AZƏrbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»


Cədvəl 2.  Kollagenin struktur elementləri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix25.01.2017
ölçüsü0,89 Mb.
#6446
1   2   3   4

Cədvəl 2. 

Kollagenin struktur elementləri 

Struktur elementinin adı 

Diametri, mk 

Elektron mikroskopik fibril 

0,1 

Mikroskopik fibril 



0,5 

Lif  


1-2 

Lif dəstəsi 

30-200 

 

Gön toxumasında lif dəstələri bir-birləri ilə sıx toxunaraq gön qatının derma 



təbəqəsini əmələ  gətirir.  Liflər arasındakı  məsamələr  isə çox şaxələnmiş kapillyar 

sistem yaradır ki, bu da gönün gigiyenik xassəsində əsas rol oynayır. 

Gönün  strukturası  onun  mexaniki  xassələrini  təyin  edir.  Bu  baxımdan 

strukturun aşağıdakı ən vacib üç xarakteristikasını qeyd etmək lazımdır: 

1.  Struktur  elementlərin  dermanın  səthinə  görə  (yəni  horizantal  vəziyyətdə 

yaratdığı bucaq) vəziyyəti; 

2. Struktur elementlərin bir-biri ilə ayrılma dərəcəsi (toxunma kompaktlığı). 

Gönun və ya dermanın 100 çəki vahidi zülal saxlayan həcmi (həcmi çıxış) ayrılma 

xarakteristikası rolunu oynayır; 


 

15

3.  Struktur  elementlərin  nazikliyi,  gön  istehsalında  lif  dəstələrinin  kiçik 



ölçülü elementlərə ayrılması nəticəsində yaranır. 

Yağ  qatı  –  dermanın  retikulyar  qatı  ilə  əzələ  qatı  arasında  yerləşir.  Bu  qat 

dermanın  retikulyar  qatının  altında  toplanan  yağ  hüceyrələrindən  ibarətdir  və  ona 

görə də bu qatın toxuması yumşaq və boş olur. Bu qatda yay-payız aylarında çoxlu 

miqdarda yağ ehtiyatı toplanır ki, heyvanlar bundan qış aylarında qidalanırlar. Ona 

görə də bu qatın qalınlığı mövsümdən asılı olaraq dəyişir. Məsələn, payızda bu qat 

yay  aylarındakı  bol  yemdən  sonra  qalın  olur,  yazda  isə  qış  mövsümündə  yemin 

çatışmamazlığından nazikləşir və ya tam sorulur. 

Əzələ  qatı  –  yağ  qatının  altında  yerləşir  və  köndələn-zolaqlı  əzələ 

toxumasından  təşkil  olunmuşdur.  Bu  qat,  yağ  qatı  və  dərialtı  hüceyrələrlə  zəif 

birləşir,  dərinin  möhkəmliyi  üçün  bir  əhəmiyyət  kəsb  etmir  və  dəri  xammalının 

aşılanmaya hazırlıq prosesində təmizlənir. 



Dərialtı  hüceyrə  –  aralarında  qan  damarları  yerləşən,  yumşaq  bağlayıcı 

toxumaların  pərdəciyindən  ibarətdir.  Bu  qatın  aşağı  hissədə  yerləşən  əzələ  və 

dermanın  qatları  ilə  zəif  əlaqədə  olması  cəmdəkdən  dərinin  çıxarılmasını 

asanlaşdırır.  Dərinin  çıxarılması  zamanı  yağ  toxumalarını  tamamilə  təmizləmək 

lazımdır  (onları  cəmdəkdə  saxlamaq  lazımdır),  çünki  quyruq  kökünün  dibində  və 

başqa  yerlərdə  qalan  yağ  yığımları  uzunmüddətli  saxlanma  zamanı  oksidləşir  və 

dərinin xarab olmasına şərait yaradır. 

Piy  və  tər  vəziləri  –  Piy  vəziləri  tüklərin  ətrafında  və  ya  kənarında 

yerləşərək,  ayrı-ayrı  xırda  çantalara  bənzəməklə  çıxış  yolları  ilə  tük  çantasının 

kanalcıqları  ilə  birləşir.  Piy  vəzilərindən  ayrılan  maddə  epidnomis  və  tükün 

səthlərinə  yaxılır.  Tər  vəzi  boru  şəkilli  olur,  yuxarı  hissəsi  çıxış  xətti  kimi  gönün 

səthində  tərin  ayrılması  üçün  açıq  olur.  Aşağı  hissəsi  isə  dolaşıq  borucuq  şəkilli 

olaraq dermanın termostativ qatında yerləşməklə tər ayırır. 

Tər  vəziləri  orqanizmin  termotənzimlənməsində  tərin  epidermis  səthinə 

çıxarılaraq buxarlanmasında iştirak edir.  



 

16

Tər  vəzilərinin  inkişafı  müxtəlif  heyvanlarda  eyni  cür  deyil.  Məsələn, 



qoyunlarda  tər  vəziləri  bütün  dəri  səthində  çoxlu  miqdarda  olur.  Tər,  piy 

vəzilərinin ayırdığı maddə ilə birləşərək özlülü tərkibli yağlı tər əmələ gətirir. 

Xəzlik heyvanların çoxunda (yırtıcı, gəmirici) tər vəziləri dərinin ancaq bəzi 

sahələrində yerləşir. 



 Qan damarları və sinir telləri. Dərinin derma qatından qan damarları keçir 

ki,  damarlar  onu  qidalandırır,  lakin  əsəb  telləri  isə  hissiyyatı  qavrayır.  Xəzlik 

heyvanların,  xüsusilə  ilgəglə  və  ya özü tutulan  heyvanların dərilərinin  lətində qan 

damarları  yaxşı  gözə  çarpır.  Ancaq  heyvan  tələ  ilə  tutularsa,  bəzən  qan 

damarlarının partlaması və daxilə qan yayılması nəticəsində qaralmış yerlər olur.  

Tük  əzələsi.  Tüklərin  çoxusu  hamar  əzələ  lifləri  ilə  təchiz  olunmuşlar  ki, 

bunlar tük əzələsi kimi dikəlir. Əzələ bir ucu ilə tük çantasının xarici divarına, o bir 

ucu  ilə  digər  tükün  tük  çantasının  yuxarı  hissəsinə  bərkidilmiş  olur.  Tük  əzələsi 

bilavasitə piy  vəzinin altında  yerləşmişdir. Əzələnin  yığışması zamanı tüklü çanta 

dartılır,  nəticədə  tük  qalxır  və  «dimdik»  şəklini  alır.  Bu  zaman  tüklər  arasındakı 

qatlarda  hava  çoxalır  və  orqanizmin  istilik  buraxması  azalır.  Eyni  zamanda  piy 

vəziləri maye buraxır və gön örtüyünün səthini yağlandırır. 

 


 

17

III. DƏRILƏRIN KONSERVLƏŞDIRILMƏSI VƏ ONUN XAMMALIN 



XASSƏLƏRINƏ TƏSIRI 

 

Heyvan cəmdəyindən  yenicə çıxarılmış  dərilər  isti  və buğlanan olduğundan 



təzə dəri adlanır. Heyvanın öldürülməsindən başlayaraq onun dərisi bakterioloji və 

fermentli  proseslərin  təsirinə  məruz  qalır,  xammalın  keyfiyyətini  aşağı  salan 

nöqsanlar  əmələ  gəlir  və  gönlərin  yararlı  sahəsi  azalır.  Təzə  dəri  bu  vəziyyətdə 

saxlanıla  bilməz,  çünki  nəmlik  və  zülallar  dərinin  çürüməyə  gətirib  çıxaran 

bakterioloji prosesin inkişafı üçün ən yararlı mühitdir. 

Təzə  dərilər  temperaturu  və  nəmliyi  yüksək  olan  örtülü  yerlərdə  saxlanılan 

zaman onlarda çürümə xüsusilə tez gedir. Bu vaxt çürüdücü bakteriyalar (aeroblar 

və anaeroblar) birinci növbədə lətin yumşaq örtüyünü və epidermisi zədələyir. 

Dərinin  xarab  olmasının  ilk  əlaməti  onun  seliklənməsi,  təzəliyinin  itirməsi 

və lət üzünün rənginin dəyişməsidir. Sonra lət arabir qaralır, çürümədən xarakterik 

ammonyak  iyi  gəlir  və  axırda  dərinin  əsas  zülalı  olan  kollagen  tez  dağılmağa 

başlayır. 

Ona  görə də dərinin  ilkin emalının ən  vacib əməliyyatlarından biri də onun 

konservləşdirilməsidir. Bu əməliyyatı dondurulma, duzsuz qurudulma, yaşduzlama 

(natrium xloridlə susuzlaşdırılma), quru duzla (natrium xloridlə susuzlaşdırıb sonra 

qurutmaq),  pikelləşdirmə  (turşu  və  duz  məhlulu  ilə  işlənilmə),  qıcırtma  və 

şüalandırma ilə aparmaq olar. 

Dondurulma-aşağı 

temperaturda 

bakteriya 

və 

fermentlərin 



həyat 

fəaliyyətinin dayandırılması deməkdir. Ancaq bu  üsulla konservləşdirmədə  nəzərə 

almaq  lazımdır ki, dondurma  və donu açılmanın sürəti dərinin keyfiyyətinə  mənfi 

təsir  edir.  Əgər  dəri  çox  aşağı  temperaturda  və  güclü  küləkdə  dondurularsa,  bu 

zaman dəridə çox güclü susuzlaşma, örtüyündə dəyişilmə gedir və ağarmış ləkələr 

tipli nöqsan alınır. Bu nöqsanlı yerləri isə aşılamaq mümkün olmur. 

Ümumiyyətlə,  dondurulma  müvəqqəti  bir  üsul  kimi  çox  az  hallarda  tətbiq 

olunur.  Ona  görə  də  dəri  qəbulu  və  tədarükü  ilə  məşğul  olan  təşkilatlar  belə 

dərilərin donunu tez açaraq yaş duzlaşdırma ilə konservləşdirməlidirlər. 


 

18

Düzgün və tez donu açılmış xammalın kütləsi 5%-ə qədər və yuxarıda qeyd 



olunan nöqsanlı dərilərin kütləsi isə 25%-ə qədər azala bilər. 

Duzsuz  qurudulma  –  üsulu  mikroorqanizmlərin  həyat  fəaliyyətinin  susuz 

mühitdə  dayandırılmasına  əsaslanır.  Qurudulmanın  ilk  şərti  müəyyən  temperatur 

rejiminə  (20-35C)  ciddi  rəayət  etməkdir.  Çünki  temperatur  aşağı  olarkən 

susuzlaşma  çox  gec  gedir  və  bakterial  proses  üçün  əlverişli  mühit  qalır.  Günəş 

şüası  altında  (açıq  yerdə)  yüksək  temperaturda  qurudulmada  yaxşı  nəticə  vermir. 

Çünki dərinin səthi tez büzüşüb, yığılır və onun bütün qalınlığı boyunca qurudulma 

getmir, daxili təbəqələrdə su mühiti qalır. 

Qurudulmanın  ikinci  vacib şərti, qurudulma aparılan  yerin (otağın, binanın) 

havasının nisbi nəmliyi 45-60% olmasıdır. 

Qurudulmanın üçüncü şərti binanın və ya otağın havasının dövr edilməsi və 

tez-tez dəyişdirilməsidir ki, nəm hava tez çıxarılsın və dərinin bütün hissələri üçün 

eyni bərabər şərait yaransın. 

Qurudulmanın  dördüncü  şərti  odur  ki,  dəri  çox  dəqiqliklə  tam  açılmalı, 

qurudulma bərabər getməli və nöqsan alınmamalıdır. 

Duzsuz  qurudulmanın  üstün  cəhətləri  konservləşdirmədə  əməliyyatın 

sadəliyi,  konservləşdirici  maddələrə  ehtiyac  olmadığından  dərinin  təmiz  və 

saxlanılmasının etibarlı olmasıdır. 

Xəzlik  dərilərin  çox  qismini  ancaq  bu  üsulla  konservləşdirirlər.  Qurudulma 

ancaq  talvar  və  ya  xüsusi  quruducularda  (yuxarıda  qeyd  olunduğu  kimi) 

aparılmalıdır. 

Qurudulan  dərilərin  ölçüsünün  kiçilməsi  labüddür.  Bu  zaman  dərinin  həm 

sahəsi, həm də qalınlığı azalır. Təzə dərinin sahəsinin 15%-ə və qalınlığının isə 30-

40%-ə  qədər  azalması  müşahidə  olunur.  Yaxşı  qurudulmuş  dəri  özündə  15% 

nəmlik saxlamalıdır (20%-ə qədər icazə verilir). 

Standartla təyin olunmuşdur ki, duzsuz qurudulmada təzə dərilərin kütləsinə 

görə dəri çıxımı 40% (donuz dərisindən başqa bütün dəri  növləri  üçün), qoyun  və 

keçi dərilərinin yararlı sahəsinin çıxımı isə 90% olur. 



 

19

Yaşduzlama  üsulu  dəri  xammalların  konservləşdirilməsinin  ən  geniş 



yayılmış  üsuludur.  Bu  üsulda  məqsəd  dərinin  suyunun  kənar  edilməsi  və  dərinin 

qalınlığında,  mikroorqanizmlərin  və  fermentlərin  zülala  təsirinin  qarşısını  alacaq 

qatı natrium xlorid məhlulununda saxlanılmasıdır. 

Konservləşdirilmə üçün nəmliyi 5%-dən çox olmayan (kalsium, maqnezium 

duzları  və  başqa  üzvi  birləşmələrin  ən  minimal  miqdarı  ilə)  təmiz  quru  duz 

işlədilir. Konservləşdirmə zamanı tərkibində dəmir birləşməsi olan (0,01%-dən çox 

olmaz) duzların istifadəsi qadağandır. 

Konservləşdirilmədən  ayrılan  duzu  bərpa  etmək  üçün  mütləq  antiseptik 

preparatlar qatılandan sonra yenidən istifadə etmək olar.  

Dəriləri  xammalın  növlərinə  görə  ayırdıqdan  sonra  duzlaşdırırlar:  irilər, 

xırdalar, donuz dəriləri, qoyun və keçi dəriləri. 

Dərilərin yaş duzlanması ya qəfəsələr üzərində sərərək duzu səpməklə və ya 

şorabalama-qıcqırdılma (duz məhluluna salmaq) ilə başa çatdırılır. 

Səpməklə duz səpilmədə dəriləri arxa tərəfinə çevirib diqqətlə hamarlayır və 

üzərinə duz səpilir. Sərilmiş dərilərin qalaqları bir qədər mailli olmalıdır. Duzu elə 

səpmək  lazımdır  ki,  dərinin  qalınlığı  çox  olan  topoqrafik  sahələrdə  nisbətlər  çox 

olsun. 

Duz səpilmiş birinci dərinin üzərinə ikinci dərini yenə də arxa üzünü yuxarı 



sərib  (yaxa-yaxa,  bud-buda)  eyni  qayda  ilə  duzlayırlar.  Beləliklə,  dəriləri  bir-

birinin üzərinə 1m hündürlükdən az olmayaraq (1-2m-dən çox olmamalıdır) qalaq 

alınana qədər duzlayaraq yığırlar. 

Duzlanmış  və  yığılmış  dəri  qalaqları  müəyyən  müddət  saxlanılır.  Kiçik 

dərilər  4-5  gün,  iri  dərilər  isə  6-7  gün  saxlanılır.  Duzun    sərfi  bu  üsulda  təzə 

xammal  çəkisinin  orta  hesabla  40-45%-ni  təşkil  edir.  Natrium  xloridlə  birlikdə 

aşağıdakı  antiseptiki  maddələr  işlədilə  bilər:  silisiumftoridli  natrium  –  1,5%, 

paradixlorbenzol – 10% (duzun çəkisinə görə). 

Qıcqırdılma  üsulunda  dəriləri  qatı  natrium  xlorid  məhlulunda  («tuzluk»-da) 

saxlayırlar  və  qalaqları  əlavə  olaraq  quru  duzla  duzlayırlar.  Duzluq  (rusca 

«tuzluk»)  konservləşdirmə  üsulu  ədəbiyyatda  «tuzlukovanie»  adı  kimi  izah  edilir. 


 

20

Bu  da  onu  sübut    edir  ki,  dərilərin  emalı  türkdilli  xalqlar  arasında  çox  qədim 



vaxtlardan məlumdur. 

Qıcqırdılmanı  xüsusi  çənlərdə,  barkaslarda,  barabanlarda  və  şnek 

aparatlarında başa çatdırırlar. 

Qıcqırdılmanın  ümumi  müddəti  dəri  kütləsindən  və  tətbiq  olunan  aparatın 

növündən  asılı  olaraq  15-24  saatdır.  Qıcqırdılmadan  çıxarılan  dərilərin  suyu  2 

saatdan  az  olmayaraq  axıdılmalıdır.  Sonra  isə  onları  qalaqlarda  əlavə  olaraq  quru 

duzla duzlayırlar. 

Belə  əməliyyatlar  mexanikləşdirilmiş  axın  xəttində  fasilə  yaratmaması,  duz 

ləkələrinin alınmaması üçün duzlamadan çıxarılan dərilər dərhal presslənir və quru 

duz  əlavəsini  tərkibində  silisiumftorid  natrium  (2%),  natrium  karbonat  (6%)  olan 

suspenziya ilə əvəz edirlər.  

Duz  səpilmə  ilə  qıcqırdılmanın  arasında  prinsipcə  fərq  yoxdur. 

Qıcqırdılmadan  alınan  xammal  saxlanılmaya  daha  davamlı  olur,  dərilər  bütün 

sahələri boyu eyni dərəcədə duzlanır, nöqsan və çirki az olur.  

Qıcqırtma  üsulunun  çatışmayan  cəhəti  duzun  daha  çox  sərf  edilməsi  yəni 

xammal  kütləsinə  görə  50-60%  təşkil  etməsi  (səpmədə  40-50%),  işçi  qüvvəsinin 

çoxluğu və s. aiddir. 

Ümumiyyətlə,  yaşduzlama  üsulu  ilə  konservləşdirilmiş  dərilərin  uzun 

müddət  saxlanılması  zamanı  qızartı  və  duz  ləkələri  kimi  nöqsanlar  yaranır.  Bu 

nöqsanları  aradan  qaldırmaq  üçün  natrium  xloridə  natrium  karbonat, 

paradixlorbenzol, sink  xlorid, bisulfit, bisulfat natrium, kalium  fosfat, bor turşusu, 

naftalin, alyumokalium kvasları və ağ neft qatırlar. 

Məsələn,  dana  dərisinin  konservləşdirilməsi  üçün  natrium  xlorid-natrium 

karbonat-paradixlorbenzol qarışığı 100:3:2 nisbətində götürülməsi tövsiyə olunur. 

QOST-la  təyin  olunmuşdur  ki,  donuz  dərisindən  başqa  bütün  dəri 

xammallarının  yaşduzlama  üsulu  ilə  konservləşdirilməsində  dərinin  yararlı 

sahəsində duz səpilmədə 87%, şorabalamada 83%-dir. Donuz dərilərinin sahə üzrə 

yararlı alınması sahəsi müvafiq olaraq 95% və 90%-dir. 



 

21

Quru  duzlama  –  üsulu  yaşduzlamanın  qurudulma  ilə  birgə  tətbiqi 

deməkdir. 

Əvvəlcə dərinin kütləsinin 20-25% miqdarı nisbətində natrium xloridlə (yəni 

yaşduzlamadakı sərfinin yarısı qədər) duzlayırlar. 

Quru duzlamadan çıxan dərilərin sortlaşdırılması çox çətinləşir. Çünki astar 

tərəfi  duzla  örtülür  və  tüklərin  isə  dib  tərəfindən  dermanın  qurumasına  görə 

zəifləməsi  çətinləşir.  Quruduzlama  isti  yay  ayları  üçün  az  miqdar  xammalların 

konservləşdirilməsi üçün məqsədə uyğundur. 

Hal-hazırda  quruduzlama  üsulu  ilə  bütün  xəzlik  dəri  növləri,  məsələn, 

dovşan, ev pişiyi, xəzlik it, dana və at balası dəriləri konservləşdirilir. 

Pikelləşdirmə-turşulu-duzlu  konservləşdirilmə.  Bu  üsulun  mahiyyəti 

dərilərin  turşu  və  duz  məhlulu-pikel  ilə  işlənilməsindən  ibarətdir.  Belə 

konservləşdirmə ən çox tükü təmizlənmiş  dərilər  («lüt»)  üçün tətbiq olunur. Pikel 

üsulunun  geniş  yayılmış tərkibi  natrium  xloridin 15-20%-li  məhlulunun,  xlorid  və 

ya sulfat turşusunun 2%-li məhlulunun suda qarışığıdır. 

Axır zamanlar  iri buynuzlu  mal-qara dəriləri  üçün  islatma-külləmə  və  pikel 

üsulu  çox  vaxt  heyvan  kəsilən  və  dəri  çıxarılan  yerdə  aparılır.  Bu  isə  həmin 

dərilərin  duzlanmasını  ixtisara  salır  və  nəticə  etibarilə  bir  dərinin  maya  dəyəri  7-

10% aşağı salınır. 

Pikelləşdirilmiş  tüksüz  dərilər  nəm  yerlərdə  və  ya  sonradan  islanma 

nəticəsində  kiflənə  və  ya  çürüyə  bilər.  Xammalın  yaxşı  saxlanması  üçün  pikel 

əməliyyatından yaxşı keçirilmiş dərini həm də xromlayırlar. 

Gəmiricilərdən  alınan  xəzlik  dəriləri  (eyni  vaxtda  çoxlu  miqdarda  əldə 

edilərkən) belə pikel  üsulu  ilə konservləşdirirlər. Bunun da  məlum  üstün cəhətləri 

vardır.  məsələn,  soyuq,  çiskinli  havalarda  böyük  miqdarda  əldə  olunan  dərilərin 

havada  qurudulması  çətinləşir.  Məhz  buna  görə  də  bəzən  belə  gəmiricilərin 

ovlanması dayanır. Odur ki, bu cür şəraitdə pikelləmə üsulu təklif olunur. 

Turşulu-duzlu  konservləşdirilmədə  dərilərin  yağsızlaşdırılması  tələb 

olunmur.  Təzə  dərini  stol  və  ya  taxta  üzərinə  lət  üzü  yuxarı  istiqamətdə  sərir, 


 

22

qıraqlarını  hamarlayıb  baş  və  pəncələrini  açıq  vəziyyətdə  düzəldirlər  ki,  səthdə 



qırış və qatlar alınmasın. 

Dərinin  ölçüsündən  asılı  olaraq  onun  orta  hissəsinə  30q-dan  40  q-a  qədər 

konservləşdirici maddə tökərək onu lət səthinin ortasından qıraqlara tərəf yaymaqla 

sürtüb  dəriyə  yeridirlər.  Bu  zaman  elə  etmək  lazımdır  ki,  dərinin  bütün  hissələri 

qarışığın nazik qatı ilə örtülsün. Belə konservləşdirilmiş dəriləri bir-birinin üzərinə 

elə  yığırlar  ki,  tük  təbəqəsi  altdakı  dərinin  lət  üzərinə  qoyulsun.  Beləliklə,  hər 

qalaqda  50  ədəd  dəri  yığılır  (hazırlıq  məntəqəsinə  təhvil  vermək  üçün).  Ən 

axırıncı, yəni üstdə qalan dərinin tük təbəqəsini yuxarı istiqamətdə qoyaraq qalağı 

xaç şəklində ön və dal pəncələri tərəfdən iplə bağlayırlar. Dərilərin tam duzlanması 

üçün  qalağı  2  gündən  az  olmamaq  şərtilə  saxlamaq  lazımdır.  Bu  vaxtdan  sonra 

onları sərin qapalı  yerdə  uzun  müddət saxlamaq olar və  ya qalağın  üstünə brezent 

material salınmalıdır ki, lət tam qurumasın.  



Şüalandırma.  Son  zamanlar  gön  və  xəz  istehsalında  işlədilən  dərilərin 

konservləşdirilməsi üzrə yeni tədqiqatlar aparılır ki, bunlardan da biri şüalandırma 

üsulu sayılır. Bu tədqiqatlara görə dərilərin konservləşdirilməsi 18-20C-də havada 

Co  (radioaktiv  kobalt  izotoplu)  mənbəyindən  alınan    qamma-şüalardan  istifadə 

etməklə aparılır. Şüalanma üsulu ilə təzə, yaşduzlanmış və quru duzlanmış xammal 

növləri konservləşdirilir. 

Təzə dəri kC/kq (0,1 Mrad) dozası ilə şüalanmadan sonra 7 gün ərzində heç 

bir bakterial təsiri nişanəsi olmadan saxlanıla bilir. Əgər doza 3 kC/kq (0,3 Mrad) 

götürülürsə, saxlanma  müddəti 12  günə qədər çatır.  Bu zaman  xammalın kimyəvi 

maddələrlə əlavə olaraq konservləşməsinə lüzum qalmır. 

Təzə  xammal  polietilen  paketlərə  qoyulub  şüalandırılarkən  onu  gözə 

çarpacaq korlanma nişanəsi olmadan 7 aydan çox saxlamaq olur. 

Hətta  təyin  olunmuşdur  ki,  gön  xammallarının  1-3  kC/kq  (0,1-0,3  M  rad) 

doza  ilə şüalandırılması  onların  fiziki-mexaniki  xassələrini  yaxşılaşdırır. Görünür, 

bu zaman dərinin zülal  maddəsi destruksiya olunmadan  müəyyən strukturlaşmaya 

məruz  qalır.  Şüalanmanın  effekti  hazır  göndə  də  qalır  və  ayaqqabının  üstünə 

işlədilən gönlərin dartılmada möhkəmlik həddi 20-28% artır. 


 

23

Xammalın  dezinfeksiyası.  Heyvanların  arasında  adətən  bir  çox  xəstəlik 

növləri  olur,  məsələn,  sibir  qarayarası,  manqo,  saqqo,  dabaq  (ağız  yarası), 

qanqrena və s. 

Sibir  qarayarasının  3  növü  məlumdur:  dəri  üzərində,  ciyərlərdə  və 

bağırsaqda.  Sibir  qarayarası  olan  xammalı  təyin  etmək  üçün  Askom-Valenti 

presipitasiya  üsulundan  istifadə  edirlər.  Bu  məqsədlə  xəstə  heyvandan  alınan 

xüsusi  zərdabı  tədqiq  olunan  dəridən  sorulan  məhlula  tökürlər.  Əgər  dəridə  sibir 

qarayara  xəstəliyi  vardırsa,  məhlulda  zülalın  ağ  həlqəsi  çöküntü  kimi  alınır. 

Xəstəliyə  düçar  olmuş  dərilər  yandırılır,  şübhəli  xammal  isə  mütləq  dezinfeksiya 

olunur. Dezinfeksiya üçün çox vaxt 30C-də 40 saat müddətində pikelləşdirmədən 

istifadə olunur. 

 


 

24

IV. DƏRILƏRIN KIMYƏVI TƏRKIBI VƏ TƏDQIQI ÜSULLARI 

 

Gön  yarımfabrikatlarının  və  məmulatların  keyfiyyət  göstəriciləri  istifadə 



olunan  xammalın  növündən  və  kimyəvi  tərkibindən  çox  asılıdır.  Yeni  soyulmuş 

xam dərinin kimyəvi tərkibi su ilə yanaşı zülallardan, mineral maddələrdən, yağ və 

yağabənzər  maddələrdən,  karbohidratlardan  ibarətdir.  Son  tədqiqat  nəticələrinə 

görə  təzə  dəridə  az  miqdarda  fermentlər,  piqmentlər  və  kükürdlü  birləşmələrin 

olması da aşkar edilmişdir. 

Göstərmək  lazımdır  ki,  heyvan  bədənindən  soyulmuş  təzə  dəri  xammalının 

tərkibi daimi deyil. Bu, hər şeydən əvvəl, heyvanın növündən, cinsindən, yaşından, 

bəslənmə şəraitindən və topoqrafik xüsusiyyətlərindən çox asılıdır. 

Hesab  edirlər  ki,  təzə  dərinin  tərkibində  suyun  miqdarı  60-75%  arasında 

dəyişə  bilir.  Çünki  konservləşdirilmiş  və  qurudulmuş  dəri  xammalının  tərkibinin 

95%-ə qədəri zülali maddələrdəndir.  

Zülallar  dedikdə,  dəri  xammalının  kimyəvi  tərkibində  olan  lifli  materiallar 

nəzərdə  tutulur  ki,  buraya  kollogen,  keratin,  elastin  və  retikulinlifləri  aiddir.  Xam 

dərinin və emal edilmiş gön yarımfabrikatlarının əsasını kollogen, az miqdarda isə 

elastin  və  retikulin  təşkil  edir.  Lakin  gön  emalı  ərəfəsində  dəridə  olan  keratin, 

albumin və qlobuminli zülallar dəridən yox edilir. 

Kollogen  heyvan  dərisinin  derma  qatının  lifli  quruluşunun  əsasını  təşkil 

edir.  Heyvanın  növündən  asılı  olaraq,  xüsusilə  iribuynuzlu  heyvan  dərisinin 

tərkibindəki  quru  qalığın  84-87%-ə  qədəri  kollogen  liflərindən  ibarətdir. 

Kollogenin  elementar  tərkibi  isə  50,2%  karbondan,  6,4%  hidrogendən,  17,8% 

azotdan, 25,6% oksigendən təşkil olunmuşdur. 

Kollogenin, o cümlədən yüksək molekulalı birləşmələrin xassələri elementar 

kimyəvi  tərkibə  görə  deyil,  onların  quruluşuna  görə  təyin  olunur.  Kollogen 

mürəkkəb  quruluşa  malik  olmaqla  hələ  də  onun  tərkibi  tam  müəyyən  edilməyib. 

Lakin  kollogenin  quruluşu  haqqında  müasir  fikirlər  yalnız  tədqiqatla  alınan 

nəticələrə  deyil,  zülallar  və  polimerlərin  kimyəvi  tərkibi  barədə  mövcud 

fərziyyələrə əsaslanır. 


 

25

Müəyyən 



edilmişdir 

ki, 


kollogen 

tərkibinə 

görə 

müxtəlif 



növ 

aminturşularından  ibarətdir  ki,  bunlar  da  turşu  və  qələvilərdə  hidroliz  nəticəsində 

kollogendən  ayrıla  bilir.  Amin  turşuları,  öz  növbəsində  karboksil  və  amin 

qruplarına bölünür. Bunlardan monoaminmonokarbon turşuları bir karboksil və bir 

amin qruplarından təşkil edilib. Buna misal olaraq qlitsini göstərə bilərik ki, bunun 

kimyəvi forması aşağıdakı kimidir: 

 

NH

2



CH

2



COOH 


 

Kollogenin hidrolizi zamanı alınan qalığın 25%-i qlitsindən ibarətdir. 

Monoaminodikarbon turşuları turşulu  xarakterə  malik olmaqla  iki karboksil 

və  bir  amin  qruplarından  ibarətdir.  Bu  qruplardan  məlum  olanları  aspargin  və 

qlyutamin turşularıdır. 

 

Diaminmonokarbon  turşuları  2  amin  qruplarından  və  bir  karboksil 



qrupundan ibarətdir. Buna misal olaraq arqinini göstərmək olar. 

 

Karbo cərgəli amin turşularının nümayəndəsi fenilalanindir. 



 

Heterosilsiləvi amin turşularına prolin və oksiprolin aiddir. 

 

 

COOH―CH―CH



2

― 

                | 



               NH

 



COOH―CH―CH

2

―CH



2

―NH―C=NH 

                |                                        | 

               NH

2

                                  NH



 

H



2

C―CH


2

 

     |      | 



H

2

C―CH



 

 

       NH 



    пролин 

 

COOH―CH―CH



2

―COOH 


                | 

               NH

 


 

26

Kollogen  maddəsinin  tərkibində  olan  oksiamin  və  amin  turşularında  cüzi 



miqdarda  kükürd  birləşməsinə  də  rast  gəlinir.  Amin  turşuları  öz  aralarında  peptid 

―CO―NH―  əlaqəsi  ilə  birləşirlər  ki,  bunların  hesabına  uzun  zəncirvari  quruluş 

yaranır,  buna  da  polipeptid  zənciri  deyilir  ki,  bunun  da  sonu  hələlik  elmə  bəlli 

deyil. 


Yaxın  zamanlaradək  kollogenin  quruluşuna  fəzada  qəfəsə  halında  baxılırdı, 

bu da  təbəqəli-zəncirli quruluşa  malikdir.  Paralel  yerləşən polipeptid zəncirləri öz 

aralarında hidrogen əlaqələri ilə birləşirlər. Bu birləşmədəki təbəqələr öz aralarında 

elektrovalentli  və  kovalent  əlaqələri  ilə  birləşərək  3  ölçülü  quruluş  yaranır.  Odur 

ki,  belə  amin  turşuları  bir-biri  ilə  amin  və  karboksil  qruplarla  birləşərək  (su 

ayrılmaqla) uzun zəncir əmələ gətirir. 

Ən yeni tədqiqat işlərinin nəticələrinə görə kollogenin başqa struktur modeli 

yaradılmışdır. Müasir baxışlara  görə, kollogenin  quruluşu  3 spirallı  hissəciklərdən 

ibarət  olub,  bir-birləri  ilə  ümumi  ox  ətrafında  toxunurlar.  3  spirallı  hissəciklər 

fibrillərin  yaranmasına  səbəb  olur.  Bu  liflərin  diametri  500-1000A  bərabər 

olmaqla bunu ancaq elektron mikroskopu altında görmək olar (şəkil 2). 

Kollogenin  çoxpilləli  quruluşunun  mürəkkəbləşməsi  hazırki  dövrdə  belə 

nəzərdən keçirilir: polipeptid zəncirləri (əsas molekulyar vahid)  protofibrillər (3 

spirallı hissəciklər)  fibrillər  elementar liflər  mürəkkəb liflər  lif dəstləri. 

Kollogenin  xassələri  əsasən  onun  kimyəvi  quruluşunun  xüsusiyyətləri  ilə 

müəyyənləşdirilir. Belə ki, kollogen maddəsinin xassələri təkcə kimyəvi tərkibi ilə 

deyil,  həm  də  aktiv  qrupların  və  onlar  arasındakı  əlaqənin  özünə  məxsusluğu  ilə 

qiymətləndirilir. 

Kollogenin  səthinin  daha  yüksək  inkişaf  etməsi  və  daha  çox  aktiv 

qruplarının  olması  onun  reaksiyayagirmə  qabiliyyətini  sürətləndirir,  xüsusilə  də 

kollogen  maddəsinin  aşılayıcı  maddələrlə  istənilən  səviyyədə  reaksiyayagirmə 

qabiliyyətini artırır. 

Kollogen  isti  və  soyuq  suda  həll  olmur,  habelə  həll  olmuş  turşu,  qələvi  və 

duz məhlullarına qarşı davamlı xassəyə malikdir. Lakin kollogen maddəsi suda və 

məhlullarda  şişir.  Turşulu  və  qələvi  mühitində  kollogen  lifləri  tədricən  struktur 


 

27

elementlərinə  ayrılır,  müxtəlif  əlaqə  və  forma  dəyişkənliyinə  məruz  qalmaqla 



nəticədə yeni əlaqə formaları yaranır. 

Kollogen  maddəsinə  turşu  və  qələvilərin  təsiri  amin  və  karboksil  qrupların 

əlaqə  formalarının  yaranmasına  səbəb  olur.  Şəraitdən  və  təsiretmə  müddətindən 

asılı  olaraq  proses  zamanı  amin  turşularının  yaranmasına  səbəb  olur  ki,  bu  da 

davamlı əlaqə və zəncirlərin parçalanmasına şərait yaradır. 

Neytral  duzlar  kollogenə 

yumşaltma  təsiri 

göstərir, 

bu  əsasən 

molekulalararası  əlaqəyə  təsir  edir.  Suda  qızdırılma  zamanı  kollogen  maddəsi 

tədricən bişmiş  vəziyyətə düşür. Bu onunla izah edilir ki, kollogen deformasiyaya 

məruz  qalaraq  qatlanır.    Həmin  proses  ərəfəsindəki  temperatura  bişmə 

temperaturası  adlanır.  Tər  dəridə  kollogen  üçün  bişirilmə  temperaturası  55-

65sayılır.  Deməli,  bişirilmə  zamanı  kollogen  liflərinin  uzunluğu  qısalmağa 

başlayır,  qalınlığı  artır,  davamlılığı  azalır.  Uzun  müddət  qaynar  suyun  təsirindən 

kollogen maddəsi yapışqan halına düşür. 

Fermentlərin,  tripsinlərin,  pepsinlərin  və  orizonların  kollogenə  təsiri  eyni 

deyil. Belə ki, tripsinlərin fermenti kollogenin təbiətinə təsir etmir. Əhəng maddəsi 

ilə kollogenin emalı zamanı tripsinlər peptid əlaqəsinə təsir göstərə bilir. 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin