Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitəsinin iclasının protokolu



Yüklə 92,25 Kb.
səhifə5/57
tarix26.12.2016
ölçüsü92,25 Kb.
#3545
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   57
5. Səsvermə

5.1. Hər səs verən üzvün bir səs vermə haqqı olacaqdır.

5.2. Qərarlar iştirak edən üzvlərin səsverməsi və səsvermənin sadə üstünlüyü ilə qəbul olunacaqdır.

5.3. Milli Komitənin üzvləri Komitənin səsvermə hüququ olan başqa bir üzvünə verilmiş səlahiyyətli nümayəndə vasitəsilə səs verə bilərlər, lakin heç bir üzv birdən çox səlahiyyətli nümayəndə qəbul edə bilməz.

5.4. “BƏLİ” və “XEYR” səslərinin bərabər olduğu halda, Prezidentin səsi həlledicidir.

6. Kooptasiya

6.1. Milli Komitədə olan üzvlüyə aşağıdakı səbəblərdən biri olduğu halda xitam veriləcəkdir:

- üzrlü səbəb olmadan ardıcıl olaraq beşdən çox Komitə iclasında iştirak etməmək və ya ardıcıl olaraq 9 aydan çox bir müddətdə Assosiasiya fəaliyyətlərinə qarışmamaq;

- istefa;

- sağlamlıq ilə bağlı səbəblər üzündən vəzifələrini icra edə bilməmək;

- məhkəmə qərarının həyata keçirilməsi halında;

- Assosiasiyada Böyüklər üçün Davranış Koduna uyğun olaraq müəyyən edilmiş və təsdiqlənmiş maraqların toqquşması olduğu hallarında.

- ölüm.

6.2. Milli Komitə Assambleyanın növbəti toplantısına qədər son Assambleya seçkilərinin nəticələrinə əsaslanmış reytin əsasında dərhal Milli Komitəyə yeni üzvlər təyin edir.

6.3. Əgər işi tərk edən üzvün yerinə yeni üzv təyin etmək mümkün olmazsa, həmin şəxs tərəfindən icra olunan vəzifə və öhdəliklər digər fəaliyyətdə olan Komitə üzvü ilə əlavə səs vermə hüququ verilmədən növbəti Assambleyaya qədər bölüşdürüləcəkdir.


Yüklə 92,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin