Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə86/94
tarix02.01.2022
ölçüsü0,71 Mb.
#2727
1   ...   82   83   84   85   86   87   88   89   ...   94
Torpağın  şoranlaşması – torpaqda, torpaqəmələgətirən 
növlərin və tez həll olan duzların (karbonat-natri, xlorid və 
sulfatlar) miqdarının (0,25 %-dən artıq) çoxalması, ya da 
əksər hallarda qeyri-düzgün becərmə  işlərinin aparılması  və 
ya qrunt və  səth sularının gətirdiyi duzların hesabına 
şoranlaşma. 
Tullantıların dənizdə basdırılması – zərərli tullantıların 
açıq dənizdə basdırılması üzrə müxtəlif texnologiyaların 
istifadə olunması. Bu, əsasən maye tullantıların dənizə 
axıdılmasından, içərisində müxtəlif zərərli və toksiki 
tullantılar olan konteynerlərin dənizdə batırılmasından ibarət 
olur. 
Turş yağıntı – yağıntının bütün növlərini – yağış, qar, sulu 
qar, dolu və istənilən digər formasını turş yağıntı 
adlandırırlar. Turş yağıntı atmosferdə  tərkibində kükürd 


95 
 
oksidi və ya azot olan maddələrin reaksiyaya girməsi 
nəticəsində yaranır. Bu maddələr kömürün və neft 
məhsullarının yandırılması zamanı  əlavə maddə qismində 
əmələ gəlir. Turş yağıntı su hövzələrinin bütün canlı aləminə 
zərbə vurur, körpülərin və arxitektura abidələrinin 
koroziyasına səbəb olur, lak və  rəng örtüklərini dağıdır, 
meşələri məhv edir, kənd təsərrüfatında məhsuldarlığı  aşağı 
salır, qurğuşunun borulara düşməsi nəticəsində içməli suyu 
zəhərləyir və görüntünü azaldır. 

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin