AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/28
tarix06.03.2017
ölçüsü5,01 Kb.
#10457
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

281 
 
göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına 
əməl etməməyə görə - 
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min 
manatadək məbləğdə cərimə edilir.  
   
Maddə  395. Özbaşına tikinti işlərinin aparılması 
 
395.1. Müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan 
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində 
müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin 
inşa edilməsinə görə- 
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min 
manatadək məbləğdə cərimə edilir.  
395.2. Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin 
funksional təyinatı dəyişdirilməklə, onlarda qanunsuz olaraq 
yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına, 
mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına 
qoşulmasına və dəyişikliklər edilməsinə görə- 
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min 
manatadək məbləğdə cərimə edilir.  
Qeyd: Müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan inşa 
edilən tikinti obyektlərinə mülkiyyət hüququ məhkəmə qaydasında 
tanındığı hallarda şəxs inzibati məsuliyyət daşımır. 
 
Maddə 396. Şəhərləri və digər yaşayış məntəqələrini abadlaşdırma 
qaydalarının pozulması 
 

282 
 
Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisini abadlaşdırma 
qaydalarını pozmağa və ya şəhərlərdə və digər yaşayış 
məntəqələrində təmizliyi və səliqəni təminetmə qaydalarına əməl 
etməməyə görə- 
fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə cərimə 
edilir, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək 
məbləğdə cərimə edilir.    
 
Maddə  397. Şəhərlərdə və digər yaşayış məntəqələrində 
yaşıllıqların başqa yerlərə keçirilməsi və yaxud 
mühafizəsi üçün tədbirlər görülməməsi 
 
Şəhərlərdə və digər yaşayış məntəqələrində tikinti işləri 
aparılarkən lazımi icazə olmadan yaşıllıqların başqa yerlərə 
keçirilməsinə, yaxud yaşıllıqların mühafizəsi üçün tədbirlər 
görülməməsinə görə- 
fiziki şəxslər min manatdan min iki yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək 
məbləğdə cərimə edilir. 
 
FƏSİL 34 
 
İQTİSADİ FƏALİYYƏT QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ 
XƏTALAR 
 
Maddə 398. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma 
 
Dövlət qeydiyyatına alınmadan və ya sahibkarlıq fəaliyyətinin 
həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə 
lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud 
lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi 

283 
 
icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan 
istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-  
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki 
mislindən dörd mislinədək miqdarda cərimə edilir. 
Qeyd:  Bu Məcəllənin 398, 401, 402, 406-409, 411-413 və 
428.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə 
(min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir 
əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət 
Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə 
səbəb olur.   
 
Maddə 399. Vəkil adından qanunsuz istifadə 
 
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan 
Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada vəkil 
statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil 
adından istifadə olunmasına görə- 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 400. Ailə kəndli təsərrüfatının uçota durmaması 
 
Ailə kəndli təsərrüfatının üzvləri tərəfindən bu təsərrüfatın 
müvafiq bələdiyyədə uçota durmasının təmin edilməməsinə görə - 
otuz manatdan əlli manatadək məbləğdə cərimə edilir.  
 
Maddə 401. Qanunsuz olaraq lotereyaların və idman mərc 
oyunlarının təşkili və ya keçirilməsi 
 
401.1. Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) 
buna hüququ olmayan şəxs tərəfindən təşkilinə və ya keçirilməsinə 
görə- 

284 
 
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.  
401.2. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya 
olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə- 
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.   
 
Maddə  402. Yalançı sahibkarlıq 
 
Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və 
ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş 
fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyəti həyata 
keçirmək niyyəti olmadan müəssisə və digər hüquqi şəxsin 
yaradılmasına görə- 
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki 
mislindən dörd mislinədək miqdarda cərimə edilir. 
 
Maddə 403. Hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış 
məlumatların verilməsi 
 
Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin 
nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə 
Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi 
şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının dövlət 
reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş 
dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı 
dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı müvafiq icra 
hakimiyyəti orqanına yanlış məlumatların verilməsinə görə - 
fiziki şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər dörd 
min manat məbləğində cərimə edilir.   
 
Maddə 404. Ləğvetmə zamanı bilə-bilə yalandan hüquqi şəxsin 
bütün kreditorlarının tələblərini qarşılamaq üçün 
ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi 
bəyanatın qəbul edilməsi 

285 
 
 
Ləğvetmə zamanı bilə-bilə yalandan hüquqi şəxsin bütün 
kreditorlarının tələblərini qarşılamaq üçün ödəmə qabiliyyətinin 
olmasını təsdiq edən rəsmi bəyanatın qəbul edilməsinə görə- 
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.   
 
Maddə 405. Hüquqi şəxslərin dövlət reyestri üçün zəruri 
məlumatların verilməməsi 
 
Hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin 
Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis 
sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə 
alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün 
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə 
və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət 
olunmamasına görə- 
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, 
hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə  406. Saxta müflisləşmə 
 
Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, 
mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən kreditorlara olan 
borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq və ya borcun 
azaldılmasına nail olmaq, yaxud borcu ödəməkdən yayınmaq üçün 
kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə 
qabiliyyəti olmayan elan etməyə görə- 
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə
hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə 
cərimə edilir.   
 

286 
 
Maddə  407. Qəsdən müflisləşmə 
 
Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, 
mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən özünün, yaxud digər 
şəxslərin mənafeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin 
yaradılmasına və ya artırılmasına görə- 
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, 
hüquqi şəxslər on iki min manatdan on beş min manatadək 
məbləğdə cərimə edilir.   
 
 
Maddə  408. Müflisləşmə zamanı qanunsuz hərəkətlərin edilməsi 
 
Borclu təşkilatın rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar 
tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən 
zaman əmlakın və ya əmlak öhdəliklərinin, əmlak haqqında 
məlumatların, onun miqdarının, olduğu yerin və ya əmlak haqqında 
digər məlumatların gizlədilməsinə, əmlakın başqalarının sahibliyinə 
verilməsinə, əmlakın özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə, 
yaxud iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat 
sənədlərinin gizlədilməsinə, məhv edilməsinə görə- 
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki 
mislindən dörd mislinədək miqdarda cərimə edilir. 
 
Maddə  409. Kreditin qanunsuz alınması və ya kreditdən təyinatı 
üzrə istifadə edilməməsi 
 
Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud 
fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə 
yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya 
məqsədli dövlət kreditinin alınmasına, yaxud ondan təyinatı üzrə 
istifadə edilməməsinə görə- 

287 
 
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki 
mislindən dörd mislinədək miqdarda cərimə edilir. 
 
Maddə 410. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların 
maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının 
pozulması 
 
410.1. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-
təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən 
dövlət büdcəsindən, həmçinin məqsədli büdcə fondlarından ayrılan 
vəsaitdən təyinatı üzrə istifadə olunmaması, yaxud büdcə 
təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə 
razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, 
normativdən artıq ştat vahidinin saxlanılması, bu əməllər min 
manatadək məbləğdə törədildikdə - 
dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.   
410.2. Eyni əməllər min manatdan yuxarı məbləğdə törədildikdə - 
dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri 
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.   
 
 
 
 
 
Maddə 411. Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış 
borcdan istifadə qaydalarını pozma 
 
Əsas və təkrar borcalan tərəfindən dövlət borcalmaları və ya dövlət 
zəmanəti ilə cəlb olunan vəsaitin istifadəsi və qaytarılması 
(istifadəçiyə şamil olunmur) haqqında məlumatların, öz bank 
hesablarının vəziyyəti haqqında məlumatların vaxtında verilməməsi 
və ya təhrif olunmuş məlumatların verilməsi, dövlət borcalmaları və 

288 
 
dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən 
təyinatı üzrə istifadə edilməməsi dövlətə az miqdarda ziyan 
vurduqda - 
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki 
mislindən dörd mislinədək miqdarda cərimə edilir. 
 
Maddə  412. Əmtəə nişanlarından qanunsuz istifadə 
 
Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə 
yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan 
istifadə olunmasına görə- 
vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək 
məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək 
məbləğdə cərimə edilir.    
 
Maddə 413. Nəzarət markalarının qəsdən məhv edilməsi, 
saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, 
istifadəsi və satışı 
 
Nəzarət markalarının qəsdən məhv edilməsinə, 
saxtalaşdırılmasına, qeyri-qanuni yolla hazırlanmasına, istifadəsinə 
və satışına görə- 
Azərbaycan Respublikasının “Əqli mülkiyyət hüquqlarının təminatı 
və piratçılığa qarşı mübarizə haqqında”, “İstehlakçıların hüquqlarının 
müdafiəsi haqqında”, “Dərman vasitələri haqqında” və “Dini etiqad 
azadlığı haqqında” qanunlarının tələblərinin pozulması ilə 
hazırlanan (istehsal edilən), istifadə edilən və ya satılan nəzarət 
markaları, habelə onların hazırlanmasında (istehsal edilməsində) və 
yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və 
hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə, fiziki 
şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli 
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi 
şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.   

289 
 
 
Maddə 414. Qiymətli kağızlar bazarında investorların  
hüquqlarının pozulması 
 
Qiymətli kağızlar bazarında investorların hüquqlarının 
pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə 
məhdudlaşdırılmasına görə- 
vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, 
hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə 
cərimə edilir.  
  
Maddə 415. Qiymətli kağızların emissiyası və buraxılışı 
qaydalarının pozulması 
 
Qiymətli kağızların emissiyası və buraxılışı qaydalarının 
pozulmasına görə- 
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iki yüz manatdan dörd 
yüz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq 
edilir və ya onlar altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə 
cərimə edilir, hüquqi şəxslər üç min manatdan beş min manatadək 
məbləğdə cərimə edilir. 
   
Maddə 416. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata 
keçirilməsi qaydalarının pozulması 
 
416.0. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata 
keçirilməsi qaydalarının pozulmasına, yəni: 
416.0.1. broker fəaliyyətinin həyata keçirilməsi qaydalarının 
pozulmasına görə- 
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, 
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə 
cərimə edilir;  

290 
 
416.0.2. diler fəaliyyətinin həyata keçirilməsi qaydalarının 
pozulmasına görə- 
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, 
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə 
cərimə edilir; 
416.0.3. klirinq fəaliyyətinin həyata keçirilməsi qaydalarının 
pozulmasına görə- 
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, 
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə 
cərimə edilir; 
416.0.4. qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə 
fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına görə- 
vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək 
məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək 
məbləğdə cərimə edilir; 
416.0.5. depozitar fəaliyyətinin həyata keçirilməsi qaydalarının 
pozulmasına görə- 
vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək 
məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək 
məbləğdə cərimə edilir; 
416.0.6. aktivlərin idarə edilməsi üzrə fəaliyyətin həyata 
keçirilməsi qaydalarının pozulmasına görə- 
vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək 
məbləğdə, hüquqi şəxslər yeddi min manatdan səkkiz min 
manatadək məbləğdə cərimə edilir; 
416.0.7. fond birjası fəaliyyətinin həyata keçirilməsi qaydalarının 
pozulmasına görə- 
vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək 
məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min 
manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 417. Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması 
qaydalarının və standartlarının pozulması 

291 
 
 
Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının 
və ya standartlarının pozulmasına görə- 
vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə 
cərimə edilir.  
Maddə 418. Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının 
pozulması 
 
Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulmasına 
görə- 
vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, 
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə 
cərimə edilir.    
 
Maddə 419. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya 
 
Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyaya görə- 
fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, 
hüquqi şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 420. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz 
istifadə 
       
İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və 
yaxud işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə 
tutulmuş məlumatdan tamah və ya başqa şəxsi niyyətlə qanunsuz 
olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün üçüncü 
şəxslərə verilməsi, az miqdarda ziyan vurmaqla və ya az miqdarda 
gəlir əldə etməklə törədildikdə- 

292 
 
fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək 
məbləğdə cərimə edilir.  
Qeyd: 
1. Bu maddədə “insayder” dedikdə, “Qiymətli kağızlar bazarı 
haqqında” Azərbaycan Respublikası Qanununun 79.1-ci maddəsində 
nəzərdə tutulmuş şəxslər başa düşülür. 
2. Bu maddədə “az miqdarda” dedikdə, yeddi min manatadək olan 
məbləğ başa düşülür.   
 
Maddə 421. Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən 
hesabatın verilməsindən imtina etmə və ya yayınma, 
yaxud təhrif edilmiş məlumat vermə 
 
Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən hesabat 
sənədlərinin və ya onların fəaliyyəti barədə qiymətli kağızlar 
haqqında qanunvericiliyə görə təqdim edilməli olan digər sənədlərin 
müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsindən yayınmağa 
və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və 
ya onların təqdim edilməsi müddətinin pozulmasına görə- 
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə 
cərimə edilir.   
 
 
 
Maddə  422. Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən 
məlumatların açıqlanması qaydalarının pozulması 
 
Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən qiymətli kağızlar 
haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan 
məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina 

293 
 
etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi 
üçün müəyyən edilmiş müddətin və qaydanın pozulmasına görə- 
vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar beş yüz manatdan 
altı yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki min 
manatdan üç min manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 423. Qiymətli kağızlar sahəsində sənədlərin saxlanılması 
qaydalarının pozulması 
 
Qiymətli kağızlar haqqında qanunvericiliyə müvafiq olaraq 
saxlanılmalı olan sənədlərin saxlanılması qaydalarının pozulmasına 
görə- 
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iki yüz manatdan üç 
yüz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq 
edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək məbləğdə 
cərimə edilir, hüquqi şəxslər min manatdan min beş yüz manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə  424. Qiymətli kağızlarla girov qaydalarının pozulması 
 
Girovqoyan və girovsaxlayan tərəfindən qiymətli kağızlarla 
girovun və ya qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinin 
girovunun dövlət qeydiyyatına alınması və girov qoyulmuş əşyaya 
tutmanın yönəldilməsi qaydalarının pozulmasına görə- 
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iki yüz manatdan üç 
yüz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq 
edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək məbləğdə 
cərimə edilir, hüquqi şəxslər min manatdan min beş yüz manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə  425. Qiymətli kağızlar üzrə ödəmələrdən imtina 
 

294 
 
Qiymətli kağızların dəyərinin ödənilməsindən və ya onlar üzrə 
ödənilməli olan əmlakın, dividendin, faizin ödənilməsindən və ya 
digər ödəmələrdən və ya onların xidmət və ya başqa şəkildə 
ekvivalentlərinin ödənilməsindən qanunsuz olaraq imtina 
edilməsinə, yaxud boyun qaçırılmasına və ya ödənilmə qaydalarının 
pozulmasına görə- 
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə 
cərimə edilir.  
 
 
Maddə  426. Səhmdarın hüquqlarının pozulması 
 
Səhmdarın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının 
pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə 
məhdudlaşdırılmasına görə- 
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, 
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə 
cərimə edilir.  
 
Maddə 427. İnvestisiya fondlarının fəaliyyətinə dair tələblərin 
pozulması 
       
İnvestisiya fondlarının fəaliyyətinə dair “İnvestisiya fondları 
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 
tələblərin pozulmasına görə- 
vəzifəli şəxslər min manatdan min iki yüz manatadək məbləğdə, 
hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə 
cərimə edilir.  
 
Maddə  428. Reklam haqqında qanunvericiliyin pozulması 
 

295 
 
428.1. Əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların 
istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-
bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi 
şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.  
428.2. Texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, 
istehlakçının şüuruna onun dərk etmədiyi şəkildə təsir göstərən gizli 
reklamın yayılmasına    görə -  
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə 
edilir.   
428.3. Haqsız reklama görə reklam fəaliyyətinin subyektlərinə 
(reklam sifarişçisinə, istehsalçısına, yayıcısına, agentliyinə) müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən göstərişlə ayrılmış müddət 
ərzində qanun pozuntularının aradan qaldırılmamasına, əks 
reklamın yayılmamasına görə - 
fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə, hüquqi 
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə 
edilir. 
428.4. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin, 
istehsalına və ya satışına icazə verilməyən tibb vasitələrinin, yaxud 
tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə 
verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya 
metodlarının reklam edilməsinə görə- 
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə 
edilir.   
428.5. Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya 
nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları 
pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə- 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin