Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)


Hüceyrənin yüksəkmolekullu komponentləri



Yüklə 1,94 Mb.
səhifə12/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   244
1.3. Hüceyrənin yüksəkmolekullu komponentləri 

 

Hazırda hüceyrə fiziologiyasının tədqiqində  ən mühüm 

məsələlərdən biri də, hüceyrə quruluşunun molekulyar 

səviyyədə öyrənilməsidir. Protoplazmanın tərkibində təxminən 

75 – 85% su, 10 – 20% zülal, 2 – 3% lipid, 1% karbohidrat, 1% 

duz və başqa maddələr olur. Beləliklə  də, hüceyrə kütləsinin 

çoxunun su olmasına baxmayaraq, protoplazmanın  əsas 

xassələrini nuklein turşuları, zülallar, lipidlər və karbohidratlar 

(polisaxaridlər) kimi ən mühüm yüksəkmolekullu birləşmələr 

müəyyən edir. 

Nuklein turşuları – yüksəkmolekullu mürəkkəb birləşmələr 

olub, tərkibcə fosfor turşusunun qalığından, karbohidratlardan 

və həmçinin də purin və pirimidin əsaslarından ibarətdir. Funk-

sional baxımdan nuklein turşuları iki cürdür: dezoksinuklein 

turşusu (DNT) və ribonuklein turşusu (RNT). Bu turşular, bir-

birindən karbohidrat tiplərinə, pirimidin və purin əsasları 

zəncirindəki yan qrupların tiplərinə, habelə növbələşməsi 

xarakterinə görə  fərqlənirlər. Bunlardan DNT xromosomlarda 

və mitoxondrilərdə rast gəlindiyi halda, RNT isə göbələk 

hüceyrəsinin mühüm quruluş komponentlərində (nüvə, 

mitoxondrilər, sitoplazma və s.) olur. Nuklein turşularının hər 

ikisi makromolekulyar birləşmələrə aiddir və kimyəvi tərkibinə 

görə polinukleotidlərdir. Bütövlükdə polinukleotidlər, təkrar 

olunan mononukleotidlərdən təşkil olunmuşdur, onlar isə 




 

  nukleozidlərin fosforlu efirləridir. Nukleozidlər pirimidin və 

ya purin əsaslarının N – qlükozidləri olub iki qrupa bölünür: 

ribonukleozidlər və dezoksinukleozidlər. Hər iki tip 

nukleozidlər spesifik nukleozidazaların təsiri ilə hidroliz ol-

unur. Nukleozidlərin pirimidin və purin əsasları  aşağıda 

göstərilmişdir.  

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin