Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,52 Mb.
səhifə24/30
tarix24.03.2022
ölçüsü0,52 Mb.
#54087
1   ...   20   21   22   23   24   25   26   27   ...   30
aysel-2

2011-2015-ci illər ərzində sığorta haqlarının yüksəliş dinamikasının çox olması öz növbəsində sığortaçıların sığorta portfeli üzrə risklərinin də həcmini sürətlə artırmışdır. Bu cür yüksəliş tempi sığorta sektorunda maliyyə sabitliyinin təmin olunması üçün adekvat tədbirlərin görülməsi gərəkli olmuş, maliyyə sabitliyinin təmin olunmasının əsas elementlərinin tələb olunan kapitalın minimum məbləğinin, sığortaçıların və təkrarsığortaçıların investisiya siyasətinin və sığorta ehtiyatlarının formalaşdırılmasının anlatılan artış dinamikasına uyğun tərzdə tənzimlənməsi üçün müvafiq tədbirlər keçirilmişdir. Beləliklə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2008-ci il 31 iyul tarixli ,Q-09 nömrəli Qərarı ilə fəaliyyət göstərən sığortaçıların və təkrarsığortaçıların tələb olunan kapitalının minimum məbləğinin göztərilən qaydada artırılması müəyyən olunmuşdur:
Cədvəl 8.



Biznes fəaliyyətində gözlənilən mənfəətin azaldılması nədənləri sadalanan qrup risklərlə şərtləşir:

  • təbii fəlakət, qəza və digər analoji hadisələr olarkən istehsal prosesinin pozulması ilə bağlı risklər;

  • bazar konyunkturunun dəyişilməsi, malgöndərənlər, və ya məhsul və xidmətlərin istehlakçıları tərəfindən müqa­vi­lənin yerinə yetirilməməsi riskləri;

  • hər hansı istehsal növünün pul vəsaitləri və digər re­surs­larla investisiyalaşdırılması ilə bağlı risklər;

  • yeni texnika və texnologiyanın tətbiqi ilə bağlı risk­lər (innovasiya riskləri).

Bu qrup risklər biznes fəaliyyətinin sığortalanması sfe­rasını təşkil edir.

Biznes risklərinin sığortalanması dedikdə - fəaliyyətin da­yanması ucbatından, və ya sığorta halının baş verməsilə ya­ranmış əmlak ziyanı sonucunda dəyən zərərdən sığorta müda­fiə­sini nəzərdə tutan əmlak sığortasının növü anlaşılır.

Nəzəriyyədə biznesin sadalananlar əsas tipləri vardır:


  • əsas istehsal (əmtəənin hazırlanması, işin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi, onların reallaşdırılması);

  • köməkçi istehsal (injinirinq, məsləhətçi xidmət, nou-xau, elmi-tədqiqat və təcrübi-konstruktor işləri, audit və s.);

  • innovasiya (elmi-texniki yeniliklərin tətbiqi üçün iş­lən­məsi və əmtəə istehsalçılarına ötürülməsi);

  • ticarət-vasitəçilik (ticarət, birja, broker, agent fəa­liyyəti, komisyon ticarət);

  • maliyyə-kredit (bankların, investisiya fondları və şir­kətlərin, sığorta təşkilatlarının fəaliyyəti);

  • sosial sferada xidmətlərin göstərilməsi (tibb, təhsil, id­man, turizm, istirahət, mədəniyyət).

Biznes fəaliyyətinin sığortalanması növləri sığorta pred­met­lərinin adlarına, yaxud sığorta hadisələrinin nəticələrinə əsa­sən uyğun gəlir. Onları biznes fəaliyyətinin mərhələlərinə uyğun olaraq şərti bölmək olar.

Birinci mərhələ kapitalın investisiyalaşdırılması ilə əla­qə­dardır, əsas fondlara və dövriyyə vasitələrinə, elmi-tex­niki məhsula, həmçinin, qiymətli kağızlara yönəldilə bilər. Qo­yulan kapitalın sığorta təminatı investisiyanın və maliyyə tə­mi­natının sığortalanmasının köməyilə həyata keçirilir. İkinci mərhələdə sahibkarın sığorta müdafiəsinin dövr­etməsi təbii fəlakətdən, qəzadan və üçüncü şəxsin qeyri-qanuni hərəkətlərindən ziyanın kompensasiyasına təminat verən əmlak sığortasının müxtəlif növləri tərəfindən təmin edilə bilər. Dövretmənin üçüncü mərhələsində ödənişlərin, ixrac kreditlərinin sığortalanması baş verir.

Biznes fəaliyyətində sığortası həyata keçirilən risklər aşağıdakı əlamətlərə görə təsnifləşdirilir:


  • nəticənin xarakterindən asılı olaraq xalis, ehtikar (spe­kulyativ). Xalis risklər, dedikdə ziyanın mümkünlüyü, yaxud si­tua­siyanın ziyansızlığı başa düşülür. Xalis risklərin xüsusiyyəti odur ki, onlar həmişə praktiki sahibkar üçün, bütövlükdə cə­miyyət üçün itki əmələ gətirir. Spekulyativ risklər sahibkar üçün ya itki, ya da mənfəət gətirir;

  • yaranma sferasına görə - xarici və daxili. Xarici risklər sa­hibkarın fəaliyyətilə bilavasitə əlaqədar deyil və onun nəza­rə­tindən kənarda yerləşir. Daxili risklər sahibkarın fəaliyyətilə bilavasitə əlaqədardır və onun nəzarəti altında olur; sövdələşmə üzrə ödənilməməsi riski kreditin qaytarılmaması riski, key­fiyyətsiz əmtəənin alınması riski;

  • müddətinə görə - qısamüddətli və daimi. Qısamüddətli risk­lər qısa zaman kəsiyində yarana bilər. Məsələn, yüklərin da­şın­ması və əmtəənin saxlanılması zamanı. Daimi risklər bəzi və­ziyyətlərlə əlaqədar daim iştirak edirlər (məsələn, müəssisənin coğ­rafi vəziyyəti, yaxud iqtisadiyyatın konkret sahəsinin xü­susiyyəti);

  • baş verməsi təbiətindən asılı olaraq sahibkar öz fəa­liyyəti prosesində siyasi, texniki, istehsal, kommersiya, maliyyə və s. kimi risklərlə üzləşə bilər;

  • risk dərəcəsinə görə, hansı ki, itki halının baş verməsi eh­timalı ilə və mümkün ziyanın riyazi gözlənilməsi ilə xa­rak­terizə olunur. Riskin səviyyəsi gözlənilən itki miqyasının sa­hib­karın əmlakının həcminə olan nisbətdən, həmçinin həmin itkinin baş verməsi ehtimalından asılıdır. Səviyyəsindən asılı olaraq risk ola bilər: itki təkcə gözlənilən mənfəətdən deyil, həm də zərərin yaranmasından mümkün olanda kritik; əgər kapitalın, əmlakın itkisi mümkündürsə, bəzən isə sahibkar müflisləşərsə, onda ka­tostrofik.

  • riskin obyektinə görə sahibkarın əsas fondlarına təh­lü­kə yaradan sahibkarlıq riskini və qeyri-material aktivlərə təhlükə yaradan riski ayırmaq olar. Birinci növə təbii, katostrofik və siyasi və delikt risklər aid edilir. İkinci növə maliyyə vəsaitlərinə təhlükə yaradan siyasi və bazar risklərinin müəyyən hissəsini aid etmək olar.

Qeyri-material aktivlərə təhlükə yaradan risklərə sahibkar tərəfindən reputasiyanın itirlməsi riskini (qudvil)aid etmək olar.

Azərbaycanda biznes risklərinin sığortalanması zəif in­ki­şaf etmişdir ki, bu da sığorta bazarının kifayət qədər inkişaf etməməsi ilə bağlıdır. Biznes risklərinin sığortalanmasının zəif inki­şafının əsas səbəblərindən biri sığorta şirkətlərinə sahib­kar­ların inanmaması faktıdır və bu növ sığorta haqqında zəruri informasiyaların yetərsizliyidir.

İstehsalda fasilədən zərərin sığortalanması sahibkarlıq risklərinin sığortalanmasının mühüm hissəsidir. Praktikada onun tətbiqi biznesin növündən bilavasitə asılıdır. Aydındır ki, istehsal prosesinin fasiləsizliyi, əmtəənin reallaşdırılması, işin yerinə ye­tirilməsi və xidmətlərin göstərilməsi kommersiya fəaliyyətinin uğurla inkişaf etdirilməsinin başlıca şərtlərindən biridir. İstənilən müəssisə istehsalın boş dayanması nəticəsində əmələ gəlmiş zərərdən sığortalana bilər. Boşdayanma müxtəlif səbəblərdən: yanğın, avadanlığın sındırılması, təbii fəlakət, kommersiya amil­ləri və başqa ekstremal situasiyalar nəticəsində baş verə bilər. Buna əsaslanaraq müəyyənləşdirmək olar ki, istehsalda fasilə­lər­dən sığortalanma sığorta müqaviləsində nəzərdə tutulan hadi­sələrin baş verməsilə əlaqədar öz fəaliyyətinin həyata keçi­rilməsinin qeyri-mümkünlüyü üzündən dəyən itkinin müəssi­sə­lərə ödənilməsinə yönəldilmişdir. Boşdayanma hadisəsinin sığor­talanması əmlak sığortası ilə sıx əlaqədardır.

İsveçrə təkrarsığorta cəmiyyətinin qiymətləndirilməsinə görə fəaliyyətdə fasiləliyin sığortalanması sığorta şirkətləri üçün çox rentabellidir və tez-tez ənənəvi sığorta növlərində bonus kimi istifadə olunur. Məsələn, Almaniyada fəaliyyətdə fasilə­lik­dən zərərin sığortalanması üzrə ödənilən məbləğ əmlakın ənə­nəvi sığortalanmasına nisbətən 2 dəfə çoxdur.

İstehsalda fasilələrdən sığortalanmanın aşağıdakı müqa­vilə­ləri daha geniş yayılmışdır:



  • yanğın və digər ekstremal hadisələr nəticəsində boşda­yan­ma hadisəsinin sığortalanması;

  • avadanlığın və maşının sındırılmasından sığortalanma, belə ki, sıradan çıxması müəssisəyə xeyli ziyan verə bilər;

  • elektrik avadanlıqlarının sındırılması ilə bağlı fasilə ha­disəsinin sığortalanması rabitə vasitələrinin və başqa yüksək tex­noloji elektrotexniki qurğuların işində boşdayanmadan ziya­nın ödənilməsini təmin edir.

  • malgöndərən müəssisələrdə baş vermiş gözlənilməz ha­di­sələr nəticəsində elektrik enerjisinin və su təchizatının po­zul­ması ilə əlaqədar boşdayanma hadisəsinin sığortalanması;

  • müvəqqəti mənfəətin sığortası və bazar konyunk­tu­runun dəyişilməsi nəticəsində gəlirin itkisindən sığortalanma.

Boşdayanmadan sığortalanma zamanı sığorta şirkəti aşa­ğıdakı şərtlər mövcud olarkən kompensasiya ödəyirlər; sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verəndə, əmlak korlananda. Bunun nəticəsində o təyinatı üzrə istifadəyə yararlı olmur, bu da, öz növbəsində iqtisadi itkilərə gətirib çıxarır.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin