AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/28
tarix06.03.2017
ölçüsü5,01 Kb.
#10457
1   ...   20   21   22   23   24   25   26   27   28

324 
 
nəqliyyat vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə vasitələri 
təqdim edilməsinə, yaxud saxta eyniləşdirmə vasitələrindən istifadə 
edilməsinə görə, bu az miqdarda olduqda - 
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat 
vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat 
vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə 
cərimə edilir. 
 
Maddə 482. Malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi 
və ya düzgün bəyan edilməməsi 
 
482.1. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən 
malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu 
az miqdarda olduqda - 
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat 
vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat 
vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə 
cərimə edilir. 
482.2. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən 
malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, 
yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal 
(ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük 
rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan 
Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər 
sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük 
sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük 
ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan 
və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin 
məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin 
gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi 
barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə 
görə, bu az miqdarda olduqda -   

325 
 
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat 
vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə 
cərimə edilir.  
482.3. Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının 
gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi 
gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük 
ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti 
orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan 
məlumatların verilməsinə görə- 
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz 
manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə 
edilir.  
 
Maddə 483. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması 
 
Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə 
edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş 
banklarının hesablarına məcburi qaydada köçürülməli olan az 
miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına 
görə - 
inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 
otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.  
Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, 
iyirmi min manatadək olan məbləğ başa düşülür.  
 
Maddə  484. Gömrük nəzarəti zonası rejiminin pozulması 
 
Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük 
nəzarəti zonasının sərhədlərindən keçməyə və ya onun hüdudlarında 
hərəkət etməyə, istehsal və digər kommersiya fəaliyyəti ilə məşğul 
olmağa, yaxud gömrük nəzarəti zonası rejimini başqa şəkildə 
pozmağa görə- 

326 
 
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz əlli 
manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində 
cərimə edilir.   
 
Maddə  485. Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya 
aparılarkən müvafiq icra hakimiyyəti orqanına 
məlumatın verilməməsi və ya təhrif olunmuş  
məlumatın verilməsi 
 
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən 
edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan 
Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan 
Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük 
ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması 
barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların  
verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud 
malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə 
müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - 
fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər 
iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 486. Fors-major hallarda və ya qəza zamanı müvafiq 
tədbirin görülməməsi 
 
Fors-major hallarda və ya qəza zamanı gömrük qanunvericiliyi ilə 
müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsinə, müvafiq icra 
hakimiyyəti orqanına təxirə salınmadan hadisə barədə məlumat 
verilməməsinə görə -   
inzibati xətanın bilavasitə obyekti olan malların və ya nəqliyyat 
vasitələrinin dəyərinin beş faizindən on faizinədək məbləğdə cərimə 
edilir.  
 

327 
 
Maddə 487. Malların, nəqliyyat vasitələrinin və ya onlara aid olan 
sənədlərin müvafiq icra hakimiyyəti orqanına 
çatdırılmaması və ya müəyyən edilmiş marşrut və 
müddətlər pozulmaqla çatdırılması 
 
487.1. Gömrük nəzarəti altında olan malların, nəqliyyat 
vasitələrinin müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş 
müddətlər pozulmaqla çatdırılmasına görə, yəni: 
487.1.1. on beş günədək müddətə gecikdirilərək çatdırılmasına 
görə- 
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat 
məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir
487.1.2. on beş gündən bir ayadək müddətə gecikdirilərək 
çatdırılmasına görə- 
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz əlli 
manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində 
cərimə edilir; 
487.1.3. bir aydan iki ayadək müddətə gecikdirilərək 
çatdırılmasına görə- 
fiziki şəxslər iki yüz manat məbləğdə, vəzifəli şəxslər üç yüz əlli 
manat məbləğdə, hüquqi şəxslər altı yüz manat məbləğdə cərimə 
edilir;  
487.1.4. iki aydan altı ayadək gecikdirilərək çatdırılmasına görə - 
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz əlli manatadək 
məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min manatadək 
məbləğdə cərimə edilir; 
487.1.5. altı aydan artıq müddətə gecikdirilərək çatdırılmasına 
görə- 
fiziki şəxslər yeddi yüz manatdan doqquz yüz manatadək 
məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək 
məbləğdə cərimə edilir.  

328 
 
487.2. Gömrük nəzarəti altında olan mallara və nəqliyyat 
vasitələrinə aid müvafiq icra hakimiyyəti orqanına verilmək üçün 
qəbul edilmiş gömrük sənədlərinin və ya digər sənədlərin 
itirilməsinə və ya çatdırılmamasına görə- 
fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, 
vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, 
hüquqi şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə 
cərimə edilir. 
487.3. Malların və nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən müəyyən olunmuş marşrutdan kənara çıxmaqla 
daşınmasına görə- 
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat 
məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. 
487.4. Gömrük nəzarəti altında olan malların və nəqliyyat 
vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
təyinat yerinə çatdırılmamasına, yaxud itirilməsinə görə- 
inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat 
vasitələrinin dəyərinin əlli faizindən yüz faizinədək məbləğdə cərimə 
edilir.  
 
Maddə 488. Azərbaycan Respublikasının gömrük sərhədindən 
nəqliyyat vasitələrinin keçirilməsi qaydasının pozulması 
 
Mal qismində keçirilən nəqliyyat vasitələri də daxil olmaqla, 
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən nəqliyyat 
vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
yerdə saxlanılmamasına, yaxud gömrük nəzarəti altında olan 
nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının icazəsi 
olmadan dayandığı yerdən yola salınmasına görə- 
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli 
manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq 
edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə 

329 
 
cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz 
manatadək məbləğdə cərimə edilir.  
 
Maddə 489. Gömrük nəzarəti altında olan gəmiyə və digər üzən 
vasitələrə yan alma 
 
Gömrük nəzarəti altında olan gəmiyə və digər üzən vasitələrə 
müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gəmilərin və 
digər üzən vasitələrin yan almasına görə- 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə, hüquqi 
şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə 490. Gömrük rəsmiləşdirilməsi qaydasının pozulması 
 
Gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük 
rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə 
yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət 
edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş 
qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə- 
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli 
manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq 
edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə 
cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz 
manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 491. Gömrük nəzarəti altında olan, o cümlədən şərti 
buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz 
əməliyyatlar aparılması 
 
491.1. Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə 
tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar 

330 
 
və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər 
və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o 
cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan 
istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində 
sərəncam verilməsinə görə-  
inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat 
vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə 
cərimə edilir.  
491.2. Barəsində gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti 
buraxılmış mallardan və nəqliyyat vasitələrindən müvafiq icra 
hakimiyyəti orqanının icazəsi olmadan həmin güzəştlərin verilməsi 
üçün nəzərdə tutulmayan digər məqsədlərlə istifadə edilməsinə və 
ya onların üzərində sərəncam verilməsinə görə- 
gömrük güzəştlərinin verilməsi ilə əlaqədar ödənilməmiş gömrük 
ödənişlərinin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə 
cərimə edilir.  
491.3. Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan 
gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, 
daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə 
yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin 
düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün 
qəbul edilməsinə, həmin mallardan prob və nümunələr 
götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin 
saxlandığı binaların və yerlərin açılmasına görə- 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi 
şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə 
edilir.  
 
Maddə 492. Gömrük təminatının pozulması 
 
492.1. Gömrük təminatının, yəni  mallara və ya nəqliyyat 
vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, 

331 
 
möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi 
olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, 
zədələnməsinə və ya itirilməsinə görə - 
fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz 
manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə 
edilir.  
492.2. Gömrük təminatı altında olan yük yerlərinin konstruktiv 
bütövlüyünün qəsdən pozulmasına görə-  
fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz 
manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə 
edilir.  
 
Maddə 493. Gömrük bəyannaməsinin və müvafiq sənədlərin 
təqdim edilməsi müddətinin pozulması 
 
Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan 
sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində 
müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına 
təqdim edilməməsinə görə- 
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat 
məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.  
 
Maddə 494. Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin  
gömrük nəzarəti və baxışının keçirilməsi üçün əraziyə  və binalara 
daxil olmasına maneçilik törədilməsi 
 
Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük 
nəzarətindən keçirilməli olan mallar və nəqliyyat vasitələrinin, 
həmçinin gömrük nəzarətinin həyata keçirilməsi üçün tələb olunan 
sənədlərin olduğu, yaxud olması ehtimal olunan ərazilərə və 
tikililərə, müvəqqəti saxlanc və gömrük anbarlarına, sərbəst 
zonalarda yerləşən ərazilərə və tikililərə, həmçinin icrasına nəzarət 
gömrük orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər 

332 
 
yerlərə qanunla müəyyən edilmiş qaydada daxil olmasına və baxış 
keçirməsinə maneçilik törədilməsinə görə- 
fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz əlli 
manat məbləğində cərimə edilir.  
 
Maddə 495. Müvafiq icra hakimiyyəti orqanına mallarla bağlı 
hesabatın təqdim edilməməsi və ya onların uçotunun 
aparılması qaydalarının pozulması 
 
Gömrük nəzarəti altında olan, yaxud sərbəst zonaların ərazilərinə, 
müvəqqəti saxlanc və gömrük anbarlarına gətirilən, aparılan, 
saxlanılan, emal olunan, hazırlanan, alınan və satılan mallar barədə 
gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və 
müddətlərdə müvafiq icra hakimiyyəti orqanına hesabat 
verilməməsinə, yanlış hesabat verilməsinə və ya həmin malların 
uçotunun aparılması qaydasının pozulmasına görə- 
xəbərdarlıq edilir və ya yüz əlli manatdan iki yüz əlli manatadək 
məbləğdə cərimə edilir.  
 
Maddə 496. Malların saxlanca qoyulması və saxlanc qaydalarının 
pozulması 
 
496.1. Malların saxlanca qoyulması və saxlanc qaydalarının 
(müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti 
saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının 
müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə 
görə- 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi 
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə 
edilir.  
496.2. Gömrük anbarı xüsusi gömrük prosedurunda yerləşdirilmiş 
və son saxlanc müddətini keçmiş malların və nəqliyyat vasitələrinin 

333 
 
xüsusi gömrük proseduruna müvafiq olaraq buraxılmasının və ya 
sərəncama götürülməsinin təmin edilməsi üzrə tədbirlərin 
görülməməsinə görə- 
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat 
vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz 
faizinədək məbləğdə cərimə edilir.  
 
Maddə  497. Malların emal edilməsi qaydasının pozulması 
 
Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə 
olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və 
müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal 
məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür 
malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən 
olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına 
görə- 
inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz 
faizindən səksən faizinədək məbləğdə cərimə edilir.   
 
Maddə 498. Sərbəst zonada tikinti işlərinin, kommersiya və ya 
digər fəaliyyət növlərinin həyata keçirilməsi  
qaydasının pozulması 
       
Sərbəst zonada (gömrük ərazisinin, gətirilən mallara gömrük 
rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq 
olunmayan hissəsində) tikinti işlərinin, kommersiya və ya digər 
fəaliyyət növlərinin həyata keçirilməsi qaydasının pozulmasına görə- 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi 
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə 499. Malların və nəqliyyat vasitələrinin Azərbaycan 

334 
 
Respublikasının gömrük ərazisindən kənara 
aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması 
 
499.1. Azərbaycan Respublikasının gömrük ərazisindən kənara 
aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər 
müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat 
vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan 
Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu 
əraziyə qaytarılmasına görə, yəni: 
499.1.1. on beş günədək müddətə gecikdirilməklə Azərbaycan 
Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya 
qaytarılmasına görə- 
fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz 
manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində 
cərimə edilir; 
499.1.2. on beş gündən bir ayadək müddətə gecikdirilməklə 
Azərbaycan Respublikasının gömrük ərazisindən kənara 
aparılmasına və ya bu əraziyə qaytarılmasına görə- 
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz 
manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində 
cərimə edilir; 
499.1.3. bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan 
Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu 
əraziyə qaytarılmasına görə- 
fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək 
məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz 
manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min 
manatadək məbləğdə cərimə edilir; 
499.1.4. üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan 
Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu 
əraziyə qaytarılmasına görə - 

335 
 
inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat 
vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə 
cərimə edilir; 
499.1.5. bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan 
Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu 
əraziyə qaytarılmasına görə - 
inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat 
vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə 
cərimə edilir. 
499.2. Aparılması və ya qaytarılması məcburi olan əvvəllər 
gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin 
Azərbaycan Respublikasının gömrük ərazisindən kənara 
aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə- 
inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat 
vasitələri müsadirə edilir, yaxud həmin mallar və ya nəqliyyat 
vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə 
cərimə edilir. 
 
 
 
 
Maddə 500. Azərbaycan Respublikasının gömrük ərazisinə 
müvəqqəti gətirilmiş nəqliyyat vasitələri ilə qanunsuz 
əməliyyatların aparılması 
 
Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti 
gətirilmiş nəqliyyat vasitələrinin gömrük ərazisinə müvəqqəti 
gətirilməsinin məqsədlərinə uyğun olmayan ölkədaxili sərnişin və ya 
yük daşımalarında digər şəxslər tərəfindən istismar olunmasına 
görə-  
yüz əlli manat məbləğində cərimə edilir.  
 
Maddə 501. Malların məhvi qaydasının pozulması 

336 
 
 
Malların məhvi qaydasının pozulmasına, yəni malların məhvi və ya 
onların məhvi nəticəsində yaranmış tullantıların və qalıqların 
müvafiq gömrük proseduru altında yerləşdirilməsi və ya 
zərərsizləşdirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş 
tələblərə və şərtlərə əməl edilməməsinə görə- 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi 
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə  502. Mallar və ya nəqliyyat vasitələri Azərbaycan 
Respublikasının gömrük sərhədindən keçirilərkən 
ticarət siyasəti tədbirlərinin və digər məhdudiyyətlərin 
tətbiqi qaydasına əməl edilməməsi 
 
Barəsində qanunvericiliklə müəyyən edilən ticarət siyasəti 
tədbirləri və digər məhdudiyyətlər tətbiq edilən malların və ya 
nəqliyyat vasitələrinin, həmin tədbirlərin və məhdudiyyətlərin 
müəyyən olunmuş tətbiqi qaydası pozulmaqla, Azərbaycan 
Respublikasının gömrük sərhədindən keçirilməsinə görə- 
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat 
vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat 
vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə 
cərimə edilir.  
 
Maddə 503. Malların Azərbaycan Respublikasının gömrük 
sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün 
nəzərdə tutulmayan mallar kimi keçirilməsi 
 
İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan 
malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal 

337 
 
və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi 
keçirilməsinə görə- 
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat 
vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz 
faizinədək məbləğdə cərimə edilir.  
 
Maddə 504. Azərbaycan Respublikasının gömrük ərazisinə 
gömrük qaydaları pozulmaqla gətirilmiş malların və ya nəqliyyat 
vasitələrinin digər şəxslər tərəfindən əldə edilməsi, daşınması, 
saxlanması, onlardan istifadə edilməsi və onlar üzərində  
sərəncam verilməsi 
 
Malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının 
gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-
bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, 
daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar 
üzərində sərəncam verilməsinə görə- 
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat 
vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat 
vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə 
cərimə edilir.  
 
Maddə  505. Gömrük ödənişlərinin (borcunun) ödənilməsindən 
yayınma 
        
Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az 
miqdarda olduqda- 
ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən 
yüz əlli faizinədək məbləğdə cərimə edilir.  
Qeyd: Bu maddədə “az miqdarda olduqda” dedikdə, iki min 
manatadək olan məbləğ başa düşülür.  
 
Maddə 506. Banklar və ya digər kredit təşkilatları tərəfindən 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin