Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyi 10 baş qaramaldan ibarət



Yüklə 86.41 Kb.
Pdf просмотр
tarix31.01.2017
ölçüsü86.41 Kb.

0

Azərbaycan Respublikasının

Kənd Təsərrüfat Nazirliyi

10 baş qaramaldan ibarət

ətlik - südlük istiqamətli müasir

ailə fermer təsərrüfatlarının

yaradılması

Layihəsi

Bakı – 2015

1

Mündəricat

GİRİŞ ....................................................................................................................................................................2

1.0. Layihənin məqsədi .........................................................................................................................................3

2.0. Layihənin icra planı........................................................................................................................................3

2.1. Ailə-fermer təsərrüfatlarının seçilməsi.......................................................................................................3

2.2. Tikintinin aparılması ..................................................................................................................................4

2.3. Yem bazasının yaradılması ........................................................................................................................5

2.4. Avadanlıq və qurğularla təchizat................................................................................................................6

3.0.  Gözlənilən nəticələr.......................................................................................................................................6

4.0. Məhsulların marketinqinin təşkili...................................................................................................................8

Əlavə 1. 10 başlıq ətli-südlük ailə-fermer təsərrüfatının təşkili üçün xərclərin icmal hesabatı ............................9

Əlavə 2. 10 baş heyvan üçün ehtimal edilən illik yem  tədarükü xərcləri.............................................................9

Əlavə 10. Əlavə ...................................................................................................................................10

Əlavə 10.  10 başlıq heyvan üçün tövlənin smeta dəyəri .................................................................................. 11

Əlavə 9. 10 başlıq tövlənin sxematik ölçüləri və eskiz layihələri .......... Ошибка! Закладка не определена.3


2

GİRİŞ

Respublikada    bütün  təsərrüfat  kateqoriyaları  üzrə qaramalın  baş  sayı  2703,6  min

baş  ,  o  cümlədən    inək  və camışlar  1301,6  min  başdan  ibarətdir.    Bu  heyvanlar  660

minə yaxın müxtəlif həcmli təsərrüfatlarda saxlanılır.  İl ərzində hər bir inəkdən sağılan

südün  miqdarı        təqribən    1200-1400  kq  təşkil  edir  ki,  belə olan  halda  ailələr  öz

ehtiyaclarını təmin etmək üçün heyvanların baş sayının artırılmasına üstünlük verirlər

və bu isə ümumilikdə respublika üzrə heyvanların miqdarının artmasına gətirib çıxarır.

Az  məhsuldar  heyvanlardan  təşkil  edilmiş  təsərrüfatlar ətraf  mühitə mütəmadi  zərər

yetirməklə təbii  ehtiyatlardan  səmərəsiz  istifadəyə və təsərrüfatların  qeyri-rentabelli

fəaliyyət göstərməsinə səbəb olur.

Ailə-fermer  təsərrüfatlarında  heyvanlar  arasında  seleksiya-damazlıq  işləri  zəif

aparılır və təsərrüfatların məqsədli şəkildə formalaşdırılması  prinsipləri heç də həmişə

gözlənilmir. Heyvandarların müasir təsərrüfatçılıq təcrübəsi, o cümlədən yem istehsalı

və yem bitkilərinin əkinçiliyi,  heyvanların saxlanma şəraitinin zoogigiyenik tələblərə

uyğunlaşdırılması,  istehsal  edilən  məhsulun  marketinqinin  təşkili,  heyvandarların

könüllü  ictimai  birliklər  formasında  birləşməsi  və mövcud  ehtiyatlardan  səmərəli

istifadə etməsi   və s. günün tələbləri səviyyəsində deyil.

Təsərrüfatlarda  heyvanların  sistemli  identifikasiya  və qeydiyyat  sisteminin

olmaması  onların  izlənməsi  və müxtəlif  baytarlıq  tədbirlərinin  aparılmasında  ciddi

çətinliklər yaradır. Eyni zamanda təsərrüfatların böyük əksəriyyətinin     az məhsuldar

heyvanlardan  təşkil  edilməsi      gələcəkdə yaradılması  nəzərdə tutulan  heyvanların

identifikasiyası və qeydiyyatı sisteminin qurulmasında da çətinliklər yaradacaqdır.

Pay  torpaqlarına  malik  ailələr    bəzi  hallarda  malik  olduqları  pay  torpaqlarını

başqalarına  icarəyə verir  və ya  hətta  torpaqlar  istifadəsiz  qalır  və torpaq  sahibləri

mümkün  olan  potensialdan  çox  az  miqdarda  gəlir əldə edirlər.  Kənd əhalisinin  malik

olduğu  pay torpaqları onların sosial problemlərinin həll edilməsində və kənd əhalisinin

məşğulluq  problemlərinin  həllində əhəmiyyət  kəsb  etmir.  Bu  hallar    torpaqdan

mümkün qədər çox səmərə əldə etməklə yüksək məhsuldar heyvanlar saxlamaq və az

məhsuldar heyvanların təsərrüfatlardan kənarlaşdırılması zərurətini yaratmışdır.

Respublikada  güzəştli şərtlərlə idxal edilən və lizinq yolu ilə fermerlərə verilən

iri və xırda buynuzlu damazlıq heyvanların hesabına onların yüksək genetik imkanlara

malik      yeni      nəsli  yetişmişdir  ki,  bununla  da    heyvandarlığın  yüksək  məhsuldar

heyvanlardan  təşkil  edilmiş    ailə-fermer  təsərrüfatları  formasında  inkişaf  etdirilməsi

üçün  potensial  yaranmışdır.  Bu  potensialdan  istifadə etməklə iri  və xırda  buynuzlu

heyvanlardan  ibarət  müasir  ailə fermer    heyvandarlıq  təsərrüfatının  yaradılması  pay

torpaqlarından  səmərəli  istifadə edilməklə kənd əhalisinin  məşğulluğunun  və

gəlirlərinin  artırılması,  eyni  zamanda ərzaq  bolluğunun  yaranmasında    mühüm


3

irəliləyişlər gözlənilir.  Ancaq yaranmış potensialdan bu istiqamətdə istifadə edilməzsə,

yeni nəsil damazlıq heyvanların respublikada pərakəndə şəkildə yayılması və getdikcə

damazlıq keyfiyyətlərinin aşağı düşməsi halı baş verə bilər.



1.0. Layihənin məqsədi

Layihənin əsas məqsədi ailə fermer  təsərrüfatlarında  mövcud  olan  az  məhsuldar

heyvanları  yüksək  məhsuldar  heyvanlarla əvəz  etmək  yolu  ilə pay  torpaqlarına  malik

ailələr  üçün  kiçik  həcmli,  müasir  quruluşlu  heyvandarlıq  təsərrüfatlarının

yaradılmasının 

stimullaşdırılması, 

respublikada 

heyvandarlıq 

sahəsində

təsərrüfatçılığın  müasirləşdirilməsi  və heyvandarlıq  məhsullarının    marketinqi  üzrə

nümunələrin  yaradılmasından  ibarətdir. Əldə edilmiş  qabaqcıl  təcrübənin  yayılması

üçün tədbirlər həyata keçiriləcəkdir.



2.0. Layihənin icra planı

Layihə Nazirliyin  Heyvandarlığın  inkişafı  və Bitkiçilik  şöbələrinin,  Kənd

Təsərrüfatı  Nazirliyi  yanında      Kənd  Təsərrüfatı  Layihələri  və Kreditlərinin  İdarə

Edilməsi  üzrə Dövlət  Xidmətinin,  "Aqrolizinq"  Açıq  Səhmdar  Cəmiyyətinin  və

müvafiq  tələblərə cavab  verən  ailə-fermer  təsərrüfatlarının əməkdaşlığı  ilə həyata

keçiriləcək.



2.1. Ailə-fermer təsərrüfatlarının seçilməsi

Layihəni  həyata  keçirmək  üçün  birinci  növbədə

ailə-fermer    təsərrüfatları

seçilərək

hərtərəfli  öyrənilib  qiymətləndiriləcəkdir.

Təsərrüfatların  seçilməsində

aşağıdakı kriteriyalar əsas götürüləcək;

 Ailənin layihədə iştirak etmək istəyi, heyvandarlıq təcrübəsinin olması və qapalı

şəraitdə saxlamaqla mövcud olan az məhsuldar heyvanların yüksək məhsuldar

heyvanlarla əvəz edilməsinə razılığı;

 Ailənin hər baş südlük qaramala görə bir hektar suvarılan və əkinəyararlı torpaq

payına malik olması;

 Kənddə yaradılacaq fermer ictimai birliyində digər fermerlərlə birgə fəaliyyət

göstərmək istəyi;

 Müvafiq maliyyə idarəçiliyi təcrübəsi (xərclər və mənfəətin hesabatının

aparılması, kredit resurslarından istifadə və s.).



4

2.2. Tikintinin aparılması

Xüsusi layihə əsasında ilkin olaraq beş və ya on baş südlük heyvandan ibarət ailə-

fermer  təsərrüfatı  yaratmaq  üçün  yeni  doğulacaq  dişi  və erkək  heyvanlar  da  nəzərə

alınmaqla 10 və ya  20 başlıq  tövlə tikiləcək.  Tövlə fasiləsiz su  ilə təmin  olunmalı və

ağır  zəhmət  tələb  edən  işlər  mexanikləşdirilməlidir.

Tövlədə inəklərdən  başqa

buzovlar  və inəklərin  boğazlıq  dövründə ayrı  bölmədə saxlanılması  üçün  də sahə

ayrılacaqdır.  Bunun  üçün  mexanikləşdirilmiş      tövlə layihələri  seçim  üçün  təqdim

ediləcək. Südlük  istiqamətli  5 və ya  10 baş  boğaz  düyə lizinq  yolu  ilə və ya güzəştli

kreditlə sahibkar tərəfindən alınacaqdır.

Tövlələr  müasir  tipli  layihə əsasında  inşa  ediləcək.  İlkin  olaraq  5  başlıq

kompleksin  tikintisi  üçün  yardımçı  binalarla  birlikdə 0,3  ha,  10  başlıq  kompleksin

tikintisi  üçün  isə 0,6 ha  sahə ayrılmalıdır.  Tövlə komplekslərinin  tikintisi  həyətyanı

sahədə də aparıla bilər.



Heyvanların yem rasionu.

Respublikanın  təbii  iqlim  şəraiti  və sərf  edilən  yemin  müqabilində daha  çox  məhsul

istehsal  edilməsi  baxımından ətlik-südlük  cinsli  heyvanların    saxlanılması  daha

səmərəli hesab edilir. Heyvanların yem rasionu orta hesabla sutkada inəklərdən 22 litr

süd sağımı və 6-12 aylıq erkək qaramalın 1-1,5 kq çəki artımı nəzərə alınmaqla  1 saylı

cədvəldə göstərildiyi kimi tərtib ediləcək;



Cədvəl 1. Ətlik-südlük qaramalın gündəlik yem rasionu

S/s Yem materialının və ya yem

əlavəsinin adı

Ölçü


vahidi

Miqdar


Qeyd

1

Qarğıdalı silosu



kq

20-30


2

Senaj


kq

5-6


vələmir otu, yem noxudu

və ya yonca

3

Yonca otu



kq

1,5


4

Vələmir otu

kq

0,5


5

Buğda yarması

kq

2,8


6

Arpa yarması

kq

2

7



Soya şrotu

kq

2 -2,1



8

Xörək duzu

q

50

9



Təbaşir

q

30



10

Monokalsifosfat

q

25

11



Çay sodası

q

50



12

Yalama duz

Mütəmadi olaraq


5

Qeyd edilən gündəlik rasionla heyvanların illik saxlanması xərcləri  hər baş inəyə

görə təqribən 630 manat   təşkil edir.  Göstərilən yem rasionuna daxil olan yemlərin

əsas hissəsi təsərrüfatın daxilində istehsal ediləcək, yem əlavələri isə satın alınacaqdır.



2.3. Yem bazasının yaradılması

Hər  baş  inək  üçün  1  hektar əkinə yararlı suvarılan    torpaq sahəsi  ayrılacaq.

Heyvanların  yem  rasionuna  daxil  olan  yemlər əkin  üçün  ayrılmış  sahədə istehsal

ediləcək. Bu, yemlə təminatın zəmanətli olmasına və yemlərin bazardan asılı olmadan

mümkün qədər ucuz qiymətə əldə edilməsinə imkan verəcəkdir. Əkin sahəsi müxtəlif

yem bitkilərinin əkilməsi üçün 2 saylı cədvəldə göstərildiyi kimi  bölüşdürülə bilər.



Cədvəl 2.  Yem bitkilərinin əkin sahələri haqqında məlumat

S/s

Yem bitkisinin adı

10 başlıq təsərrüfat üçün əkin sahəsi

1

Qarğıdalı (silosluq)



2,0

2

Vələmir



2,0

3

Yonca



0,6

4

Buğda



3,4

5

Arpa



2,0

Əkin sahəsi CƏMİ

10,0

Fermerin  istəyindən  və imkanından  asılı  olaraq  digər  yem  bitkiləri  (noxud,

çuğundur, soya və s.) də əkilə bilər. Eyni zamanda növbəli əkin sistemi tətbiq etməklə

torpağın əkin  dövriyyəsini  genişləndirmək  olar. 10 başlıq  ailə-fermer  heyvandarlıq

təsərrüfatı üçün xərclərin təhlilini  3 saylı cədvəldən görmək olar.

Cədvəl 3. 10 baş heyvan üçün ehtimal edilən illik yem tədarükü xərcləri

10 baş heyvan üçün ehtimal edilən illik yem tədarükü xərcləri

S\s

Yem bitkisnin adı

Hektardan

məhsuldarlıq

(kq)

Nəzərdə

tutulan

əkin

sahəsi

(ha)

İstehsal

ediləcək və

ya satın

alınacaq

yemin

miqdarı (kq)

Becərmə və

ya satınalma

xərcləri

(manat)

Qeyd

1

Buğda



3000

3,4


10200

950


Təsərrüfatda

istehsal


ediləcək

2

Arpa



3000

2

6000



850

3

Qarğıdalı (silos)



50000

2

100000



1000

4

Vələmir (senaj və



quru ot formasında)

4000


2

8000


900

5

Yonca (ot)



20000

0,6


12000

550


6

Soya şrotu

7320

1950


Satın

alınacaq


7

Mineral yem əlavələri

100

CƏMİ

6300


6

2.4. Avadanlıq və qurğularla təchizat

Layihənin ilk ilində ailələr  güzəştli şərtlərlə əkin texnikası, toxum və gübrə ilə

təchiz  ediləcək.    Ailələrə daimi  istifadə üçün  portativ  sağım  aparatları  veriləcəkdir.

Eyni  kənddə və ya  yaxın  kəndlərdə yaşayan  fermerlər  birləşərək  ictimai  birlik

yaradacaq və ictimai birliyin sərəncamında olan süd qəbulu və soyudulması məntəqəsi

fəaliyyət  göstərəcək.  Süd  qəbulu  və soyudulması  məntəqəsinin  yaradılması  Kənd

Təsərrüfatı  Nazirliyi  tərəfindən  dəstəklənəcəkdir.  Məntəqə 2-3  ton  tutumunda

soyuducu çənlər və avtomatik süd analizatoru ilə təchiz ediləcək. Məntəqədə toplanmış

və soyudulmuş süd emal müəssisələrinə satılacaqdır. Təsərrüfatda doğulan dişi balalar

naxırın  yenilənməsi  üçün  istifadə ediləcək,  erkəklər  isə kökəldilərək  satılacaq.

10

başlıq  təsərrüfatların  avadanlıq  və texnika  ilə təchizatı  haqqında  məlumat  4-cü



cədvəldə verilmişdir.

Cədvəl 4.  10 başlıq təsərrüfat üçün avadanlıq və qurğuların siyahısı

S/s

Avadanlıq və

qurğunun adı

Ölçü

vahidi

Miqdarı

Qiymət

(manat)

Məbləğ

(manat)

Qeyd

1

Portativ sağım maşını



ədəd

2

750



1500

2 başlıq


2

Peyin təmizləyən qurğu

ədəd

1

700



700

"skreper" tipli

3

Süd bidonları 30 L



ədəd

8

30



240

4

Avtomatik masaj çotkası



ədəd

1

250



250

5

Yem qarışdıran və



paylayan qoşqu

ədəd


1

2000


2000

Yarımqoşqu formasında

(KYT 4 və ya oxşarları)

6

Kiçik həcmli traktor



ədəd

1

5000



5000

1-1,5 ton yük tutumuna

malik (Traktor T-16M və

ya analoqu)



CƏMİ

9690

3.0.  Gözlənilən nəticələr

Hər  bir  inəkdən  sutkada  22 litr  olmaqla il ərzində isə 6700  kq  süd  sağılması

gözlənilir. Doğulmuş erkək buzovlar 12 aylıq yaşda satılacaq. İnəyin təsərrüfatda 3 - 4

il müddətinə saxlanması nəzərdə

tutulur. Təsərrüfatların  ehtimal  olunan  illik

dövriyyəsini 5 saylı cədvəldən görmək olar.



Cədvəl 510 başlıq təsərrüfatın məhsul istehsalı və satışı üzrə məlumat

S/s

Xərc maddəsinin adı

Vahid

Vahidin

miqdarı

(litr)

Vahidin

qiyməti

(manat)

Məbləğ

(manat)

Qeyd

Layihənin 1-ci ili

1

İllik süd satışından mədaxil



53900

0,30


16170

5390 kq * 10 baş



Mədaxil cəmi

16170

7

1

Saxlanma xərcləri



baş

10

630



6300

2

Baytarlıq xərcləri



baş

10

40



400

Məxaric cəmi

6700

Layihənin 1-ci ili üzrə gəlir

9470

Layihənin 2-ci ili

1

İllik süd satışından mədaxil



kq

67000


0,30

20100


6700 kq * 10 baş

2

1 yaşlı erkək dananın satışı



baş

5

1500



7500

1 kq diri  çəkinin

qiyməti 3 manat

Mədaxil cəmi

27600

1

İnəklərin saxlanma xərcləri



baş

10

630



6300

2

Cavan qaramalın saxlanma xərcləri



baş

10

500



5000

1 baş şərti

qaramal hesabı ilə

3

Baytarlıq xərcləri



baş

20

40



800

inəklər və düyələr

üçün

Məxaric cəmi

12100

Layihənin 2-ci ili üzrə gəlir

15500

Layihənin 3-cü ili

1

İllik süd satışından mədaxil



kq

67000


0,30

20100


6700 kq * 10 baş

2

1 yaşlı erkək dananın satışı



baş

5

1500



7500

3

Boğaz damazlıq düyənin satışı



baş

5

2000



10000

Mədaxil cəmi

37600

1

İnəklərin saxlanma xərcləri



baş

10

630



6300

2

Cavan qaramalın saxlanma xərcləri



baş

10

500



5000

3

Baytarlıq xərcləri



baş

20

40



800

Məxaric cəmi

12100

Layihənin 3-cü ili üzrə gəlir

25500

Qeyd: Layihənin birinci ilində düyələrin 7 aylıq boğazlığını nəzərə alaraq illik süd

sağımı müddəti laktasiya dövrünü də çıxandan sonra 245 gün götürülmüşdür.

Heyvanların  sayının  artımı  ilə gəlir  və xərclərin  də həcmi  artacaqdır. 5-ci

cədvəldən  göründüyü  kimi,  10  başlıq  təsərrüfat  üzrə layihənin  1-ci  ilində

xərclər


8

təqribən 6700,  gəlir  isə 9470,  layihənin  2-ci  ilində uyğun  olaraq 12100 və 15500,

layihənin  3-cü  ilində isə uyğun  olaraq 12100 və 25500    manat  ola  bilər.  Layihənin

dördüncü  ilindən  sonrakı  dövrdə nəticələrin      üçüncü  ildə olduğu  kimi  təkrarlanacağı

gözlənilir.

4.0. Məhsulların marketinqinin təşkili

Təsərrüfatın  idarə edilməsinin  mühüm  şərtlərindən  biri  də istehsal  edilən

məhsulların  marketinqinin təşkilidir.  Bu məqsədlə mövcud olan potensialdan  (kənddə

yaradılacaq  süd  qəbulu  və soyudulması  məntəqəsi  və fəaliyyət  göstərən  süd  emalı

müəssisələri)  istifadə ediləcəkdir.  Təsərrüfatda  sağılan  süd  hər  gün  məntəqəyə nağd

ödəniş olmaq şərti ilə təhvil veriləcək. Ancaq ailə-fermer təsərrüfatının daxilində süd

məhsullarının  emalı  və ailə brendi    formasında  məhsulların  (məsələn,  pendir,  qatıq,

ayran, dovğa və s.) istehsalı da istisna edilmir. Məntəqələrin isə süd emalı müəssisələri

ilə əlaqəsi yaradılacaq.

Təsərrüfat  daxilində yetişdirilmiş ətlik  heyvanların    diri  çəkidə satışına  üstünlük

veriləcəkdir.  Heyvanlar ət emalı müəssisələrinə satılacaqdır.

İkinci ildən  etibarən təsərrüfatlarda  yetişdirilmiş  damazlıq  düyələrin  də satılması

imkanının  yaranması  gözlənilir.  Burada  mütləq  heyvanların  süni  mayalanması  tətbiq

ediləcək  və ilk  gündən  heyvanların identifikasiyası və təsərrüfat  daxili    qeydiyyatın

aparılması həyata keçiriləcəkdir. Elektron bazada toplanmış məlumatlar  (heyvanlar və

onların  izlənilməsi,  istehsal  edilən  süd  və ət  məhsulları,  və onların  südün  keyfiyyət

göstəriciləri  və s.)  sonra  Heyvanların  İdentifikasiyası  və Qeydiyyatı  sisteminə daxil

ediləcəkdir.



9

Əlavə 1. 10 başlıq ətli-südlük ailə-fermer təsərrüfatının təşkili üçün

xərclərin icmal hesabatı

S/s

Xərc maddələrinin adı

Miqdar

Qiymət

(manat)

Xərclərin

həcmi

(manat)

Maliyyə mənbəyi

1

Damazlıq qaramalın lizinq



yolu ilə satın alınması

10 baş


1650

16500

Aqrolizing ASC



1.1

Tövlə üçün tikinti

materialları

4306.90

4306.90

Kənd Təsərrüfatı Layihələri və

Kreditlərin İdarə edilməsi üzrə

DX

1.2



İşçi haqqı və sair xərclər

1685.00

1685.00

Fermer


2.0

Əlavə yem tədarükü (6

aylıq)

2500

Kənd Təsərrüfatı Layihələri və

Kreditlərin İdarə edilməsi üzrə

DX

CƏMİ



24991.90

Əlavə 2. 10 baş heyvan üçün ehtimal edilən illik

yem tədarükü xərcləri

S\s

Yem bitkisnin adı

Hektardan

məhsuldarlıq

(kq)

Nəzərdə

tutulan

əkin

sahəsi

(ha)

İstehsal

ediləcək və

ya satın

alınacaq

yemin

miqdarı (kq)

Becərmə və

ya satınalma

xərcləri

(manat)

Qeyd

1

Buğda



3000

3,4


10200

950


Təsərrüfatda

istehsal


ediləcək

2

Arpa



3000

2,0


6000

850


3

Qarğıdalı (silos)

50000

2,0


100000

1000


4

Vələmir (senaj və

quru ot

formasında)



4000

2,0


8000

900


5

Yonca (ot)

20000

0,60


12000

550


6

Soya şrotu

7320

1950


Satın alınacaq

7

Mineral yem



əlavələri

100


CƏMİ

6300



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə