Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə58/61
tarix02.01.2022
ölçüsü1,37 Mb.
#40669
1   ...   53   54   55   56   57   58   59   60   61
S-f-rov-H-mid

 


73 

 

NƏTİCƏ VƏ TƏKLİFLƏR 



 

Məişətdə istifadə  edilən  polimer  qablaşdırıcı  materialların  istehlak  xassələrinin 

keyfiyyətinə  təsirinin  tədqiqinə  həsr  edilmiş  dissertasiya  işində  aparılmış  nəzəri  və 

praktik materialları araşdırmaqla təhlil edərək ümumiləşdirilmiş şəkildə aşağıdakıları 

qeyd etmək olar.  

Müasir dövrdə həm respublikamızda, həm də xarici ölkələrdə yeyinti, əczaçılıq, 

kimya,  xidmət  və  digər  sənaye  sahələrində  intensiv  olaraq  yeni,  müasir  elmi 

nailiyyətlərə  əsaslanan  orijinal  qablaşdırma  vasitələri,  materialları  və  üsullarının 

tətbiqi müşahidə olunur ki, bunlar da müxtəlif plastik kütlə materiallarından istifadə 

olunmaya  əsaslanır.  Belə  ki,  hazırda  təyinatından  və  məqsədli  istifadə  şəraitindən 

asılı olaraq əvvəlcədən müəyyən olunmuş xassələrə malik plastik kütələrin alınması 

mümkündür.  İstənilən  məqsəd  üçün  spesifik  keyfiyyətə  malik,vacib  xassəli  plastik 

kütlə  əldə  etmək    mümkündür.  Bütün  bunların  nəticəsi  olaraq  yüksək  dekorativ 

keyfiyyət göstəricilərinə malik, aşağı sıxlıq, kimyəvi davamlılıq, şəffaflıq, su,buxar, 

qaz keçirmə  və s.  bu kimi qiymətli xassələrə malik  olan yüksəkmolekullu qatranlar 

plastik kütlələrin qablaşdırıcı material kimi tətbiqini genişləndirir.  

Ənənəvi  materiallarla  müqayisədə  plastik  kütlədən  olan  qablaşdırıcılar  bir-sıra 

üstünlüklərə  malikdirlər  –  onlar  yumşaq,  yarımyumşaq  və  qaba  ola  bilirlər;  qısa 

müddətli  və  uzun  müddətli  istifadə  oluna  bilirlər;dövri  olaraq  və  birdəfəlik  istifadə 

oluna bilirlər.  

Müxtəlif  xassəli  plastik  kütlələrin  tətbiqi  etibarlı,  praktiki  qablaşdırmanı 

yaratmağa  imkan  verir.  Belə  qablaşdırma  yüksək  estetik  üstünlüyə  malik  olur, 

qablaşdırılan malın keyfiyyətinin qorunub saxlanmasına təminat yaradır. 

 Plastik kütlədən olan qablaşdırmalar əşyaların və ya məhsulların qurumasından 

və  nəmlənməsindən  qaçmağa  imkan  yaradır,  eyni  zamanda  onların  keyfiyyətinin 

qorunmasına və saxlanma müddətinin artmasına səbəb olur.  




74 

 

Yuxarıda qeyd olunanları nəzərə alaraq tədqiqat işində aşağıdakı təklifləri irəli 



sürməyi məqsədəuyğun hesab edirik: 

1.  Polimer  qablaşdırıcı  materialların  seçilməsi  zamanı  polimerin  tərkibinin 

məhsulun  keyfiyyətinə  təsirini  nəzərə  almaq  vacib  şərtdir.  Bu  həm  istehlakçıların 

sağlamlığı, həm də ekoloji baxımdan mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə 

də xüsusilə də ərzaq məhsullarının qablaşdırılması üçün olan polimer materiallarının 

sanitar-gigiyenik  və  təhlükəsizlik  göstəricilərinin  qiymətləndirilməsi  xüsusilə  çox 

vacibdir. 

2.  Müxtəlif  ticarət  müəssisələrində,  xüsusilə  iri  supermarketlərdə  istifadə 

olunan  polimer  qablaşdırıcı  materialların  tərkibinin  qablaşdırılan  məhsulların 

xüsusiyətlərinə  uyğunluğunu  müəyyən  etmək  üçün  vaxtaşırı  əmtəəşünas-ekspertlər 

tərəfindən nəzarət-yoxlamalarının keçirilməsi məqsədəuyğun olardı. 

3.  Yeyinti-qida və meyvə-tərəvəz məhsullarının qablaşdırılmasında biopolimer 

materialların tətbiqinin genişləndirilməsi həm məhsulların keyfiyyətinin uzun müddət 

qorunub saxlanması, həm də ekoloji təmizlik baxımından daha məqsədli olardı. 

4.  Pespublikamız neft sənayesi ölkəsi olduğundan neft, məhsullarının tətbiqi ilə 

biopolimerlərin istehsalının yaradılması məqsədəuyğun olardı. 

 

 

 



 

 

 



 

 

 



 

 

 




75 

 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin