Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan universiteti



Yüklə 33,36 Kb.
səhifə5/7
tarix09.04.2022
ölçüsü33,36 Kb.
#55040
1   2   3   4   5   6   7
Həmayıl konstitusiya

Dövlətin daxili funksiyası
Dövlətin daxili funksiyası mülkiyyətin formalarını, hüquq qaydasını, təbiəti və ətraf mühiti mühafizə etməkdən, iqtisadi, sosial, elmi-texniki tərəqqini inkişaf etdirmək funksiyasından ibarətdir.

Daxili funksiya özü də iki qrupa bölünür: qoruyucu və nizamlayıcı funksiya.

Qoruyucu funksiya ictimai münasibətlərin təmini və müdafiəsi üzrə dövlət fəaliyyətini nəzərdə tutur. Bura vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, onların qanunçuluğa riayət etməsi, bütün mülkiyyət formalarını bərabər şəkildə müdafiə etmək və s. aiddir.

Azərbaycan Respublikasının Konstitusiyasının 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Həmin maddənin ikinci bəndinə əsasən, bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. (“İnsan hüquqlarının və əsas azadlıqlrın müdafiəsi haqqında” Konvensiyanın və onun 1,4,6 və 7 saylı protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinin qərarına əsasən, 1950-ci il noyabrın 4-də Roma şəhərində imzalanmış “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya və onun 1,4,6 və 7 saylı protokolları müvafiq bəyanatlar və qeyd-şərtlərlə təsdiq edilir).

Nizamlayıcı funksiya isə ictimai istehsalın təşkilində, ölkə iqtisadiyyatının inkişafında, şəxsiyyətin formalaşması üçün zəruri şəraitin yaradılmasında dövlətin rolunu xarakterizə edir. Bura iqtisadi, sosial, vergiqoyma funksiyası və s. aiddir.

Dövlətin sosial funksiyası vətəndaşların layiqli həyat şəraitinin inkişafını və onun təmin edilməsini nəzərdə tutur. Bu məqsədlə təyinatlı minimum əmək haqqı müəyyən olunur, ailələrə, əlil və ahıl vətəndaşlara dövlət himayəsi göstərilir, dövlət müavinət və pensiyaları müəyyən edilir. Məsələn, “Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 16 noyabr 2005-ci il tarixli 321 nömrəli fərmanının 1.5-ci və 1.6-cı bəndlərinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 2 fevral 2006-cı il qərarının 1-ci əsasən, “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları” təsdiq edilir.

Dövlətin iqtisadi funskiyasına iqtisadi siyasətin işlənib hazırlanması, dövlət müəssisə və təşkilatlarının idarə edilməsi, qiymət siyasətinin və bazarın hüquqi əsaslarının müəyyən edilməsi və dövlətin xarici iqtisadi münasibətlərinin nizamlanması aiddir.

Digər bir funksiyası isə vergiqoyma və vergilərin yığılmasıdır. Bu onunla bağlıdır ki, dövlət büdcəsi müxtəlif növ vergilərdən, rüsumlardan, yığımlardan və başqa məcburi ödəmələrdən təşkil olunur. Vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.Vergiqoyma dedikdə vergilərin hesablanması və onların ödənilməsi forması başa düşülür.

Dövlətin xarici funksiyası isə ölkəni xarici hücumlardan müdafiə etməkdən, müharibə aparmaq, sülhü qorumaq və qarşılıqlı-faydalı ticarət əlaqələri yaratmaqdan ibarətdir.

Xarici funksiyaya qarşılıqlı faydalı beynəlxalq əməkdaşlıq, xarici hücumlardan dövlətin müdafiəsinin təminatı və s. aiddir.

Beynəlxalq əməkdaşlıq əsasən iki istiqamətdə aparılır: xarici siyasi fəaliyyət və humanitar, təbiətin mühafizəsi və digər sahələrdə beynəlxalq iqtisadi fəaliyyət və əməkdaşlıq.

Ölkəmizin xarici siyasi fəaliyyətinin əsasını bütün ölkələrin dövlət suverenliyinin, suveren bərabərliyinin tanınması və hörmət edilməsi, götürdüyü öhdəliklərə və hamılıqla qəbul edilmiş beynəlxalq hüququn prinsip və normalarının yerinə yetirilməsi və s. aiddir.

Dövlətin daxili və xarici funksiyaları qarşılıqlı əlaqələndirilir və bir-birini şərtləndirir.




Yüklə 33,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin