Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti


Birinci və ikinci tip strukturlar arasında münasibətlər



Yüklə 198 Kb.
səhifə7/9
tarix27.01.2023
ölçüsü198 Kb.
#81126
1   2   3   4   5   6   7   8   9
kurs işi makro

Birinci və ikinci tip strukturlar arasında münasibətlər
Birinci və ikinci tip strukturlar arasında müəyyən münasibətlər olur ki, bu da ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının seçilməsi üçün həlledici əhəmiyyətə malik olan qarşılıqlı uyuşqanlıq (yaxud qeyri- uyuşqanlıq) problemlərini yaradır.
Yuxarıda aparılmış təhlilin nəticələri üzrə birinci və ikinci strukturların qarşılıqlı münasibətlərini (qarşılıqlı təsirini) aydınlaşdırmağa çalışaq:

  1. İstehsal vasitələrinin keyfıyyətinin aşağı olması və onların təzələnməsi prosesinin əslində dayandırılması peşəkar məşğulluq strukturuna mənfı təsir göstərir. Mütərəqqi istehsal vasitələrinin işlənib hazırlanması, istehsalatda istifadə edilməsi və onlara xidmət göstərilməsi üçün lazımi təhsil almış mütəxəssislərə (yüksək ixtisaslı proqramçılara, elmi cəhətdən mütərəqqi texnologiya hazırlayanlara və s.) tələbat xarici ölkələrdəkinə nisbətən getdikcə azalır və bu, istər ölkənin istehsal sahəsindən, istərsə də elmi-tədqiqat sahəsindən "beyin axınının" səbəblərindən biridir.

  2. Yoxsulluğun yüksək səviyyədə olması, gəlirlərin qeyri- bərabər bölüşdürülməsi, ÜDM-də sosial sahəyə və xüsusən səhiyyəyə yönəldilən dövlət xərclərinin payının aşağı səviyyədə olması ilə şərtlənən əlverişsiz demoqrafik vəziyyət iqtisadi fəaliyyətin səmərəliyinə mənfi təsir göstərir. Əhalinin daim təbii surətdə azalması, xəstəliklərdən itkilər, mədəniyyət səviyyəsinin, həmçinin istehsal vasitələrinin keyfiyyətinin aşağı olması nəticəsində əmək məhsuldarlığının səviyyəsi aşağı düşmüşdür ki, bu da nəticədə Rusiyanın adambaşına ÜDM-nin mütləq həcminə görə inkişaf etmiş ölkələrdən xeyli geri qalmasına səbəb olmuşdur. 2003-cü ildə bu göstərici ABŞ-ın eyni göstəricisinıh yalnız 20%-ni təşkil etmişdir.

Sadə iqtisadi vahidlərin struktur təhlili
Sadə iqtisadi vahidin (firmanın) struktur təhlilinin ən mühüm məqsədi firmanın xərclərini və gəlirini formalaşdıran proporsiyaların və münasibətlərin aydınlaşdırılmasıdır. Kompleks vahidlər üçün olduğu kimi, burada da belə təhlil iki tipə bölünür: xüsusi iqtisadi vahidin və onun uçərçivəsinin" təhlili.
Birinci tip təhlil firmanın daxilində meydana çıxan xərclərə və gəlirlərə təsir göstərən proporsiyaların və münasibətlərin aşkara çıxarılmasına yönəldilməlidir. İkinci tip təhlil fırmanın ətraf mühitində onun xərclər və gəlir strukturuna bilavasitə təsir göstərən proporsiyaları və münasibətləri aşkara çıxarmağa imkan verir.
Belə təhlilin aspektlərini nəzərdən keçirməyə başlamazdan əvvəl iki məsələni aydınlaşdırmaq lazımdır:
• Firmanın xərclərinin hansı növləri təhlil obyekti olmalıdır?
• Firmanın gəlirini hansı göstəricilərlə qiymətləndirmək məqsədəuyğundur?
Yuxarıda xərclərin iki kateqoriyaya təsnifləşdirilməsindən söhbət açıldı: blavasitə məhsul istehsalı ilə əlaqədar xərclər (transformasiya xərcləri) və əmtəə, xidmət bazarlarında müəssisələrin işi ilə əlaqədar, istehsal amılləri ilə bağlı xərclər (transaksiya xərcləri). Aydındır ki, xərclərin məhz bu iki kateqoriyası struktur təhlil obyektləri olmalıdır.
Müəssisənin gəlirinin qiymətləndirilməsi göstəricisinin seçilməsinə gəldikdə isə bu suala cavab vermək üçün 4.1-ci bəndə qayıtmaq lazımdır. Bu bənddə struktur təhlilin prinsipləri nəzərdən keçirilir. Bu təhlilin dinamiklik prinsipinə diqqət yetirək. Komplekslilik və müqayisəlilik prinsiplərinin əhəmiyyətini azaltmadan etiraf etmək lazımdır ki, xarici mühitin qeyri-sabit, xüsusən fırmanın işlədiyi institusional sistemin dəyişkən olduğu bir şəraitdə mühüm əhəmiyyət kəsb edir.
Firmanın gəlirinin qiymətləndirilməsi göstəricisinin seçilməsinə misal göstərək. Tutaq ki, firma üç strateji təsərrüfat zonasına (STZ) xidmət edir. Bunlardan biri sabit, mövsümilikdən asılı olmäyan əmtəə tələbatıdır. Digər ikisi isə mövsümdən asılı olaraq qeyri- sabit tələbatdır: birincisi - qış, ikincisi isə yay çeşidli əmtəələrə olan tələbat. Bu zaman birinci zonanın tələb etdiyi mallar material tutumlu, ikinci zonanınkı isə əmək tutumlu mallardır. Bundan başqa, birinci zonanın malları xammaldan əlavə, öz istehsalı üçün xeyli həcmdə bahalı komplektləşdirici məmulatlar tələb edir ki, bu da bir çox malgöndərənlər tərəfındən təmin olunur. Təsəvvür edək ki, biz gəliri fırmanın illik satış həcmində ümumi mənfəətin payı göstəricisinin köməyi ilə müəyyən edəcəyik. Belə olan təqdirdə strateji təsərrüfat zonaları dəstinin üstün strukturu barədə səmərəli idarəedici qərar hazırlamaq mümkündürmü? Başqa sözlə, hansı STZ il ərzində ümumi satış həcmində mənfəətin daha çox payını təmin edəcəkdir? Yaxud daha konkret desək: hansı STZ-lərdən imtina etmək, hansı STZ-lərə üstünlük vermək lazımdır ki, daha çox mənfəət payı təmin edilmiş olsun?
Ən səthi təhlil belə göstərir ki, bu suallara cavab tapmaq mümkün deyil, çünki ümumi illik satış həcmində ümumi mənfəətin payı göstəricisi struktur təhlilin başlıca məqsədini - nəinki proporsiyaları, həm də münasibətləri aydınlaşdırmaq məqsədini əks etdirmir. Beləliklə, qəbul olunmuş göstəricinin köməyilə bu və ya digər STZ-ni, istehsal amillərinin bu və ya digər göndəricisini müəyyən etmək olmaz, həmçinin ilin dövrləri üzrə ümumi mənfəət payı göstəricisinin dinamikasını da qiymətləndirmək mümkün deyildir. Bu, həmin göstəricinin dinamikasının transformasiya və transaksiya xərclərinin dinamikasından asılılığını, yəni həmin göstəricilərin "qarşılıqlı münasibətlərini" aydınlaşdırmağa imkan vermir.

Yüklə 198 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin