Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»


Polimer qablaşdırıcı materialların xassələrinin və məhsulların keyfiyyətinin



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə54/61
tarix02.01.2022
ölçüsü1,37 Mb.
#40669
1   ...   50   51   52   53   54   55   56   57   ...   61
S-f-rov-H-mid

3.3. Polimer qablaşdırıcı materialların xassələrinin və məhsulların keyfiyyətinin 

qorunub saxlanılması müddətinə təsirinin ekspertizası 

 

Məlum  olduğu  kimi  polimerdən  olan  qablaşdırma  materiallarının  istehsalında 



daha  çox  polietilendən  istifadə  olunur.      Buna  görə  də  qablaşdırma  məhsullarının 

hazırlanmasında  istifadə  olunan  polietilenin  xassələri  haqqında  elmi  məlumatları 

bilmək olduqca vacibdir.  

Ilk  növbədə  onu  bilmək  lazımdır  ki,  müxtəlif  qablaşdırma  materiallarının 

hazırlanmasında bir-birindən fərqli şaxələnmə strukturuna və fərqli sıxlığa malik olan 

makromolekullar alınır.  

Polietilen  iki  əsas  qrupa  bölünür:  aşağı  sıxlığa  malik  olan  və  yuxarı  sıxlıqlı 

polietilen.  Aşağı  sıxlıqlı  LDPE  adlandırılan    polietilen  nisbətən  daha  güclü 

şaxələnmiş makromolekul elementidir. Bu polimer çox aşağı sıxlığa malikdir, onun 

istehsalı çox yüksək təzyiq  və temperaturda aparılır. Bu polietilen  YTPE kimi işarə 

edilir və yüksək təzyiqli polietilen adlandırılır.  

HDPE  adlandırılan  yüksək  sıxlıqlı  polietilen  xətti  makromolekullu  və  kifayət 

qədər  yüksək  sıxlıqlı  elementdir.  Bu  polimer  materialı  polimerləşdirmə  yolu  ilə 

xüsusi  katalizator  sistemlərinin  iştirakı  ilə  alinir.  Bu  polietilen  növü  ATPE  adlanır. 

Bu  gün  ən  geniş  tətbiq  edilən  polietilen  aşağı  sıxlıqlı  xətti  polietilendir  ki,  bu    da 

nisbətən  aşağı  keyfiyyətli  ikinci  monomerin  polimerləşməsi  nəticəsində  alınır.  Bu 

ikinci  monomerin  xassələri  və  miqdarı  orta  sıxlıqlı  xətti  molekula  malik  polietilen 

almağa imkan verir.  




67 

 

Xətti polietilenin molekul kütləsinin diapazonu 200-dən 500-ə qədərdir, lakin bu 



hələ  son  hədd  deyildir.  Çox  yüksək  molekul  kütləsinə  malik  olan  polietilenlər  də 

mövcuddur  ki,  onların  molekul  kütləsi  3-6  milyon  həddindədir.  Onlar  sənaye  və 

baqqaliyyə  məhsullarının qablaşdırılması üçün  kisələrin  hazırlanmasında,  paketlərin 

hazırlanmasında,  həmçinin  çox  möhkəm  liflərin  hazırlanmasında  istifadə  olunur. 

Sürüşmə  meydanlarında  bəzən  buzun  əvəzinə  bu  polietilenin  böyük  listlərindən 

istifadə  olunur.    Bu  polietilenin  çatışmayan  cəhəti  ondan  ibarətdir  ki,  ondan 

hazırlaanan qablaşdırma materialları mexaniki zədələnmələrə qarşıaşağı davamlılığa 

və az optiki xarakyetristikaya malik olurlar.  

Qablaşdırma  məqsədilə  istifadə  olunan  polietilenlərin  bütün  tiplərinin  üstün 

cəhətləri  onadn  ibarətdir  ki,  onlar  aşağı  sıxlığa,  yaxşı  kimyəvi  davamlılığa,  aşağı 

suudmaya,  yaxşı  şəffaflığa,  termoplastlar  üçün  mümkün  olan  bütün  üsullarlaasan 

emal  olunma  xüsusiyyətinə,  yaxşı  qaynaq  edilməyə,  su  buxarını  keçirməmək 

xassəsinə,  aşağı  temperaturda  yüksək  özlülüyə,  elastikliyə,  dartılma  və  əyilmə 

xüsusiyyətlərinə malikdirlər.  

Yüksək sıxlıqlı polietilenlərin tətbiq sahələri onun müəyyən mühitlərlə təmasda 

olduqda  oksigeni  nisbətən  çox  keçirməsi  səbəbindən  və  daxili  gərginlik  nəticəsində 

çatların yaranması səbəbindən nisbətən məhduddur. Bu polietilendən olan məmulatlar 

dahaqabadır və daha bərk səthə malikdirlər. 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin