Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,96 Mb.
səhifə7/611
tarix26.12.2016
ölçüsü2,96 Mb.
#3712
1   2   3   4   5   6   7   8   9   10   ...   611
XÜSUSİ HİSSƏ

II BÖLMƏ


İNZİBATİ XƏTALAR

Altıncı fəsil

SİYASİ, SOSİAL VƏ ƏMƏK HÜQUQLARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 39. Seçkiqabağı və ya referendum ilə bağlı təşviqatın aparılması qaydalarının və müddətinin pozulması xii[12]

39.1. Seçkiqabağı və ya referendum ilə bağlı təşviqatın aparılmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarının və müddətinin pozulmasına görə -

iyirmi beş manatdan əlli manatadək miqdarda cərimə edilir.xiii[13]

39.2. Qeydə alınmış namizədə seçkiqabağı təşviqatın müddəti başa çatana kimi şərəf və ləyaqətini seçki qanunvericiliyi ilə müəyyən olunmuş teleradio verilişləri təşkilatlarının teleradio proqramlarında və dövri nəşrlərdə onların vəzifəli şəxsləri tərəfindən müdafiə etmək imkanının verilməməsinə görə -

vəzifəli şəxslər əlli manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.xiv[14]

Maddə 40. Təşviqat-nəşr materiallarını qəsdən məhv etmə və ya namizədin seçicilərlə görüşünə mane olma

Mülkiyyətçinin və ya obyekt sahibinin razılığı ilə qanunvericiliklə müəyyən edilmiş yerlərdə asılmış seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını məhv etməyə və ya korlamağa və ya təşviqat materiallarının yayılmasına mane olmağa, yaxud namizədin seçicilərlə görüşünə mane olmağa görə- xv[15]

otuz beş manatdan altmış manatadək miqdarda cərimə edilir.xvi[16]

Maddə 41. Namizəd haqqında bilərəkdən yalan məlumatlar yayma xvii[17]

Seçkinin nəticəsinə təsir göstərmək məqsədi ilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) namizəd haqqında bilərəkdən yalan məlumatlar dərc etməyə və ya onları başqa üsullarla yaymağa görə -

iyirmi manatdan əlli beş manatadək miqdarda cərimə edilir.xviii[18]

Maddə 42. Seçki komissiyası (referendumun keçirilməsi üzrə komissiya) üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi-informasiya vasitələri nümayəndələrinin hüquqlarının pozulması xix[19]

Seçki komissiyası (referendumun keçirilməsi üzrə komissiya) üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi-informasiya vasitələri nümayəndələrinin qanunvericiliklə müəyyən edilmiş hüquqlarını, o cümlədən seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin təsdiqi ilə bağlı hüquqları pozmağa görə -

otuz beş manatdan altmış beş manatadək miqdarda cərimə edilir.xx[20]

Maddə 42-1.Seçki (referendum) məqsədləri üçün vəzifə mövqeyindən və ya xidməti mövqedən üstünlük əldə etmək üçün sui-isfadə olunması

Seçki (referendum) məqsədləri üçün vəzifə mövqeyindən və ya xidməti mövqedən üstünlük əldə etmək üçün sui-istifadə olunmasına görə -

vəzifəli şəxslər xəbərdarlıq edilir və ya on manatdan iyirmi manatadək miqdarda cərimə edilir.xxi[21]

Maddə 42-2. Seçicilər haqqında məlumatların düzgün, tam və vaxtında verilməməsi xxii[22]

Seçicilər haqqında məlumatları təqdim edən müvafiq icra orqanı tərəfindən həmin məlumatların düzgün, tam və vaxtında verilməməsinə görə -

müvafiq icra orqanının rəhbəri xəbərdarlıq edilir və ya on manatdan iyirmi manatadək miqdarda cərimə edilir. xxiii[23]

Maddə-42-3. Seçki bülletenlərinin, səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulması xxiv[24]

Seçki komissiyalarının sədrləri tərəfindən seçki bülletenlərinin, səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulmasına görə -

xəbərdarlıq edilir və ya on manatdan iyirmi manatadək miqdarda cərimə edilir.xxv[25]

Maddə-42-4. Dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə qaydasının pozulması xxvi[26]

Səsvermə başlandıqdan sonra seçkilərin yekunları və səsvermənin nəticələri barədə protokollar imzalananadək yuxarı seçki komissiyalarının informasiya xidmətlərindən aşağı seçki komissiyalarının informasiya xidmətlərinə məlumatların qəbulunu təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməsinə görə -

fiziki şəxslər iyirmi manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda cərimə edilir.xxvii[27]

Maddə 43. Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakılığa çağıran çıxışlar edilməsi və ya bu cür materialların yayılması xxviii[28]

Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakılığa çağıran çıxışlar edilməsinə və ya bu cür materialların yayılmasına görə -

otuz beş manatdan altmış beş manatadək miqdarda cərimə edilir.xxix[29]

Maddə 43-1.Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsi xxx[30]

Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsinə görə -

xəbərdarlıq edilir və ya on manatdan iyirmi manatadək miqdarda cərimə edilir.xxxi[31]

Maddə 44. Seçici siyahıları ilə vətəndaşların tanış olmaq hüququnun və digər hüquqlarının pozulması

44.0. Seçki komissiyasının (referendumun keçirilməsi üzrə komissiyanın) üzvü tərəfindən:

44.0.1. vətəndaşların seçici siyahıları (referendumda iştirak etmək hüququ olan şəxslərin siyahısı) ilə tanış olması hüququnun pozulmasına;

44.0.2. seçici siyahılarındakı(referendumda iştirak etmək hüququ olan şəxslərin siyahısındakı) yanlışlıqlar haqqında vətəndaşların ərizələrinə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxılmamasına;

44.0.3. seçici siyahılarına düzəlişlərin edilməsindən imtina barədə vətəndaşa yazılı şəkildə əsaslandırılmış cavab verilməməsinə;

44.0.4. qeydiyyatdan keçmiş seçicilər barəsində məlumatların vaxtında rəsmiləşdirilməməsinə və dəqiqləşdirilməməsinə görə -

seçki komissiyasının (referendumun keçirilməsi üzrə komissiyanın) üzvü qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.xxxii[32]

Maddə 45. Seçkilərdə (referendumda) iştirak etmək üçün məzuniyyətin verilməsindən imtina etmə

45.1. Dövlət və ya yerli özünüidarəetmə orqanlarına seçkilərin hazırlanmasında və ya keçirilməsində onun iştirakının təmin edilməsi məqsədi ilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) qeydə alınmış namizədə, namizədin vəkilinə və ya seçki komissiyasının (referendumun keçirilməsi üzrə komissiyanın) üzvünə qanunvericiliklə müəyyən edilmiş məzuniyyətin verilməsindən imtina etməyə görə -

qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.xxxiii[33]

45.2. Yerli özünüidarəetmə orqanlarına və ya deputatlığa seçilmiş şəxslərin dövlət vəzifələrinin icra edilməsi məqsədi ilə həmin şəxsləri işdən azad etməməyə görə -

əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir.xxxiv[34]

Maddə 45-1. Qeydə alınmış namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmaması

Dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə -

səksən manatdan doxsan manatadək miqdarda cərimə edilir.
Maddə 45-2. Seçici imzalarının toplanması qaydasının pozulması

Mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların seçici imzalarının toplanmasında iştirak etməsinə görə -

vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir.xxxv[35]

Maddə 46. Seçkilərin (referendumun) maliyyələşdirilməsi və ya maliyyə hesabatlarının təqdim edilməsi qaydalarının pozulması xxxvi[36]

46.1. Seçkilərin (referendumun) maliyyələşdirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

fiziki şəxslər on manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.xxxvii[37]

46.2. Seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitlərin xərclənməsi hesabatları barədə namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları tərəfindən maliyyə hesabatlarının təqdim və ya dərc edilməməsinə görə - xxxviii[38]

iyirmi manatdan otuz manatadək miqdarda cərimə edilir.xxxix[39]

Maddə 47. Anonim təşviqat materiallarının və ya reklamların hazırlanması və yayılması qaydalarının pozulması

47.1. Seçkiqabağı və ya referendum ilə bağlı nəşr və audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumatların göstərilməməsinə görə -

on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.xl[40]

47.2. Siyasi partiyaların, siyasi partiyaların bloklarının, namizədlərin və ya qeydə alınmış namizədlərin yazılı formada razılığı olmadan seçkiqabağı nəşr materiallarının hazırlanmasına, yaxud yayılmasına görə -

iyirmi manatdan otuz manatadək miqdarda cərimə edilir.xli[41]

47.3. Siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlər və ya qeydə alınmış namizədlər barəsində reklamların hazırlanmasının və yayılmasının, yaxud xeyriyyə xidməti göstərilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə - iyirmi beş manatdan otuz beş manatadək miqdarda cərimə edilir.xlii[42]

Maddə 48. Səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında məlumatın bilərəkdən təqdim edilməməsi və ya dərc olunmaması xliii[43]

48.1. Seçicilərin, qeydə alınmış namizədin, siyasi partiyaların, siyasi partiyaların bloklarının və namizədlərin vəkil edilmiş şəxslərinin, müşahidəçilərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin tələbi ilə onların tanış olmaları üçün müvafiq seçki komissiyasının sədrləri tərəfindən səsvermənin yekunlarına və nəticələrinə aid məlumatların bilərəkdən təqdim edilməməsinə görə -

əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir.xliv[44]

48.2. Səsvermənin yekunlarına və nəticələrinə aid məlumatların bilərəkdən qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə dərc edilməməsinə görə -

yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir.xlv[45]

Maddə 49. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsinə mane olma

Qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilən yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsinə mane olmağa görə -

fiziki şəxslər iyirmi beş manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir.xlvi[46]

Maddə 50. Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması

Müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu az miqdarda ziyan vurduqda -

pirat nüsxələr, həmçinin pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqlar müsadirə edilməklə on beş manatdan qırx manatadək miqdarda cərimə edilir.xlvii[47]

Qeyd: Bu Məcəllənin 50, 50-1 ,50-2-ci və 50-3-cü maddələrində "az miqdarda ziyan vurduqda" dedikdə, min manatadək olan məbləğ başa düşülür. xlviii[48]

Maddə 50-1. İnteqral sxem topologiyasından istifadəyə müstəsna hüququn pozulması xlix[49]

Müəllifin və ya digər hüquq sahibinin icazəsi olmadan inteqral sxem topologiyasının orijinal olmayan hissəsinin çıxarılması istisna olmaqla, bütövlükdə, yaxud onun hər hansı bir hissəsinin inteqral sxemə daxil edilməsi yolu ilə və ya sürətinin başqa şəkildə cıxarılması, habelə topologiyanın və ya həmin topologiyadan ibarət inteqral sxemin tətbiq edilməsi, gətirilməsi, satış üçün təklif edilməsi, satılması, yaxud başqa formada təsərrüfat dövriyyəsinə daxil edilməsinə görə, bu az miqdarda ziyan vurduqda –

iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.l[50]

M a d d ə 5 0-2. Folklor nümunələrindən istifadə tələblərinin pozulması li[51]

Folklor nümunələrindən istifadə tələblərinin pozulmasına görə, bu, az miqdarda ziyan vurduqda - folklor nümunələrinin istifadəsinə qoyulan tələblərin pozulması ilə istehsal olunmuş və ya yayılmış folklor obyekti nüsxələri (pirat nüsxələr) müsadirə edilməklə fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.lii[52]

Maddə 50-3. Məlumat toplularından qeyri-qanuni istifadə edilməsi liii[53]

Məlumat toplularından qeyri-qanuni istifadə edilməsinə görə, bu, az miqdarda ziyan vurduqda –

məlumat toplusunun pirat nüsxələri, həmçinin pirat nüsxələrin surətçıxarılması üçün istifadə edilmiş material və avadanlıqlar, eləcə də hüquq pozuntularına səbəb olan digər alətlər müsadirə edilməklə fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.liv[54]

Maddə 51. Uşaqların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi

Yetkinlik yaşına çatmayan uşaqların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə -

xəbərdarlıq edilir və ya iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.lv[55]

Maddə 52. Valideynlərə kömək göstərməkdən qəsdən boyun qaçırma

Yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə -

xəbərdarlıq edilir və ya otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.lvi[56]
M a d d ə 52-1. Əmək pensiyaları haqqında qanunvericiliyin pozulması lvii[57]

52-1.1. Əmək pensiyasını təyin edən orqan tərəfindən əmək pensiyasının ödənilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə qəbul edilməməsinə, əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarda pensiya təyin olunmasından imtinanın səbəblərinin göstərilməməsinə və əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarın qanun-vericiliklə müəyyən olunmuş müddətdə müraciət edənə göndərilməməsinə görə-

vəzifəli şəxslər otuz beş manatdan səksən manatadək miqdarda cərimə edilir.lviii[58]

52-1.2. Əmək pensiyaçısı və işəgötürən tərəfindən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayan-dınlmasına səbəb olan hallar barədə məlumatın əmək pensiyasını təyin edən orqana verilməməsinə görə -

otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.lix[59]
Maddə 53. Əmək qanunvericiliyinin pozulması
53.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə -

vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda çərimə edilir.lx[60]

53.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrin, idarələrin və ya təşkilatların işəgötürənləri tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə -

yeddi yüz manatdan min iki yüz manatadək miqdarda çərimə edilir.lxi[61]

53.3. İşçiyə qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə -

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda çərimə edilir.lxii[62]

53.4. İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə -

vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək miqdarda çərimə edilir.lxiii[63]

53.5. İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda çərimə edilir.lxiv[64]

53.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda çərimə edilir.lxv[65]

53.7. İşəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə -

vəzifəli şəxslər beş yüz manatdan min manatadək miqdarda çərimə edilir.lxvi[66]

53.8. İşəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə -

otuz min manatdan otuz beş min manatadək miqdarda çərimə edilir. lxvii[67]

53.9. İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsinə görə -

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.

53.10. İşəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə -

vəzifəli şəxslər üç min manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on üç min manatadək miqdarda cərimə edilir.lxviii[68]

Maddə 53-1. Məcburi əmək
Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçinin əmək funksiyasına daxil olmayan işin (xidmətin) yerinə yetirilməsinə məcbur edilməsinə görə -

min manatdan iki min manatadək miqdarda çərimə edilir.lxix[69]


Maddə 53-2. Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürməmə

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, habelə Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürülməməsinə görə - lxx[70]

əlli manatdan doxsan manatadək miqdarda cərimə edilir.lxxi[71]
Maddə 53-4. Sosial müavinətlər haqqında qanunvericiliyin pozulmasılxxii[72]
53-4.1. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial müavinətlərin təyin edilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə çıxarılmamasına, müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə imtinanın səbəbləri göstərilməklə müraciət edən şəxsə qanunvericiliklə müəyyən edilmiş müddətdə rəsmi məlumatın verilməməsinə və ya imtinanın səbəbləri göstərilməməklə verilməsinə görə -

otuz beş manatdan səksən manatadək miqdarda cərimə edilir.lxxiii[73]

53-4.2. Müavinət alan şəxs (onun ailə üzvləri) tərəfindən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatın müvafiq icra hakimiyyəti orqanlarına verilməmәsinə görə -

otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.lxxiv[74]


Maddə 53-5. Həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına üzvlük haqqı


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   611




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin