Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə8/94
tarix02.01.2022
ölçüsü0,71 Mb.
#2727
1   ...   4   5   6   7   8   9   10   11   ...   94
metodik vəsaitin müəllifi tərəfindən hazırlanmışdır) 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 fevral 2008-
ci il tarixli 235 saylı  əmri ilə  təsdiq edilmiş  və “Bakı 
Universiteti” nəşriyyatında çap olunmuşdur. 
 “Jurnalistika 
və müasir dövrün qlobal problemləri” 
kursu bakalavr pilləsinin  əyani  şöbəsində  təhsil alan 
tələbələrə 8-ci semestrdə (IV kurs) tədris olunur. Bu vaxt 
onlar artıq  əsas ixtisas fənnlərini mənimsəmiş  və praktik 
jurnalist işinin müəyyən təcrübəsinə yiyələnmiş olurlar. 
Təqdim olunan kurs çərçivəsində  tələbələr öz təsəvvürlərini 
yeni elmi məlumatlarla, yeni yanaşma metodları ilə 
zənginləşdirmək, gələcək fəaliyyətlərində  işıqlandıracaqları 


12 
 
qlobal problem və prosesləri daha dərindən dərk etmək 
imkanları əldə edirlər. 
 
 
1.6. 
KURSUN
 
MƏNİMSƏNİLMƏ
 
SƏVİYYƏSİNƏ
 
OLAN
 
TƏLƏBLƏR 
 
Tələbələr : 
   
 
 
müasir dövrdə qlobal böhran situasiyalarının özünü 
büruzə verdikləri müxtəlif sosial-təbii proseslər 
barədə biliklərini; 
 
qlobal problemlərin həlli məqsədi ilə hansı tədbirlərin 
həyata keçirildiyi və  bəşəriyyətin qarşısında hansı 
vəzifələrin durduğu barədə məlumatlı olmalarını; 
 
qlobal problemlərin ümumbəşəri xarakter daşıması, 
onların bütövlükdə  bəşəriyyətin, ayrı-ayrılıqda isə 
dünyanın harasında yaşamasından asılı olmayaraq hər 
bir insanın, xalqların və ölkələrin maraqlarını  əhatə 
etməsini dərindən anladıqlaraını; 
 
Azərbaycan reallıqlarının Yer kürəsində mövcud olan 
qlobal problemlərlə bağlılığını dərk etdiklərini; 
 
müasir dövrün çağırışlarına bəşəriyyətin adekvat 
cavab verməsində kütləvi informasiya vasitələrinin 
rolunu və yerini başa düşdüklərini;  
 
bəşəriyyətin qabaqcıl mütəfəkkirləri tərəfindən 
təxirəsalınmaz vəzifələr kimi irəli sürülən konkret-
tarixi vəzifənin yerinə yetirilməsi sahəsində 
Azərbaycan KİV-inin iştirak təcrübəsi ilə tanış 
olduqlarını; 
 
müasir dövrün qlobal problemlərinin işıqlandırılması 
sahəsində kütləvi informasiya vasitələrinin 
fəaliyyətlərində olan nöqsanları dərk etdiklərini; 


13 
 
 
aldıqları 
nəzəri bilikləri gələcək praktik 
fəaliyyətlərində (KİV-lərin konkret çıxışlarının təhlil 
edilməsi,  əldə olunan nəticələrin praktikada istifadə 
olunması, bu və ya digər kütləvi informasiya 
vasitəsinin tematik planının işlənib hazırlanması, öz 
materiallarının çapa və ya nümayişə hazırlanması  və 
s.) tətbiq etmək bacarıqlarını  
nümayiş etdirməlidirlər. 
1.7.  KURSUN MƏZMUNU 
 
Kurs özündə müasir dövrün qlobal problemlərini 
əsasən  əhatə edən on iki mövzunu birləşdirir.
 
Bu mövzular 
müasir dövrün qlobal problemlərinin təsnifatına və  səbəb-
nəticə bağlılığına uyğun olaraq, üç şərti bölmədə  tələbələrə 
təqdim olunur. Mühazirələr qlobal problemlərin praktik 
məşğələlərdə  ətraflı müzakirə olunması üçün beynəlxalq və 
milli nəzəri-empirik materiallar  daxil edilməklə 
hazırlanmışdır.  
Birinci bölmə -“Siyasi və iqtisadi sahədə dövlətlərin 
qarşılıqlı  fəaliyyət problemləri” – “Kütləvi informasiya 
vasitələri və müasir dövrün qlobal problemləri: ümumi nəzər” 
mövzusu da daxil olmaqla, qlobal problemlərin yaranması və 
güclənməsi prosesinin, geosiyasi problemlərin, dünya nüvə 
müharibəsi təhlükəsinin qarşısının alınması, bütün ölkələrin 
və xalqların sosial tərəqqisi üçün münbit şəraitin yaradılması, 
inkişaf etməkdə olan ölkələrin texnoloji və iqtisadi geriliyinin 
aradan qaldırılması  və yeni beynəlxalq dünya nizamının 
yaradılması məsələlərinin təhlilinə həsr olunmuşdur. 
İkinci bölmə - “Cəmiyyət və təbiət arasında qarşılıqlı 
fəaliyyət problemləri” - ətraf mühitin ifrat çirkləndirilməsinin 
qarşısının alınması, bəşəriyyətin lazımi təbii resurslarla 
(xammal, enerji, ərzaq) təmin olunması, dünya okeanlarından 
və kosmosdan dinc məqsədlər üçün istifadə  və s. 


14 
 
problemlərin öyrənilməsi və kütləvi informasiya vasitələrində 
işıqlandırılması məsələlərinə yönəldilmişdir. 
Üçüncü bölmə - “İnsanlar və  cəmiyyət arasında 
qarşılıqlı  əlaqə problemləri” - əhali artımı  və miqrasiya 
problemləri, insanların sağlamlığının qorunması  və 
möhkəmləndirilməsi, təhsil və  mədəni inkişaf problemləri, 
beynəlxalq təşkilatların qlobal problemlərin həllində  iştirakı 
və bir sıra digər məsələlər araşdırılır. 
Bütün mühazirələrdə  zamanın çağırışına adekvat 

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin