Azərbaycan Respublikasında Ekoloji üsullarla təmiz məhsul istehsalı, emalı, etiketlənməsi və marketinqi üçün standartlar


a. Bitki mənşəli yem materialları



Yüklə 482,27 Kb.
səhifə4/7
tarix05.03.2017
ölçüsü482,27 Kb.
#10269
1   2   3   4   5   6   7

a. Bitki mənşəli yem materialları
a.1 qeyri-ekoloji mənbədən olan yem ancaq paraqraf 14 və 15-də göstərilən şərtlər daxilində istifadə oluna bilər, əgər onlar kimyəvi həlledicilərdən və dərmanlardan istifadə olunmadan istehsal ediliblərsə;
a.2 Dənli bitkilər, taxıllar, onların məhsulları və əlavə məhsulları. Yalnız aşağıda göstərilən maddələr bu kateqoriyaya daxil edilə bilər:
vələmir dəni, kəpək, aralıq məhsullar, qabıq və un tullantıları, arpa dəni, protein və aralıq məhsululları; düyü rüşeyminin; darı dəni, çovdar dəni və aralıq məhsulu, sorqo dəni; buğda dəni, aralıq məhsulları, kəpək, yem qlüteni, qlüten və rüşeymi; spelta buğdasının dəni; tritikale dəni; qarğıdalı dəni, yarma, aralıq məhsullar, rüşüymvə qlüten; səməni gövdələri, pivəlik dənlər.
a.3 Yağlı toxumlar, yağlı meyvələr, onların məhsulları və əlavə məhsulları. Ancaq aşağıdakı maddələr bu kateqoriyaya daxildir:
raps toxumu, şrot və qabıq, soya paxlası, şrot və qabıq kimi, günəbaxan toxumu və şrot kimi; pambıq toxumг və şrot kimi; kətan toxum və şrot kimi; küncüt toxum və şrot kimi; palma toxumu şrot kimi, balqabaq toxum kimi və şrot kimi; zeytun, zeytun yeməli hissəsi; tərəvəz yağı (fiziki ekstraksiya yolu ilə).
a.4 Paxlalılardan alınma toxum, onların məhsulları və onlardan alınma məhsullar Ancaq aşağıdakı maddələr bu kateqoriyaya daxil edilə bilər:
nut toxumu, aralıq məhsulları və kəpək kimi; çöl noxudu toxum kimi, qızdırmanın müalicəsi üçün, araliq məhsul və kəpək kimi; noxud toxumu, aralıq məhsul və kəpək kimi; iri paxlalar toxum, aralıq məhsul və kəpək kimi; at paxlası araliq məhsul və kəpək kimi; çölnoxudu toxumu, aralıq məhsul və kəpək kimi; və lupin-acı paxla toxumu, aralıq məhsul və kəpək kimi.
a.5 Kök yumrusu, köklər, onların məhsulları və onlardan alınan məhsullar. Yalnız aşağıdakı maddələr bu kateqoriyalara daxil edilə bilər.
şəkər çuğunduru ləti, kartof, kök yumrusu kimi şirin kartof, kartof yeməli hissəsi, (ondan alınma məhsul kimi kartof nişastası), kartof nişastası, kartof proteini və manioc (kökündəm nişasta alınan tropik meyvə).
a.6 Digər toxumlar və meyvələr, onların məhsulları və onlardan alınan məhsullar. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxildir:
karob, karob paxlası, balqabaq, sitrus meyvələr, alma; heyva, armud, şaftalı, əncir, üzüm və onların ləti; şabalıd, qoz şrotu, fındıq şrotu; kokao qabıqları və şrotu, palıd qozası.
a.7 Yemlər və qaba yemlər. Ancaq aşağıda göstərilən maddələr bu kateqoriyaya daxildir:
yonca, yonca unu, üçyarpaq, üçyarpaq unu, təbii ot (yem plantasiyalarından əldə olunan), ot onu, quru ot, silos, dənli bitkilərin küləşi və yem üçün olan kökümüyvəli tərəvəzlər.
a.8 Digər bitkilər, onların məhsulları və onlardan alınan məhsullar. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxildir:
Patka, dəniz yosunları unu (dəniz yosunlarının qurudulması, xırdalanması və yodların azaldılması üçün yuyulması), bitkilərdən alınma paraşoklar və bitki ekstraktları, bitki protein ekstraktları (ancaq müstəsna olaraq gənc heyvanlara verilir), ədviyyatlar və otlar.

b.Mineral mənşəli qida maddələri


b.1 mineral mənşəli yemlər, mikro elementlər, vitaminlər və ya provitaminlər, ancaq təbii mənşəli olduqları halda istifadə edilə bilərlər. Bu maddələrin olmadığı hallarda və ya xüsusi müstəsna hallarda bu maddələrin kimyəvi üsullarla müəyyən edilmiş analoqlarının istifadəsinə də icazə verilir;
b.2 Ancaq aşağıda göstərilən maddələr bu kateqoriyaya aiddir :
Natrium:

rafinə edilməmiş dəniz duzu

iri daş duzu

natrium sulfat

natrium karbonat

natrium bikarbonat

natrium xlorid;

Kalium:

kalium xlorid;


Kalsium:

lithotamnion və maerl

su heyvanlarını qabığı (həmçinin dəniz molyusklarının sümükləri)

kalsium karbonat

kalsium laktat (süd turşusu)

kalsium qlükonat


Fosfor:

Flüorsuzlaşdırılmış bi-kalsium fosfat

Flüorsuzlaşdırılmış mono-kalsium fosfat

Mono-natrium fosfat

Kalsium -maqnezium fosfat

Kalsium-natrium fosfat


Maqnezium:

maqnezium oksid (magnezium anhidridi)

maqnezium sulfat

maqnezium xlorid

maqnezium karbonat

maqnezium fosfat;


Kükürd:

Natrium sulfat



c. Heyvan mənşəli yem materialları
c.1 süd və süd məhsulları, balıq, digər dəniz heyvanları və onlardan alınan məhsullar müstəsna olmaqla heyvan mənşəli yemlər istifadə edilməməli və yaxud milli qanunvericilikdə qeyd olunduğu istifadə olunmalıdır. İstənilən halda məməlilərdən alınma materiallarla (süd və süd məhsulları müstəsna olmaqla) gövşəyənləri yemləməyə icazə verilmir;
c.2 Süd və süd məhsulları. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya aiddir:

çiy süd, süd unu, yağsız süd, yağsız süd unu, ayran, ayran unu, pendir suyu, pendir suyunun paraşoku, az şəkərli pendir suyunun paraşoku, proteinli pendir suyunun paraşoku (fiziki üsulla ekstraksiya olunmuş), kazein unu, laktoza paraşoku, kəsmik və qatıq


c.3 Balıq, digər dəniz heyvanları, onların məhsulları və onlardan alınan məhsullar.

Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxildir:

baliq, balıq yağı və rafinə edilməmiş treska ciyərinin yağı; balıq mollüskları və rakabənzər canlıların fermentasiyası, istər həllolan formada, istərsə də həllolmayan formada olsun, ancaq gənc heyvanlar üçün tətbiq edilir.

Balıq yemləri.


c.4 Yumurtalar, yumurta məhsulları, quşçuluqda yem kimi, yaxşı olardı ki, eyni mənbədən olsun.
d. Sintetik azot və proteinsiz azot tərkibli birləşmələr istifadə edilməməlidir.

Əlavələr və emal üçün köməkçi vasitələr üçün xüsusi kriteriyalar:
QİDA ƏLAVƏLƏRİ, HEYVANLARIN QİDALANDIRİLMASINDA İSTİFADƏ OLUNAN BƏZİ MADDƏLƏR VƏ QİDALARDA İSTİFADƏ OLUNAN EMAL KÖMƏKÇİ VASİTƏLƏRİ


  1. Qida əlavələri

a.1 Mikro elementlər. Ancaq qeyd olunan maddələr bu kateqoriyadan istifadə oluna bilər :




E1

Dəmir:




Dəmir (II) karbonat




Dəmir (II) sulfat monohidrat və ya heptahidrat




Dəmir (III) oxide;

E2

Yod :




Kalsium, anhidrid




kalsium yodit, hexahidrat




natrium yodit;

E3

Kobalt:




Kobalt (II) sulfat monohidrat və ya heptahidrat




Əsasi kobalt (II) karbonat, monohidrat;

E4

Mis:




Mis (II) oksid




Əsasi mis (II) karbonat, monohidrat




Mis (II) sulfat, pentahidrat;

E5

Manqan:




Manqan (II) karbonat




Manqan oksid Mn3O4




manqan (II) sulfat, mono- və/ya tetrahidrat;

E6

Sink:




sink karbonat




sink oksid




sink sulfat mono- və/ya heptahidrat;

E7

Molibden:




ammonium molibdenat, natrium molibdenat;

E8

Selen:




Natrium selenat




Natrium selenit

a.2 Vitaminlər, provitaminlər, oxşar təsirlərə malik kimyəvi cəhətdən yaxşı müəyyən olumuş maddələr. Ancaq aşağıda qeyd olunmuş maddələr bu kateqoriyaya daxildir:


- Təbii, xammal yem materialında təbbi halda rast gəlinən vitaminlər,


  • Təkmədəli heyvanlar üçün təbii vitaminlərə oxşar olan sintetik vitaminlər,




  • Aİ üzv dövlətin səlahiyyətli nümayəndəsinin icazəsi ilə gövşəyənlər üçün təbii vitaminlərə müvafiq olan sintetik vitaminlər A, D və E.

a.3 Fermentlər

a.4 Microorqanizmlər.
a.5 Qoruyucular. Ancaq aşağıdakı maddələr bu kateqoriyaya daxildir :


E 200

Sorbin turşusu

E 236

Qarışqa turşusu

E 260

Asetat turşusu

E 270

Süd turşusu

E 280

Propion turşusu

E 330

Limon turşusu

Süd turşusu, qarışqa turşusu, propion turşusu, limon turşularından silos hazırlanmasında istifadəyə o zaman icazə verilir ki, adekvat fermentasiyaya havanın daxil olmasina icazə verilməsin.

a.6 Birləşdirici materiallar, yapışma əleyhinə vasitələr və koaqulyantlar. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxil edilə bilər:




E 470

Təbii mənşəli kalsium stearat

E551b

Kolloid silisium dioksid

E551c

Kieselgur- zoğal turşusu

E 558

Bentonit

E 559

Kaolinit gili

E 560

Stearit və xloritin təbii qarışığı

E 561

Vermikulit

E 562

Sepiolit

E 599

Perlit

a.7 Antioksidant maddələr. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxil edilə bilər :


E 306

Təbii mənşəli tokoferolla zəngin ekstraktlar

a.8 Silos əlavələri. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxil edilə bilər :

fermentlər, mayalar, bakteriyalar.


  1. Heyvan yemləndirilməsində istifadə olunan bəzi məhsullar

Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxil edilə bilər :


Pivə mayası


  1. Yem hazırlanmasında istifadə olunan emal köməkçi vasitələri

Silos üçün emal köməkçi vasitələri. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxil edilə bilər :

- dəniz duzu, dənəvər daş duz, ayran, şəkər, şəkər çuğunduru şrotu, taxıl unu və patkalar,


Heyvandarlıq binaları vəqurğularını (məs. avadanlıq, qab və alətlər) təmizləmək və dezinfeksiya etmək üçün icazə verilən məhsullar
Kalium və natriuam sabunu
Su və buxar
Əhəng südü
Əhəng
Sönməmiş əhəng
Natrium - hipoxlorid (məs. maye ağardıcı kimi )
Natrium hidroksid
Kalium hidroksid
Hydrogen peroksid
Bitkilərin təbii efir yağları
Limon, perasetat, qarışqa, süd, oksalat turşusu və asetat turşuları
Etil spirti
Nitrat turşusu (süd avadanlıqları)
Fosfor turşusu (süd avadanlıqları)
Formaldehid
Yelinin və sağım avadanlıqlarının təmizlənməsi və dezinfeksiyası üçün vasitələr
Natrium karbonat

SAĞLAMLIĞA QAYĞİ
19. Ekoloji heyvandarlıq istehsalında xəstəliklərin qarşısını almaq üçün aşağıdakı prinsiplərə əsaslanmaq lazımdır:

a) yuxarıda paraqraf 6-da qeyd olunduğu kimi müvafiq cinslərin və ya növlərin seçilməsi;

b) hər bir növün tələblərinə müvafiq olaraq heyvandarlıq praktikasının tətbiq edilməsi, hansı ki, xəstəliklərə qarşı güclü davamlılıq və yoluxmalardan qaçınmağa əsas yaradır;

c) müntəzəm hərəkətlər, açıq havada gəzintilər və otlaqlara çıxış imkanı ılə birlikdə yüksək keyfiyyətli ekoloji yemdən istifadə etmə heyvanlarda təbii immun müdafiə sisteminin inkişafına səbəb olur;

d) heyvanların müvafiq sıxlığının təmin edilməsi, belə ki, bu vasitə ilə heyvanların həddən artıq six şəraitdə saxlanmasının və sağlamlıq problemlərinin qarşısı alınmış olar.
20. Əgər, yuxarıda qeyd olunan tədbirlərə baxmayaraq hansısa bir heyvan xəstələnirsə və ya zədə alırsa o dərhal müalicə almalıdır, əgər lazım gələrsə bu proses müvafiq, izolə edilmiş yerdə aparılmalıdır.

İstehsalçılar əgər heyvanların lüzumsuz yerə əziyyət çəkməsinə səbəb olacaqsa dərman preparatlarından istifadə etməkdən çəkinməməlidirlər, hətta belə dərmanla müalicə heyvanın ekoloji statusunun itirilməsi ilə nəticələnsə belə.

21. Ekoloji təsərrüfatçılıqda baytarliq təbabəti vasitələrindən istifadə aşağıdakı prinsiplərə əsaslanmalıdır:
a) haradaki spesifik xəstəliklər, və ya sağlamlıq problemləri baş verir və yaxud baş verə bilər və alternativ müalicə vasitələri və ya idarəetmə təcrübəsi yoxdur, qanun tələb etdiyi hallarda heyvanların vaksinasiyasına, parazitlər əleyhinə vasitələrdən və ya terapevtik baytarlıq vasitələrindən istifadəyə icazə verilir;

b) Fitoterapevtik (antibiotiklər daxil deyil), homeopatik və ya ayurvedik məhsullara və ya mikro elementlərinə kimyəvi allopatik baytarlıq vasitələrinə və antibiotiklərə nisbətən daha çox üstünlük verilməlidir, bir şərtlə ki, əgər onların müalıcəvi effekti bir çox heyvan cinsləri və onların müalicə şəraitləri üçün effektivdir; c) əgər yuxarıda qeyd olunan məhsullar xəstəlik və zədələrə qarşı effektiv olmazsa, kimyəvi allopatik dərmanlar və ya antibiotiklər baytarın nəzarəti və cavabdehliyi şərtilə işlədilə bilər; dərmanların sorulma (karantin) dövrü qanunvericilikdə tələb olunduğu müddətə nəzərən iki dəfə uzadılmalıdır və minimum 48 saat olmalıdır;

d) profilaktika məqsədilə kimyəvi allopatik dərmanların və antibiotiklərin işlədilməsi qadağandır.
22. Hormonal müalıcə ancaq terapevtik müalicə məqsədilə işlədilməlidir və baytarın nəzarətilə aparılmalıdır.
23. Boy stimulyatorları və ya istehsalı və böyüməni tənzimləmək üçün maddələrin istifadəsi qadağandır.

HEYVANLARIN BƏSLƏNMƏSİ, DAŞINMA VƏ KƏSİM
24. Heyvanların bəslənilməsi və saxlanılması canlı varlıqlara olan qayğı, məsuliyyət və hörmət hissi ilə müşayiət olunmalıdır.
25. Çoxaltma metodları aşağıdakı ekoloji təsərrüfatçılıq prinsiplərini nəzərə alaraq tətbiq edilməlidir:
a) cinslər və növlər yerli şəraitdə ekoloji sistem altında saxlanılmağa uyğun olmalıdır;

b) təbii metodlarla çoxaltmaya üstünlük verilməlidir, həmçinin süni yolla mayalandırmadan da istifadə edilə bilər;

c) rüşeym yayan texnikadan və hormonal müalicə vasitələrindən istifadə edilə bilməz;

d) genetic mühəndislik vasitələrindən istifadə edən seleksiya üsullarına icazə verilmir.


26. Heyvanların quyruğuna elastik rezin bağlamaq, quyruqları bir-birinə bağlamaq, dişlərin, dimdiklərin, dırnaqların və buynuzların kəsilməsinə ümumiyyətlə ekoloji idarəetmə sistemində icazə verilmir. Ancaq bu sadalananlardan GABAda bəzi müstəsna hallarda heyvanların sağlamlığını qorumaq və rifahlarını yaxşılaşdırmaq naminə icazə verilir. Bu cür əməliyyatlar müvafiq yaşlarda həyata keçirilməlidir və heyvanların hər cür əzab-əziyyəti minimuma endirilməlidir. Ağrıkəsici və keyləşdiricilərdən lazımı hallarda istifadə edilməlidir.

Məhsulun keyfiyyətini və ənənəvi istehsal praktikasını saxlamaq məqsədilə ( ətlik donuzları, buğalar, ətlik axta xoruzlar və s.) fiziki axtalamaya ancaq bu şərtlər daxilində icazə verilir.


27. Yaşayış şəraiti və ətraf mühitlə davranma heyvanların təbii ehtiyaclarını nəzərə almaq baxımnından aşağıdakılara əməl edilməlidir:
− kifayət qədər hərəkət azadlığı və təbii ehtiyacları ödəmək üçün imkan;

− digər heyvanlarla xüsusilə də öz növündən olan heyvanlarla ünsiyyət;

− qeyri-normal hərəkətlərin, zədələnmələrin və xəstəliklərin qarşısının alınması;

− fövqəladə hadisələrdən məsələn yanğından, vacib xidmət mexaniki vasitələrinin sıradan çıxmasından və təminatın pozulmasından sığortalama.


28. Diri heyvanların daşınması sakit və mədəni şəkildə aparılmalıdır ki, heyvanları stresə, zədəyə və əzaba məruz qoymasın: səlahiyyətli şəxslər və ya qurumlar bu vəzifələrin düzgün həyata keçirilməsi üçün xüsusi tələblər və maksimum nəqliyyatda daşınma müddəti müəyyən etməlidirlər. Heyvanların daşınması zamanı elektrik stimulyatordan və ya allopatik sakitləşdiricilərdən istifadəyə icazə verilmir.
29. Heyvanların kəsilməsi elə tərzdə həyata keçirilməlidir ki, bunlar milli qaydalara müvafiq həyata keçirilsin, stress və əzab minimum olsun.

TÖVLƏ VƏ AZAD HƏRƏKƏT ŞƏRAİTİ
30. Heyvanların tövlədə saxlanması iqlim şəraiti onların açıq havada saxlanmasına imkan verən yerlərdə məcburi deyil.
31. Tövlə şəraiti bioloji və heyvanların davranış ehtiyaclarını ödəməklə aşağıdakı şərtlərə də cavab verməlidir:

− yem və suya asan yol;

− izolyasiyası, isitmə, soyutma sistemi və heyvanların sağlamlığı üçün təhlükə olmamasına təminat vermək üçün otaqlarda hava mübadiləsini, tozun dərəcəsi, hərarət, havanın nisbi rütubəti və qaz konsentrasiyasına nizamlayan ventilyasiyasiya;

− kifayət qədər təbii ventilyasiya və işıq;


32. Bəzi hallarda heyvanların sərbəst həyat tərzinə məhdudiyyətlər qoyula bilər. Bu isə onların sağlamlığı, təhlükəsizliyi və rahatlıqları təhlükə altında olduğu hallarda və yaxud bitki, torpaq, və suyun keyfiyyətini qorumaq naminə edilir.
33.Binalarda heyvanların yaşam sıxlığı aşağıdakı tələblərə müvafiq olmalıdır:

− növlər, cinslər və heyvanların yaşları nəzərə alınmaqla onlar üçün rahatlıq və rifah təmin edilməlidir;

− heyvan qruplarının ölçüsü və cinsləri nəzərə alınmaqla onların təbii davranış ehtiyaclarının təmin edilməsi;

− təbii halda dayanmaları, asanlıqla uzanmaları, ətrafa dönmələri, özlərinə qulluq etmək və bütün təbii hərəkətləri yerinə yetirmək üçün, məs., dartınmanı, qanadların hərəkərini sərbəst həyata keçirmələri üçün onlara kifayət qədər ərazi ayrılmalıdır.


34. Qarşılıqlı yoluxucu infeksiyaların və xəstəlikdaşıyıcı orqanizmlərin qarşısını almaq üçün yaşayiş yeri, daldanacaq yerləri, avadanlıq və alətlər təmiz olmalı və dezinfeksiya edilməlidir.
35.Sərbəst davranış, açıq havada gəzmək üçün ərazilər və ya açıq havada qaçışlar, və əgər vacibdirsə yağışdan, küləkdən, günəşdən və ekstremal temperaturlardan kifayət qədər müdafiə zolağı yaratmalı.
36. Otlaqda, çöllərdə və ya digər təbii və ya yarım-təbii yaşayış yerlərində heyvanların sıxlığı lazımi qədər seyrək olmalıdır ki, həm torpağı deqradasiyadan həm də çox otarılmadan qorusun.
MƏMƏLİLƏR
37. Bütün məməlilərin otlağa və ya açıq hava məşğələlərinə - gəzintilərinə, qaçış üçün əraziyə çıxışı olmalıdır, bu sahələrin bir hissəsi bağlı da ola bilər. Onlar bu ərazidən heyvanların psixoloji vəziyyətlərini, hava şəraitini, və torpağın vəziyyətini nəzərə alaraq istifadə etməlidirlər.
38. GABA aşağıdakı müstəsnalıqlara icazə verə bilər:
− öküzlərin otlaqlara çıxışı, qış dövründə inəklərin açıq hava gəzintilərinə, qaçış üçün əraziyə çıxışı;

− son kökəltmə fazası.


39. Heyvanların tövləsi düz, amma sürüşkən olmayan döşəməyə malik olmalıdır. Döşəmə tamamilə ensiz taxtalardan – reykalardan və ya reşotkadan ibarət olmamalıdır.
40. Heyvanların tövləsi möhkəm materiallardan təşkil olunmaqla onların uzanması/istirahəti üçün kifayət ölçüdə və rahat, təmiz və quru olmalıdır.

Kifayət qədər quru döşənək materialı dincəlmək üçün olan əraziyə döşənir.


41. Danaların individual otaqlarda saxlanılmasına və bağlanmasına GABAın qəbul etməsindən asılı olmayaraq icazə verilmir.
42. Ana donuzlar qrup şəklində saxlanılmalıdır, müstəsna hal kimi boğazlığın sonuncu mərhələsi və əmizdirmə dövrü götürülür. Çoşqalar düz meydançalarda və ya qəfəslərdə saxlanıla bilməz. Saxlanma ərazisi onlara ifraz etməyə və yem axtarmağa imkan verməlidir.

43. Dovşanların qəfəsdə saxlanmasına icazə verilmir.


QUŞÇULUQ

44. Ev quşları açıq şəraitdə saxlanmalıdır, hava şəraiti imkan verən hallarda açıq havada gəzişmə imkanları olmalıdır. Ev quşlarının qəfəslərdə saxlanmasına icazə verilmir.


45. Ev quşlarının (qaz, ördək) haşa şəraiti imkan verən yerlərdə təbii su mənbələrinə, çaylara, göllərə, nohurlara və s. çıxışı olmalıdır.
46. Bütün quşlar üçün hazırlanan yaşayış yerləri bərk konstruksiyadan ibarət olmalıdır, və onun üzəri küləş, ağac ovuntuları, qum və ya torfla örtülü olmalıdır.

Döşəmənin kifayət qədər böyük bir hissəsi ekskrementləri (zıl) toplamaq üçün və yumurtlar toyuqların yaşaması üçün boş olmalıdır. Tarlar/hündürlükdə yatmaq üçün olan ərazi növlərin sayına və qrupun ölçüsünə görə müvafiq olmalıdır, həmçinin hər adekvat ölçülü belə yerlərin giriş/çıxış üçün müvafiq dəlikləri olmalıdır.

47. Süni işıqlandırma nəticəsində təbii gün uzadılır ki, bu da toyuqların yumurtlamasını intensivləşdirmək məqsədi güdür, səlahiyyətli şəxslər və ya qurumlar cinslər və növlər üçün coğrafi şəraiti və heyvanların sağlamlığını nəzərə alaraq maksimum uzatma saatı müəyyən etməlidirlər.

48. Sağlamlıq naminə hər partiya quşlar saxlanılan bina boşaldılmalı və yeni grup quşlar üçün vegetasiyaya imkan yaradılmalıdır.



PEYİNİN İDARƏEDİLMƏSİ
49. Peyinin idarəedilməsi praktikası heyvanların yerləşdirildiyi, salındığı və ya otarıldığı sahələri ilkin vəziyyətində qoruyub saxlamaq üçün istifadə olunur. Və bu aşağıdakı qaydalara müvafiq olaraq həyata keçirilməlidir:

a) torpağın və suyun deqradasiyasını minimuma endirir;


b) suyun nitratlarla və patogen bakteriyalarla çirklənməsinə ciddi səbəb olmur;

c) qida dövriyyəsini optimallaşdırır;

d) yandırma və digər təcrübələri ekoloji təcrübələrlə qarışdırmır.
50. Peyin üçün bütün saxlanma və davranma alət və avadanlıqları, həmçinin kompostlaşdırma avadanlıqları elə konstruksiya edilməlidir ki, torpağın və

suyun üst qatının çirkləndirilməsinin qarşısını alsın.


51. Peyinin sahəyə verilməsinin səviyyəsi torpağın və suyun üst qatının çirkləndirilməsinə səbəb ola biləcək səviyyəyə qədər artmamalıdır. GABA gübrə tətbiqində maksimum səviyyə və heyvanların saxlanma sıxlığı barəsində normalar təyin etmişdir. Peyini tətbiqetmə vaxtı və tətbiqetmənin metodları elə seçilməlidir ki, o su hüvzələrinə, çaylara, və göllərə yuyulub getmək riskini artırmasın.

Yüklə 482,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin