Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə11/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   244
                                                             K

+

- ionunun hidratlaşması      

 

Belə qeyri-bərabər paylanma sayəsində su molekulu dipol 



əmələ gətirir. 

Kolloid mitsellər, nəinki təkcə su molekulunun, onların 

kənar tərəflərində yerləşən hidrofil qruplara birləşməsi yolu ilə 

hidratlaşa bilir («mitselyar hidratlaşma»). Bundan başqa, onlar 

su molekulunun mitsellərin daxilindəki fəal, hidrofil radikal-

larla da birləşməsindən hidratlaşırlar. Belə birləşməyə «permu-

toid» hidratlaşma deyilir. 

Hüceyrədə zülallar ən yüksək hidratlaşma qabilliyyətinə 

malikdir. Zülal molekulları suyu udduqda şişir. Suyun zülallar 

tərəfindən udulması prosesinə kationlar, anionlar, pH və s. böyük 

təsir edir. Belə  təsir, ilk növbədə, suyun dielektrik sabitinin 

dəyişməsi ilə əlaqədardır. Elektrolitlər, polyar radikalların pol-

yarizasiyasına təsir etdiyindən, həmin radikalların su dipolu ilə 

qarşılıqlı əlaqəsi də dəyişir.  

Məlumdur ki, zülallar suda həqiqi məhlullar  əmələ 

gətirmirlər, onlar ancaq kolloid vəziyyətdə olur. Kolloid 

 

  məhlullar özləri də iki qrupa bölünür: a) liofob; b) liofil. Əgər 



dispers mühiti sudan ibarətdirsə, bu halda müvafiq olaraq 

«hidrofob» və «hidrofil» terminləri işlədilir. Liofob (hidrofob) 

kolloid məhlullarda, dispers mühitin və dispers fazanın 

hissəcikləri bir-birini itələdikləri halda, liofil (hidrofil) 

sistemlərdə onlar bir-birini cəzb edir. Bundan başqa, liofil 

kolloidlər hidratlaşma sayəsində daha da sabitləşir.  

 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin