Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan universiteti


Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti



Yüklə 33,36 Kb.
səhifə4/7
tarix09.04.2022
ölçüsü33,36 Kb.
#55040
1   2   3   4   5   6   7
Həmayıl konstitusiya

Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti.
Hər hansı bir cəmiyyətin sistemli idarə olunmağa ehtiyacı var. Hakimiyyət - mürəkkəb, çoxcəhətli bir hadisədir ki, onun tədqiqinə təbii olaraq, müxtəlif cür yanaşmalar mövcuddur. Hüquq ədəbiyyatında hakimiyyətə yalnız insanların birgə fəaliyyəti kimi baxılmır. O, cəmiyyətdə sosial qurumların vahid fəaliyyətini və möhkəm qaydaları təmin edən mütəşəkkil bir qüvvə kimi xarakterizə olunur. Bundan əlavə, hakimiyyət ayrı-ayrı adamların, sosial qurumların, bütünlükdə xalqın öz iradəsini xüsusi metodların köməyi ilə həyata keçirməyə, bunu başqalarına qəbul etdirməyə olan real qabiliyyəti kimi də başa düşülür. «Hakimiyyət» anlayışının mahiyyətinə başqa cür yanaşmalar da mövcuddur ki, o da bu çoxcəhətli sosial hadisənin bu və ya digər tərəfini əks etdirir. Ən ümumi şəkildə hakimiyyəti, insanların davranış və fəaliyyətini bütün cəmiyyətin, ayrı-ayrı sosial qrupların iradəsinə tabe etdirmək vasitəsi kimi xarakterizə etmək olar. Hakimiyyət - sosial hadisə olmaqla insan cəmiyyətinin meydana gəlməsi ilə birlikdə yaranıb. Onu ibtidai icma quruluşu dövründə cəmiyyətə xas olan ümumi işləri görmək tələbatı zəruri etmişdir. Onun meydana gəlməsinə tayfa və qəbilələrdə insanlar arasındakı münasibətlərin qaydaya salınması, müxtəlif növ ümumi əhəmiyyətli funksiyaların icrası: qidanın bölünməsi, ailə-nikah münasibətlərinin nizamlanması, əməyin cinsə, yaşa görə bölünməsi və s. zərurətin yaranması səbəb olmuşdur. Öz təbiətinə görə bu, hər şeydən əvvəl ictimai rəyin - yığıncağın qərarı, ağsaqqallar şurası, rəhbər, qəbilə başçısı və s. ictimai hakimiyyətin nüfuzuna söykənməklə mövcud olmuşdur. İbtidai icma cəmiyyətində insanların yaşamaq uğrunda amansız mübarizəsi şəraitində meydana gələrək bərqərar olmuş qadağa və davranış qaydalarına riayət etməsinin ciddi vacibliyi, hakimiyyətin tələblərinin könüllü icrasına səbəb olmuşdur. Əlbəttə, zəruri hallarda məcburetmə də tətbiq olunurdu (məsələn, qəbilədən qovma, həyatdan məhrumetmə və başqa tədbirlər). Lakin, ibtidai icma cəmiyyətində hakimiyyətin həyata keçirilməsinin xüsusiyyəti hakimiyyətin tələblərini yerinə yetirməyi təmin edən xüsusi məcburetmə aparatının olmamasıdır ki, bu da yalnız siyasi təşkilat olan dövlətdə mövcud olur. Dövlət hakimiyyəti hər şeydən əvvəl dövlətin mecburetmə qüvvəsinə, xüsusi aparatların köməyi ilə (dövlət orqanları və idarələri, məhkəmə, hüquq-mühafizə orqanları və s.) belə məcburetmə imkanlarına arxalanır, baxmayaraq ki, dövlət hakimiyyəti başqa metod və vasitələrin köməyi ilə də həyata keçirilir. İnsanların ictimai həyatına dövlət hakimiyyəti öz nizamlayıcı təsirini dövlət orqanları vasitəsilə göstərir, sanki o, bu fəaliyyətdə öz maddi təcəssümünü tapır. Hakimiyyətin xalqa məxsus olması onun demokratik metodlarla həyata keçirilməsini, dövlət hakimiyyətinin xalq qarşısında hesabat verməsini qabaqcadan müəyyənləşdirir. Dövlət hakimiyyətinin başlıca vəzifəsi - insanın hüquq və azadlıqlarının, şərəf və ləyaqətinin tanınması, onlara riayət olunması və müdafiəsidir. Belə ki, demokratik dövlətdə insan, onun hüquq və azadlıqları - ali dəyərlərdir.

Yüklə 33,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin