Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti SƏRBƏst iŞ



Yüklə 107,78 Kb.
səhifə2/3
tarix21.12.2023
ölçüsü107,78 Kb.
#187666
1   2   3
Psixologiya sərbəst is Tofiq Quliyev 8032 2sa

Şəxsiyyət və Fəaliyyət.
Şəxsiyyətin özünəməxsus psixoloji strukturu vardır. Psixoloji ədəbiyyatda qeyd olunduğu kimi, insanın şəxsiyyətə çevrilməsi üç psixoloji kateqoriyanın nəticəsidir. Bunlar: inikas – ünsiyyət – fəaliyyətdir. Bu baxımdan şəxsiyyətin psixoloji strukturunun əsasında birinci növbədə onun idrak prosesləri durur. İnsan həyata gəldikdən sonra duyğu olqanları vasitəsilə ətraf mühit cisim və hadisələrini əks etdirərək psixi inkişafa nail olur. Bu prosesdə onu əhatə edənlərlə ünsiyyət xüsusi əhəmiyyətə malikdir. Şəxsiyyətin strukturunda onun idrak prosesləri əsasında və onunla yanaşı aşağıdakı başlıca yarımstrukturları, komponentləri qeyd olunur: - Şəxsiyyətin istiqaməti. Buraya onun dünyagörüşü, ictimai mövqeyi, tələbatları, maraq və meylləri, əqidə və idealları, adət və ənənələri, ideya və praktik yönəlişlik sistemi və s. daxildir. Bu zaman yönəlişliyin komponentlərindən biri dominantlıq təşkil edir və aparıcı olur. Başqaları isə istinad rolunu oynayır. Dominantlıq təşkil edən istiqamət şəxsiyyətin bütün psixi fəaliyyətini müəyyənləşdirir. - Şəxsiyyətin strukturunda sonrakı mühüm yarımstrukturunu onun hazırlıq səviyyəsi təşkil edir. Buraya şəxsiyyətin əldə etdiyi bilik, bacarıq və vərdişlər sistemi daxildir. Şəxsiyyətin strukturunda mühüm yer tutan yarımstrukturlardan, komponentlərdən biri də onun imkanlarını müəyyənləşdirən və fəaliyyətin müvəffəqiyyətini təmin edən qabiliyyətlər sistemindən ibarətdir. Şəxsiyyətin strukturunda mühüm yer tutan digər komponenti insanın həyatda qazandığı davranış forması, başqa sözlə onun xarakteridir. Nəhayət, bu komponentlərin hamısının üzərində şəxsiyyətin mənliyi, yəni özünü dərk edib anlaması, öz davranışını nizama salıb idarə etməsi «hökmranlıq» edir. Şəxsiyyətin strukturunun daha çox yayılmış bu cür ənənəvi təhlili ilə yanaşı onu digər aspektlərdən də xarakterizə 143 etmək mümkündür.
Şəkli nəzərdən keçirdikdə ilk növbədə diqqəti şüur və şüursuzluğun qarşılıqlı təsir yolu, üsulu ilə bağlı sual cəlb edir. Şəxsiyyətin vəhdətini anlamaq üçün «şüurun istiqaməti» və «şüursuzluğun istiqaməti» anlayışlarını aydınlaşdırmaq olduqca vacibdir. Bu məsələ bir çox psixoloji məktəb və istiqamətlər tərəfindən qaldırılmış, görkəmli alim və tədqiqatçıların diqqətini cəlb etmişdir. Lakin bu vaxta qədər həmin məsələ açıq qalmış, yönəlişlik onun istiqamətləndiyi obyekti axtarmağa «səbəb olmuşdur». Daxili və xarici aləmdə mövcud olan nəhayətsiz müxtəliflik sayəsində isə buna nail olmaq praktik olaraq mümkün deyildir. Məhz buna görə də biz insanın şüur və şüursuzluğunu obyektə deyil, zamana «yönəltməyə» cəhd göstərməyi vacib bildik. Nəticədə şüurun gələcəyə, şüursuzluğun isə keçmişə yönəlişliyinin mümkünlüyünü zənn etmək imkanı yaranmışdır. Bununla da şüurun gələcəyə yönəlişliyi insanda hadisənin baş verməsindən qabaq onun inkişafını görmə qabiliyyəti kimi antisipasiya fenomeninin olması ilə də təsdiq olunur. Bununla yanaşı şüursuzluğun keçmişə yönəlişliyi tamamilə təbii haldır. Çünki, sıxışdırılmış, unudulmuş və arxetipik elementlər yalnız keçmişə aid ola bilər. Beləliklə insanda keçmiş və gələcəyin qarşılıqlı təsiri onun şüursuzluğu və şüurunun qarşılıqlı təsirindən başqa bir şey deyildir. Bunun nəticəsi isə hal hazırda yaşayan konkret şəxsiyyətdir. Şəkildəki ikinci komponent şüursuzluq və şüurun strukturundan ibarətdir. İlk baxışda belə görünə bilər ki, bu fenomenlərin strukturu üçlaylıdır. Şüursuzluq üçün bu laylar ümumi nəsl arxetipi, etnos arxetipi, şəxsi şüursuzluq, şüur üçün isə ümumbəşəri qiymətlər, konkret mühitin qiymətləri və şəxsi şüur laylarıdır. Lakin bu belə deyildir. Şüursuzluq və şüurun strukturu identik xarakter daşımaqla, müvafiq olaraq kollektiv üstəgəl şəxsi şüursuzluğu və kollektiv və şəxsi şüurluluğu özündə əks etdirir. Bu başqa məsələdir ki, kollektiv 165 şüursuzluğun, eləcə də kollektiv şüursuzluğun daxilində həm mütləq olanı («kölgə» - bizim şəxsiyyətimizin heyvani əcdadlarımızdan gələn ən tutqun, arzuolunmaz cəhdlər və ən arzuolunan davranış forması kimi ümumbəşəri qiymətlərin neotipləri), həm də nisbi olanı (konkret növ, sotsium arxetipləri və konkret millətə, xalqa, sinfə, mədəniyyətə mənsub olan qiymətlər) mövcuddur. Kontinuumda mövcud olan, özünə yer edən şüursuzluqdan irəli gələn ən arzuolunmaz və şüurluluqdan irəli gələn ən arzu olunan elementlərə xüsusi ad vermək mümkündür. Bunlara əsaslanmaqla şəxsiyyətin müxtəlif tiplərini xarakterizə etmək mümkündür. Onları nəzərdən keçirək. 1. Şüursuzluqda mövcud olan heyvani instinktlər, eyibli, bizi insani sifətdən məhrum edən ənənələr – İblis.
2. Bizdə nəsldən, etnosdan gələn, dərk etmədiyimiz, lakin bizi özünə cəlb edən ənənələr - Yoldan çıxaran.
3. Şəxsi şüursuzluğun məzmununu təşkil edən unudulmuş, aktual olmayan, bizim tərəfimizdən rədd edilən hadisələr, arzular, motivlər, biliklər – Qeyri mən.
4. Özümüz, bizi əhatə edənlər, yaşadığımız aləm haqqında şüurun koqnitiv elementləri - Mən.
5. Mövcud sosial mühitdə, xalqda, cəmiyyətdə qəbul olunmuş qiymətlərin, əxlaq normaları, mənəvi əsasların insan tərəfindən dərk edilməsi – Peyğəmbər.
6. Bütün insanlar üçün eyni olan və real şəkildə onların şüurunda bəşəriyyətin mədəni irsi kimi möhkəmlənən ümumbəşəri keyfiyyətlər – Allah. İnsan şəxsiyyətində yuxarıda qeyd olunan struktur yaradıcı elementlərindən birinin olması onun tamlığının şərti hesab olunur. Lakin bunlardan birinin və ya bir hissəsinin üstünlüyü xüsusi şəkildə müəyyənləşdirilir.
Məlum olduğu kimi, şəxsiyyət və onun psixologiyası dərin köklərə malikdir. Şəxsiyyət psixologiyası sahəsində nəzəri tədqiqatlar öz əsaslarını qədim dünyanın mütəfəkkirlərinin işlərindən almışdır. Lakin şəxsiyyət psixologiyası bir eksperimental elm kimi XX əsrin birinci onilliyindən meydana gəlmiş və bu sahədə geniş əhatəli tədqiqatlar aparılmışdır. Şəxsiyyətin eksperimental tədqiqinin əsası A.F.Lazurski, Q.Olport, R.Kettel tərəfindən qoyulmuşdur. Şəxsiyyət haqqında aparılmış çoxsaylı tədqiqatlar bu sahədə müxtəlif baxış və nəzəriyyələrin meydana gəlməsinə səbəb olmuşdur. Həmin nəzəriyyələri qruplaşdırmış olsaq təxminən aşağıdakı əsas nəzəriyyələri qeyd edə bilərik: klassik nəzəriyyə, klinik nəzəriyyə, eksperimental nəzəriyyə, koqnitiv nəzəriyyə, bihevioristik nəzəriyyə, humanistik nəzəriyyə. Həmin nəzəriyyələr və onların qısa xarakteristikası ilə tanış olaq (şəkil 7). Klassik nəzəriyyə. Şəxsiyyət haqqında klassik nəzəriyyə qrupuna Z.Freydin psixoanalitik nəzəriyyəsini, K.Yunqun analitik nəzəriyyəsini, A.Adlerin fərdi psixologiya nəzəriyyəsini aid etmək olar.
Avstriya psixoloqu və psixiatoru Ziqmund Freydin (1856 – 1939) yaratdığı psixoanaltik nəzəriyyə freydizm adı ilə məşhurdur. Z.Freyd şəxsiyyətin fəallığının mənbəyini onda heyvan əcdadlarından irsən alınmış instiktiv təhriklərdə görürdü. Bununla da Freyd psixi hadisələrə yeni anlayış – şüursuzluq anlayışı gətirmişdir. Onun fikrincə şəxsiyyətin strukturunda üç komponent mövcuddur: O (id), mən (eqo), yüksək – mən (super-eqo). Z.Freyd birinci komponenti (id) şüursuzluq, ikincini (eqo) şüur, üçüncünü isə (super- eqo) yüksək şüurluluq kimi götürür. Z.Freydə görə id (o) məhz elə sahədir ki, orada yalnız sıxışdırılmış şüursuz instinktlər hökmranlaq edir və onlar həzz prinsipinə tabe olurlar. Buna görə də prinsipcə onlar dərk edilə bilməzlər. Mən (eqo) bir tərəfdən şüursuz instinktlərin ardınca gedir, digər tərəfdən gerçəkliyin norma və tələblərinə tabe olur. Yüksək - mən (super-eqo) cəmiyyətin əxlaqi tələbatlarının bir növ məcmuudur. Başqa sözlə, o, insanın hələ uşaqlıq dövründən mənimsədiyi, avtomatlaşmış sosial norma, inam, qaydalardan ibarətdir. O, bir növ nəzarətçi rolunu oynayır. Ona görə də «eqo» həmişə münaqişədə olur. «İd»- in və «yüksək – mən»- in tələbləri bir-birinə uyğun gəlmir. «Eqo (mən)» daima müdafiə mexanizminə qaçır (ona meylli olur). Şəxsiyyətin klassik nəzəriyyələri qrupuna yuxarıda qeyd etdiyimiz kimi İsveçrə psixoloqu Karl Yunqun (1875 – 1961) analitik nəzəriyyəsi də daxildir. K.Yunqa görə şəxsiyyət dörd əsas elementi özünə daxil edir: şüur, şəxsi şüursuzluq, şüursuzluq və kollektiv şüursuzluq. Bir şüurluluğa qarşı üç şüursuzluq dayandığı halda, K.Yunq buna xüsusi əhəmiyyət verir. O belə hesab edir ki, insan təkcə özünün gizli tendensiyaları ilə deyil, eyni zamanda istəkləri, məqsədləri, arzuları və qiymətdəri ilə də müəyyən edilir. K.Yunqun fikrincə çox vaxt bu maska əhval və istəyimizə uyğun gəlmir. Lakin biz mövcud sosial mühitdə 169 qəbul olunmuş əxlaq və davranış normalarını əsas götürərək həmin maskanı geyirik. K.Yunqa görə şəxsi şüursuzluq öz başlanğıcını uşağın anadan olduğu gundən əldə edir və bütün həyatı boyu formalaşır. Şəxsi şüursuzluq insanın artıq keçirmiş olduğu, lakin ya unutduğu, ya sıxışdırılmış müxtəlif hissləri, duyğuları, xatirələrini özünə daxil edir. Bununla belə şəxsi şüursuzluq zərurət olduqda dərk oluna bilər. Bu zaman o şüurda müəyyən tənzim funksiyasını yerinə yetirir və insanı öz gücünə və ya zəifliyinə inanmasına məcbur edir. Şüursuzluğu K.Yunq «kölgə» adlandırır. Onun fikrincə «kölgə» insan şəxsiyyətinin ən primitiv və qaranlıq cəhətlərini özünə daxil edir və öz başlanğıcını heyvan əcdadlarımızın amoral həzzlərindən alır ki, bu da cəmiyyətin normal həyat və fəaliyyəti üçün tamamilə qəbuledilməzdir. Lakin özünün amorallığına baxmayaraq «Kölgə» bizim bir çox yaradıcı ehtiraslarımızın və dərin emosional təəssüratlarımızın mənbəyini təşkil edir. Kollektiv şüursuzluğu həqiqi mənada K.Yunqun ən böyük kəşfi hesab etmək olar. Bu kəşf onun adını ölməz etmişdir. K.Yunqun fikrincə yeni doğulmuş uşaq heç də ağ lövhə deyildir. Belə ki, yeni doğulmuş uşaqda yaşlılıq dövründə onun davranışını şərtləndirən anadangəlmə tendensiya öz əksini tapır. Bu tendensiyalar K.Yunq tərəfindən arxetiplər adlandırılmışdır. Arxetip nəsildən- nəslə keçirilən, insan şüurunda bilavasitə öz əksini tapan surətlərin, istək və davrvnış formalarının fövqaladə mürəkkəb əlaqəsindən ibarətdir. Yunq ekstroversiya və introversiya anlayışlarını şəxsiyyətin tipologiyasının əsası kimi psixologiyaya daxil etmiş, ekstrovertiv və introvertiv tipləri xarakterizə etmişdir. Ekstrovertiv şəxsiyyət özünün bütün maraqlarını xarici aləmə yönəltdiyi halda, introvertiv şəxsiyyətdə bu maraqlar, bütün həyat energiyası özünə, özünün daxili aləminə yönəldilmiş olur. 170 Nəhayət, şəxsiyyət haqında klasik nəzəriyyələrdən biri də, əvvəl qeyd etdiyimiz kimi, Avstriya psixoloqu Alfred Adlerin (1870- 1937) fərdi psixologiya nəzəriyyəsidir. Onun fikrincə insanda ən əsas onun təbii instinktləri deyil, «birlik hissidir». Bu hiss anadangəlmədir, lakin sosial cəhətdən inkişaf etdirilməlidir. A.Adler şəxsiyyətin formalaşmasına təsir edən üç mühüm münasibəti qeyd edir: başqa adamlara münasibət, əməyə münasibət, başqa cinsə münasibət. Adlerə görə şəxsiyyətin strukturunu müəyyən edən əsas motiv və tendensiyalar aşağıdakılardır: 1) özünün gücsüzlüyünü hiss etmək; 2) təkmilləşməyə və üstünlük əldə etməyə cəhd; 3) birlik hissi və ya sosial hiss. Onun fikrincə bu tendensiyalar anadangəlmə deyildir. Daha doğrusu, uşaq doğularkən ona hazır şəkildə verilmir; o, dünyaya gələrkən insan nitqinə qabillik onun anatomiyasında olduğu kimi, bu tendensiyalar üçün də potensial imkan olur. Şəxsiyyət haqqında klinik nəzəriyyə. Şəxsiyyət haqqında psixoloji nəzəriyyələr içərisində klinik nəzəriyyə də özünəməxsus yer tutur. Bunlara K.Xorninin nevroz nəzəriyyəsini, E.Frommun konsepsiyasını, Q.S.Sallivenın interpersonal nəzəriyyəsini, E.Eriksonun eqo-psixologiyasını aid etmək olar. Amerika psixoloqu Kartin Xorni (1885- 1952) insan şəxsiyyətinin əsasında anadangəlmə narahatlaq hissini qoymuşdur. Onun fikrincə uşaq həmin hisslə doğulur. Doğulduğu gündən uşaq üzvü səviyyədə narahatlaq hissi keçirməyə başlayır və həmin hisslər onun bütün sonrakı həyatına təsir edir, onu bəzəyir, psixi fəaliyyətin daxili xassəsi kimi özünü göstərməyə başlayır. Mövcud olduğu ilk saniyədən başlayaraq insan dünyaya qarşı düşmənçilik hissi keçirməyə başlayır. Məhz buna əsaslanaraq K.Xorni narahatlıq hissini insanın davranışının əsas motivasiyası hesab edir və onu «köklü həyəcan» adlandırır. Onun fikrincə «köklü həyəcan» 171 insanı təhlükəsizliyə cəhd göstərməyə məcbur edir. Şəxsiyyətin klinik nəzəriyyəsi konsepsiyasında Erik Frommun (1900 – 1980) da xidmətləri az olmamışdır. O, Almaniyada anadan olmuş, fəaliyyətə başlamış, sonra Amerikaya, oradan da Meksikaya getmişdir. Froma görə ictimai inkişaf şəxsiyyətin daha çox fərdiləşməsi ilə azadlığına gətirib çıxarır. Onun fikrincə yeni azadlıq inamsızlıq, öz gücünü duymamaq, şübhə, tənhalıq və həyəcanın meydana gəlməsi ilə bağlıdır. Buradan da şəxsiyyətin «azadlıqdan qaçması» meydana gəlir. O, özünün «Azadlıqdan qaçış» kitabında Amerikanı xəstə ölkə adlandırmışdır. Onun fikrincə kapitalizm cəmiyyətindəki rəqabət nevrotik şəxsiyyətlər, funksional nevroz yaradır. E.Fromm adamları bir şəxsiyyət kimi dörd yerə ayırır: mazoxist, sadist, konformist və tənha (tərk dünya). Mazaxist tipə malik olan adam, Frommun fikrincə, cəmiyyətdə daim uğursuzluqlarla qarşılaşan adamdır. Bu uğursuzluqda o yalnız özünü günahkar sayır. Sadist tip öz uğursuzluqlarının günahını özündə deyil, başqa adamlarda, cəmiyyətdə görür. O, adamları və dünyanı düşmən kimi qavrayır və onları məhv etməyə cəhd göstərir. Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa can atır. Konformist tip ümumi kütləyə qarışır, başqaları necədirsə onlar kimi olmağa, onlardan fərqlənməməyə cəhd edir. O, həmişə mövcud şəraitə uyğunlaşır. Tənha tip (otşelnik) həmişə mübarizədən, cəmiyyətdən uzaqlaşır, situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır. Şəxsiyyətin klinik nəzəriyyəsinin digər nümayəndəsi Amerika psixoloqu Q.S.Salliven (1892- 1949) olmuşdur. O, əsasən K.Xorninin istiqamətini qəbul etmişdir. Onun fikrincə psixoloji tədqiqatların obyekti ayrı-ayrı subyektlər deyil, subyektlərin birgə fəaliyyətinin məhsulu olan şəxsiyyət olmalıdır. Salliven şəxsiyyətin inkişafının mexanizmini Aşağıdakı şəkildə nəzərdə tutur: 1) incəliyə, əzizlənməyə tələbat, 2) həyəcandan qaçmaq cəhdi. 172 Sallivenin fikrincə təhlükəsizliyə olan tələbat, həyəcandan qaçmaq cəhdi sosial xarakter daşıyır, lakin bu sosiallıq uşaq doğularkən onun üzvü tələbatına daxil olur. Salliven belə hesab edir ki, uşaq doğularkən hər iki mexanizm mövcud olur və onlar şəxsiyyətin inkişaf mexanizmini təşkil edirlər. Lakin insan yaşadığı xarici aləmdə daima onu təmin etməyən və həyəcan doğuran hallarla rastlaşır. Məhz xarici aləmlə həmin mübarizədə, başqa sözlə, narahatlıqla mübarizədə insan şəxsiyyəti formalaşır. Salliven bunu «mənsistem» adlandırır. O göstərir ki, «mən-sistem», daha doğrusu, şəxsiyyət, birincisi, şüursuzluq səviyyəsində narahatlıqla mübarizədə, ikincisi, həmin narahatlıqdan yaxa qurtarmaq üçün müxtəlif vasitələri tapma prosesində inkişaf edir. «Mənsistem» uşağı, yeniyetməni, sonradan isə yaşlı adamları əvvəlcə ananın, sonra isə başqa adamların, məsələn, iş yerindəki həmkarlarının köməyinə qaçmağa məcbur edir. Beləliklə də Sallivenə görə şəxsiyyətlərarası münasibətlər formalaşan şəxsiyyətin mexanizmi kimi özünü göstərməyə başlayır. Nəhayət, şəxsiyyətin klinik nəzəriyyəsində özünəməxsus yer tutan psixoloqlardan biri də Erik Erikson (1902- 1994) olmuşdur. E.Erikson Almaniyada doğulmuş, 1927- 33- cü illərdə Venada Freydlə birlikdə işləmiş, 1933- cü ildən ABŞ-a köçmüşdür. O, eqo-psixologiya konsepsiyası yaradıcılarından biri olmuşdur. Onun nəzəriyyəsi epigenetik nəzəriyyə adı ilə məşhurdur. Onun fikrincə şəxsiyyətin inkişafı sosial aləmlə müəyyən edilir. O, «şəxsiyyətin identikliyi» anlayışını irəli sürmüş və həmin anlayış altında insanın əhatə olunduğu sosial aləmlə qırılmaz əlaqəsi barədə ona məlumat verən mərkəzi keyfiyyəti nəzərdə tutmuşdur. Həmin keyfiyyətlər aşağıdakı parametrlərdə ifadə olunur: insanın özünə doğru mərkəzləşməsində, sosial qrupla, onu əhatə edənlərlə eyniləşdirmədə, insanın öz qiymətini, sosial rolunu müəyyənləşdirməsində. 173 Şəxsiyyətin eksperimental nəzəriyyəsi də psixologiya tarixində özünəməxsus yer tutmuşdur. Burada birinci növbədə diqqəti cəlb edən Q.Olport və Q.Merreyin persionoloji nəzəriyyəsidir. Amerika psixoloqu Qordon Olport (1897- 1967) şəxsiyyətin öyrənilməsinə sistemli yanaşmanın ilk təşəbbüskarlarından biri olmuşdur. Onun fikrincə insan «açıq sistemdən» ibarətdir. Bu o deməkdir ki, insanın inkişafı daima başqa adamlarla qarşılıqlı əlaqədə, qarşılıqlı münasibətdə baş verir. İnsan təkcə onu əhatə edənlərə nə isə bəxş etmir, özü də onlardan nə isə alır. Olport şəxsiyyətə insanlar arasındakı geniş əlaqə sistemindən törəyən bir hadisə kimi baxır. Olporta görə şəxsiyyət münasibətlərin qəti modelidir. Olporta görə şəxsiyyətin inkişafı bioloji tələbatların məcburiyyətindən azadlığı, onun motivlərinin avtonomluq dərəcəsi ilə müəyyən edilir. Şəxsiyyətin eksperimental nəzəriyyələri içərisində Amerika psixoloqu A.Kellinin (1905- 1966) «Şəxsiyyətin konstruktorlar» konsepsiyası da xüsusi yer tutur. Onun fikrincə şəxsiyyətin psixi proseslərinin təşkili onun gələcək hadisələri qabaqcadan necə sezməsindən, düşünməsindən asılıdır. Bu fərziyyələrin təsdiq olunmaması sisteminin çox və ya az dərəcədə yenidən təşkil edilməsinə gətirib çıxarır ki, bu da gələcək haqqında sonrakı xəbərvermənin adekvatlığını yüksəltməyə səbəb olur. Kelli bir sıra konkret psixoloji metodikalara tətbiq oluna bilən «repertuar şəbəkə» metodiki prinsipini işləyib hazırlamışdır. Hal-hazırda bundan klinik və təlim psixologiyasında müvəffəqiyyətlə istifadə olunur. Şəxsiyyətin əsas nəzəriyyələri içərisində koqnitiv nəzəriyyə də mühüm yerlərdən birini tutur. Bunlardan ən çox diqqəti cəlb edəni Amerika psixoloqu L.Festinqerin koqnitiv dissonans nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə əgər fərdin şüurunda eyni bir obyektə və hadisəyə dair məntiqi cəhətdən bir-birinə zidd olan bilik qarşılaşırsa, onda fərd bir növ diskomfortluq hissi keçirir və o həmin hissdən yaxa qurtarmağa çalışır. 174 Bəzən obyektiv şəraitdən asılı olaraq bu və ya digər şəkildə hərəkət etməli olur. Bu zaman insanın bilikləri ilə real davranışı arasında ziddiyyət meydana gəlir. Yerinə yetirilən iş cansıxıcı olur. Ona görə də fərd bu vəzifəni yerinə yetirmək, həmin vəziyyətdən çıxmaq üçün müvafiq obyektlər və ya hadisələr haqqında öz biliyini və ya sosial ustanovkasını yenidən qurmağa, təşkil etməyə çalışır ki, onların arasındakı həmin ziddiyyəti aradan götürmüş olsun. L.Festinqerə görə öz hərəkətinə, davranışına bəraət qazandırmağı gücləndirməyə çalışan insan ya öz davrvnışını dəyişir, ya özünün hərəkətinin bağlı olduğu obyektə münasibətini dəyişir, ya da həmin davranışın özünə və başqalarına əhəmiyyətini qiymətdən salır. Şəxsiyyətin biheviorist nəzəriyyəsi də psixologiya tarixində özünə müvafiq yer tutmuşdur. Bu sahədə B.F.Skinnerin (1904-1990) nəzəriyyəsi xüsusilə diqqəti cəlb edir. B.Skinner müasir Amerika biheviorist psixologiya məktəbinin nümayəndəsi olmuşdur. O, neobiheviorizmin əleyhinə çıxmış, psixologiya yalnız stimul, reaksiya və həmin reaksiyanın möhkəmləndirilməsinin zahiri müşahidə olunan qanunauyğunluqlarını qeyd etməklə kifayətlənmişdir. B.Skiner «Operant» (operasiya, əməliyyat sözündən) öyrənmə konsepsiyasını irəli sürmüşdür. Bu konsepsiyaya görə orqanizm məhz ona görə yeni reaksiya verir ki, özü onu möükəmləndirir və yalnız bundan sonra xarici stimul reaksiya yaradır. İlk növbədə Skinner operant davranışı bir sıra orijinal metodika və cihazları tətbiq etməklə öyrənmişdir. O, proqramlaşdırılmış təlimin əsasını qoymuşdur. A.Bandur və D.Dollardın sosial təlim nəzəriyyələri də şəxsiyyətin biheviorist nəzəriyyələri içərisində özünəməxsus yer tutmuşdur. Nəhayət, humanist nəzəriyyə də şəxsiyyət haqqında psixoloji nəzəriyyələr içərisində özünə sanballı yer tutmuşdur. Bunlardan K.Rocersin və A.Maslounun özünüaktuallaşdırma nəzəriyyəsi və R.Meyyin ekzistensional psixologiyası xüsusi 175 diqqət doğurur. Həmin nəzəriyyə tərəfdarları şəxsiyyətə cəmiyyətdəki həyat və fəaliyyət prosesində yaranan hər hansı bir psixoloji törəmə kimi, insan təcrübəsinin inkişafı, ictimai davranış formalarının mənimsənilməsi məhsulu kimi baxırlar. Həmin istiqamətin nümayəndələrinin əsərlərində tez- tez belə bir fikir irəli sürülür ki, insanda əvvəlcədən humaniod, altruistik tələbatlar mövcud olur və məhz həmin tələbatlar insan davranışının mənbəyini təşkil edir. Humanist psixologiya məktəbinə mənsub olan amerika psixoloqu Karl Rocers (1902- 1987) şəxsiyyətin strukturunun fundamental komponenti kimi mən konsepsiyasını qəbul etmişdir. Onun nəzəriyyəsi özünüaktuallaşdırma adı ilə məşhurdur. Onun fikrincə mən konsepsiya subyektdə ətraf mühit (birinci növbədə sosial mühit) arasındakı qarşılıqlı təsir prosesində formalaşır və onun davranışının özünütənziminin inteqral mexanizmini təşkil edir. Mən konsepsiya və ideal mən haqqındakı təsəvvürləri arasındakı uyğunlaşma, eləcə də bilavasitə real təcrübə və real «mən» arasındakı uyğunluğun pozulması özünüaktuallaşdırma cəhdi yaradır. Karl Rocersə görə hətta ən ilkin tələbat və cəhd insana o şəraitdə təsir göstərə bilər ki, onlar müvafiq normalara uyğun olsun. Onun fikrincə tələbat müsbət qiymətləndirildikdə şəxsiyyətin inkişafı ilə yanaşı həmin tələbatlar daha da əsaslı olmağa başlayır və son nəticədə insan öz orqanizminin tələbatlarının ödənilməsindən çox, başqa adamların onu bəyənməsinə və ona hörmət etməsinə ehtiyac duymağa başlayır. Hörmət əsasında özünəhörmət baş verir ki, bu da fərdin mühüm tələbatlarından birinə çevrilir. Humanist psixologiyanın ən ifrat nümayəndələrindən biri amerikan psixoloqu Abraham Maslau (1908- 1970) olmuşdur. O, şəxsiyyət tələbatlarının ierarxik quruluşunu vermişdir. Bununla əlaqədar olaraq o, insan tələbatlarının yeddi səviyyəsini qeyd etmişdir (bax, şəkil 8). Bunu həmin tələbatların ierarxik piramidası kimi təsəvvür etmək olar. 176 Şəkildən göründüyü kimi burada ən aşağı səviyyədə olan fizioloji tələbatlardan başlayaraq ən ali tələbat olan özünüaktuallaşdırmaya qədər ierarxik yüksəliş baş verir:  Fizioloji (üzvü) tələbatlar  Təhlükəsizliyə tələbat  Mənsubiyyətə və məhəbbətə tələbat  Hörmətə olan tələbat  İdrak tələbatları  Estetik tələbatlar.  Özünüaktuallaşdırmaya tələbat Nəhayət, şəxsiyyətin humanistik nəzəriyyələrinə R.Meyyin (1909- 1994) ekzistensional psixologiya nəzəriyyəsi də daxildir. Bu nəzəriyyə humanistik psixologiyanın istiqamətlərindən birini təşkil edir. Ekzistensional psixologiyanın öyrəndiyi sahələr aşağıdakılardan ibarətdir: 1) zaman, həyat və onun problemləri; 2) azadlıq, məsuliyyət və seçmə problemləri; 3) ünsiyyət, məhəbbət və tənhalıq problemləri; 4) yaşamağın, mövcud olmağın mənasını axtarmaq problemləri.

Yüklə 107,78 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin