AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə7/53
tarix13.02.2017
ölçüsü3,91 Mb.
#8455
1   2   3   4   5   6   7   8   9   10   ...   53

aləmi obyektlərinin qorunması üzrə tədbirlərin görülməməsi 
129.1.  Heyvanlarla  rəhmsizcəsinə  davranmaqla  onların  şikəst  edilməsinə  və  ya  tələf 
olunmasına görə ‐
iyirmi beş manatdan qırx beş manatadək miqdarda cərimə edilir.
243 
129.2.  Heyvanlar  aləmi  obyektlərinin  əldə  edilməsi,  realizə  olunması,  Azərbaycan 
Respublikası 
hüdudlarından 
kənara 
göndərilməsi, 
aparılması 
və 
ya 
Azərbaycan 
Respublikasının ərazisinə gətirilməsi qaydalarının pozulmasına görə ‐
iyirmi manatdan otuz beş manatadək miqdarda cərimə edilir.
244 
O n   i k i n c i   f ə s i l  
HAVA, DƏNİZ, ÇAY
, AVTOMOBİL
VƏ DƏMİR YOLU NƏQLİYYATINDA OLAN 
QAYDALAR ƏLEYHİNƏ İNZİBATİ XƏTALAR
245 
M a d d  ə  1 3 0 .  Uçuş təhlükəsizliyi qaydalarının pozulması 
130.1.  Aerodrom  rayonunda  aerodromların  tanınması  üçün  qəbul  edilmiş  işarələrə  və 
nişanlı  qurğulara  oxşar  hər  hansı  işarələr və  qurğular  yerləşdirilməsinə  və  ya  müvafiq  icazə 
olmadan  pirotexnik  məmulat  yandırılmasına,  yaxud  hava  gəmilərinin  uçuşları  üçün  təhlükəli 
quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə ‐
on manatdan otuz manatadək miqdarda cərimə edilir.
246 
130.2.  Lazımi icazə  olmadan  Azərbaycan  Respublikasının  hava  sahəsində  istifadə  edilməsi 
ilə  bağlı  olub  uçuş  təhlükəsizliyi  üçün  qorxu  yarada  bilən hər  cür  atəşə,  raketlərin 
buraxılmasına, partlayış işlərinə və digər işlərin görülməsinə görə ‐
on beş manatdan qırx manatadək miqdarda cərimə edilir.
247 
130.3.  Binalarda  və  tikililərdə  gecə  və  gündüz  işarələri  və  ya  nişanlı  qurğular  yerləşdirmə 
qaydalarının yerinə yetirilməməsinə görə ‐
on manatdan əlli manatadək miqdarda cərimə edilir.
248 
130.4.  Aerodrom  avadanlığının,  aerodrom  işarələrinin,  hava  gəmilərinin  və  onların 
avadanlığının zədələnməsinə görə ‐

on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
249 
130.5.  Lazımi  icazə  olmadan  aeroportların  (aerovağzallardan  başqa),  aerodromların, 
uçuşların  radio  və  işıq  təminatı  obyektlərinin  ərazisindən  piyada  və  ya  nəqliyyat  vasitəsi  ilə 
keçməyə görə ‐
on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.
250 
130.6.  Müvafiq  icra  hakimiyyəti  orqanının  xüsusi  icazəsi  olmadan  Azərbaycan 
Respublikasının hava məkanında səsdən iti sürətlə uçuşa görə ‐
fiziki  şəxslər  iyirmi  manatdan  otuz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  əlli  manatdan 
yetmiş manatadək miqdarda cərimə edilir. 
251 
Maddə 130‐1 . Aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin  
hissələrinin və ya onun daşıdığı əşyaların (yüklərin, baqajın) qanunsuz  
götürülməsi.  
Aviasiya qəzasını araşdıran komissiyanın icazəsi olmadan aviasiya qəzasının baş verdiyi 
yerdə qəzaya uğramış hava gəmisinin hər hansı hissələrinin, yaxud onun daşıdığı əşyaların 
(yükün, baqajın) götürülməsinə görə ‐
fiziki şəxslər iyirmi manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan 
yetmiş manatadək miqdarda cərimə edilir. 
252 
M a d d  ə   1 3 1 .  Hava yolu ilə sərnişin, baqaj, yük, poçt, təhlükəli maddələr və 
predmetlər daşınması və tarif qaydalarının pozulması 
131.1. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt daşınması və tarif qaydalarının pozulmasına 
görə ‐
fiziki  şəxslər  on  manatdan  on  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  qırx  manatdan 
altmış manatadək miqdarda cərimə edilir.
253 
131.2.  Hava  nəqliyyatında  təhlükəli  maddələr və  predmetlər  daşıma  qaydalarının 
pozulmasına görə ‐
göstərilmiş maddələri və predmetləri ödənişlə almaqla və ya onları müsadirə etməklə və ya 
etməməklə fiziki şəxslər beş manatdan on manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan 
altmış manatadək miqdarda cərimə edilir.
254 
M a d d  ə  1 3 2 .  Hava nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması 
132.1. Konteynerlərin plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, 
ayrı‐ayrı yüklərin və onların qutularının, paketlərinin, habelə hava nəqliyyatında yükdaşıma ilə 
əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarının zədələnməsinə görə ‐
fiziki  şəxslər  on  manatdan  on  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  qırx  manatdan 
altmış manatadək miqdarda cərimə edilir.
255 
132.2.  Hava  nəqliyyatında  yükdaşıma  üçün  nəzərdə  tutulmuş  konteynerlərin  və  nəqliyyat 
vasitələrinin zədələnməsinə görə ‐
fiziki  şəxslər  on  beş  manatdan  iyirmi  manatadək  miqdarda,  vəzifəli  şəxslər  əlli  manatdan 
yetmiş manatadək miqdarda cərimə edilir.
256 
Maddə 133. Hava gəmisində davranış qaydalarının pozulması 
133.1. Hava gəmisində intizamın qorunması, habelə hava gəmisinin, onun bortunda olan 
şəxslərin  və  əmlakın  təhlükəsizliyinin  təmin  olunması  məqsədi  ilə  gəmi  kapitanının  (yaxud 
onun adından digər heyət üzvünün) qanuni sərəncamlarının yerinə yetirilməməsinə görə — 

yüz manat miqdarında cərimə edilir. 
133.2.  Hava  gəmisində  kompüter,  foto  və  video  çəkiliş,  elektrik  (elektromaqnit)  rabitə 
vasitələrindən xüsusi istifadə qaydalarının pozulmasına görə — 
yüz manat miqdarında cərimə edilir. 
133.3.  Hava  gəmisinin  bortunda  tüstünün  müəyyən  edilməsi  məqsədi  ilə  quraşdırılmış 
cihazların,  habelə  təhlükəsizliyi  təmin  edən  digər  qurğuların  zədələnməsi  və  yaxud  sıradan 
çıxarılmasına görə — 
iki yüz manat miqdarında cərimə edilir.
257 
M a d d  ə  1 3 4 .  Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi 
Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə ‐
yüz manat miqdarında cərimə edilir.
258 
M a d d  ə  1 3 5 .   Dəmir  yolu  nəqliyyatında  hərəkətin  təhlükəsizliyinin  təmin  edilməsi 
qaydalarının pozulması 
135.1.  Dəmir  yolunun,  qoruyucu  meşəliklərin,  qardan  mühafizə  çəpərlərinin  və  digər  yol 
obyektlərinin, siqnalizasiya və rabitə qurğularının və avadanlığının zədələnməsinə görə ‐
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan 
əlli beş manatadək miqdarda cərimə edilir.
259 
135.2.  Yük  vurulması  və  boşaldılması  zamanı  müəyyən  olunmuş  qabaritlərə  əməl 
edilməməsinə görə ‐
fiziki  şəxslər  on  beş  manatdan  iyirmi  manatadək  miqdarda,  vəzifəli  şəxslər  qırx  beş 
manatdan altmış beş manatadək miqdarda cərimə edilir.
260 
135.3. Dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə ‐
fiziki  şəxslər  iyirmi  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  əlli  beş 
manatdan səksən manatadək miqdarda cərimə edilir.
261 
M a d d  ə  1 3 6 .  Dəmir yolu nəqliyyatı vasitələrindən istifadə qaydalarının pozulması 
136.1.  Yük  qatarlarında  özbaşına  getməyə, hərəkət  edən  qatara  minməyə  və  ondan 
düşməyə,  vaqonların  pillələrində  və  damlarında  getməyə,  ehtiyac  olmadan  qatarı  özbaşına 
dayandırmağa görə ‐
xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
262 
136.2. Qatarların vaqonlarının pəncərələrindən və qapılarından zibil və ya başqa predmetlər 
atılmasına görə ‐
xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə edilir.
263 
M a d d  ə  1 3 7 .   Sərnişin  vaqonlarının  daxili  avadanlığının,  lokomotivlərin  və  dəmir 
yolu nəqliyyatı vaqonlarının şüşələrinin, daxili avadanlığının zədələnməsi 
Sərnişin  vaqonlarının  şüşələrinin  və  ya  daxili  avadanlığının,  lokomotivlərin,  dəmir  yolu 
nəqliyyatı vaqonlarının şüşələrinin və daxili avadanlığının zədələnməsinə görə ‐
on manatdan on beş manatadək miqdarda cərimə edilir.
264 

M a d d  ə  1 3 8 .   Dəmir  yolu  nəqliyyatında  təhlükəli  maddələr və  predmetlər  aparma 
qaydalarının pozulması 
Dəmir  yolu  nəqliyyatında  təhlükəli  maddələrin  və  predmetlərin  əl  yükündə  aparılması 
qaydalarının pozulmasına görə ‐
xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
265 
M a d d  ə  1 3 9 .  Dəmir yolu nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması 
139.1.  Yükdaşıma  üçün  nəzərdə  tutulmuş  dəmir  yolu  nəqliyyatı  vasitələrinin, 
konteynerlərin, habelə daşıma mexanizmlərinin zədələnməsinə görə ‐
on manatdan otuz manatadək miqdarda cərimə edilir.
266 
139.2.Yük  vaqonlarının,  konteynerlərin  zədələnməsinə,  plomblarının  və  kilidlərinin 
zədələnməsinə,  plomblarının  qırılmasına,  ayrı‐ayrı  yükləri  və  onların  qutularını,  paketlərini, 
yük  həyətlərinin,  dəmir  yolu  stansiyalarının,  konteyner  məntəqələrinin  (meydançalarının)  və 
yük daşımaları ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə ‐
on beş manatdan qırx manatadək miqdarda cərimə edilir.
267 
M a d d  ə 
1 4 0 .   Dəmir  yol  nəqliyyatında  müəyyən  edilməmiş  yerlərdə  siqaret 
çəkilməsi 
Dəmir yol nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə ‐
xəbərdarlıq edilir və ya beş manatdan on beş manatadək miqdarda cərimə edilir.
268 
M a d d  ə  1 4 1 .  Dəniz və çay nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi 
qaydalarının pozulması 
141.1. Dəniz və çay nəqliyyatında gəmilərin limana daxil olmasının və limandan çıxmasının, 
liman sularında gəmilərin hərəkəti və dayanması qaydalarının pozulmasına görə ‐
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli 
beş manatadək miqdarda cərimə edilir.
269 
141.2.  Lazımi  icazə  olmadan  liman  sularında  dalğıclıq  işləri  görülməsinə  və  ya  bu  işlər 
zamanı siqnal vermə qaydalarına əməl edilməməsinə görə ‐
fiziki  şəxslər  on  beş  manatdan  iyirmi  manatadək  miqdarda,  vəzifəli  şəxslər  qırx  beş 
manatdan yetmiş manatadək miqdarda cərimə edilir.
270 
141.3.  Gəminin  suyaoturumu,  uzunluğu,  eni  və  tutumu  barədə  dəniz  bələdçisinə  dəqiq 
məlumatların elan edilməməsinə və ya yanlış məlumatların elan edilməsinə görə ‐
gəmi kapitanı əlli manatdan doxsan manatadək miqdarda cərimə edilir.
271 
M a d d  ə  1 4 2 .   Dəniz  və  çay  nəqliyyatı  gəmilərində  sərnişinlərin  təhlükəsizliyinin 
təmin edilməsi qaydalarının pozulması 
142.1. Sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə ‐
fiziki  şəxslər  on  beş  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  otuz 
manatdan əlli manatadək miqdarda cərimə edilir.
272 
142.2. Gəmilərdən zibil və başqa predmetlər atmağa görə ‐
on manatdan on beş manatadək miqdarda cərimə edilir.
273  

M a d d  ə  1 4 3 .   Dəniz  və  çay  nəqliyyatında  siqnalizasiya  və  rabitə  qurğuları  və 
avadanlığının zədələnməsi 
Dəniz  və  çay  nəqliyyatında  siqnalizasiya  və  rabitə  qurğularının  və  avadanlığının 
zədələnməsinə görə ‐
on manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
274 
M a d d  ə  1 4 4 .   Kiçik  gəmilərin  qeydə  alınması,  uçotu  və  istismar  qaydalarının 
pozulması 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında olan kiçik 
gəmilərin  qeydə  alınması  və  uçotu  qaydalarının  və  bu  gəmilərdən,  onların  dayanması  üçün 
bazalardan (qurğulardan) istifadə qaydalarının pozulmasına görə ‐
on  manatdan  otuz  beş  manatadək  miqdarda  cərimə  edilir  və  ya  kiçik  gəmini  idarəetmə 
hüququ altı aydan iki ilədək müddətə məhdudlaşdırılır.
275 
M a d d  ə  1 4 4  ‐ 1 .  Gəmilərin qeydiyyata alınması qaydalarının pozulması 
276 
Gəminin  məcburi  olan  qeydiyyata  alınmasından  boyun  qaçırmağa,  gəmini  müəyyən 
edilmiş  qaydanın  pozulması ilə gəmi reyestrlərinin  birində qeydiyyata  alınmasına  və ya  gəmi 
reyestrlərinə daxil olan məlumatların dəyişdirilməsi barədə xəbər verilməməsinə görə‐
iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.
277 
M a d d  ə 
1 4 5 .   Limanlarda  yükvurma,  yükləri  boşaltma  və  yığma  qaydalarının 
pozulması 
Limanlarda yükvurma, yükləri boşaltma və yığma qaydalarının pozulmasına görə ‐
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan 
əlli manatadək miqdarda cərimə edilir.
278 
M a d d  ə  1 4 6 .   Dəniz  və  çay  nəqliyyatında təhlükəli  maddələr və  predmetlər  aparma 
qaydalarının pozulması 
146.1.  Dəniz  və  çay  nəqliyyatında  təhlükəli  maddələrin  və  predmetlərin  əl  yükündə 
aparılması qaydalarının pozulmasına görə ‐
xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
279 
146.2.  Dəniz  və  çay  nəqliyyatında  təhlükəli  maddələr və  ya  predmetlər  aparılması 
qaydalarının pozulmasına görə ‐
xəbərdarlıq edilir və ya beş manatdan on manatadək miqdarda cərimə edilir.
280 
M a d d  ə 
1 4 7 .   Dəniz  və  çay  nəqliyyatında  yüklərin  qorunması  qaydalarının 
pozulması 
147.1.  Yükdaşıma  üçün  nəzərdə  tutulmuş  üzən nəqliyyat  vasitələrinin,  habelə  daşıma 
mexanizmlərinin zədələnməsinə görə ‐
on manatdan otuz manatadək miqdarda cərimə edilir.
281 
147.2.  Konteynerlərin  zədələnməsinə,  plomblarının  və  kilidlərinin  zədələnməsinə, 
plomblarının  qırılmasına, ayrı‐ayrı  yükləri  və onların  qutularını, paketlərini,  yük həyətlərinin, 
liman  (körpü)  yük  rayonlarının  (sahələrinin),  şlüzlərin  konteyner  məntəqələrinin 

(meydançalarının)  və  yük  daşımaları  ilə  əlaqədar  işlər  üçün  istifadə  edilən  anbarların 
hasarlarını zədələməyə görə ‐
on beş manatdan otuz beş manatadək miqdarda cərimə edilir.
282 
M a d d  ə  1 4 8 .   Dəniz  və  çay  nəqliyyatında  müəyyən  edilməmiş  yerlərdə  siqaret 
çəkilməsi 
Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə ‐
xəbərdarlıq edilir və ya yeddi manatdan on üç manatadək miqdarda cərimə edilir.
283 
M a d d  ə  1 4 9 .  Nəqliyyatda biletsiz getmə 
149.1.  Trolleybusda,  tramvayda  şəhər və  şəhərətrafı  avtobusda  marşrut  taksisində 
sərnişinlərin biletsiz getməsinə görə ‐
üç manat cərimə edilir.
284 
149.2.  Şəhərlərarası  marşrut  üzrə  hərəkət  edən  avtobusda  sərnişinlərin  biletsiz  getməsinə 
görə ‐
on manat cərimə edilir.
285 
149.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz getməsinə görə 

iyirmi manat cərimə edilir. 
286 
149.4. Dəmir yolu nəqliyyatında sərnişinlərin biletsiz getmələrinə görə ‐
on beş manatdan otuz manatadək miqdarda cərimə edilir.
287  
149.5. Dəniz və çay nəqliyyatında sərnişinlərin biletsiz getmələrinə görə ‐
otuz manatdan otuz beş manatadək miqdarda cərimə edilir.
288  
149.6. Hava nəqliyyatında sərnişinlərin biletsiz getmələrinə görə ‐
otuz beş manatdan qırx manatadək miqdarda cərimə edilir.
289  
M a d d  ə  1 5 0 .  Nəqliyyat vasitəsində biletsiz sərnişin aparılması 
150.1.  Trolleybusda,  tramvayda  şəhər və  şəhərətrafı  avtobusda  marşrut  taksisində 
sərnişinlərin biletsiz aparılmasına görə ‐
beş manatdan on beş manatadək miqdarda cərimə edilir.
290 
150.2. Şəhərlərarası marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz aparılmasına 
görə ‐
on beş manat cərimə edilir.
291 
150.3.  Beynəlxalq  marşrut  üzrə  hərəkət  edən  avtobusda  sərnişinlərin  biletsiz  aparılmasına 
görə ‐
otuz manat cərimə edilir. 
292 
150.4. Dəmir yolu nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə ‐
beş manatdan on manatadək miqdarda cərimə edilir.
293  
150.5. Dəniz və çay nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə ‐
on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.
294  
150.6. Hava nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə ‐
iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.
295  

M a d d  ə  150‐1. Sənədsiz sərnişin daşıma 
296 
Beynəlxalq daşımaları həyata keçirən şəxslər tərəfindən müvafiq dövlətin ərazisinə giriş və 
ya ərazisindən çıxış üçün sənədlərə malik olmayan sərnişinlərin daşınmasına görə ‐
fiziki şəxslər yüz manatdan üç yüz manatadək miqdarda, vəzifəli şəxslər üç yüz manatdan 
beş  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  min  manatdan  üç  min  manatadək  miqdarda 
cərimə edilir.
297 
M a d d  ə  150‐2.  Avtomobil  nəqliyyatı  ilə  sərnişin  və  baqaj  daşınması 
qaydalarının pozulması 
150‐2.1.  Avtomobil  nəqliyyatı  ilə  sərnişin  və  baqaj  daşınması  qaydalarının 
pozulmasına, yəni: 
150‐2.1.1.  müntəzəm  şəhərdaxili  (rayondaxili),  şəhərlərarası  (rayonlararası)  və 
beynəlxalq  marşrutlar  üzrə  hərəkət  edən  avtobusların  müəyyən  edilmiş  hərəkət 
cədvəlinə və hərəkət sxeminə riayət olunmamasına; 
150‐2.1.2.  “Taksi”  tanınma  nişanları,  taksometr  və  ya  sərnişin  və  baqaj  daşınması 
qaydaları  ilə  müəyyən  edilmiş  digər məlumat  göstəriciləri  olmadan  taksi  minik 
avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə; 
150‐2.1.3. müəyyən edilmiş tarifdən daha yüksək gediş haqqının tətbiq edilməsinə; 
150‐2.1.4.  müntəzəm  şəhərdaxili  (rayondaxili),  şəhərlərarası  (rayonlararası)  və 
beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə; 
150‐2.1.5.  müntəzəm  şəhərdaxili  (rayondaxili),  şəhərlərarası  (rayonlararası)  və 
beynəlxalq  marşrutlar  üzrə  hərəkət  edən  avtobuslarda  aparılmasına  yol  verilməyən 
əşyaların daşınmasına; 
150‐2.1.6. müntəzəm şəhərdaxili marşrutlarda daşıma prosesi ilə bilavasitə əlaqəsi 
olmadıqda audio cihazlardan istifadə edilməsinə; 
150‐2.1.7.  sərnişin  və  baqaj  daşınması  qaydaları  ilə  müəyyən  edilmiş  daşınma 
sənədləri olmadan sərnişin daşımalarının həyata keçirilməsinə; 
150‐2.1.8. taksi minik avtomobilində, müntəzəm və ya qeyri‐müntəzəm şəhərdaxili 
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən 
avtobusda  sərnişinlərin,  baqaj  yerlərinin  sayına  və  baqajın  kütləsinə  dair  müəyyən 
olunmuş tələblərə riayət olunmamasına görə ‐
qırx manatdan əlli manatadək miqdarda cərimə edilir. 
M a d d ə 150‐3. Avtomobil nəqliyyatı ilə yük daşınması qaydalarında nəzərdə 
tutulmuş daşınma şərtlərinin pozulması 
150‐3.1.  Avtomobil  nəqliyyatı  ilə  yüklərin  daşınması  qaydalarının  şamil  edildiyi 
avtomobil  daşımaları  həyata  keçirilərkən həmin  qaydalarda  nəzərdə  tutulmuş  qalaq 
(tökülən)  yüklərin,  tikinti  materiallarının,  heyvanların  və  ya  quşların,  çörək və  çörək‐
bulka məmulatlarının daşınması şərtlərinin pozulmasına görə ‐
qırx manatdan əlli manatadək miqdarda cərimə edilir. 
150‐3.2.  Əmtəə  təyinatlı  yüklərin  əmtəə‐nəqliyyat  qaiməsi  ilə  rəsmiləşdirilmədən 
daşınmasına görə ‐
iyirmi manat miqdarında cərimə edilir. 
M a d d  ə  150‐4.  Xüsusi  razılıq  (lisenziya)  olmadan  avtomobil  nəqliyyatı  ilə 
sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması 

150‐4.1. Xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük 
daşınmasına görə ‐
yüz manat miqdarında cərimə edilir. 
150‐4.2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarına dair xüsusi razılıq 
(lisenziya) şərtlərinin pozulmasına görə ‐
əlli manat miqdarında cərimə edilir. 
M a d d ə 150‐5. Pasport olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul 
olma  və  pasportla  müəyyən  edilmiş  müvafiq  kateqoriyaya  uyğun  texnoloji  prosesi 
pozma 
150‐5.1. Pasport olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul olmasına 
görə ‐
min beş yüz manat miqdarında cərimə edilir. 
150‐5.2. Avtovağzalın (avtostansiyanın) fəaliyyətinin müvafiq kateqoriyaya uyğun 
texnoloji prosesinin pozulmasına görə ‐
beş yüz manat miqdarında cərimə edilir. 
298 
O n   ü ç ü n c ü   f ə s i l  
YOL HƏRƏKƏTİ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
M a d d ə 
151.  Nəqliyyat  vasitələrinin  sürücüləri  tərəfindən  yol  hərəkəti  qaydalarının 
pozulması 
299 
151.1.  Yolda  müəyyən  edilmiş  hərəkət  sürətinin  10‐30  km/saat  həddində  aşılmasına,  yol 
nişanlarının  və  ya  yolların  hərəkət  hissəsinin  işarələrinin  tələblərinə  riayət  edilməməsinə, 
yaxud  nəqliyyat  vasitəsinin  yolların  hərəkət  hissələrində  yerləşdirilməsi  və  ya  piyada 
keçidlərinin  keçilməsi,  habelə  araməsafəsi,  dayanma  və  ya  durma,  yedəyə  alma,  yük  daşıma, 
işıq  cihazlarından,  səs  siqnallarından,  təhlükəsizlik  kəmərlərindən və  ya  motodəbilqələrdən 
istifadə,  sürmə  təlimi  keçmə,  avtomagistralda  və  ya  yaşayış  zonasında  hərəkət  etmə,  əks 
istiqamətli  hərəkət  zolağına  çıxmadan  ötmə  və  ya  manevr  etmə  qaydalarının  pozulmasına, 
ümumi  istifadədə  olan  nəqliyyat  vasitələrinin  dayanacaq  meydançasında  və  ya  5.12,  5.13  yol 
nişanlarından  15  metrdən  az  yaxınlıqda  digər nəqliyyat  vasitələrinin  dayanmasına  və  ya 
durmasına,  səkilərlə  və  qanunla  nəzərdə  tutulmamış  hallarda  yolun  çiyini  ilə  hərəkət 
edilməsinə,  piyada  keçidində  nəqliyyat  vasitələrinin  hərəkəti  nizamlayıcı  tərəfindən və  ya 
svetofor vasitəsilə nizamlanmırsa, həmin piyada keçidinə daxil olmuş və ya daxil olmaqda olan 
piyadaya  sürücü  tərəfindən nəqliyyat  vasitəsini  dayandıraraq  yol  verilməməsinə, nəqliyyat 
vasitələrindən bayıra hər hansı əşya atmağa görə ‐
on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin