AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universiteti



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix31.01.2017
ölçüsü1,44 Mb.
#7096
1   ...   4   5   6   7   8   9   10   11   12

Əzizim Ovşarı var, 
Ovçunun ovşarı var. 
Gözlərindən tanıram 
Yarıma oxşarı var. 
 
Avşarları  daşıdıqları  qılınc  «kirmani»  adlanırdı.  Bu  qılıncın 
Avşarların  Kerman  qrupu  tərəfindən  hazırlandığı  güman  olunur. 
Dadaloğlu deyirdi: 
 
Belimizdə qılıncımız kirmani, 
Daşı dələr mizrağımın dəmrəni… 
 
Urmiya  qonşu  xanlıqlar  içində  öz  sənətkarlığı  ilə  tanınırdı. 
Maraqlıdır  ki,  Fətəli  xan  Araşlı-Avşar  paytaxtını  Təbrizə  köçürər-
kən  Urmiyadan  xeyli  sənətkar  ailəsi  aparmışdı.  Nisə  Mustafayeva 
yazır: “Məsələn, Fətəli xan Əfşar paytaxtı Təbrizə köçürdü. Sənət-
karların  bir  çoxu  da  buraya  köçürüldü.  Böyük  ziyana  düşməkdən 
qorxan ustalar çox vaxt şagird, usta köməkçiləri götürmür, əlverişli 
yerlərdə yer icarə etmir, ev şəraitində sənətlə məşğul olurdular. Şə-
hərlərdə sənətkar birliklərinin (sexlərin) və təkbaşına ustaların para-
lel  mövcud  olması  da  bununla  izah  edilir.  Cənubi  Azərbaycan  şə-
hərlərində sənərkar birlikləri İranda olduğu kimi əsnaf adlanırdı. 
Azərbaycan əsnafları Yaxın Şərqdəki bütün sənətkar təşkilat-
ları  kimi  təkcə  sənətkarları  deyil,  başqa  peşə  sahiblərini  də  bir-

 
167 
ləşdirirdi.  Sənətkar,  dəmirçi,  çəkməçi,  papaqçı,  dərzi,  əsnafları  ilə 
yanaşı allaf dükançılarının, qulluqçuların, pəhləvanların da əsnafları 
var  idi.  Bir  sözlə  elə  bir  sənət  və  peşə  yox  idi  ki,  onun  nümayən-
dələri əsnaflarda birləşməsinlər”. 
 
Dəmirçilik 
 
Urmiyanın  zəngin  dəmir  fılizi  yataqları  qədim  zamanlardan 
başlayaraq yerli xammal əsasında dəmirçilik sənətinin meydana gəl-
məsində mühüm rol oynamışdır. 
Urmiyada bəsit istehsal texnikasına əsaslanan filizəritmə işin-
də, əsasən, körüklü kürələrdən istifadə olunmuşdur. Bunun üçün fi-
liz  parçaları  kömür  ilə  birlikdə  kürənin  odluğuna  yığılırdı.  Qoşa 
körük vasitəsilə yaradılmış yüksək hərarət nəticəsində filiz əridikcə 
kürənin  odluğunda  qaynar  metal  ərintisi  kütləsinə  çevrilirdi.  Ərin-
tidə əmələ  gələn pasa mütəmadi əlaraq qədgir vasitəsi  ilə çıxarılıb 
təmizlənirdi.  Lakin  sırf  dəmir  əldə  etmək  üçün  bu  kifayət  etmirdi. 
Ona görə də ərinti yumşalıb saf dəmir halına düşünədək zindan üzə-
rində  döyülürdü.  İstidöymə  proscsində  ərintinin  tərkibindəki  pasa 
qalığı qəlpələnib tamam çıxır, dəmirin məğzi saflaşırdı. 
Urmiya  ərazisində  yanacaq  israfı  və  metal  çıxan baxımından 
iqtisadi  cəhətdən  az  sərfəli  olmasımı  baxmayaraq,  əritmə-döymə 
üsulu ilə yüksək keyfiyyətli dəmir əldə olunurdu. Ona görə də yerli 
dəmir  ərintisindən  hazırlanmış  məmulat  çox  möhkəm  və  davamlı 
olmağı ilə fərqlənirdi. Bununla belə, kənardan gətirilmə “zavod də-
miri”  ucuz  başagəldiyindən  kııstar  üsulla  hazırlanan  yerli  dəmir 
istehsalını tədricən tənəzzülə uğratrmşdır 
Köhnə dəmir iki  yolla,  ya korlanıb istifadədən çıxmış məişət 
və  təsərrüfat  alətləri  hesabına,  ya  da  kənardan  satınalma  yolu  ilə 
tədarük  olunurdu.  XIX  əsrin  ikimi  yarısında  Urmiyada  satınalma 
dəmiri ən çox Bakı sərmayədarlarmdan, qismən isə dəmir yolu stan-
siyalarındakı təmir emalatxanalanndan əldə edirdilər. 
Keçmişdə Urmiyada polad qıtlığı daha çox hiss olunurdu. Xü-
susilə  xas  polad  çətinliklə  əldə  olunduğundan  qənaətlə  işlədilirdi. 

 
168 
Soyuq  silah  (xəncər,  qəmə,  qəddarə,  qılınc)  istehsalı  dəbdə  olan 
dövrlərdə poladın kasadlığı daha çəx nəzərə çarpırdı 
Silahsazlar arasında uzun müddət Dəməşq və Xorasan poladı 
üstün  tutularmış.  Bununla  yanaşı,  urmiyalıı  silah  ustaları  özləri  də 
xüsusi üsulla xas polad əldə edirmişlər. Urmiya ərazisindəki dəmir-
çixanalarda ən çox polad qarışıq dəmir işlənirdi. Bunun üçün xassə 
etibarilə  bir-birindən  fərqlənən  dəmir  və  poladı  qızdırıb  istidöymə 
yolu ilə qaynaq edirdilər. Qaynaq nəticəsində asanlıqla əyilən yum-
şaq  dəmirdən  və  tez  sınan  sərt  poladdan  daha  keyfıyyətli  yeni  bir 
metal-poladqarışıq dəmir əldə edilirdi. 
Urmiyada digər sənət dükanları kimi, dəmirçixanalar da, əsa-
sən, bazar və ya karvansaralarda yerləşirdi. Dəmirçixana bir qayda 
olaraq,  həm  istehsal  emalatxanası,  həm  də  satış  dükanı  vəzifəsini 
yerinə yetirməklə ikili səciyyə daşıyırdı. 
Urmiyada məişət və təsərrüfat alətlərinin xeyli hissəsi, xüsusi-
lə kəsici alətlər (balta, nacaq, dəhrə, məngəl, dəryaz, əraq, cin, qırxı-
lıq, kərki, qiyməkeş, bıçaq, qazan və s.) bir qayda olaraq poladqa-
rışıq dəmirdən hazırlamrdı. Bu məqsədlə, əsasən, qaynaq üsulundan 
istifadə əlunmuşdur. Kəsici alətləri düzəltmək üçün əvvəlcə polad-
qarışıq dəmir hazırlanırdı. Xassə etibarilə xas poladdan və dəmirdən 
fərqlənən polad-qarışıq dəmir çox vaxt “qaynaq dəmiri” adlanırdı. 
Urmiyalı  dəmirçilər  qaynaq  dəmiri  hazırlamaq  üçün  lazımi 
ölçüdə  kəsilmiş  dəmir  parçasını  kürədə  qızdırıb  arasını  1,5-2  sm 
dərinlikdə  yarmaqla  “ağız”  açırdılar.  Sonra  həmin  yarığa  müvafiq 
ölçüdə polad “işığına” kəsilirdi. Bu məqsədlə əvvəlcə polad parçası 
kürədə  qızdırıhb  “suyu  alınır”  və  yumşaq  dəmir  həddinə  salınırdı. 
Sərtlik  xassəsini  itirmi  işığa  istidöymə  yolu  ilə  yastılanaraq  lazımi 
formaya salınandan sonra qələm vasitəsilə müvafiq ölçüdə kəsilirdi. 
Poladın  qıt  olduğu  keçmiş  dövrlərdə  kəsici  alətin  tiyəsinin  “dodaq 
şığası” çox vaxt yararsız hala düşmüş polad alətlərdən (yeyə, törpü, 
dəryaz və s.) düzəldilirdi.  Məmulatın növündən  və şığanın  qalınlı-
ğından asılı olaraq, qaynaq əməliyyatı müxtəlif üsııllarla aparılırdı. 
Urmiyada  poladqarışıq  dəmirin  əldə  edilməsinin  ən  bəsit  və 
qədim  üsulu  xalis  qaynaq  olmuşdur.  Bu  halda  ərintinin  gücləndi-

 
169 
rilməsinə  və  calağın  möhkəm  tutmasına  kömək  edəcək  yardımçı 
vasitələrdən  istifadə  olunmurdu.  Dəmirçilik  sənətində  nisbətən  az 
tətbiq olunan bu üsulla, əsasən, xırda məmulatlar hazırlanırdı. 
Göründüyü kimi, Urmiyalı dəmir ustaları çoxəsrlik əməli təc-
rübə nəticəsində metalların xassələrini dərindən müşahidə edib öy-
rənməklə, istehsal texnologiyasının təkmilləşdirilməsinə və beləlik-
lə də daha mükəmməl əmək alətləri hazırlamağa nail ola bilmişlər. 
Qaynaq ənənəvi Urmiya dəmirçilik sənətində başlıca yer tutsa 
da, dəmir məmulatının. Xüsusilə kəsici alətlərin hazırlanması daha 
bir sıra texnoloji proseslərlə bağlı idi. Məmulat növündən asılı ola-
raq istehsal prosesində dibçıxarma, küpaçma, sulğuc-çıxarma, dişə-
mə, növsalma və s. kimi bir sıra texnoloji üsullardan istifadə olunur-
du.  Bu  əməliyyatların  çoxu  spesifık  səciyyə  daşımaqla,  müəyyən 
qrup  alətlərin  hazırlanmasında  tətbiq  olunurdu.  Məsələn,  dibçıxar-
ma dəryaz və qırxlığın,  küpaçma nacaq, balta, kərki, təxa və çəki-
cin, sulğucçıxarma dəhrə və qiyməkeşin, dişəmə isə çinin hazırlan-
masında  tətbiq  edilirdi.  Soyuq  silahlarm  (xəncər,  qılınc)  hazırlan-
masında  növsalma  əməliyyatmdan  istifadə  olunurdu.  Bunlardan 
fərqli  olaraq  tamamlama  əməliyyatları  (sığalçəkmə  və  s.)  qismən 
ümumi  səciyyə  daşıyırdı.  Dəmir  məmulatlarının  hazırlanması 
prosesində  ”Qara  iş”  görülüb  başa  çatdırılandan  sonra  tamamlama 
əməliyyatına başlanılırdı. Bu məqsədlə ilkin formaya salınmış iş nər 
çəkiclə  döyülüb  lazımi  həddə  salınır,  əyilmiş  və  ya  xaşallanmış 
hissələri  tapdanıb  (döyülüb)  düzəldilirdi.  Döymə  əməliyyatından 
çıxmış “iş”in üzərində isə, adətən, zərbə izləri qalırdı. Ona görə də 
həmin  izlər  törpü  və  yeyə  vasitəsilə  sürtülüb  hamarlanırdı,  Bir 
qayda olaraq, dəmir məmulatı qaynar halda törpülənir, soyuq halda 
yeyələnirdi.  Həmçinin,  kəsici  alətlərin  hazırlanmasında  ən  vacib 
əməliyyatlardan  biri  onlara  düzgün  suvermə  idi.  Məlum  olduğu 
kimi, kəsici alətlərin tiyəsi poladqarışıq dəmirdən hazırlandığından 
qızdırılan zaman sərtliyni itirirdi. Poladın sərtlik xassəsi aləti yeni-
dən qızdırıb suyatutma yolu ilə bərpa edilirdi. 
Urmiya dəmirçilik sənətində ən bəsit əməliyyatlardan biri çar-
xatutma idi. Müəyyən qədər peşə məharəti tələb cdən bu əməliyyata 

 
170 
düzgün  əməl  etmədikdə  alətin  tiyəsi  qızır  və  ağzının  bir  üzü  çox 
yonulub  əks  tərəfə  qatlanırdı.  Sənət  dili  ilə  buna  ”qılov”  deyilirdi. 
Qılovlu alət kəsəndə küt və yorucu olur. 
Urmiyalı dəmir ustaları təzə məmulat düzəltməklə yanaşı, sı-
nıb  korlanmış,  yaxud  kütləşmiş  alətləri  təmir  etməklə  də  məşğul 
olurdular.  Təmir  işinin  də  özünəməxsus  istehsal  üsulları  formalaş-
mışdı. Adətən, qalın kütləli məmulatlar (balta, tapun və s.) zodlama 
üsulu  ilə  təmir  olunurdu.  Bu  məqsədlə  alətin  sınığına  müvafiq  öl-
çüdə  kəsilmiş  şığanı  məmulatla  birgə  qızdırıb  istidöymə  yolu  ilə 
bir-birinə calayırdılar. 
Urmiya dəmirçiliyində sınıq məmulatın calaq edilməsi qadaq-
lama üsulu ilə də görülürdü. Qadaqvurma ən çox təsərrüfat alətləri-
nin  təmirində tətbiq  olunurdu. Bunun üçün məmulatm calaq edilə-
cək hissələrini isti, yaxud soyuq halda sünbə ilə dcşib qadaq vasitə-
silə bir-birinə bərkidirdilər. Kütləşmiş kəsici alətlər isə (balta, dəhrə, 
qiyməkeş  və  s.)  ovxarlama  üsulu  ilə  itilənib  yenidən  işlək  hala 
salınırdı. Bu məqsədlə alətin ağac dəstəyini çıxarıb tiyəsini kürədə 
qızdırandan  sənra  məngənə  arasında  tutub  isti-isti  yeyələyirdilər. 
Əgər alətin künəsi çəx qalın olarsa, onu bir-iki əl istidöymə yolu ilə 
döyüb nazildir, sonra ovxarlayırdılar. Ovxarlama əməliyyatı əvvəlcə 
iri  dişli,  sonra  xırda  dişli,  nəhayət,  axırda  narın  dişli  yeyə  ilə  gö-
rülürdü. 
 
Dulusçuluq 
 
Dulusçuluq Azərbaycanda, eləcə də onun bir guşəsi olan Ur-
miyada  sənətkarlıq  istehsalının  ən  qədim  sahələrindən  biri  olub. 
Mütəxəssislər sənətin bu sahvəsinin meydana çıxmasını neolit döv-
rünə  aid  edirlər.  Əvvəlcə,  əsasən  qadınların  məşğul  olduğu  dulus-
çuluq  eneolit  dövründə  tətbiq  edilən  bir  sınıfl  texniki  nailiyyətlər 
nəticəsində müstəqil sənət sahəsinə çevrilmişdi. 
İlk  orta  əsrlərin  sonlarından  başlayaraq  Azərbaycanda  dulus-
çuluq istehsalı daha yüksək səviyyəyə çatmışdı. Monqol işğallarına 
qədər  davam  etmiş  bıı  yüksəliş  dövründə  dulusçuluqda  güclü  kə-

 
171 
miyyət  və  keyfiyyət  dəyişikliyi  baş  vermişdi.  Ayaqla  hərəkətə 
gətirilən çarxın meydana gəlməsi, müxtəlif dulusçuluq mərkəzlərin-
də şirli qablar istehsalının başlanması, dulus kül rələrinin kutləvi şə-
kildə tətbiq edilməsi yüksək keyfıyyətli saxsı məmulatınııı. istehsalı 
üçün daha əlverişli şərait yaradırdı. 
Bu  dövrdə  saxsı  qabların  yayılması  arealı  Azərbaycanın  de-
mək olar kil bütün şəhər və vilayətlərini əhatə edirdi. Bir çox yaşa-
yış məntəqələrində, ol cümlədən Beyləqanda aparılan arxeoloji qa-
zıntılar  nəticəsində  Azərbaycanda  şirsiz  və  şirli  qablar  istehsalının 
yüksək  səviyyədə  olduğunu  sübut  edən  çoxlul  materiallar  aşkar 
edilmişdir. 
Müstəqil  Azərbaycan  xanlıqların  mövcud  olduqları  XVIII 
əsrin  ikinci  yarısı  -  XIX  əsrin  əvvəlində  dulusçuluq  istehsahnın 
aparıcı sahəsi  kimi  daha çox məişət  keramikasından söhbət  açmaq 
olar. Azərbaycanın dulus ustaları məişətin müxtəlif sahələrində işlə-
dilən  çoxlu  gil  məmulatları  hazırlayırdılar.  Etnoqrafık  tədqiqatlar 
göstərir ki, məişətdə işlədilən dulusçuluq məhsulları öz təyinatlarına 
görə  bir  neçə  qrupa  bölünürdülər.  Bunların  arasında  su  qabları, 
yemək qabları, I süd məhsulları üçün qablar, evlərin qızdırılması və 
işıqlandınlması  üçün  nəzərdə  I  tutulan  qablar  əsas  yer  tuturdular. 
Təkcə məişətdə işlədilən su qabları I nm bir neçə növü-su daşımaq 
üçün (səhəng, cürdək, bardaq, şəhrəng, kuzə),  «I saxlamaq və süf-
rədə  işlətmək  üçün  (küp,  sürahı,  qurqur,  dolça,  parç,  tayqulp),  yu-
yunmaq və dəstamaz almaq üçün (aftafa, lülyəin və s.) çox müxtəlif 
saxsı qablar istehsal edilirdi. Ümumiyyətlə isə, dulus ustaları 50-dən 
çox müxtəlif növlü qab-qacaq istehsal etməyi bacarırdılar. 
Xanlıqlar dövrünə aid arxiv sənədlərində və digər yazılı mən-
bələrdə Azərbaycanın Şamaxı, Şəki, Ərdəbil, Təbriz, Urmiya, Nax-
çıvan, Gəncə, Ordubad və s. şəhərlərində saxsı məmulatının istehsa-
lı barədə məlumat verilir. 
 

 
172 
Tоxuculuq 
 
Urmiya qədim toxuculuq mərkəzlərindən biridir. Urmiya gölü 
yaxınlığındakı Həsənlu təpəsindən aşkar edilmiş qızıl camın (e. ə. I 
minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar 
bu  bölgədə  xalça  sənətinin  nə  qədər  qədim  tarixə  malik  olduğunu 
göstərir. 
Urmiya  xanlığının  iqtisadi  yaşamında  qoyunçuluq  təsərrüfatı 
ilə bağlı olan toxuculuq sahəsi önəmli yer tuturdu. Onların toxucu-
luq məhsullarından kilim, cecim, keçə, çadır, çuval, məfrəş, xurcun, 
hor, heybə və sairə el-elat arasında  yüksək dəyərləndirilirdi. Avşar 
elinin  bin  tutub,  buta  bağladığı  yerlərdə  «Avşar»  adlı  xalça  toxu-
nurdu.  Avşar  xalçaları  bütün  Şərq  köçərilərinin  istehsal  etdikləri 
xalçalar arasında ən kefiyyətlisi və zərifi hesab olunurdu. Tehranda 
çıxan  «Bərrəsi-ye  sənət-e  fərş  dər  İran»  nəşrinin  verdiyi  bilgiyə 
görə, Urmiyada istehsal edilən xalça növləri içərisində  «Avşar» və 
yaxud  «Əfşari»  adlı  xalçalar  daha  gözəl,  daha  keyfiyyətli  idi. 
«Avşar» xalçalarının alıcısı çox olduğundan sonralar belə xalıların 
istehsalı Azərbaycanda və İranda yayılmağa başlanmışdı. 
Avşar ulusu həm çöl, həm də el dönəmində tutarlı mədəniyyət 
örnəkləri yaratmışdır. 
Xanlıq dövründə Urmiyada xalça istehsalı xeyli  genişlənmiş, 
hər mahalın özünün xalçaçılıq karxanası olmuşdur. Bu dövrdə xal-
çaçılıq sənətinin inkişafı gələcəkdə xalçaçılıq məktəbinin yaranma-
sına zəmin yaratdı. 
 
Ticarət 
 
Feodal  pərakəndəliyi, daxili  çəkişmələr, çoxsaylı gömrük  rü-
sumları, hər bir xanlığın özünün pul vahidinin olması, ölçü, çəki sis-
teminin müxtəlifliyi, vergi və rüsumların toplanmasının tez-tez ilti-
zama  verilməsi  kimi  faktorlar  xanlıqlarda  sənətkarlıq  və  ticarətin, 
bütövlükdə iqtisadiyyatın inkişafına xeyli ziyan vurmuşdur. 

 
173 
XVIII əsrdə demək olar ki, Urmiyada karvansaraylar tikilmə-
mişdir.  Bu  ticarət  yollarının  bağlanması  və  ticarətin  zəifləməsi  ilə 
əlaqədar idi. 
Urmiyada  çəki  vahidi  xutgər  idi.  Bu  vilayət  əlverişli  ticarət 
yollarının  üzərində  yerləşdiyindən  digər  xanlıqlara  nisbətən  geniş 
bazarı  vardı.  Rus  tarixçisi  İ.  P.  Berezin  bazarlardakı  ümumi  vəziy-
yəti belə təsvir edir: “Əhalinin çox əksəriyyəti səhərdən axşama qə-
dər bazarlarda dolaşırlar. Varlı kişi və qadınlar bazarlara öz nökər-
ləri ilə gəlirlər. Onların arxalarında və qabaqlarında gedən nökərlər 
qarşıya  çıxan  bir  şeyi  itələyib  yol  açmağa  çalışırlar.  Yüklü  və 
yüksüz heyvanların dolaşmaları bazardakı hərəkəti daha da çətinləş-
dirir.  Ümumi  basabas,  o  yan  bu  yana  qaçan  hanbalların  hay-küyü, 
dəmirçi, dülgər, misgər dükanlarından ucalan çəkic səsləri, at və eş-
şəklərin  səs-küyü,  yük  daşıyanların  “xəbərdar”  səsləri,  itələnib 
kənarlarda yıxılmış yoxsulların iniltisi, dilənçilərin “ya Əli, ya Hü-
seyn”  nalələri,  piştaxta  üzərində  oturan  tacirlərin  pulsuz  mal  apar-
maq  istəyən  dövlət  məmurları  ilə  söyüşmələri,  qəsidə  oxuyan  dər-
vişlərin səsləri və sairə ilk dəfə bazarı müşahidə edən avropalılarda 
unudulmaz bir xatirə yaradıb”. 
Səyyah Q. Druvil yazır ki, o Urmiya bazarında olarkən bir çö-
rəkçinin  müəyyən  edilmiş  qiymətdən  baha  satdığının  və  darğa  tə-
rəfindən cəzalandığının şahidi olmuşdur. Darğa çörəkçinin öldürül-
məsi haqqında göstəriş verir. Lakin Q. Druvilin bu hadisəni müşahi-
də etdiyini görərək. Ölüm fərmanını müqəssirin burun və qu-laqla-
rının kəsilməsi ilə əvəz edir. Hökm icra edildikdən sonra darğa üzü-
nü  çörəkçiyə  tutaraq  deyir:  “Get  bu  kişiyə  dua  et  ki,  təkcə  burun-
qulağın kəsildi elə özün sağ qaldın”. 
 
 
 
 
 
 
 

 
174 
 
Mövzu 
 
MƏDƏNİYYƏT 
 
 
Xanlıq dönəmində yazıb-yaratmış şəxsiyyətlər 
 
Şairləri 
 
Minnət Məhəmmədkərim xan Qasımlı-Avşar 
 
Minnət Məhəmmədkərim xan Avşar Isfəhan şəhərində anadan 
оlmuşdu. Nadir şah Qırxlı-Avşarın  hakimiyyəti dönəmində Tеhran 
şəhərinin hakimi idi. Bir çоx müharibələrdə böyük igidliklər göstər-
mişdi. 
Əmiraslan xan Qırxlı-Avşar оnu Məhəmmədisa xan Qasımlı-
Avşarın yеrinə Urmiyaya hakim təyin еtmişdi. 1745-ci ildə Urmiya-
nın  hakimi  оlarkən  Nadir  şaha  qarşı  çıxdığından  tutulub  kоr  еdil-
mişdir. 
Məhəmmədkərim xan şair idi. Minnət təxəllüsü ilə incə təbli 
şеirlər yazırdı. Şеrlərindən örnək. 
Bu gеcə səndən ayrı ahımın tüstüsündən gülşən еlə qaraldı ki, 
Səhər bülbül öz yuvasının yоlunu tapa bilmədi. 
 
 
Mina Firudin bəy Avşar 
 
Firudin  bəy  Urmiya  civarında  anadan  оlmuşdu.  Mükəmməl 
mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və biоqraf Məhəmmə-
dəli  Tərbiyət  «Danişməndani-Azərbaycan»  kitabında  yazır:  «Fətəli 
xan  Avşar  Urməvinin  qulamzadələrindəndir.  Isfahanda  uşaqlığında 
Fətəli  xanın  оğlanları  Rəşid  bəy  və  Cahangir  xanla  bir  yеrdə  bö-
yüyüb,  bоya-başa  çatmış,  bu  ölkədə  Dərviş  Məcid,  Azər,  Hatif, 

 
175 
Səbahi,  Aşiq  və  Müştaq  kimi  şеir  və  ədəbiyyat  sеvən  şəxslərdən 
tərbiyə  alıb,  görkəmli  şеirşünas  və  söz  ustası  оlmuşdur.  Оnun  bir 
sıra gözəl məzmunlu və məlahətli şеirləri vardır. 
Firidun bəy bir müddət Isfəhanda müəllifin («Nigaristan-Dara 
əsərinin  müəllifinə  işarədir)  yanında  оlmuş,  daha  sоnra  Azərbay-
cana,  Urmiya  şəhərinə  gəlib,  Hüsеynqulu  xan  Bəylərbəyi  Avşarın 
yanında xidmət еtmiş və hicri qəməri 1235 (1819)-ci ildə оrda vəfat 
еtmişdir. Aşağıdakı bеytlər оnundur: 
 
Hər gеcə bir fəsil, aman rəqibin ayıq bəxtindən, 
Fələk ölüm yuxusunda, sanki hеç ayılmır оndan. 
 
Bu dоqquz fələk yansa təəccüb еtməsin hеç kəs, 
Mən оn nəfəsli quşam bunlardır bir nеçə qəfəs». 
 
 
Aşıq Mustafa ( ? - 1871) 
 
Aşıq Mustafa Urmiyanın Sitanabad kəndində dünyaya gəlmiş-
di. Dogum tarixi dəqiq bilinmir. Uzun müddət çobanlıq edib. Röya-
sında  bir  gözələ  aşıq  olmus  və  bu  gözəli  tapmaq  üçün  diyar-diyar 
gəzərək  ta  Eçmiadzinə  (Üçkilsəyə)  qədər  getmisdi.  Bəzi  informa-
torlara  görə  ona  həmin  qız  buta  verilibmiş.  Təhsili  olmadıgı  halda 
çox gözəl qoşmalar yazmıs, saz çalıb məclis idarə etmisdi. 
Aşıq Mustafa "Əslı və Kərəm" və "Koroglu" dastanlarını yeni 
variantlarını işləmişdi. Bunlarla bərabər özünə aid çox gözəl baya-
tılar, gəraylılar və qoşmalar söyləmişdi. 
Aşıq  Mustafa  1871-ci  ildə  Cənubi  Azərbaycanının  Urmiya 
vilayətinin Baranduz mahalında vəfat edib. 
 
Qadir Allah, budur səndən diləyim
Altmıs min gülşənim, bagım olaydı. 
Hay-hay deyib düsmən üstə gedəndə 
Dalımca altmıs min dəlim olaydı. 

 
176 
 
Altmış min naxırım, altmış min bozum, 
Altmış min qoyunum, altmış min quzum, 
Altmış min gəlinim, altmış min qızım, 
Altmış min incə belli yarım olaydı.. 
 
Altmış min oglanım kəkili dəstə, 
Altmış min gəlinim dodagı püstə, 
Altmış min toyugum yumurta üstə, 
Ona görə, ördək, qazım olaydı. 
 
 
Arifləri 
 
Ağa Məhəmmədrəhim Naibüssədr Avşar 
 
Ağa  Məhəmmədrəhim  Urmiya  civarında  anadan  оlmuşdu. 
Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və biоqraf 
Məhəmmədəli Tərbiyət «Danişməndani-Azərbaycan» kitabında ya-
zır: «Məşhur arif və ariflər rəhbəri оlan Mirzə Nəsrulla Nəsr Ərdə-
bilinin şagirdi оlmuşdur. О, Mirzə Nəsrulla tərəfindən irfani fikirləri 
xalq içərisində yaymaq üçün xüsusi göstəriş almışdır. Ağa Məhəm-
məd  Rəhimin  qəzəllər  divani  məşhurdur.  О,  hicri  qəməri  1285 
(1868)-ci  ildə  vəfat  еtmişdir.  Оğlu  Hacı  Mirzə  Naibüssədr  də  öz 
dövrünün ariflərindən оlmuş, şikəstə və nəstəliq xətlərin yazmaqda 
çоx mahir idi. 
 
 
Hacı Mirzə Naibüssədr Avşar 
 
Hacı  Mirzə  Ağa  Məhəmmədrəhim  оğlu  Urmiya  civarında 
anadan оlmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. 
 

 
177 
Mirzə Ağa Sahibqələm Avşar 
 
Mirzə  Ağa  Urmiya  civarında  anadan  оlmuşdu.  Mükəmməl 
mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və biоqraf Məhəmmə-
dəli Tərbiyət  «Danişməndani-Azərbaycan» kitabında  yazır:  «О, İs-
tambulda  bir  nеçə  kitab  yazıb,  çap  еtdirmişdir.  Оnlardan  «Gülüs-
tan» kitabıdır ki, hicri qəməri 1291 (1874)-ci ildə rəvan dildə və bə-
dii qələmlə yazılmışdır». 
Mirzə Ağa Sahibqələm Avşar Sultan Əbdülhəmid Оsmanlının 
sarayında katib kimi çalışıb. 
 
 
Rəssamları 
 
Usta Allahvеrdi Avşar 
 
Allahvеrdi  Urmiya  civarında  anadan  оlmuşdu.  Mükəmməl 
mədrəsə təhsili almışdı. Dövrünün böyük rəssamlarından sayılırdı. 
Usta Allahvеrdinin Əbülhəsən adlı оğlu vardı. 
 
Usta Əliəşrəf Avşar 
 
Əliəşrəf Urmiya civarında anadan оlmuşdu. Mükəmməl məd-
rəsə təhsili almışdı. 
 
Ağa Əbülhəsən Nəqqaşbaşı Avşar 
 
Əbülhəsən  Allahvеrdi  оğlu  Urmiya  civarında  anadan  оlmuş-
du. Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və bi-
оqraf Məhəmmədəli Tərbiyət «Danişməndani-Azərbaycan» kitabın-
da  yazır:  «Оnun  rəssamlıq  əsərləri  və  rəngli  pеyzaclarını  əmisi, 
məşhur rəssam Əliəşrəf Avşarın qələmdan və kitab üzərində çəkdiyi 
miniatur  və  rəsmlərindən  ayırd  еtmək  mümkün  dеyildir.  Əziz  xan 
Sərdar  оnun  əsərlərini  töhfə  kimi  Tеhrandakı  əyanlara  göndərərdi. 

 
178 
Оnun qələmdan üzərində çəkdiyi rəsmlər hələ sağlığında əlli tümə-
nə satılırdı. 
Əbülhəsən  hicri  qəməri  1306  (1888)-cı  ildə  vəfat  еtmişdir. 
(«Əl-məsair vəl-asar»-«Hünərlər və əsərlər») 
 
 
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin