl 
arasında baş verdiyini bildirmiş,  Həsən bəy  Rumlunun fikrini qəbul etmişdir [59, 
32]. 
―Həbibüs-siyər‖i ―faydalı kitab‖ adlandıran bizim müəllif [65, 161] eyni 
zamanda  ondakı  bəzi  səhvlərə  də  laqeyd  qala  bilmir.  O,  Xandəmirin  başqa  bir 
səhvini də tutaraq, osmanlı sultanı Səlim ilə Misir padşahı Sultan Qansu arasında 
921  (1514/15)-ci  ildə  olmuş  döyüşün  nəticəsini  belə  şərh  edir:  ―Sultan  Qansu 
vəziyyəti  belə  görüb,  döyüşdən  əl  çəkərək,  qaçmağa  doğru  üz  tutdu.  Rumiyyə 
(osmanlılar – Ş.F) onları izləyib, böyük bir dəstəni məhv etdi. Döyüş meydanında 
Sultan  Qansunun meyidini  tapdılar...  Qəribədir,  faydalı  ―Həbibüs-siyər‖  kitabının 
müəllifi  yazmışdır  ki,  Sultan  Qansu  təbii  ölümlə  öldü  və  Sultan  Səlim  o  diyarı 
döyüşsüz aldı. Ancaq bu sətirlərin müəllifi Həsən Rumlu, həmin döyüşdə olan on 
nəfərdən  çox  igidlə  görüşərək,  onlardan  döyüşün  şərhini xəbər  almışdır.  (Hadisə) 
biz yazdığımız kimidir‖ [65, 161 - 162]. 
Böyük  bir  kitab  yazan  tarixçinin  bəzi  hallarda  səhvə  yol  verməsi 
mümkündür.  Bizim  müəllifi  narahat  edən  əsla  bu  deyildir.  Onun  narahatlığına 
səbəb Xandəmirin özünün yaşadığı və bilavasitə şahidi olduğu dövr hadisələrində 
müəyyən  diqqətsizliyə  yol  verməsidir.  Həsən  bəy  Rumlu  yuxarıda  göstərilən hər 
iki  misalda  məhz  o  dövrdə  yaşadığı  halda  bəzi  hadisələri  səhv  izah  etdiyi  üçün 
Xandəmiri tənqid etmişdir [65, 161].  Beləliklə, bir daha aydın olur ki,  Həsən bəy 


12 
 
Rumlu  əsərini  yazarkən  dəqiq  olmağa  çalışmış,  eyni  zamanda  başqa  tarixçilərin 
əsərlərinə də tələbkarlıqla yanaşmışdır. 
―Əhsənüt-təvarix‖də müəllifin başqa bir düzəlişinə də rast gəlirik. Həsən 
bəy  Rumlu  bəzi  tarixçilərin  ağqoyunlu  padşahı  Uzun  Həsənin  (hakimiyyət  illəri: 
1453  –  1478)  qardaşı  oğlu  Murad  bəyin  adını  səhvən  Yusif  bəy  yazdıqlarını 
göstərmişdir [64, 166a]. 
Salnaməni  mütaliə  etdikcə  əsərini  yazarkən  Həsən  bəy  Rumlunun  həm 
tarixi kitablara müraciət  etdiyini, həm də bir sıra hadisələrin şahidləri ilə görüşüb 
söhbət etdiyini aydınlaşdırmış oluruq. Müəllif əsərdə tez-tez belə qeydlər edir: ―Bu 
sətirlərin müəllifi  bəzi  adamlardan  eşitdi  ki, ...  [64,  140b]. ―Bu  sətirlərin  müəllifi 
həmin  sülalədən 6 nəfər  tapdı‖  [64,  128a],  ―Tarix  kitablarında  o  tayfadan  4 nəfər 
tapdıq‖  [65, 156], ―Doğru danışan adamlar deyirlər ki...‖ [65, 284 - 285], ―Bəziləri 
bu  əhvalatı  belə  danışıblar  ki...‖  [65,  28]  və  s.  Bunlar  bir  daha  sübut  edir  ki, 
―Əhsənüt-təvarix‖  əsəri  Həsən  bəy  Rumlunun  gərgin  əməyi  və  ciddi  axtarışları 
sayəsində yaranmışdır. 
Salnamənin  faydalı  cəhətlərindən  biri  də  onun  məşhur  dövlət  xadimləri, 
tarixçilər,  şairlər,  alimlər  və  başqa  görkəmli  şəxslər  haqqında  məlumat 
verməsindədir. Əsərdə Azərbaycan şairlərindən İmadəddin Nəsimi [66, 210 - 211], 
Cahanşah  Həqiqi  [64,  168b],  Ziya  Ordubadi  [65,  14]  və  başqa  görkəmli  simalar 
barədə  fikir  söylənilmiş,  onların  yaradıcılıqlarından  bəzi  nümunələr  gətirilmişdir. 
Bunlara  baxmayaraq,  ―Əhsənüt-təvarix‖  müəllifinin  I  Şah  İsmayılın  şair  olması 
haqqında  fikir  deməməsi  təəccüb  doğurmaya  bilməz.  Zənnimizcə,  I  Şah  İsmayıl 
kimi  məşhur  bir  hökmdar  və  sərkərdənin  şairliyini  göstərmək  və  onun  döyüş 
məharəti  əvəzinə  şeryazma  qabiliyyətini  tərifləmək  Həsən  bəy  Rumlunun 
məqsədinə uyğun olmamış və o, bu barədə susmuşdur. Bundan əlavə, ola bilsin ki, 
şan-şöhrətli  bir  şahın  həmin  dövrdə  adi  şairlər  kimi  şer  yazması  şahlıq  şəninə 
yaraşmayan  bir  əməl  sayılmış  və  ―Əhsənüt-təvarix‖  müəllifi  tərəfindən 
qiymətləndirilməmişdir. 
XV  əsr  Azərbaycan  hökmdarı  və  şairi    Cahanşah  Həqiqi  haqqında 
salnamədə  geniş  məlumat  vardır
5
.  Qaraqoyunlu  padşahı  Cahanşahın  siyasi 
fəaliyyətini öyrəndikcə və şair Həqiqinin şerlərini mütaliə etdikcə, şah Cahanşahla 
şair  Cahanşah  arasındakı  fərqin  nə  qədər  böyük  olduğu  nəzərə  çarpır.  Cahanşah 
apardığı döyüşlərdə onlarla şəhəri viran qoymuş, ―böyük kiçiyi, qoca cavanı qətl 
etmişdir‖  [64,  196a].  Onun  şəxsiyyəti  barədə  Həsən  bəy  Rumlu  belə  yazır: 
―Sitəmkar, başkəsən, zalım, firon xasiyyətli və eyş-işrətə mail bir padşah idi‖ [64, 
196a].  Cahanşah  haqqında  Dövlətşah  Səmərqəndinin  də  belə  bir  qeydi  vardır: 
―Etibarsız və pis xasiyyətli bir adam idi. Sərdarları hər bir bəhanə ilə həbs edirdi və 
                                                             
5
  Cahanşah  Həqiqinin  Azərbaycan  dilində  yazdığı  qəzəl  və  rübailər  bir  neçə  il  bundan  əvvəl  çapdan 
çıxmışdır [23]. 


13 
 
onun həbsi əbədi zindan demək idi‖ [73, 547]. Mir Yəhya Qəzvini də Cahanşahın 
etimadsız, bədxasiyyət, pis əməllərə mail şəxs olduğunu göstərir [96, 122a]
6

―Əhsənüt-təvarix‖ əsərində xətt və xəttatlar haqqında da maraqlı qeydlər 
vardır  [65,  140  -  142].  Məşhur  xətttatlar  sırasında  Azərbaycan  xəttatı  Mir  Əli 
Təbrizinin  də  adını  çəkmiş  və  onun  haqqında  nisbətən  geniş  məlumat  vermişdir 
[65, 142]. 
Salnamədə  o  zaman  müəllifə  məlum  olan  gəmi  növləri  haqqında  da 
yazılmışdır [65, 37 - 38]. Tüfəngin Avropada icad olunduğunu bildirən Həsən bəy 
Rumlunun mülahizələri maraq kəsb edir [64, 266b]. 
Qeyd  etmək  lazımdır  ki,  salnamə  yazılarkən  bəzi  məkan  adları  müəllif 
tərəfindən  dəqiq  müəyyənləşdirilmədiyindən  sətirlərdə  bəzən  ad  yerinə  nöqtələr 
qoyulmuş  və  sonradan  həmin  yerlər  doldurulmamışdır  [65,  382,  414,  494]. 
Bununla, Həsən bəy Runlunun dəqiqliyə riayət etdiyi bir daha nəzəri cəlb edir. 
Beləliklə,  dövrün  feodal  sinfinə  mənsub  olan  Həsən  bəy  Rumlunun 
tərcümeyi-halı  və  onun  tarixi  irsinin  bütövlükdə  öyrənilməsi  bir  zərurət  kimi 
qarşıya  çıxmışdır,  çünki  ―Əhsənüt-təvarix‖  əsərində  təsvir  edilən  ictimai-iqtisadi 
və  siyasi  tarix  məsələləri  əhəmiyyətli  olduğu  vıə  Azərbaycan  tarixçisinin 
qələmindən çıxdığı üçün olduqca səciyyəvidir. 
 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin