Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniki kolleci



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix29.12.2021
ölçüsü0,55 Mb.
#49005
1   2   3   4   5   6   7   8   9   ...   19
mühazirə-sosiologiya-elektron-versiya

şəxsiyyətin sosiallaşması  

adlanır. Şəxsiyyətin sosiallaşmasında 2 mərhələni ayırd 

etmək olar: 

1) 

sosial adaptasiya 



2) 

interiorizasiya 



 

 

Sosial  adaptasiya 

fərdin  sosial-iqtisadi  şəraitə,  rol  funksiyalarına  sosial 

normalara,  sosial  qruplara  və  sosial  təşkilatlara,  sosial  təsisatlara  uyğunlaşması 

kimi  izah  edilə  bilər.  İnsana,  cəmiyyətə  münasibətdə  adaptasiya  başlıca  olaraq, 

ətraf mühitə uyğunlaşmaqla bağlı olan reaksiya xarakterli davranışı əks etdirir. 

İnteriorizasiya

  sosial  normaların  və  sərvətlərin  insanın  daxili  aləminə 

qoşulması  prosesidir.  Xarici  mühitin  sosial  normaların,  sərvətlərinin  və  digər 

komponentlərinin  daxili  “Mən”ə  keçməsinin  xarakteri  hər  bir  konkret  şəxsiyyətin 

strukturu  ilə  şərtlənmişdir.  Bu  sturktur  isə  bütün  əvvəlki  təcrübə  sayəsində 

formalaşır.  Şəxsiyyət  sosial  mühitdə,  necə  dəyərlər,  əriyib  yoxa  çıxmır,  həmin 

mühitlə az-çox müstəqil vahid kimi müəyyən münasibətdə olur.  

Sosiologiya  şəxsiyyətin  sosiallaşması  gedişini  araşdırarkən  bu  prosesdə  işarələr 

sisteminin  mühüm  rolunu  qeyd  edir.  Məsələ  bundadır  ki,  sosiallaşma  gedişində 

başqa  şəxslərlə  sıx  qarşılıqlı  təsirdə  və  təmasda  olan  bu  və  ya  digər  fərd  sanki 

güzgüyə  baxmış  kimi  öz  hərəkətlərinə  və  davranışına  müəyyən  düzəlişlər  edir. 

İşarələr  sistemi  (nitq,  hərəkət  nümunələri  və  s.).  Hər  bir  sosial  birlik  formasının 

ona daxil olan insanların birgə fəaliyyətinin təşkilində, fərdlərin sosial hərəkətlərin 



idrə  olunmasında  mühüm  vasitə  rolunu  oynayır.  Belə  ki,  hər  bir  fərd  müəyyən 

sosial  birliyə  daxil  olduqda  burada  qəbul  edilmiş  olan  işarələr  sistemini 

mənimsəyir və öz fəaliyyətində onlardan istifadə edir. 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin