Azərbaycan Respublikasının Ailə Məcəlləsi Qəbul edilmişdir: 28 dekabr 1999-cu IL, №781-iq


VIII bölmƏ VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARI



Yüklə 0,67 Mb.
səhifə8/8
tarix06.03.2017
ölçüsü0,67 Mb.
#10452
1   2   3   4   5   6   7   8

VIII bölmƏ
VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARI

XXI fƏsil
Ümumi qaydalar


Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması

158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir.

158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.

158.3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, bir qayda olaraq, müvafiq icra hakimiyyəti orqanlarının yerləşdiyi binada (otaqda) həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qanuvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının yerləşdiyi binalardan (otaqlardan) kənarda da aparıla bilər (AR-in 22 oktyabr 2002-ci il və 20 oktyabr 2006-cı il tarixli qanunları ilə edilmiş dəyişikliklərlə — «Az-n» q., 11 dekabr 2002-ci il; «Az-n» q., 30 dekabr 2006-cı il).



Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar

159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır.

159.2. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və təkrar vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər (AR-in 20 oktyabr 2006-cı il tarixli Qanunu ilə edilmiş düzəlişlə — «Az-n» q., 30 dekabr 2006-cı il).

Maddə 160. Akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları

160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 161. Vətəndaşlıq vəziyyəti aktları qeydlərinə etiraz etmə qaydası[3]

161.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

161.2. Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda, qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır (Azərbaycan Respublikasının 9 oktyabr 2007-ci il tarixli Qanunu ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 28 noyabr 2007-ci il).



Maddə 162. Vətəndaşlıq vəziyyəti aktları qeydlərinin bərpası

162.1. Vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

162.2. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

Maddə 163. Vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğvi

163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

163.2. Bu Məcəllənin 24.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallarda nikahın pozulması haqqındakı qeydin ləğv olunması nikahı pozmuş müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

Maddə 164. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması

164.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır.

164.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur.

164.3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabına yazılan hər bir qeyd ərizə verənlərə oxunmalı, onlar tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanmalı, möhürlə təsdiq edilməlidir.

164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir.

Maddə 165. Dövlət rüsumu

Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına görə qeydiyyat üçün müraciət etmiş şəxslər dövlət rüsumu ödəyirlər. Dövlət rüsumunun ödənilməsinin qaydası və miqdarı, habelə dövlət rüsumunun ödənilmədiyi hallar «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir (AR-in 30 aprel 2004-cü il tarixli Qanunu ilə edilmiş düzəlişlərlə – «Az.-n» q., 23 iyul 2004-cü il).


XXII fƏsil
Doğumun qeydƏ alınması


Maddə 166. Doğumun qeydə alınması qaydası

166.1. Doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır.

166.2. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onların biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda, məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir.

166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. (14)

166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ötürülür. (14)

166.4. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanı, habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu Məcəllənin 167-ci maddəsində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. (14)

166.5. Valideynlərin arzusu ilə doğumun qeydiyyatı təntənəli şəraitdə aparıla bilər.



Maddə 167. Doğum haqqında məlumatın verilməli olduğu müddət

Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ən geci 1 ay (14) ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir.



Maddə 168. Doğum haqqında qeydiyyat

168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 50-ci 53-cü maddələrinə uyğun yazılır.

168.2. Atalıq müəyyən edilmədiyi halda atanın milliyyəti ananın göstərişi ilə yazılır (AR-in 20 oktyabr 2006-cı il tarixli Qanunu ilə edilmiş düzəlişlə — «Az-n» q., 30 dekabr 2006-cı il).

Maddə 169. Uşaq doğulanədək ölmüş atanın qeydiyyatı

Uşaq, onun anası ilə qeydə alınmış nikahda olmuş şəxsin ölümündən sonra doğulduqda, ölmüş şəxs doğum haqqında qeydiyyata və şəhadətnaməyə bu şərtlə uşağın atası kimi yazıla bilər ki, göstərilən şəxsin ölümü günündən uşağın doğulduğu günədək 10 aydan çox vaxt keçməsin.



Maddə 170. Nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olan uşağın doğulmasının qeydə alınması

Nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğulmasının qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğulmasının qeydiyyatı qaydasında aparılır.


XXIII fƏsil
Nikahın qeydƏ alınması


Maddə 171. Nikaha daxil olmaq arzusu haqqında ərizə

Nikaha daxil olmağı arzu edənlər nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir müvafiq icra hakimiyyəti orqanına bu barədə şəxsən yazılı ərizə verirlər. Ərizədə nikaha daxil olmaq üçun bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutlmuş maneələrin olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu göstərilməlidir.



Maddə 172. Nikaha daxil olanların öz hüquq və vəzifələri ilə tanış edilməsi, nikahın qeyd gününün təyin olunması

172.1. Ərizəni qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı nikaha daxil olanları nikahın qeyd olunması şərtləri və qaydası ilə tanış etməyə, bu şəxslərin bir-birinin səhhəti və ailə vəziyyəti haqqında xəbərdar olduqlarını yəqin etməyə, habelə gələcək ər-arvad və valideyn kimi onlara hüquqlarını və vəzifələrini izah etməyə, eləcə də nikaha daxil olmaqda maneələrin gizlədilməsi üçün məsuliyyət daşıdıqları haqqında onları xəbərdar etməyə borcludur.

172.2. Nikahın qeydiyyatının günü və saatı nikaha daxil olan şəxslərlə razılaşdırılaraq bu Məcəllənin 9-cu maddəsi ilə nəzərdə tutulmuş müddətlərə əməl etməklə ərizə verilən gündən 1 ay tez olmayaraq təyin edilir. Nikahın qeydiyyatı günü təyin edilərkən nikaha daxil olanlar nikahı təntənəli şəraitdə bağlamaq arzusunda olub-olmadıqlarını bildirirlər.

Maddə 173. Nikahın qeyd edilməsinə maneələr olduğu haqqında ərizənin yoxlanması

Nikahı qeyd etmək üçün təyin olunmuş günədək nikahın qeyd edilməsinə qanuni maneələr olduğu haqqında müvafiq icra hakimiyyəti orqanına ərizə daxil olarsa, qeydiyyat təxirə salınır, ərizə verənə isə ərizəni təsdiq edən sənədli sübutlar təqdim olunması üçün 1 aydan çox olmayaraq vaxt verilir. Müəyyən edilmiş müddətdə əsaslı sübutlar təqdim olunmazsa, nikah haqqında qeydiyyat aparıla bilər.



Maddə 174. Nikahın qeydə alınması

Nikahın qeydə alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olan şəxslərin iştirakı ilə aparılır (AR-in 22 oktyabr 2002-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» qəzeti, 11 dekabr 2002-ci il).



Maddə 175. Nikah haqqında şəhadətnamənin verilməsi

Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir.


XXIV fƏsil
Övladlığa götürmƏnin qeydƏ alınması


Maddə 176. Övladlığa götürmənin qeydə alınmasının yeri və qaydası

176.1. Övladlığa götürmə barədə qeydiyyat övladlığa götürmə haqqında məhkəmə qətnaməsinə əsasən bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanında aparılır.

176.2. Övladlığa götürənlər övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ən geci 1 ay ərzində övladlığa götürməni müvafiq icra hakimiyyəti orqanında qeyd etdirməyə borcludurlar (AR-in 22 oktyabr 2002-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» qəzeti, 11 dekabr 2002-ci il).

Maddə 177. Övladlığa götürülənin doğulması haqqında akt yazılarına dəyişikliklər edilməsi

Övladlığa götürülmüş uşağa övladlığa götürənin adı ilə ata adı və soyad verilərsə, habelə övladlığa götürülənin adı dəyişdirilərsə və ya övladlığa götürənlər övladlığa götürülənin valideynləri kimi yazılarsa, eləcə də övladlığa götürülənin doğulduğu yer dəyişdirilərsə, övladlığa götürülmüş uşağın doğulması haqqında akt yazısına müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişikliklər edilir və bu dəyişikliklər nəzərə alınmaqla doğum haqqında yeni şəhadətnamə verilir.



Maddə 178. Akt yazılarının ləğv edilməsi və övladlığa götürmə haqqında yazılarda qeydlər

178.1. Məhkəmə övladlığa götürməni etibarsız hesab etdikdə müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmə haqqında qeydi ləğv edir, övladlığa götürmə məhkəmə tərəfindən ləğv edildikdə isə övladlığa götürmə haqqında yazılarda övladlığa götürmənin ləğvi haqqında qeydlər aparır. Belə hallarda övladlığa götürülənin doğulması haqqında qeydlərdə övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumat bərpa edilir.

178.2. Övladlığa götürmə uşağın valideynlərinin xahişi ilə ləğv edilmişsə, uşağın valideynləri, övladlığa götürmə müvafiq icra hakimiyyəti orqanının tələbi ilə ləğv edilmişsə, bu orqan övladlığa götürmə qeydini ləğv etmə haqqında məlumat verə bilər.

XXV fƏsil
Nikahın pozulmasının qeydƏ
alınması


Maddə 179. Nikahın pozulmasının qeydə alınma yeri

Ərizə əsasında nikahın pozulmasını ər-arvadın və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yerdə yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı qeydə alır (AR-in 20 oktyabr 2006-cı il tarixli Qanunu ilə edilmiş düzəlişlə — «Az-n» q., 30 dekabr 2006-cı il).

Maddə 180. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınması

180.1. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasını həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə müvafiq icra hakimiyyəti orqanı qeydə alır.

180.2. Ər-arvaddan yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda nikah xətm olunmuş hesab edilir, lakin nikahın pozulması haqqında şəhadətnamə alanadək onlardan heç biri yeni nikahı qeyd etdirə bilməz və nikahın pozulması haqqında şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər (AR-in 20 oktyabr 2006-cı il tarixli Qanunu ilə edilmiş düzəlişlə — «Az-n» q., 30 dekabr 2006-cı il).

Maddə 181. Ər-arvadın qarşılıqlı razılığı üzrə nikahın pozulmasının qeydə alınması

181.1. Qarşılıqlı razılıq üzrə nikahın pozulması (bu Məcəllənin 17.1-ci maddəsi) haqqında ərizədə ər-arvad onların yetkinlik yaşına çatmayan uşaqlarının olub-olmadığını təsdiq etməyə borcludurlar.

181.2. Nikahın pozulması bu barədə ərizə verilən gündən 1 ay keçdikdən sonra qeydə alınır.

Maddə 182. Ər-arvaddan birinin ərizəsi üzrə nikahın pozulmasının qeydə alınması

182.1. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı poçmaq haqqında ərizə vermiş ər (arvad) həmin ərizəyə arvadın (ərin) xəbərsiz itkin düşmüş və ya ruhi xəstəlik, yaxud kəmağıllılıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsini, yaxud da arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı əlavə etməlidir.

182.2. Müvafiq icra hakimiyyəti orqanı azadlıqdan məhrumetmə növündə cəça çəkən ərə (arvada) və ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumuna, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakı üzərində qəyyumluq edənə ərizə haqqında bildiriş göndərir. Bildirişdə uşaqlar haqqında, ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlakı bölmək haqqında mübahisənin və ya fəaliyyət qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ərə (arvada) aliment verilməsi haqqında mübahisənin olub-olmadığı barədə məlumat vermək üçün vaxt müəyyən edilir. Cavab üçün müəyyən edilmiş müddət 1 aydan çox ola bilməz. Mübahisənin olmadığı haqqında məlumat alındıqda və ya bildirişdə müəyyən edilmiş müddətdə cavab alınmadıqda müvafiq icra hakimiyyəti orqanı nikahın pozulmasını qeydə alır Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, müvafiq icra hakimiyyəti orqanı nikahın pozulmasını ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alır, 3 gün müddətində bu barədə azadlıqdan məhrumetmə növündə cəza çəkən ərə (arvada) və ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumuna, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakını idarə edənə məlumat göndərir. Müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsə qəyyum təyin edilməmişdirsə, məlumat fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsin yaşadığı yerin qəyyumluq və himayə orqanına göndərilir. Məlumatda uşaqlar haqqında, ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlakın bölgüsü haqqında və ya fəaliyyət qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ərə (arvada) aliment verilməsinə dair mübahisə olduğu halda onun həlli üçün məhkəməyə müraciət etmək hüququ izah edilir (AR-in 20 oktyabr 2006-cı il tarixli Qanunu ilə edilmiş düzəlişlə — «Az-n» q., 30 dekabr 2006-cı il).

Maddə 183. Nikahın pozulması qeydə alınarkən ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi

Ər (arvad) ona nikahdan əvvəlki soyadının verilməsini arzu edirsə, nikahın pozulmasının qeydə alınması zamanı bunu müvafiq icra hakimiyyəti orqanına bildirməlidir. Ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi barədə həmin orqan müvafiq qeyd aparır.



Maddə 184. Nikahın pozulması haqqında şəhadətnamə verilməsi

Nikahın pozulması haqqında qeyd aparıldıqda nikahın pozulması haqqında şəhadətnamələr verilir.



Maddə 185. Nikahın pozulmasının qeydə alınması haqqında ərə (arvada) və nikahın qeydə alındığı yerdə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi

Müvafiq icra hakimiyyəti orqanı ərin (arvadın) yaşayış yeri məlum olduqda ona, habelə nikahın qeydə alındığı yerdə müvafiq icra hakimiyyəti orqanına nikahın pozulmasının qeydə alınması haqqında məlumat verməyə borcludur.


XXVI fƏsil
Atalığın müƏyyƏn edilmƏsinin
qeydƏ alınması


Maddə 186. Atalığın müəyyən edilməsinin qeydə alınması yeri

Ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə, və ya atalığın müəyyən edilməsi haqqında atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır (AR-in 20 oktyabr 2006-cı il tarixli Qanunu ilə edilmiş düzəlişlə — «Az-n» q., 30 dekabr 2006-cı il).

Maddə 187. Atalığın müəyyən edilməsinin qeydə alınması qaydası

187.1. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, validyenlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır.

187.2. Yetkinlik yaşına çatanlar barəsində atalığın müəyyən edilməsinin qeydə alınmasına yalnız onların razılığı ilə yol verilir.

Maddə 188. Uşağın doğulması haqqında qeydə ata barəsində məlumatın yazılması

Atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir.


XXVII fƏsil
Adın, ata adının vƏ soyadın dƏyişdirilmƏsinin
qeydƏ alınması


Maddə 189. Vətəndaşların adı, soyadı və ata adını dəyişdirmək hüququ

Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.



Maddə 190. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması qaydası

Adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır.



Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması

191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar.

191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir.

Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi

Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir.


XXVIII fƏsil
Ölümün qeydƏ alınması


Maddə 193. Ölümün qeydə alınması qaydası

193.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır.

193.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

Maddə 194. Ölüm haqqında məlumat vermə

Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır.



Maddə 195. Ölüm haqqında məlumatın verilməsi müddətləri

Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 3 gündən 10 gündən gec olmayaraq verilməlidir (AR-in 20 oktyabr 2006-cı il tarixli Qanunu ilə edilmiş düzəlişlə — «Az-n» q., 30 dekabr 2006-cı il).
Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin