AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə15/53
tarix13.02.2017
ölçüsü3,91 Mb.
#8455
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

belə razılıq olmadan idxalı 
599 
İdxal  olunması  üçün  xüsusi  razılıq  (lisenziya)  tələb  olunan  malların  belə  razılıq  olmadan 
idxalına görə ‐
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud 
həmin  malların  və  nəqliyyat  vasitələrinin  dəyərinin  on  faizindən  yüz  faizinədək  miqdarda 
cərimə edilir. 
M a d d  ə  2 9 3  ‐ 1 .   Aksiz  markası  ilə  markalanmalı  olan  məhsulların  (malların)  belə 
marka olmadan idxal edilməsi 
600 
Aksiz  markası  ilə  markalanmalı  olan  məhsulların  (malların)  belə  marka  olmadan  az 
miqdarda idxal edilməsinə görə ‐
aksiz  markası  olmayan  məhsullar  (mallar)  müsadirə  edilməklə  fiziki  şəxslər  yüz  əlli 
manatdan  iki  yüz  əlli  manatadək  miqdarda,  vəzifəli  şəxslər  üç  yüz  manatdan  beş  yüz 
manatadək  miqdarda,  hüquqi  şəxslər  min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə 
edilir.
601 
Qeyd: bu maddədə ʺaz miqdardaʺ dedikdə, beş yüz manatadək olan məbləğ başa düşülür
.
602 

M a d d  ə  2 9 4 .   Gömrük  brokeri  kimi  qanunsuz  fəaliyyət  göstərilməsi  və  ya  bu  cür 
fəaliyyət qaydalarının və şərtlərinin pozulması 
294.1.  Azərbaycan  Respublikası  qanunvericiliyinin  tələbləri  pozulmaqla  gömrük  brokeri 
kimi qanunsuz fəaliyyət göstərilməsinə görə ‐
üç yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.
603 
294.2.  Gömrük  brokeri  və  ya  onun  işçilərinin  qanunla  mühafizə  edilən  sirlərdən və  ya 
məlumatlardan öz məqsədləri üçün istifadə etmələrinə və ya qanunvericiliklə nəzərdə tutulan 
hallar istisna edilməklə üçüncü şəxslərə bu cür məlumatlar verməsinə,  yaxud gömrük brokeri 
kimi  fəaliyyət  göstərilməsinin  qanunvericiliklə  müəyyən  edilmiş  digər  qaydalarının  və 
şərtlərinin pozulmasına görə ‐
vəzifəli  şəxslər  yüz  manatdan  iki  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  əlli 
manatdan beş yüz manatadək miqdarda cərimə edilir.
604 
M a d d  ə  2 9 5 .   Gömrük  daşıyıcısı  kimi  qanunsuz  fəaliyyət  göstərilməsi  və  ya  bu  cür 
fəaliyyətinin şərtlərinin pozulması 
295.1.  Azərbaycan  Respublikası  qanunvericiliyinin  tələbləri  pozulmaqla  gömrük  daşıyıcısı 
kimi qanunsuz fəaliyyət göstərilməsinə görə ‐
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.
605 
295.2.  Gömrük  daşıyıcısı  və  ya  onun  işçilərinin  qanunvericiliklə  mühafizə  edilən  sirlərdən 
və  ya  məlumatlardan  öz  məqsədləri  üçün  istifadə  etməsinə  və  ya  qanunvericiliklə  nəzərdə 
tutulan hallar istisna edilməklə üçüncü şəxslərə bu cür məlumatlar verməsinə, yaxud gömrük 
daşıyıcısı  kimi  fəaliyyət  göstərilməsinin  qanunvericiliklə  müəyyən  edilən  digər  şərtlərinin 
pozulmasına görə ‐
vəzifəli  şəxslər  yüz  manatdan  iki  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  üç  yüz 
manatdan beş yüz manatadək miqdarda cərimə edilir.
606 
İ y i r m i   i k i n c i   f ə s i l  
İCTİMAİ QAYDA, İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ 
OLAN İNZİBATİ XƏTALAR 
M a d d  ə  2 9 6 .  Xırda xuliqanlıq 
Xırda  xuliqanlıq,  yəni  ictimai  qaydanı  pozan  və  ya  fiziki  şəxslər  üzərində  zor  tətbiq 
olunması  ilə  və  ya  belə  zorun  tətbiq  edilməsi  hədəsi  ilə,  yaxud  özgənin  əmlakının  məhv 
edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə ‐
əlli  manatdan  yüz  manatadək  miqdarda  cərimə  edilir,  işin  hallarına  görə,  pozuntunu 
törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla  bu  tədbirlərin  tətbiqi  kifayət  sayılmadıqda  on  beş 
günədək müddətə inzibati həbs tətbiq olunur.
607 
Maddə 296‐1. Avtoxuliqanlıq 
608 
296‐1.1. Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və 
əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol 
hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli 
hərəkətlərə görə ‐

nəqliyyat  vasitələrini  idarə  etmə  hüququ  bir  ilədək  müddətə  məhdudlaşdırılmaqla  dörd 
yüz  manatdan  altı  yüz  manatadək  miqdarda  cərimə  edilir  və  ya  nəqliyyat  vasitələrini  idarə 
etmə  hüququ  bir  ilədək  müddətə  məhdudlaşdırılmaqla  işin  hallarına  görə,  pozuntunu 
törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.
609 
296‐1.2.  Eyni  hərəkətlərin  il  ərzində  inzibati  tənbeh  almış  şəxs  tərəfindən təkrar 
törədilməsinə görə ‐
nəqliyyat 
vasitələrini 
idarə 
etmə 
hüququ 
bir 
ildən 
iki 
ilədək 
müddətə 
məhdudlaşdırılmaqla  altı  yüz  manatdan  səkkiz  yüz  manatadək  miqdarda  cərimə  edilir  və  ya 
nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla işin 
hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs 
tətbiq olunur.
610 
M a d d  ə 
2 9 7 .   Yetkinlik  yaşına  çatmayanların  xırda  xuliqanlığına  görə 
valideynlərinin və ya onları əvəz edən şəxslərin məsuliyyəti 
On  dörd  yaşından  on  altı  yaşınadək  olan  yetkinlik  yaşına çatmayanların  törətdikləri  xırda 
xuliqanlığa görə ‐
valideynlər və ya onları əvəz edən şəxslər otuz manatdan qırx manatadək miqdarda cərimə 
edilir.
611 
M a d d  ə 
2 9 8 .   Yığıncaqların,  mitinqlərin,  nümayişlərin,  küçə  yürüşlərinin  və 
piketlərin təşkili və keçirilməsi qaydasının pozulması 
Yığıncaqların,  mitinqlərin,  nümayişlərin,  küçə  yürüşlərinin  və  piketlərin  təşkilinin  və 
keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasının pozulmasına görə ‐
xəbərdarlıq edilir və ya yeddi manatdan on üç manatadək miqdarda cərimə edilir.
612 
M a d d  ə  2 9 9 .  Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması 
299.0. Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yəni: 
299.0.1. dini qurumların müvafiq dövlət orqanlarında qeyd etdirməkdən onun rəhbərlərinin 
boyun qaçırmasına; 
299.0.2.  dini  yığıncaqlar,  yürüşlər və  digər  dini  mərasimlərin  təşkilinin  və  keçirilməsinin 
qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına; 
299.0.3.  ruhanilər və  dini  birliklərin  üzvləri  tərəfindən uşaqlar  və  gənclər  üçün  xüsusi 
yığıncaqların  keçirilməsinə,  habelə  dini  ayinlərin  icrası  ilə  əlaqədar  olmayan  əmək,  ədəbiyyat 
dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilinə; 
299.0.4.  dini  qurumun  qeydiyyatdan  keçdiyi  hüquqi  ünvandan  kənarda  fəaliyyət 
göstərməsinə; 
299.0.5.  dini  qurumun  öz  yaranma  məqsədlərinə  zidd  olan  fəaliyyəti  həyata  keçirməsinə 
görə 
‐ fiziki  şəxslər  min  beş  yüz  manatdan  iki  min manatadək  miqdarda,  vəzifəli  şəxslər  yeddi 
min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.
613 
Maddə 300. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması 
300.0. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına, yəni: 

300.0.1.  müvafiq  icra  hakimiyyəti  orqanının  razılığı  olmadan  dini  qurumlar,  dini  qurum 
olmayan digər hüquqi şəxslər və fiziki şəxslər tərəfindən dini təyinatlı ədəbiyyatın, əşyaların və 
dini məzmunlu başqa məlumat materiallarının istehsal, idxal və ya ixrac edilməsinə; 
300.0.2.  istehsalına  və  ya  idxalına  müvafiq  icra  hakimiyyəti  orqanının  razılığı  alınmamış 
dini  təyinatlı  ədəbiyyatın,  əşyaların  və  dini  məzmunlu  başqa  məlumat  materiallarının  dini 
qurumlar, dini qurum olmayan digər hüquqi şəxslər və fiziki şəxslər tərəfindən yayılmasına; 
300.0.3.  dini  təyinatlı  ədəbiyyatın,  əşyaların  və  dini  məzmunlu  başqa  məlumat 
materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış 
məntəqələrindən kənarda satılmasına; 
300.0.4. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən  dini təbliğatın  aparılmasına 
görə ‐
inzibati  xətanın  bilavasitə  obyekti  olmuş  ədəbiyyat  nümunələri,  əşyalar  və  materiallar 
müsadirə  edilməklə  vətəndaşlar  iki  min  manatdan  iki  min  beş  yüz  manatadək  miqdarda, 
vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək miqdarda, hüquqi şəxslər iyirmi 
min  manatdan  iyirmi  beş  min  manatadək  miqdarda  cərimə  edilir,  əcnəbilər və  vətəndaşlığı 
olmayan  şəxslər  iki  min  manatdan  iki  min  beş  yüz  manatadək  miqdarda  cərimə  edilməklə 
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.
614 
M a d d  ə  3 0 1 .  Fövqəladə vəziyyət rejimi tələblərinin pozulması 
301.0. Fövqəladə vəziyyət rejimi tələblərinin pozulmasına, yəni: 
301.0.1. fövqəladə vəziyyət rejimi tətbiq edildiyi əraziyə gediş‐gəlişin xüsusi rejiminin və bu 
ərazidə hərəkət sərbəstliyinin məhdudlaşdırılmasının pozulmasına; 
301.0.2.  yığıncaqlar,  mitinqlər,  küçə  yürüşləri,  piketlər və  nümayişlər və  digər  kütləvi 
tədbirlər  keçirilməsinin,  müəssisə  və  təşkilatların  fəaliyyətinin  tətil  və  ya  başqa  üsullarla 
dayandırılmasının qadağan edilməsinin pozulmasına; 
615 
301.0.3.  nəqliyyat  vasitələrinin  hərəkətinin  məhdudlaşdırılmasının  pozulmasına  və  onların 
yoxlanmasına maneçilik törədilməsinə; 
301.0.4.  xüsusi  verilmiş  icazə  vərəqələri  və  şəxsiyyəti  təsdiq  edən sənədlər  olmadan 
qadağan  saatı  vaxtında  küçələrdə  və  başqa  ictimai  yerlərdə  olmağın  qadağan  edilməsinin 
pozulmasına; 
301.0.5.  mətbuatın 
və 
digər 
kütləvi 
informasiya 
vasitələrinin 
azadlığının 
məhdudlaşdırılmasına, səs ucaldan texniki vasitələrin və surətçıxarma aparatlarının müvəqqəti 
alınmasına  maneçilik  törədilməsinə,  jurnalistlərin  akkreditə  olunmasının  xüsusi  qaydasının 
pozulmasına; 
616 
301.0.6. sənədlərin yoxlanmasına, müstəsna hallarda isə, fiziki şəxslərə silah olması barədə 
məlumat  olduqda,  şəxsi  yoxlama  aparılmasına,  şəxsi  əşyaların,  nəqliyyat  vasitələrinin  və 
mənzillərinin yoxlanmasına maneçilik törədilməsinə; 
617 
301.0.7. silah, zəhərləyici və ya partlayıcı maddələr, döyüş sursatı, xüsusi vasitələr, narkotik 
vasitələr,  psixotrop  maddələr və  onların  analoqları  və  ya  tərkibində  güclü  təsirə  malik 
maddələr  olan  dərman  preparatları,  etil  spirti,  spirtli  içkilər və  tərkibində  spirt  olan 
məmulatların  gəzdirilməsinin,  əldə  edilməsinin  və  satılmasının  məhdudlaşdırılmasının  və  ya 
qadağan edilməsinin pozulmasına; 
618 
301.0.8.  müstəsna  hallarda  fiziki  şəxslərdə  odlu  və  soyuq  silahın,  döyüş  sursatının, 
zəhərləyici və partlayıcı maddələrin, müəssisələrdən, idarələrdən və təşkilatlardan isə həmçinin 
təlim  hərbi  texnikasının  və  radioaktiv  maddələrin  müvəqqəti  alınmasına  maneçilik 
törədilməsinə; 

301.0.9.  karantin  tələblərinin,  sanitariya‐antiepidemiya,  baytarlıq  və  bu  kimi  digər 
tədbirlərin,  habelə  qanunvericiliklə  nəzərdə  tutulmuş  mülki  müdafiə  tədbirlərinin 
pozulmasına; 
619 
301.0.10.  müstəsna  hallarda,  təxirəsalınmaz  qəzadanxilasetmə  işləri  aparmaq  üçün 
təhlüksizliyini  hökmən təmin  etmək  şərtilə,  əmək  qabiliyyətli  əhalinin  və  fiziki  şəxslərin 
nəqliyyat vasitələrinin səfərbərliyə alınmasına maneçilik törədilməsinə; 
301.0.11. rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydaların pozulmasına; 
620 
301.0.12.  ayrı‐ayrı  maliyyə‐iqtisadi  fəaliyyət  növlərinin  həyata  keçirilməsinə,  o  cümlədən 
malların, xidmətlərin və maliyyə vəsaitlərinin yerdəyişməsinə qoyulmuş məhdudiyyətlərin 
pozulmasına; 
301.0.13.  gündəlik  təlabat  mallarının  və  ərzağın  əldə  olunmasında,  satışında  və 
bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin pozulmasına görə ‐
621 
fiziki  şəxslər  iyirmi  manatdan  iyirmi  beş  manatadək  miqdarda  cərimə  edilir  və  ya  işin 
halları  və  pozuntu  törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla,  bu  tədbirlərin  tətbiqi  kifayət  hesab 
edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər əlli manatdan 
yetmiş  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli  manatdan  iki  yüz  manatadək  miqdarda 
cərimə edilir. 
622 
M a d d  ə 
3 0 2 .   Yanğın_təhlükəsizliyi_sahəsində_məhsulun_və_xidmətlərin_sertifikatlaşdırılması,_tədavülə_buraxılması_və_saxlanılması,_onların'>Yanğın_təhlükəsizliyi_qaydalarının_pozulması_və_ya_yerinə_yetirilməməsi'>Yanğın  təhlükəsizliyi  qaydalarının  pozulması  və  ya  yerinə 
yetirilməməsi 
302.1.  Mülkiyyət  formasından  asılı  olmayaraq  müəssisə,  idarə  və  təşkilatlarda,  ictimai 
yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda 
yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və 
ya yerinə yetirilməməsinə görə ‐
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan on manatadək miqdarda cərimə 
edilir,  vəzifəli  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar  iyirmi  manatdan  otuz  beş  manatadək 
miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
623 
302.2. Yanğına qarşı xüsusi rejim şəraitində törədilmiş eyni hərəkətlərə görə ‐
fiziki  şəxslər  on  beş  manatdan  iyirmi  manatadək  miqdarda,  vəzifəli  şəxslər  iyirmi  beş 
manatdan  qırx  beş  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  manatdan  iki  yüz  əlli 
manatadək miqdarda cərimə edilir.
624 
302.3.  İnşaat  işlərinin  aparılması  məqsədi  ilə  torpaq  sahələrinin  (trasların)  ayrılması, 
layihələndirilməsi,  habelə  ərazilərin,  müəssisələrin,  binaların  və  qurğuların  tikintisi,  yenidən 
qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi 
zamanı  yanğına  qarşı  standartların,  normaların  və  qaydaların  tələblərinin  yerinə 
yetirilməməsinə görə ‐
fiziki  şəxslər  iyirmi  beş  manatdan  otuz  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  əlli 
manatdan  yetmiş  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli  manatdan  iki  yüz  manatadək 
miqdarda cərimə edilir.
625 
M a d d  ə 
3 0 3 .   Yanğın  təhlükəsizliyi  sahəsində  məhsulun  və  xidmətlərin 
sertifikatlaşdırılması, tədavülə buraxılması və saxlanılması, onların işlədilməsi qaydalarının 
pozulması 
303.0.  Yanğın  təhlükəsizliyi  sahəsində  məhsulun  və  xidmətlərin  sertifikatlaşdırılması, 
tədavülə buraxılması və saxlanılması, onların işlədilməsi qaydalarının pozulmasına, yəni: 

303.0.1.  sertifikatlaşdırılması  məcburi  olan,  lakin  sertifikatlaşdırılmamış  malların 
buraxılmasına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə; 
303.0.2.  yanğın  təhlükəsizliyinə  dair  qüvvədə  olan  standartların  və  digər  normativ 
sənədlərin tələblərinə uyğun gəlməyən malların xaricdən gətirilməsinə və ya satılmasına görə ‐
fiziki  şəxslər  on  beş  manatdan  iyirmi  manatadək  miqdarda,  vəzifəli  şəxslər  əlli  beş 
manatdan  yetmiş  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli  manatdan  iki  yüz  manatadək 
miqdarda cərimə edilir.
626 
M a d d  ə  3 0 4 .  Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi üçün 
xüsusi  razılıq  (lisenziya)  alınması  tələb  olunan  fəaliyyətlə  belə  razılıq  olmadan  məşğul 
olma, yaxud lisenziyada müəyyən edilmiş şərtləri pozma 
Yanğın  təhlükəsizliyi  sahəsində  xidmətlərin  və  işlərin  görülməsi  üçün  xüsusi  razılıq 
(lisenziya)  alınması  tələb  olunan  fəaliyyətlə  belə  razılıq  olmadan  məşğul  olmağa,  yaxud 
lisenziyada müəyyən edilmiş şərtləri pozmağa görə ‐
otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir.
627 
M a d d  ə  3 0 5 .   Yaşayış  məntəqələrində  və  xüsusi  olaraq  ayrılmamış  yerlərdə,  yaxud 
müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açma 
Yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə və ya xüsusi olaraq ayrılmış 
yerlərdə müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açmağa görə ‐
silah  və  döyüş  sursatı  müsadirə  edilməklə  və  ya  edilməməklə  on  manatdan  iyirmi 
manatadək miqdarda cərimə edilir.
628 
M a d d  ə  3 0 6 .  Məişət səs‐küyünə qarşı mübarizə qaydalarının pozulması 
Mənzillərdə,  yaşayış  evlərinin  girişlərində  və  həyətlərində,  küçələrdə,  istirahət  yerlərində 
və digər ictimai yerlərdə gecə vaxtı saat 24‐dən 7‐dək səs‐küy salmağa, ucadan mahnı oxumağa, 
musiqi  alətlərini  ucadan  çalmağa,  televizorları,  radioqəbulediciləri,  maqnitofonları  və  digər 
aparatları  gür  səslə  oxutmağa,  məişət səs‐küyünə  qarşı  mübarizə  tələblərini  başqa  üsulla 
pozmağa görə ‐
xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə edilir.
629 
M a d d  ə  3 0 7 .  Yetkinlik yaşına çatmayanların sərxoşluq vəziyyətinə gətirilməsi 
Yetkinlik  yaşına  çatmayanların  öz  valideynləri  və  ya  başqa  şəxslər tərəfindən sərxoşluq 
vəziyyətinə gətirilməsinə görə ‐
iyirmi manatdan otuz beş manatadək miqdarda cərimə edilir.
630 
M a d d  ə  3 0 7  ‐ 1 .  Avaralıqla məşğul olma 
631 
307‐1.1. Avaralıqla məşğul olmağa görə – 
vətəndaşlar  xəbərdarlıq  edilir  və  ya  işin  hallarına  görə, xətanı  törədənin  şəxsiyyəti  nəzərə 
alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq 
edilir,  əcnəbilər və  vətəndaşlığı  olmayan  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar  iyirmi 
manatdan  iyirmi  beş  manatadək  miqdarda  cərimə  edilməklə  və  ya  edilməməklə  Azərbaycan 
Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.
632 

307‐1.2.  Yetkinlik  yaşına  çatmayanların  öz  valideynləri  və  ya  başqa  şəxslər tərəfindən 
avaralığa cəlb edilməsinə görə ‐
on  manatdan  on  beş  manatadək  miqdarda  cərimə  edilir  və  ya  işin  hallarına  görə, xətanı 
törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla  bu  tədbirlərin  tətbiqi  kifayət  sayılmadıqda  on  beş 
günədək müddətə inzibati həbs tətbiq edilir.
633 
Qeyd: Bu maddədə avaralıqla məşğul  olan dedikdə ‐ müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan,  hər 
hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (qanunvericiliklə müəyyən edilmiş qaydada işsiz 
statusu almış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa 
düşülür. 
M a d d  ə  3 0 8 .  Fahişəliklə məşğul olma 
Fahişəliklə məşğul olmağa görə ‐
otuz beş manatdan qırx manatadək miqdarda cərimə edilir.
634 
M a d d  ə  3 0 9 .  Qumar oyunu 
Pul, şey və başqa sərvətlərlə qumar oynamağa və ya idman yarışlarında və başqa yarışlarda 
qumara qoyulmuş pulun (şeyin) xüsusi şəxslər tərəfindən qəbul edilməsinə görə ‐
oyun ləvazimatı, habelə qumara qoyulmuş pul, şey və başqa sərvətlər müsadirə edilməklə 
və ya edilməməklə on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
635 
İ y i r m i   ü ç ü n c ü   f ə s i l  
İDARƏÇİLİK QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
M a d d  ə  3 1 0 .   Polis  işçisinin  və  ya  hərbi  qulluqçunun  qanuni  tələbinə  qəsdən  tabe 
olmama 
310.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, 
onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə ‐
fiziki  şəxslər  iyirmi  manatdan  iyirmi  beş  manatadək  miqdarda  cərimə  edilir  və  ya  işin 
halları  və  pozuntu  törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla,  bu  tədbirlərin  tətbiqi  kifayət  hesab 
edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
636 
310.2.  Hərbi  qulluqçu  dövlət sərhədini  mühafizə  vəzifələrini  icra  edərkən,  onun  qanuni 
tələblərinə qəsdən tabe olmamağa görə ‐
fiziki şəxslər iyirmi manatdan otuz manatadək miqdarda cərimə edilir və ya işin halları və 
pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə 
on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
637 
M a d d  ə  3 1 0  ‐ 1 .   Azərbaycan  Respublikasının  İnsan  hüquqları  üzrə  müvəkkilinin 
(ombudsmanın) qanuni fəaliyyətinə mane olma 
638 
Azərbaycan  Respublikasının  İnsan  hüquqları  üzrə  müvəkkilinin  (ombudsmanın)  qanuni 
fəaliyyətini məhdudlaşdırma və ya fəaliyyətinə müdaxilə etməyə görə ‐
iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.
639 
M a d d  ə  3 1 0  ‐ 2 .Əməliyyat‐axtarış  fəaliyyəti  subyektlərinin,  hərbi  qulluqçuların  və 
prokurorluq  işçilərinin  fərqlənmə  nişanları  olan  hərbi  və  xüsusi  geyim  formalarını 
qanunsuz olaraq daşıma 
640 

Əməliyyat‐axtarış  fəaliyyəti  subyektlərinin,  hərbi  qulluqçuların  və  prokurorluq  işçilərinin 
fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə‐
inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə iyirmi beş 
manatdan qırx manatadək miqdarda cərimə edilir.
641 
M a d d  ə  3 1 1 .  Məhkəməyə hörmətsizlik göstərilməsi 
Məhkəmə  iclası  zamanı  şahidin,  zərərçəkən  şəxsin,  iddiaçının,  cavabdehin  və  ya  iş  üzrə 
iştirak edən başqa fiziki şəxslərin sədrlik edənin sərəncamına tabe olmamasına görə ‐
on beş manatdan otuz manatadək miqdarda cərimə edilir.
642 
M a d d  ə  3 1 2 .  Andlı iclasçının məhkəməyə gəlməsinə mane olma 
Andlı  iclasçıya  tapşırılmış  vəzifələrin  yerinə  yetirilməsi  üçün  onun  məhkəməyə  gəlməsinə 
vəzifəli şəxs tərəfindən hər hansı bəhanə ilə maneçilik törədilməsinə görə ‐
vəzifəli şəxslər əlli manatdan səksən manatadək miqdarda cərimə edilir.
643 
M a d d  ə  3 1 3 .   Məhkəmənin  xüsusi  qərardadı  (qərarı)  və  ya  hakimin  təqdimatı  üzrə 
tədbirlər görülməməsi 
Məhkəmənin  xüsusi  qərardadının  (qərarının)  və  ya  hakimin  təqdimatının  vəzifəli  şəxs 
tərəfindən baxılmamasına, yaxud bunlarda göstərilmiş qanun pozuntularını aradan qaldırmaq 
üçün  tədbirlər  görülməməsinə,  yaxud  xüsusi  qərardada  (qərara)  və  ya  təqdimata  vaxtında 
cavab verilməməsinə görə ‐
vəzifəli şəxslər əlli manatdan doxsan manatadək miqdarda cərimə edilir.
644 
M a d d  ə  3 1 3  ‐ 1 .  Məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra 
Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin